Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-6589/2021 16.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Sumqayıt Şəhər Məhkəməsinin hakimi Qoşqarlı Rəşad Nizami oğlu İddiaçı cavabdeh Sumqayıt Bələdiyyəsinə qarşı «torpaq üzərində mülkiyyət hüququnun təsbit olunması tələbinə» dair iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən kecirib, müəyyən etdim : İddiacı İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Sumqayıt Bələdiyyəsinin 19 yanvar 2007-ci il tarixli, 02 saylı qərarı ilə Bakı-Quba avtomagistralının cənubunda, Ceyranbatan qəsəbəsi yaxınlığında, mövqe sxemi əsasında 5-ci küçədə, sahəsi 800 (səkkiz yüz) kv.m olan 8 saylı həyətyanı torpaq sahəsinin üzərindəki mülkiyyət hüququnun Azərbaycan Respublikasının müvafiq aidiyyəti qanunvericilik aktlarına əsasən təmin olunması barədə qətnamə cıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsinə və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq hesab edir ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilməməklə verilmişdir. Belə ki, iddiaçı iddia ərizəsinə dövlət rüsumu ödəməsi barədə qəbz əlavə etməmişdir. Halbuki bu kimi ərizələr üçün 27.12.2012-ci il tarixdə "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliklərə əsasən dövlət rüsumu 10 manat məbləğində müəyyən olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilmədiyi halda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə bu normaların tələbindən çıxış edərək hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilməməklə verildiyi üçün ərizə və ona əlavə olunan sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə görə belə halda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılmasına əsas olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrarən məhkəməyə müraciət etmə hüququ iddiaçıya izah edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 149- 152, 263-268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiacı İddiaçı cavabdeh Sumqayıt Bələdiyyəsinə qarşı «torpaq üzərində mülkiyyət hüququnun təsbit olunması tələbinə» dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinçi dəfə məhkəməyə müraçiət etməyə mane olmur. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə şikayət verilə bilər. HAKİM: RƏŞAD QOŞQARLİ
Məhkəmə qərarları › İş №2(060)-6589/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-6589/2021
16.07.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver