Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6678/2021 02.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehin Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 11/17, 50 saylı mənzilə olan istifadə hüququnun itirilməsi və pasport qeydiyyatından çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 26 sentyabr 2006-cı il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Quliyeva Şəfiqə Əmir qızı mülkiyyətində olan Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 11/17, mənzl 50-də yerləşən yaşayış evini iddiaçıya satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 24.10.2006-cı il tarixli, ********* saylı Dövlət Reyestrindən çıxarışa əsasən Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 11/17, mənzil 50 iddiaçının tam mülkiyyətindədir. Kommunal xərclərin ödənilməsi ilə bağlı iddiaçıya təqdim olunmuş bildirişlərdə xidmət haqlarının çox olması ilə bağlı borcun yaranma səbəbini araşdırarkən məlum olmuşdur ki, mülkiyyətində olan mənzildə xx.xx.1976-cı il təvəllüdlü Cavabdeh Möhtəşəm oğlu qeydiyyatdadır, lakin həmin mənzildə yaşamır. Cavabdehin həmin mənzilə qeydiyyatı formal xarakter daşıyır. Bu isə öz növbəsində iddiaçının mülkiyyət hüququna əsassız müdaxilə təşkil edir. Ona görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, sözügedən mənzili 15 il əvvəl almışdır. Cavabdeh hal-hazırda Rusiya Federasiyasındadır. Cavabdeh gələ bilmədiyini, mənzildən qeydiyyatdan çıxarılması ilə bağlı razı olduğunu bildirmişdir. Qeyd edilənlərə əsasən iddiaçı iddia ərizəsinin təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında 13.07.2021-ci il tarixli, ******* saylı arayışına əsasən iddiaçı xx.xx.1967-ci ildə, Siyəzən rayonu, Gil-Gilçay kəndində, cavabdeh isə xx.xx.1976-cı ildə anadan olmuşlar. İddiaçı və cavabdeh hazırda ünvan 1 ünvanında qeydiyyatdadırlar. 26.09.2006-cı il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən Quliyeva Şəfiqə Əmir qızı Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 17/11, 50 nömrəli mənzili (bundan sonra – mübahisəli mənzil) iddiaçıya satmışdır. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən mübahisəli mənzil iddiaçının xüsusi mülkiyyətindədir. 6 saylı Mənzil Kommunal Sahəsinin 28.08.2021-ci il tarixli, 796 saylı arayışına əsasən cavabdeh mübahisəli mənzildə qeydiyyatda olsa da, orada yaşamır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (152.1.). Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır (157.1.). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (157.2.). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (157.4.). İşdən göründüyü kimi iddiaçı mübahisəli mənzili alqı-satqı müqaviləsinə əsasən almışdır. Mənzil xüsusi mülkiyyət hüququ ilə idiaçıya məxsusdur. Cavabdeh həmin mənzildə yaşamır və formal olaraq mənzildə qeydiyyatda qalmışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 8) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi iddiaçı cavabdehin Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 11/17, 50 saylı mənzilə olan istifadə hüququnun itirilməsi və pasport qeydiyyatından çıxarılmasını xahiş edir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının xüsusi mülkiyyətində olan mənzildə qeydiyyatda qalması iddiaçının mənafeyinə zidd olmaqla bir mülkiyyətçi kimi onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Bu səbəbdən iddia həmin hissədə təmin edilməli və cavabdehin mübahisəli mənzilə istifadə hüquqları itirilmiş hesab edilməlidir. Lakin pasport qeydiyyatından çıxarılma məsələsi məhkəmənin səlahiyyətinə aid olmadığı üçün iddia həmin hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 860-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 11/17, mənzil 50 ünvanına istifadə hüququ itirilmiş hesab olunsun. İddia qalan hissədə təmin edilməsin. Hazırkı qətnamə göstərilən şəxsin həmin mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-6678/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6678/2021
02.09.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver