Məhkəmə qərarları › İş №2(060)-6649/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-6649/2021

22.07.2021 · Şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-6649/2021 22.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Aynur Mirzalı qızı Behbudova Ərizəçi maraqlı tərəf Sumqayıt şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayədarlıq Şöbəsinə qarşı vətəndaşın fəaliyyət qabiliyyətinin olmamasının tanınmasına dair ərizəsinin məhkəmə icraatına götürülməsi mümkünlüyünə baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı tərəf Sumqayıt şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayədarlıq Şöbəsinə qarşı vətəndaşın fəaliyyət qabiliyyətinin olmamasının tanınmasına dair ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən 1950-ci il təvəllüdlü fəaliyyət qabiliyyətinin olmaması və X1 barəsində məhkəmə-psixiatriya ekspertizasının təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olmadığı üçün icraata qəbul edilməyərək, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci və 149.2.3-cü maddəsinə əsasən işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları və iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 149.4-cü maddəsinə əsasən ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilir. Həmin Məcəllənin 150.0.5-ci maddəsinə əsasən iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri iddia ərizəsinə əlavə edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Ərizəçi maraqlı tərəf Sumqayıt şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayədarlıq Şöbəsinə qarşı vətəndaşın fəaliyyət qabiliyyətinin olmamasının tanınmasına dair ərizə ilə məhkəməyə müraciət etsə də, ərizənin forma və məzmun tələblərinə riayət etməyərək, fəaliyyət qabiliyyəti olmayan şəxsin əlillik və yaxud xəstəliyi barədə arayış əlavə etməmişdir. Bu isə verilmiş tələbə baxılmasını mümkünsüz edərək, qətnamənin gələcəkdə icrasına maneçilik törədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 335.2-ci maddəsinə əsasən ərizədə şəxsin psixiatriya stasionarına qeyri-könüllü yerləşdirilməsinə aid qanunla nəzərdə tutulmuş əsaslar göstərilməlidir. Həmin Məcəllənin 335.3-cü maddəsinə əsasən psixiatriya müəssisəsinin rəhbərliyi tərəfindən ərizə verildikdə, ərizəyə həkim-psixiatr komissiyasının əsaslandırılmış rəyi də əlavə edilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə görə, iddia ərizəsi bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 151, 152, 263, 264, 266-269-cu maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçi maraqlı tərəf Sumqayıt şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayədarlıq Şöbəsinə qarşı vətəndaşın fəaliyyət qabiliyyətinin olmamasının tanınmasına dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada təqdim edildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə verilə bilər. Ərizənin qaytarılmasına səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra Ərizəçi ümumi qaydada məhkəməyə yenidən müraciət edə bilər. Hakim: Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar