Məhkəmə qərarları › İş №2(060)-6702/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-6702/2023

20.12.2023 · Müqavilələrin ləğv edilməsi - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-6702/2023 20.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Tağızadə Gülnarə Fikrət qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Sumqayıt Bələdiyyəsinin cavabdeh X1 qarşı icarə haqqı üzrə borc məbləğinin ödənilməsi, icarə müqaviləsinin xitam verilməsi və torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddia ərizəsi, üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Sumqayıt Bələdiyyəsi cavabdeh X1 qarşı icarə haqqı üzrə borc məbləğinin ödənilməsi, icarə müqaviləsinin xitam verilməsi və torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi tələbinə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli 2(060)-6702/2023 saylı qərardadı ilə iddia ərizəsi icraata qəbul edilmişdir və məhkəmə hazırlıq iclası 20 dekabr 2023-cü il tarixə saat 11-50-ə təxirə salınmışdır. İddiaçı Sumqayıt Bələdiyyəsi «E-Məhkəmə» İnformasiya sistemi vasitəsi ilə 19 dekabr 2023-cü il tarixdə məhkəməyə ərizə göndərərək, mübahisənin məhkəmədən kənar qaydada həll edilməsini ilə əlaqədar, cavabdeh R.M.Agayev tərəfindən icarə haqqı borcunu ödədiyini nəzərə alaraq, iddia ərizəsinin qaytarılması və iddianın baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. Ərizəyə əlavə edilmiş ödəniş qəbzdən müəyyən olunur ki, Cavabdeh Sumqayıt Bələdiyyəsinə icra haqqı ilə borclu oldugu 3039 manat pulu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. «Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011ci il 31 mart tarixli 3 nömrəli qərarında dəyişiklirlər edilərək, 5.1.2-ci bəndlərdə aşağıdakı redaksiyada verilimşdir: «Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.» Yuxarıdakıları və Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsini rəhbər tutaraq, məhkəmə, Q Ə R A R V E R D İ: İddiaçı Sumqayıt Bələdiyyəsinin cavabdeh X1 qarşı icarə haqqı üzrə borc məbləğinin ödənilməsi, icarə müqaviləsinin xitam verilməsi və torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi tələbinə dair ərizə baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. SƏDRLİK EDƏN: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar