Məhkəmə qərarları › İş №2(060)-6667/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-6667/2021

12.10.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-6667/2021 12.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi, cavabdeh X2, üçüncü şəxs Sumqayıt şəhəri İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı istifadə hüququnun tanınması və köçürülmə tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) X3 (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi və iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, 4 saylı yataqxananın 14 saylı otağına istifadə hüququnun tanınması, iddiaçının və azyaşlı övladı 02.10.2014-cü il təvəllüdlü Cavabdeh pasport qeydiyyatına alınmaları və iki azyaşlı övladları 02.10.2014-cü il təvəllüdlü Cavabdeh və 07.04.2018-ci il təvəllüdlü X4 ilə birlikdə həmin yataqxanaya köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin mülki iş icraata qəbul edilmiş, məhkəmə hazırlıq iclası 05 avqust 2021-ci il tarixə, sonuncu məhkəmə baxışı iclası isə 12 oktyabr 2021-ci il tarixə təyin olunmuşdur. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh və üçüncü şəxsin nümayəndəsi iddianın baxılmamış saxlanılmasına etiraz etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, cavabdeh işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyi üçün Azərbaycan Respublikası MPM-nin 259.0.7-ci maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 259.0.7, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh X3 qarşı istifadə hüququnun tanınması və köçürülmə tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan onun tərəflərə rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar