Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6646/2021 18.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Aynur Mirzalı qızı Behbudovanın sədrliyi, Rəşad Mehman oğlu Məmmədlinin katibliyi, İddiaçı ASC İddiaçıkının nümayəndəsi X1, Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Üçüncü şəxs Maraqlı şəxs-nin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı ASC İddiaçıkın cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, X5 və Cavabdeh8 qarşı Maraqlı şəxs-ni üçüncü şəxs qismində işə cəlb etməklə ipoteka predmetinə tutmanın yönəldilməsi və satışdan sonra ipoteka predmeti olan mənzildən çıxarma tələbinə dair iddiası üzrə mülki işə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ASC İddiaçıkın cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, X5 və Cavabdeh8 qarşı Maraqlı şəxs-ni üçüncü şəxs qismində işə cəlb etməklə ipoteka predmetinə tutmanın yönəldilməsi və satışdan sonra ipoteka predmeti olan mənzildən çıxarma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, kreditor ASC İddiaçıkı ilə Maraqlı şəxs (Borcalan) arasında bağlanmış 11.06.2014-cü il tarixli **********014 №-li kredit xətti müqaviləsinə əsasən iddiaçı tərəfindən borcalana 24 ay müddətinə, kreditdən istifadəyə görə illik, 16 % ödənilməsi şərtilə 330 000 manat məbləğində xətti açılmışdır. Sonradan kredit xətti müqaviləsinə bağlanmış 11.12.2014-cü il tarixli 01 №-li və 11.06.2016-cı il tarixli 02 №-li əlavə sazişlərə əsasən kredit xətti müqaviləsi üzrə borc alana verilmiş kreditin məbləği 225 000 manat məbləğində artırılaraq 555 000 manat məbləğinə çatdırılmış, eyni zamanda kredit xətti müqaviləsi üzrə kreditləşmə müddəti 11.12.2016-cı il tarixinədək uzadılmışdır. Müqavilədə borcalanın öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı ASC İddiaçıkı, borcalan Maraqlı şəxs və Cavabdeh1 arasında mülkiyyət hüququ ilə sonuncuya məxsus ünvan 1 ünvanında yerləşən 63,20 kv.m ümumi, 49.90 kv.m. yaşayış, 13.30 kv.m. yardımçı sahədən ibarət, 3 otaqlı 36 nömrəli mənzilin ipoteka qoyulması barədə 11.12.2014-cü il tarixli 00**********014/9ip N-li ipoteka müqaviləsi bağlanmışdır. Bankın ipoteka predmetinə ipoteka hüququnun qeydiyyata alınmasına dair ASC İddiaçıkına AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 18.06.2016-cı il tarixli RX seriyalı ******* №-li çıxarış verilmişdir.Borcalan Maraqlı şəxs kredit xətti üzrə faktiki istifadə edilmiş kredit məbləğinə hesablanmış faizlərin ssuda hesabı üzrə borcunun yarandığı aydan başlamaqla hər ayın 11-dən gec olmamaqla banka ödənilməsini, əsas borc məbləğinin isə kredit xəttinin verilməsi müddətinin bitdiyi zaman qaytarılmasını öz üzərinə öhdəlik olaraq götürmüşdür. Lakin borcalan bu öhdəliklərini kobud şəkildə pozmuş və kreditin müddətinin bitdiyi tarixə, yəni 11.12.2016-cı il tarixinə kredit üzrə əsas borc məbləğinin bir hissəsini banka qaytarmamış və əsas borc məbləğinə hesablanmış faizlərin müəyyən hissəsini ödəməmişdir. Həmin tarixə borcalanın gecikdirilmiş ümumi borcu 225 818,21 manat olmuşdur ki, bunun 222 945,47 manat əsas borc məbləği, 2 872,74 manat isə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləği təşkil etmişdir. Kreditin qaytarılma müddətinin bitdiyi tarixdən (11.12.2016-cı il) iddia ərizəsinin məhkəməyə təqdim edildiyi tarixədək (15.07.2021-ci il) olan dövr ərzində borcalan tərəfindən müxtəlif tarixlərdə kredit xətti müqaviləsi üzrə ümumilikdə 233 781 manat məbləğində ödəniş həyata keçirilmişdir. Qeyd edilən ödənişlər hesabına 11.12.2016-cı il tarixədək hesablanmış adi faizlər üzrə borc tam şəkildə qaytarılmış, vaxtı keçmiş əsas borc məbləğinin bir hissəsi ödənilmişdir. İddia ərizəsinin məhkəməyə verildiyi 15.07.2021-ci il tarixinə borcalan Maraqlı şəxs-nin kreditor qarşısında yaranmış əsas borc məbləği 11 997,36 manat təşkil edir. Bundan əlavə borcalan Maraqlı şəxs kredit üzrə əsas borc məbləğinin ödənilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq Banka vaxtı keçmiş əsas borc məbləğinə hesablanan adi faizlərlə yanaşı illik 15 % dərəcəsi ilə penya da ödəməlidir. Bankın daxili qərarına əsasən 01.04.2020-ci il tarixindən kredit xətti müqaviləsi üzrə vaxtı keçmiş əsas borc məbləğinə penyanın hesablanması dayandırılmışdır. İddiaçı tərəfindən Cavabdeh1 19.01.2018-ci il tarixli 09 N-li ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş verilmiş və iddiaçı qarşısında yaranmış borcun ipoteka qoyulmuş əmlak hesabına ödənilməsi üçün müvafiq ipoteka predmetinin 30 gün müddətindən gec olmayaraq satılması tələb edilmişdir. İddiaçı tərəfindən cavabdehə ipoteka predmetinin satılması və iddiaçının tələblərinin ödənilməsi üçün kifayət qədər vaxt verilməsinə baxmayaraq bu günə kimi borcun ödənilməmişdir. İddia ərizəsi kredit müqaviləsi üzrə kreditin qaytarılması müddətinin bitdiyi vaxtdan etibarən hazırkı iddia ərizəsinin məhkəməyə təqdim edildiyi tarixə qədər olan dövr ərzində eyni növlü və oxşar şərtlərlə iddiaçı tərəfindən verilmiş kreditlər barədə statistik məlumatları əks etdirən arayışdan göründüyü kimi, biznes məqsədləri üçün bank (iddiaçı) tərəfindən verilmiş kreditlər üzrə orta faiz dərəcəsinin miqdarı illik 12 % (on iki) faiz təşkil edir. Qeyd olunana əsasən Bank kreditin qaytarılma müddətinin bitdiyi tarixdən, yəni 11 dekabr 2016-cı il tarixdən iddia ərizəsinin məhkəməyə verildiyi tarixə kimi əldən çıxmış faydanın hesablanmasında yuxarıda göstərilmiş faiz dərəcəsini əldə rəhbər tutmağı əsaslı hesab edir. Kreditin qaytarılma müddətinin bitdiyi tarixdən (11.12.2016-cı il) iddia ərizəsinin məhkəməyə təqdim edildiyi tarixədək (15.07.2021-ci il) olan dövr üçün müvafiq məbləğ 18 300,01 manat təşkil edir. Məhkəmə hazırki iş üzrə iddia tələblərinin təmin edilməsi haqqında qətnaməni qəbul etdiyi təqdirdə həmin qətnamədə kredit xətti müqaviləsi üzrə iddiaçının tələblərinin təmin edilməsi üçün ipoteka predmeti olan yaşayış sahəsinə tutmanın yönəldilməsi ilə yanaşı, onların satışından sonra həmin yaşayış sahələrində yaşayan ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin 1 ay ərzində yaşayış sahələrindən çıxmadığı halda onların məcburi qaydada çıxarılmalı olduğunu göstərməlidir. İpoteka predmeti olan mənzildə cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, X5, Cavabdeh8 yaşaması faktı Sumqayıt şəhər İcra Hakimiyyəti 07 saylı Mənzil İstismar Sahəsinin 02.12.2010-cu il tarixli 4170 №-li ‘‘Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışı ilə təsdiq olunur. Eyni zamanda Bankın «Sumqayıt» filialının əməkdaşlarımı keçirdiyi monitorinq nəticəsində Cavabdeh1 əri Cavabdeh2 da hazırda ipoteka predmeti olan mənzildə ailə üzvləri ilə birlikdə yaşadığı müəyyən edilmişdir. Qeyd olunanara əsasən məhkəmədən 11.12.2014-cü il tarixli 00**********014/9ip №-li ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 63.20 kv.m ümumi, 49.90 kv.m. yaşayış, 13.30 kv.m. yardımçı sahədən ibarət, 3 otaqlı, 36 nömrəli mənzilə tutma yönəldilməsini və 11.06.2014-cü il tarixli 00**********014 №-li kredit xətti müqaviləsi üzrə borcalan Maraqlı şəxs-nin iddiaçı ASC İddiaçıkı qarşısında 11 997,36 manat məbləğində vaxtı keçmiş əsas borc, 01.04.2020-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % dərəcəsi ilə hesablanmış 300,80 manat məbləğində penya, 11.12.2016-cı tarixdən 15.07.2021-ci il tarixədək illik 12% dərəcəsi ilə hesablanmış 18 300,01 manat məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzi, cəmi 30 598,17 manat məbləğində pul vəsaiti və 15.07.2021-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 12 % (on iki faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 23 (iyirmi üç) manat məbləğində çəkilmiş xərclər ipoteka predmetinin dəyərindən iddiaçı ASC İddiaçıkının xeyrinə tutulmasını, iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclər cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə tutulmasını, ipoteka predmeti satıldıqdan sonra orada yaşayan Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, onların ailə üzvü Cavabdeh2 və digər şəxslər mənzili 1 ay ərzində tərk etmədikləri halda, həmin şəxslər qeyd olunan yaşayış sahələrindən məcburi qaydada çıxarılmasını, ipoteka predmetinin ilkin satış qiyməti (likvid qiymət) məhkəmə tərəfindən cəlb edilmiş müstəqil qiymətləndiririnin rəyi əsasında müəyyən edilməsini məhkəmə qətnaməsinin Maraqlı şəxs-nin hüquq və vəzifələrinə təsir edə biləcəyini nəzərə alaraq, həmin şirkət cavabdehlərin tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində iştiraka cəlb edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçı ASC İddiaçıkının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh1 ilə bağlanmış 11 iyun 2014-cü il tarixli 00**********014 saylı kredit müqaviləsinə əsasən 24 (iyirmi dörd) ay müddətinə, illik 16 % olmaqla 330.000 (üç yüz otuz min) manat məbləğində kredit verilmişdir. Sonradan 11.12.2014-cü il tarixli 01 №-li və 11.06.2016-cı il tarixli 02 №-li əlavə sazişlərə əsasən kredit xətti müqaviləsi üzrə borc alana verilmiş kreditin məbləği 225 000 manat məbləğində artırılaraq 555 000 manat məbləğinə çatdırılmış, eyni zamanda kredit xətti müqaviləsi üzrə kreditləşmə müddəti 11.12.2016-cı il tarixinədək uzadılmışdır. Götürülmüş məbləğin təminatı olaraq Cavabdeh1 məxsus Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən 33/6 nömrəli evin, 36 saylı 3 otaqlı yaşayış sahəsi ipoteka ilə yüklü edilmişdir. Cavabdehlər kredit müqaviləsinin şərtlərinin dəfələrlə yerinə yetirməmişdir. Odur ki, iddiaçının nümayəndəsi məhkəmədən iddia tələbinin təmin olunmasının xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddia tələbini qəbul etmədiklərini, həmçinin əldən çıxmış faydanın məbləğinin çox olmasını bildirdilər. Qeyd olunanlara əsasən cavabdehlər məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Maraqlı şəxs-nin nümayəndəsi X6 izahat verərək bildirdi ki, Maraqlı şəxs-nin rəhbəri kimi müqavilələr onun adından təmsil etdiyi qurumun adından bağlanıb. Bankla uzun müddət əməkdaşlıq edilmiş, yüksək məbləğdə ödənişlər edilmişdir. Ödənişləri çox hissədə etdikləri üçün faiz məbləği hesablanmamış, lakin yüksək məbləğdə əldə çıxmış fayda hesablanmışdır. Pandemiya ilə bağlı ödənişləri tam edə bilməmişdir. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh6 və qeyriləri dəfələrlə məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmişlər, lakin onlar, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə iş materiallarını araşdıraraq və Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, işə cavabdehlərin iştirakı olmadan baxıla bilər. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehlərin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İş materiallarında olan ASC İddiaçıkı ilə Cavabdeh1 ilə bağlanılmış 00**********014 saylı kredit xətti müqaviləsinə əsasən 24 ay müddətinə illik 16% dərəcəsi ilə 330.000 manat kredit verilmişdir. İş materiallarında olan ASC İddiaçıkı ilə Cavabdeh1 ilə bağlanmış 11 dekabr 2014cü il tarixli ipoteka müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 bankdan götürüdüyü pulun təminatı olaraq özünə məxsus Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən 33/6 nömrəli evin, 36 saylı 3 otaqlı yaşayış sahəsi ipoteka ilə yüklü edilmişdir və həmin mənzil bazar qiyməti 90.000 manat, likvid dəyəri isə 85.000 manat məbləğində dirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DƏDRX-nin verdiyi çıxarışının surətindən görünür ki, Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən 33/6 nömrəli evin, 36 saylı 3 otaqlı yaşayış sahəsinin mülkiyyətçisi Cavabdeh1dır. İş materiallarında olan ASC İddiaçıkı tərəfindən cavabdehə ünvanlanan 21.04.2021-ci il tarixli ipoteka müqaviləsi üzrə ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin surətindən görünür ki, ASC İddiaçıkı cavabdehdən kredit müqaviləsi üzrə ümumi borc məbləğinin tam şəkildə qaytarılması və əsas borc məbləğinə hesablanan faizlərin ödənilməsi üçün ipoteka qoyulmuş əmlakın 30 gün müddətindən gec olmayaraq satılmasını tələb edir. Əks halda ASC İddiaçıkı ipoteka predmetinin satılmasından əldə edilmiş vəsaitin hesabına kredit üzrə yaranmış borcun öənilməsi üçün məhkəməyə müraciət etmək və ipoteka qoyulmuş əmlakı açıq hərracda satmaq hüququndan istifadə edəcəyi barədə xəbərdarlıq etmişdir. İş materiallarında olan ASC İddiaçıkının Sumqayıt filialının AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 2 saylı Ərazi idarəsinə ünvanladığı ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınması barədə ərizənin məzmunundan görünür ki, Cavabdeh1 tərəfindən ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi prosedurunun başlanması ilə əlaqədar olaraq 11.12.2014-cü il tarixli ipoteka müqaviləsi üzrə ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında 19.01.2018-ci il tarixli 09 №-li bildirişin qeydiyyatının həyata keçirilməsi xahiş olunmuşdur. İş materiallarında olan AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 2 saylı Ərazi idarəsi tərəfindən ASC İddiaçıkının Sumqayıt filialına ünvanladığı məktubun məzmunundan görünür ki, Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 36 saylı mənzil üzərində ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatı aparılmışdır. İş materiallarında olan məhkəmə tərəfindən təyin edilmiş müstəqil qiymətləndirici "xxxx" MMC tərəfindən verilmiş mənzilin qiymətləndirilməsi barədə hesabatdan görünür ki, Cavabdeh1 məxsus olan, ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzilin 06.10.2021-ci il tarixə olan bazar dəyəri 95 000 manat, likvid dəyəri 81 000 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinin tələbinə görə, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrində göstərilir ki, əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 427.3-cü maddəsinin tələbinə əsasən öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 739.1. və 739.2-ci maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741 və 742.1-ci maddələrinin mənasından görünür ki, əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. Həmin Məcəllənin 428.4. və 743-cü maddələrinin tələbindən görünür ki, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Beləliklə, işin müəyyən edilən hallarına əsasən cavabdehlər Cavabdeh1 və qeyriləri müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Nəticədə isə, iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İddia ərizəsi verilərkən iddiaçı tərəfindən ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin müəyyən olunması üçün müstəqil qiymətləndiricinin rəyinin alınması xahiş edilmiş, məhkəmə tərəfindən təyin edilmiş müstəqil qiymətləndirici "xxxx" MMC tərəfindən verilmiş mənzilin qiymətləndirilməsi barədə hesabatdan görünür ki, Cavabdeh1 məxsus olan, ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzilin 06.10.2021-ci il tarixə olan bazar dəyəri 95 000 manat, likvid dəyəri 81 000 manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, iş materiallarında olan müstəqil qiymətləndiricinin rəyi nəzərə alınmalı və Cavabdeh1 məxsus olan, ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzilin likvid dəyəri 81 000 min manat təşkil etməlidir. Qeyd edilən Qanunun 34.1.3-cü maddəsinə əsasən ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən haldır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinin tələbinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 319.6-cı maddəsinin tələbinə əsasən əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalı, çatışmayan məbləğ borclu tərəfindən ipoteka saxlayana ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1. və 448.2-ci maddələrində göstərilir ki, əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə araşdırması zamanı təqdim edilmiş sənədlərlə və məhkəmə iclasında müəyyən olunmuşdur ki, iddiaçı ASC İddiaçıkı ilə Cavabdeh1 arasında bağlanmış 11 iyun 2014-cü il tarixdə **********4014 №-li kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 24 ay müddətinə illik 16% hesablanmaq şərti ilə 330000 manat məbləğində kredit verilmiş, həmin kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 36 saylı mənzil ASC İddiaçıkının xeyrinə yüklü edilmişdir. Həmin müqavilələr bağlanarkən qanunun tələblərinə əməl edilmişdir. Cavabdeh1 iddiaçı ASC İddiaçıkı ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24.12.2014-cü il tarixli qərarında qeyd edilir ki, Mülki Məcəllənin 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Həmçinin qeyd edilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi borclu tərəfindən pulun ödənilməsinin gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Eyni zamanda, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Bununla belə, məhkəmə, işin hallarını, eyni zamanda, cavabdehin iddiaçıya olan ödənilməmiş borcunun məbləğini nəzərə alaraq hesab edir ki, müqavilə üzrə tənasübsüz olaraq yüksək miqdarda cərimə tətbiq edilmişdir və bu, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə müvafiq olaraq tərəflərin qarşılıqlı mənafeyinə uyğun deyil. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin qeyd olunan maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhməmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarına və qanunvericiliyin tələbini əsas götürərək hesab edir ki, illik 5% faizdən artıq məbləğdə tələb edilməsi tərəflərin mənafeyinə uyğun olmamaqla qanunvericiliyin tələblərinə ziddir. İddiaçı iş materiallarına əlavə edilmiş arayış əsasında ona tələb etdiyi əldən çıxmış fayda məbləğində maddi zərər vurulmasını sübuta yetirə bilməmişdir. Belə ki, iddiaçı tərəfindən yüksək məbləğdə maliyyə sanksiyası tətbiq olunmuşdur. Məhkəmənin qənaətincə, kredit müqaviləsi üzrə tətbiq olunmuş əldən çıxmış fayda məbləğinin azaldılaraq 1000 manat həddində, kredit müqaviləsi üzrə tətbiq olunmuş cərimənin isə 50 manat həddində saxlanılması, tərəflərin əmlak vəziyyətlərinə və mənafelərinə uyğun hesab edilməlidir. İş materiallarına əsasən müəyən edilir ki, Cavabdeh1 11.06.2014-cü il tarixli, **********4014 №-li kredit müqaviləsi üzrə 15.07.2021-ci il tarixə banka olan vaxtı keçmiş əsas borcu 11997,36 manat, vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış penya 300,80 manat, 11.12.2016-cı il tarixdən 15.07.2021-ci il tarixədək illik 12% dərəcəsi ilə faizlər formasında hesablanmış əldən çıxmış fayda 18300,01 manat, cəmi 30598,17 manat təşkil edir. Məhkəmə belə qənaətə gəlir ki, bu hissədə iddia qismən təmin edilərək Cavabdeh1 iddiaçı ASC İddiaçıkının xeyrinə 11997,36 manat əsas borc, 50 manat vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış penya, 1000 manat əldən çıxmış fayda, cəmi 13047,36 manat tutulmalıdır. Eyni zamanda, məhkəmə, «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 59.3.1-ci maddəsinin tələbinə uyğun olaraq hesab edir ki, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 36 saylı mənzilə tutma yönəldildikdə və o satıldıqda cavabdehlər Cavabdeh1 və qeyriləri ən geci bir ay ərzində yaşayış evindən çıxarılmalıdır. Belə ki, “İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun qeyd olunan maddəsinin tələbinə əsasən yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuşdursa, ipoteka qoyulmuş yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat məbləğində dövlət rüsumu və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 23 (iyirmi üç) manat məbləğində çəkilmiş xərclər müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 iddiaçı ASC İddiaçıkının xeyrinə 11 iyun 2014-cü il tarixli kredit müqaviləsi üzrə 11997,36 manat vaxtı keçmiş əsas borc, 50 manat vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış penya, 1000 manat əldən çıxmış fayda olmaqla, cəmi 13047,36 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 23 (iyirmi üç) manat məbləğində çəkilmiş xərclər tutulub ödənilməli, tutma Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən 36 saylı mənzilə yönəldilməli, həmin mənzilin ilkin satış qiyməti 81000 manat müəyyən edilməli, fərdi yaşayış evi açıq hərracda satılmalı, borc ünvan 1 ünvanında yerləşən 36 saylı mənzilin satışından əldə olunan vəsait hesabına ASC İddiaçıkına ödənilməli, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədikdə, qalan məbləğ Cavabdeh1 tutulub iddiaçı ASC İddiaçıkının xeyrinə ödənilməli, Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən 36 saylı mənzilə tutma yönəldikdə və o satıldıqda ən geci bir ay ərzində həmin fərdi yaşayış evi boşaldılaraq yaşayış evindən çıxarılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 iddiaçı ASC İddiaçıkının xeyrinə 11 iyun 2014-cü il tarixli kredit müqaviləsi üzrə 11997,36 (on bir min doqquz yüz doxsan yeddi manat otuz altı qəpik) manat vaxtı keçmiş əsas borc, 50 (əlli) manat vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış penya, 1000 (min) manat əldən çıxmış fayda olmaqla, cəmi 13047,36 (on üç min qırx yeddi manat otuz altı qəpik) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 23 (iyirmi üç) manat məbləğində çəkilmiş xərclər tutulsun. Tutma ipoteka ilə yüklü edilmiş Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 36 saylı mənzilə yönəldilsin, həmin yaşayış evinin ilkin satış qiyməti (likvid dəyəri) 81000 (səksən bir min) manat müəyyən edilsin, açıq hərracda satılsın, satışdan əldə olunmuş pul vəsaiti hesabına iddiaçı ASC İddiaçıkına ümumilikdə 13047,36 (on üç min qırx yeddi manat otuz altı qəpik) manat məbləğində borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 23 (iyirmi üç) manat məbləğində çəkilmiş xərclər ödənilsin. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədikdə, qalan məbləğ Cavabdeh1 tutulub iddiaçı ASC İddiaçıkının xeyrinə ödənilsin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, X5 və Cavabdeh8 yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda ən geci bir ay ərzində həmin yaşayış evindən çıxarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-6646/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6646/2021
18.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver