Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-67/2021 05.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, Cavabdeh Zeynulla qızının iştirakı ilə, İddiaçı Cavabdeh Zeynulla qızına qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılma” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh Zeynulla qızına qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Zeynulla qızı və onun ailə üzvlərinin xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsində yerləşən 0,61293 ha torpaq sahəsindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində yerləşən 0.61293 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Həmin torpaq sahəsində fərdi yaşayış evi var. Cavabdeh Zeynulla qızı həmin torpaq sahəsini qanunsuz olaraq zəbt edib və orada ailə üzvləri ilə birlikdə yaşayır. O, cavabdehin ailə üzvlərini tanımır. Cavabdehlərin şəxsiyyətləri ona məlum deyil. Ona görə də onları cavabdeh qismində işə cəlb edə bilmir. Cavabdeh qanunsuz olaraq onun torpaq sahəsini zəbt edib. Dəfələrlə ondan torpaq sahəsindən çıxmasını tələb etsə də heç bir nəticəsi olmamışdır. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edir. Hesab edir ki, cavabdeh və onun ailə üzvləri xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan torpaq sahəsində çıxarılmalıdırlar. İddiaçı məhkəməyə teleqram göndərərək işə onun iştirakı olmadan baxılmasını və qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. O, Dəvəçi rayon sakinidir. Artıq uzun müddətdir ki, ailəsi ilə birlikdə Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsində yerləşən inzibati binada yaşayır. Onun başqa yaşayış yeri yoxdur. İddiaçını tanımır. Həmin sahədən istifadəsi ilə bağlı heç bir hüquqmüəyyənedici sənədi yoxdur. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsində yerləşən 0,61293 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 25 nömrəli vərəqində xx.xx.2015-ci il tarixdə qeydə alınmışdır. Beləliklə, işin hallarından göründüyü kimi, mübahisə predmeti olan torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. İddiaçı cavabdehin onun mülkiyyətinə müdaxilə etməsini, bu yolla mülkiyyət hüquqlarının pozulmasını əsas gətirərək hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 146.1-ci maddəsin əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrli qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına dair Protokolun (qeyri-rəsmi 1 saylı Protokol) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10/3038 nömrəli, xx xxxxxxx 2020-ci il tarixli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin “xxxx” MMC-nin Bakı Layihə-Tədqiqat İdarəsinin mütəxəssis rəyində qeyd olunur ki, İddiaçı məxsus Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsində yerləşən 0,61293 ha torpaq sahəsinin 330 kv.metr hissəsindən (sanitar və qeyri-yaşayış tikili) faktiki olaraq Cavabdeh Zeynulla qızı tərəfindən istifadə olunur. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 76 və 88-ci maddələrinə müvafiq olaraq ekspert rəyini sübut növü kimi qəbul edərək hesab edir ki, iddiaçının cavabdehə qarşı irəli sürdüyü - cavabdehin ona məxsus torpaq sahəsindən çıxarılması barədə iddia tələbi əsaslı və qanunidir. Cavabdeh mübahisəli torpaq sahəsinə müdaxilə edərək oradan istifadə etməklə iddiaçının mülkiyyət hüququnu pozmuşdur. Bu isə öz növbəsində daxili qanunvericiliyinin yuxarıda şərh olunan pozuntusu ilə yanaşı, həm də Avropa Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusu kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə işin faktiki hallarına hüquq normalarına istinadən qiymət verərək bu nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdeh Bayramova X1 şəhəri, H.Zeynalabdin qəsəbəsində yerləşən 0,61293 ha torpaq sahəsindən çıxarılmalıdır. İddia «ailə üzvləri ilə birlikdə çıxarılmalı» hissədə, həmin şəxslərin dairəsi məhkəmə üçün müəyyən olmadığından həmin hissədə təmin edilməməlidir. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Eyni zamanda məhkəmə ekspertizası tədqiqatının dəyərinin əvəzi olaraq, Cavabdeh Zeynulla qızından 50 (əlli) manat tutularaq Dövlət Xəzinədarlığı Agentliyinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Zeynulla qızı İddiaçı məxsus Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsində yerləşən 0,61293 ha torpaq sahəsindən çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi orlaraq 10 manat Cavabdeh Zeynulla qızından tutularaq İddiaçı ödənilsin. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olaraq Cavabdeh Zeynulla qızından 50 (əlli) manat tutuluraq Dövlət Xəzinədarlığı Agentliyinə (Kod 210005, VÖEN **********), müxbir hesab AZ41NABZ**********0000003944, SFİFT BİK- CTREAZ22, məhkəmə ekspertiza mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-67/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-67/2021
05.02.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver