Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6675/2023 18.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X9 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı tərəf Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1961-ci ildə Ermənistan Respublikasının Qafan şəhərində doğumun qeyd edilməsi faktını müəyyən etməklə onun doğum qeydinin bərpası və adına yeni doğum haqqında şəhadətnamənin verilməsi, doğum şəhadətnaməsində barəsində olan qeydin «X3» kimi, «ata» qrafasında ata barədə qeydin «X4», «ana» qrafasında ana barədə qeydin isə «X2» kimi qeyd olunması dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəyə dəqiqləşmə verərək, onun xx.xx.1961-ci ildə Ermənistan Respublikasının Qafan şəhərində doğumun qeyd edilməsi faktını müəyyən etməklə onun doğum qeydinin bərpası və adına yeni doğum haqqında şəhadətnamənin verilməsi, doğum şəhadətnaməsində barəsində olan qeydin «X5» kimi, «ata» qrafasında ata barədə qeydin «X4», «ana» qrafasında ana barədə qeydin isə «X2» kimi qeyd olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, X5 xx.xx.1961-ci ildə Ermənistan Respublikasının Qafan şəhərində anadan olmuşdur. Ona həmin rayonun Qeydiyyat şöbəsi tərəfindən doğum haqqında şəhadətnamə verilmiş, həmin şəhadətnamə əsasında o, məktəbə getmiş, şəxsiyyət vəsiqəsi almışdır. O, 1984-cü ildə X8 ilə rəsmi nikaha girdikdən sonra onun «Qarayeva» soyadını qəbul etmişdir. O, doğum haqqında şəhadətnaməni itirmişdir. O, öz adına şəxsiyyət vəsiqəsi alarkən onun adı «İluzgar» əvəzinə «Uluzqar» kimi yazılmış və o, şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi ilə bağlı Sumqayıt Asan Xidmət Mərkəzinə müraciət etdikdə ona bildirilmişdir ki, o, doğum haqqında şəhadətnamənin surətini təqdim etməlidir. Lakin Maraqlı şəxs ona doğum haqqında şəhadətnamə verməmiş, bunun vətəndaşlıq vəziyyətinin akt qeydində məlumatın olmaması ilə izah edərək ona doğum faktının müəyyən olunması ilə bağlı məhkəməyə müraciət etmək hüququnun olmasını bildirmişdir. Doğum faktının müəyyən edilməsi ona doğum haqqında şəhadətnamənin verilməsi üçün lazımdır. Ərizəçi məhkəmədə ərizənin dəlillərini müdafiə etdi, eyni məzmunlu izahat verdi və təmin olunmasını məhkəmədən xahiş etdi. İş üzrə maraqlı tərəf Maraqlı şəxs qanunla müəyyən edilmiş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Azərbaycan Respublikası MPMnin 185-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən ərizəçinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək, sübutlara məçmu halda qiymət verərək belə hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs Ərizəçi ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, doğum haqqında akt qeydinin bərpa edilməsinə dair Maraqlı şəxsnə daxil olmuş ərizəsinə baxılmış, müvafiq normativ aktlara istinad olunmaqla bildirilmişdir ki, sənədin itmiş qeydinin bərpası sənədinin həqiqətən olduğunu təsdiq edən sənədi təqdim edə bilmədiyindən müvafiq akt qeydinin qeydiyyat şöbəsində bərpası mümkün deyildir. Odur ki. məhkəməyə müraciət olunmalıdır. İş materiallarında olan İ-İE №204008 saylı, xx.xx.1956-cı il tarixli “Evlənmək haqqında şəhadətnamə”nin surətindən görünür ki, X4 ilə X2 xx.xx.1956-cı il tarixdə Xocahan kənd sovetliyində nikaha girmişlər. İş materiallarında olan 2-233 saylı, xx.xx.1997-ci il qətnaməsinin surətindən görünür ki, qətnamədə ərizəçinin soyadı, adı, ata adı-X1 qeyd edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərində göstərilən ana qrafasında olan ərizəçinin soyadı, adı, ata adı-Ərizəçi kimi qeyd olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Yuxarıdakılara əsasənё Azərbayçan Respublikası MPM-nin 307-311, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizəçi maraqlı tərəf Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizəsi təmin edilsin. Ərizəçi xx.xx.1961-ci il tarixdə Ermənistan Respublikasının Qafan rayonunda anadan olması faktı müəyyən edilsin. Doğum haqqında şəhadətnamə verilərkən doğum haqqında akt qeydlərində soyadı “Cabbarova”, adı “Uluzqar", ata adı "Hüsü", doğum tarixi “xx xxxxxx 1961-ci il", milliyyəti “azərbaycanlı", doğum yeri “Ermənistan SSR, Qafan rayonu”, ata qrafasında “atası X4", ana qrafasında “anası X2 " kimi qeydiyyat aparılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Hakim: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №2(060)-6675/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6675/2023
18.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver