Məhkəmə qərarları › İş №2(060)-6657/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-6657/2022

13.10.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-6657/2022 13.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi ilə, İddiaçı, İddiaçı nümayəndəsi Nümayəndə1, Cavabdeh nümayəndəsi-vəkil Nümayəndə2, İddiaçı Cavabdeh qarşı mənzilə köçürmə tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək 30 iyul 2021-ci il tarixdə 7E-16730 nömrə ilə reyestrdə qeyd olunmaqla Sumqayıt şəhəri 3 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən X2 adından təsdiq edilmiş etibarnamənin, Sumqayıt şəhəri 3 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən xx.xx.2021-ci il tarixdə 4Ə-1143 saylı reyestrdə qeyd olunmaqla təsdiq etdiyi Cavabdeh və etibarnaməyə əsasən X2 adından hərəkət edən İddiaçı arasında bağlanmış mənzilin bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, İddiaçı ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5310/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh və Sumqayıt şəhəri 3 saylı Notariat Ofisinin xüsusi notariusu X1 (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs X5) etibarnamənin, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və mənzilə köçürülmə tələbinə dair mülki işdən İddiaçı Cavabdeh qarşı ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməsi tələbinə dair hissəsi ayrıca icraata ayrılmışdır. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh qarşı ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Beləliklə, məhkəmə hesab edir ki, AR MPM-nin 170-ci maddəsinə əsasən iddiaçının vəsatəti ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 170, 263-269-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı Cavabdeh qarşı mənzilə köçürmə tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) verilə bilər. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar