Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-664/2025 12.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs qismində 2 saylı Sumqayıt regional "ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsini cəlb etməklə «şəxsin ölmüş elan edilməsi tələbi»nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. Ərizəçi maraqlı şəxs qismində 2 saylı Sumqayıt regional "ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsini cəlb etməklə «şəxsin ölmüş elan edilməsi tələbi»nə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, X8 ərizəçinin həyat yoldaşı olmuşdur. Həyat yoldaşı X8 ilə xx.xx.2012-ci ildə nikaha daxil olmuşdur. Birgə nikahdan 03 iyul 2013-cü il təvəllüdlü X2 və 04 iyun 2015-ci ildə X4 anadan olmuşdur. O, 2014-cü ilin avqust ayının 21-də işləmək adı ilə Türkiyə Respublikasına, ordan isə İraq Respublikasına getmiş, 22 oktyabr 2014-cü ildə İraq Respublikasında gedən ərdə ölmüşdür. X7 İraq Respublikasında ölməsi faktını ərizəçiyə AR Təhlükəsizlik Xidmətinin əməkdaşı bildirmişdir. Ərizəçi birgə nikahdan anadan olmuş övladlarına ailə başçısını itirməyə görə aliment təyini üçün Dövlət Sosial Müdafiə Fonduna müraciət etmişdir. Oradan ərizəçiyə bildirilmişdir ki, Rəşad Piriyevin ölüm faktı təsdiq edildiyi təqdirdə ailə başçısını itirməyə görə pensiya təyini mümkündür. Ölüm haqqında şəhadətnamə almaq məqsədilə 2 saylı Sumqayıt regional “ASAN xidmət” Mərkəzində qeydiyyat şöbəsinə müraciət etmişdir. 2 saylı Sumqayıt regional “ASAN xidmət” Mərkəzində qeydiyyat şöbəsi ərizəçiyə məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Göstərilənlərə əsasən 23 may 1987-ci ildə Zəngilan rayonu, Genlik kəndində anadan olmuş və 22 oktyabr 2014-cü ildə İraq Respublikasında döyüşlər zamanı vəfat etmiş həyat yoldaşı X5 ölmüş elan edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxs 2 saylı Sumqayıt regional "ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
5. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə ərizəçinin izahatını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
7. Belə ki, iş materiallarında olan AZE № 13754104 seriaylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.1987-ci il tarixdə Zəngilan rayonu, Genlik kəndində anadan olmuşdur.
8. İş materiallarında olan Sumqayıt nikah evi tərəfindən 05 iyun 2012-ci il tarixində verilmiş AZ-İ № 765749 saylı nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X8 və X3 nikahlarını 05 iyun 2012-ci il tarixdə bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında elə həmin tarixdə 323 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Piriyeva soyadı verilmişdir.
9. İş materiallarında olan Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş AZ-İİİ № 146898 saylı doğum haqqında şəhadətnamənin tədiq olunmuş surətindən görünür ki, X2 03 iyul 2013-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, atası X8, anası isə Ərizəçidır.
10. İş materiallarında olan Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş AZ-İİİ № 484641 saylı doğum haqqında şəhadətnamənin tədiq olunmuş surətindən görünür ki, X4 04 yanvar 2015-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, atası X8, anası isə Ərizəçidır.
11. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Şəhər Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanan xx.xx.2024-cü il tarixli, 3-16-5/8-P- 36xx/xx/2024 saylı məktubdan görünür ki, xx.xx.2024-cü il tarixli yoldaşı X5 ölümünün qeydiyyata alınması barədə ərizəyə cavab olaraq bildirilir ki, Azərbaycan Respulikası Ailə Məcəlləsinin 194-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdriyyətinin və başqa şəxslərin məlumatı üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Azərbaycan Respulikası Ailə Məcəlləsinin 194-cü maddəsi tələblərini və ölümü təsdiq edən sənədin olmadığını nəzərə alaraq, Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən ərizənin təmin edilməsi mümkün deyil.
12. İş materiallarında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən X1 ünvanlanan xx.xx.2024-cü il tarixli, 3-13-58/1-P-45233 saylı məktubun surətindən görünür ki, Sumqayıt Şəhər Polis İdarəsinə ünvanlanan müraciətə tərəflərindən araşdırılmışdır. Müəyyən olunmuşdur ki, əri xx.xx.1987-ci il təvəllüdlü X9 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilərək barəsində xx.xx.2014-cü il tarixdə 30581 nömrəli axtarış işi açılmış və keçirilmiş tədbirlər zamanı tarixdə ölkə hüdudlarını tərk edərək Türkiyə Respublikasının İstanbul şəhərinə getmişdir. X5 İraq Respublikasında gedən döyüşlərdə iştirak edərək ölməsi barədə Sumqayıt Şəhər Polis idarəsinə rəsmi məlumat daxil olmamışdır.
13. İş materiallarında olan məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Republikasının Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən, xx.xx.1987-ci il təvəllüdlü X8 barəsində xx.xx.2014-cü il tarixdə 30581 nömrəli axtarış işi açılmışdır. Keçirilmiş tədbirlər zamanı R.Ə.Piriyevin xx.xx.2014-cü il tarixdə respublika hüdudlarını tərk edərək Türkiyə Respublikasının İstanbul şəhərinə getməsi müəyyən olunmuşdur.
14. İş materiallarında olan məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-38-33/2-295/25 saylı məktubdan görünür ki, X5 dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında xx.xx.2011-çıxış, xx.xx.2011-giriş, xx.xx.2011-çıxış, xx.xx.2011giriş, xx.xx.2011-çıxış, xx.xx.2012-giriş, xx.xx.2012-çıxış, xx.xx.2012-giriş, xx.xx.2012çıxış, xx.xx.2013-giriş, xx.xx.2013-çıxış, xx.xx.2013-giriş, xx.xx.2014-çıxış, xx.xx.2014giriş, xx.xx.2014-çıxış, xx.xx.2014-giriş kimi məlumatlar qeyd alınmışdır.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
15. Beləliklə, mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından aydın olur ki, 23 may 1987-ci il təvəllüdlü X8 2014-cü ildə Türkiyə Respublikasına getmiş, oradan da İraq Respublikasına köçmüşdür, 2014-cü ildə X8 döyüş əməliyyatlarında ölmüşdür. Hazırda ərizəçi övladlarının atası X5 ölməsini təsdiq edən sənəd olmadığına görə azyaşlı övladlarına ailə başçısını itirməyə görə sosial müavinət ala bilmədiyini əsas gətirərək, X5 ölmüş elan edilməsini məhkəmədən tələb edir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
16. Azərbaycan Respublikası MPM-nin 305.1.2-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır.
17. Həmin Məcəllənin 312.1-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir.
18. Həmin Məcəllənin 315.2-ci maddəsinə əsasən şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır.
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1-ci maddəsinə görə, əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər.
20. Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən, şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır.
21. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 9.5-ci bəndinə əsasən şəxsin müəyyən vaxtda müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini şəxsin ölmüş elan edilməsindən də fərqləndirmək lazımdır. Şəxsin ölmüş elan edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41-ci maddəsində nəzərdə tutulan vaxtın keçməsi zəruridir, lakin ölüm faktının müəyyən edilməsi üçün belə müddət məhdudiyyəti yoxdur və yalnız ölümün konkret yerdə və konkret şəraitdə baş verməsi zəruri şərt kimi müəyyən edilir.
22. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, xx.xx.1987-ci il tarixdə Zəngilan rayonu, Genlik kəndində anadan olmuş X5 2014-cü ildə İraq Respublikasında itkin düşməsi ilə əlaqədar ölmüş elan edilməsi iş materiallarında olan sübutlarla təsdiq olunduğundan, xüsusi icraat qaydasında verilmiş ərizə təmin olunmalı, qətnamənin qanuni qüvvəyə mindiyi gün xx.xx.1987-ci il tarixdə anadan olmuş X5 ölüm günü hesab edilməlidir.
23. Məhkəmə “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın və qanunvericiliyin tələblərini nəzərə alaraq qeyd edir ki, ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında qeydə alınmaya və akt kitablarında qeydə alındıqdan sonra ölüm haqqında şəhadətnamə yazılmasına əsaslardan biri məhkəmənin qətnaməsidir.
Nəticə hissəsi:
24. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1987-ci il tarixdə Zəngilan rayonu, Genlik kəndində anadan olmuş X8 2014cü ildən İraq Respublikasında itkin düşməsi ilə əlaqədar ölmüş elan edilsin. Qətnamənin qanuni qüvvəyə mindiyi gün 23 may 1987-ci il təvəllüdlü X5 ölüm günü hesab edilsin. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında X5 ölməsi barədə qeyd aparılması və onun adına ölüm haqqında şəhadətnamənin verilməsi Sumqayıt şəhər Qeydiyyat şöbəsinə həvalə olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Şəbnəm Həxiyeva