Məhkəmə qərarları › İş №2(060)-6704/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6704/2024

25.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6704/2024 25.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb etməklə “doğum aktı qeydinin bərpa edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. Ərizəçi maraqlı şəxs qismində Sumqayıt regional şəhər Qeydiyyat şöbəsini cəlb etməklə “doğum faktının müəyyən edilməsi tələbi”nə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1959-cu ildə Ermənistan SSRİ-nin Amasiya rayonu, Daşkörpü kəndində anadan olmuşdur. Hal-hazırda ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq ünvan 2 ünvanında yaşayır. Ermənistan SSRİ-nin Amasiya rayonu qeydiyyat şöbəsi tərəfindən verilmiş və iddiaçıya məxsus doğu şəhadətnaməni naməlum şəraitdə itirmişdir. Doğum şəhadətnaməni bərpa etmək üçün müvafiq olaraq səlahiyyətli orqan olan eləcə də qeydiyyatda olduğu yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxsnə müraciət etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs 3-16-5/8-R-37xx/xx/2024 saylı xx.xx.2024-cü il tarixində verilmiş cavab məktubu ilə göstərilmişdir ki, Ərizəçi xx.xx.1959-cu ildə Ermənistan Respublikasının Amasiya rayonunda qeydə alınmış doğum haqqında şəhadətnamənin verilməsi barədə Maraqlı şəxsnə daxil olmuş ərizəyə baxılmışdır. Ermənistan respublikasının vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatına dair sənədlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs arxivində saxlanılmadığından xahişinin təmin olunması mümkün deyildir. İtmiş qeydin bərpası üçün kifayət qədər əsaslar olduğu təqdirdə ölən şəxsin qanuni vərəsəsi onun doğum haqqında akt qeydinin bərpa olunması məqsədilə qohumluq faktını təsdiq edən sənədləri təqdim etməklə yaşadığı yer üzrə qeydiyyat şöbəsinə, kifayət qədər əsaslar olmazsa, qeydiyyat şöbəsinin imtina barədə məktubuna əsasən yaşadığı yer üzrə məhkəməyə müraciət edə bilər. ünvan 2 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDRX publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********59-05101-093004 saylı, xx.xx.2023-cü ildə tərtib edilmiş 32615 saylı invertar nömrəli sənədlə mərhum atası Rzayev Şenlik Məmməd oğlunun adınadır. Həmin mənzilin miras əmlakı olaraq iddiaçıya verilməsi üçün doğum haqqında şəhadətnamənin alınmasına zərurət yaranmışdır. İddiaçının doğulduğu ərazi olan Ermənistan respublikası Amasiya rayonuna gedərək həmin sənədin alınması və ya arxivdən çıxarılması heç bir halda mümkün deyil. Göstərilənlərə əsasən xx.xx.1959-cu il tarixli Ərizəçi doğum faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

3. Sonradan Ərizəçi məhkəməyə ərizəsinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək, xx.xx.1959-cu il tarixli Ərizəçi doğum aktı qeydinin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Daha sonra Ərizəçi məhkəməyə ərizəsinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək, Ərizəçi xx xxxxxxx 1959-cu il tarixdə Ermənistan SSR-in Qukasyan rayonunda doğulması, atasının “Rzayev Şenlik Məmməd oğlu”, milliyyəti “azərbaycanlı”, anasının “X5”, milliyyəti “azərbaycanlı” olması ilə bağlı doğum akt qeydi bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

5. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

6. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Maraqlı şəxs nümayəndəsi X4 bildirmişdir ki, ərizəçinin Maraqlı şəxsndə doğum akt qeydi olmadığı üçün tərəflərindən imtina verilmişdir. Ehtiyac yaranarsa, ərizəçinin valideynlərinin ölümü barədə akt qeydini tələb edə bilərlər. Belə ki, həmin sənəddə şəxsin harada doğulması qeyd olunur. Ərizəçinin doğum faktı ilə bağlı Maraqlı şəxsndə heç bir məlumat yoxdur. Ermənistan Respublikasında olan doğumlarla bağlı Azərbaycan Milli Arxiv İdarəsində akt qeydləri aşkar olunmur.

7. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə təqdim edərək işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir.

8. Məhkəmə tərəflərin izahatlarını, şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

9. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadə verərək göstərmişdir ki, Ərizəçi onun qardaşıdır. Qardaşı xx xxxxxxx 1959-cu ildə Amasiya şəhərində doğulmuşdur. Atası Rzayev Şenlik Məmməd oğlu, anası X5 olmuşdur. Hər ikisi vəfat etmişdir.

10. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadə verərək göstərmişdir ki, Ərizəçi onun qardaşıdır. Qardaşı xx xxxxxxx 1959-cu ildə Amasiya şəhərində doğulmuşdur. Atası Rzayev Şenlik Məmməd oğlu, anası X5 olmuşdur.

11. İş materiallarında olan AA29122054 seriyalı şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1959-cu il tarixdə doğulmuşdur.

12. İş materiallarında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş Çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Mexkalon yaşayış massivi 23, ev 26, mənzil 7 Rzayev Şenlik Məmməd oğlu adına xüsusi mülkiyyət üzrə hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 415 saylı reyestr kitabının 96 nömrəli vərəqində, xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə qeydiyyat aparılmışdır.

13. İş materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanan 24 sentyabr 2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Ərizəçi xx.xx.1959-cu ildə Ermənistan Respublikasının Amasiya rayonunda qeydə alınmış doğum haqqında təkrar şəhadətnamənin verilməsi barədə Maraqlı şəxsnə daxil olmuş ərizəsinə baxılmışdır. Bildirilir ki, Ermənistan Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatına dair sənədlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxs arxivində saxlanılmadığından xahişin təmin olunması mümkün deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”ın 13-cü və 14-cü bəndinin tələblərinə uyğun olaraq vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri tərəfindən icra edilir. İtmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Göstərilənlərlə əlaqədar izah edilir ki, itmiş qeydin bərpası üçün kifayət qədər əsaslar olmadığı tədqirdə ölən şəxsin qanuni vərəsəsi onun doğum haqqında akt qeydinin bərpa olunması məqsədilə qohumluq faktını təsdiq edən sənədləri təqdim etməklə yaşadığı yer üzrə qeydiyyat şöbəsinə, kifayət qədər əsas olmazsa, qeydiyyat şöbəsinin imtina barədə məktubuna əsasən yaşadığı yer üzrə məhkəməyə müraciət edə bilər.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

14. Beləliklə məhkəmədə müəyyən olundu ki, Ərizəçi xx xxxxxxx 1959-cu il tarixdə Ermənistan SSR-in Qukasyan rayonunda anadan olmuş, atası Rzayev Şenlik Məmməd oğlu, anası isə X3r. Ərizəçi Maraqlı şəxsnə ərizə ilə müraciət edərək, doğum haqqında akt qeydinin bərpa edilməsini xahiş etmiş, lakin Maraqlı şəxs bundan imtina edərək, məhkəməyə müraciət edilməsini tövsiyə etmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

15. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktları bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir.

16. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən, itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.

18. Eyni Məcəllənin 307.2.3-cü maddəsinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən edilir.

19. Göstərilən Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyətli olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir.

20. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

21. Göründüyü kimi ərizəçi doğum haqqında şəhadətnaməni başqa qaydada ala bilməmiş və bununla əlaqədar məhkəməyə müraciət etmişdir.

22. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

23. Bundan əlavə, «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.

24. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx xxxxxxx 1959-cu il tarixdə Ermənistan SSR-in Qukasyan rayonunda doğulması barədə doğumun qeyd edilmə faktı müəyyən olunmalı, doğum haqqında akt qeydləri kitabında adının “Zahid”, soyadının “Rzayev”, ata adının “Şenlik”, doğum tarixinin “xx.xx.1959-cu il”, doğum yerinin “Ermənistan SSR-in Qukasyan rayonu”, atasının adının “Rzayev Şenlik Məmməd oğlu”, milliyyəti “azərbaycanlı”, anasının adı “X5”, milliyyəti “azərbaycanlı” olması ilə bağlı doğum akt qeydi bərpa olunmalıdır.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

27. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

28. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

30. Həmçinin, Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Nəticə hissəsi:

31. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizəçi “doğum aktı qeydinin bərpa edilməsi”nə dair ərizəsi təmin edilsin. Ərizəçi xx xxxxxxx 1959-cu il tarixdə Ermənistan SSR-in Qukasyan rayonunda doğulması barədə doğumun qeyd edilmə faktı müəyyən olunsun. Doğum haqqında akt qeydləri kitabında adının “Zahid”, soyadının “Rzayev”, ata adının “Şenlik”, doğum tarixinin “xx.xx.1959-cu il”, doğum yerinin “Ermənistan SSR-in Qukasyan rayonu”, atasının adının “Rzayev Şenlik Məmməd oğlu”, milliyyəti “azərbaycanlı”, anasının adı “X5”, milliyyəti “azərbaycanlı” olması ilə bağlı doğum akt qeydi bərpa olunsun. Hazırkı qətnamə doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar