Məhkəmə qərarları › İş №2(060)-6708/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6708/2024

02.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6708/2024 02.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, Ərizəçi etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə1 iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi maraqlı şəxs Sumqayıt Qeydiyyat şöbəsinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, onun xx xxxxx 1964-cü il tarixdə Ermənistan Respublikası, Sisiyan rayonunda doğumunun qeydə edilmə faktının müəyyən edilməsi və akt qeydinin bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx xxxxx 1964-cü il tarixdə Ermənistan Respublikası, Sisiyan rayonunda anadan olub. Hazırda ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla faktiki yaşayır. Bildirmək istəyir ki, ona məxsus olan AZE******** seriyalı şəxsiyyət vəsiqəsində doğulduğu yer və tarix olaraq olaraq Ermənistan Respublikası, Sisiyan rayonu, xx.xx.1964-cü il olaraq qeyd edilmişdir. Həmçinin ona məxsus olan digər sənədlərdə də eyni məlumatlar qeyd edilmişdir. Qeyd edir ki, doğum haqqında şəhadətnaməni Ermənistandan qaçqın düşən zaman itirib. Bunun üçün doğum haqqında şəhadətnamənin təkrarının əldə edilməsi üçün cavabdeh Maraqlı şəxsnə ərizə ilə müraciət etmiş, lakin cavabdeh tərəfindən ona ünvanlanmış məktub ilə ərizənin icrasından imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Ermənistan Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatına dair sənədlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxs arxivində saxlanılmadığından xahişinizin təmin olunması mümkün deyildir. Yuxarıda göstərdiklərinə əsasən o, ərizəsinin təmin olunmasını və bu barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə1 ərizəyə uyğun izahat verdi və əlavə olaraq qeyd etdi ki, anası xx xxxxx 1964cü ildə Ermənistan SSRİ, Sisiyan rayonunda anadan olmuşdur. Anası şəhadətnaməsini itirmişdir. Həmin sənədin olmaması ona bir çox çətinliklər yaradır. Ərizəçi qeyd edilənlərin nəzərə alınmasını və ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirdi ki, ərizəçi onun bacısıdır. O xx.xx.1964-cü ildə Ermənistan SSRİ, Sisiyan rayonunda anadan olmuşdur. O da doğum haqqında şəhadətnaməsini məhkəmə yolu ilə almışdır. Atasını kənddə həm Hatəm, həm də Atam deyə çağırırdılar. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada (məhkəmə bildirişinə imza etməklə) məlumatlandırılmasına baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hazırlıq iclasında iştiark etmiş Maraqlı şəxs səlahiyyətli nümayəndəsi Nümayəndə2 ərizəyə dair izahat verərək bildirmişdir ki, ərizəyə etiraz etmir. Qarşı tərəf doğum akt qeydini itirməsi səbəbi ilə akt qeydinin bərpası üçün onlara müraciət etmişdir. Əgər şəhadətnamələrin notarial təsdiqi olsaydı, şəhadətnaməni bərpa edərdilər. Bu səbəblə ərizəçinin müraciətinə imtina verilmiş və nəticədə ərizəçi məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmənin nəzərinə çatdırır ki, Ermənistan SSRİ-də doğulanların akt qeydini bərpa edirlər. Belə ki, qeyd edilən sənədlərin arxivləri Ermənistan SSRİ-də qalmışdır. Hazırda ərizənin təmin edilərək doğum akt qeydinin bərpa edilməsinə etiraz etmir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən surətindən görünür ki, Ərizəçi xx.xx.1964-cü il tarixdə Ermənistan Respublikası, Sisiyan rayonunda doğulmuşdur. İşdə olan XV JQ-476240 doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.1991-ci il tarixdə Sumqayıt şəhərində doğulmuşdur. X6, anası X2r. İşdə olan AZ-İ 043518 saylı nikahın pozulması haqıqnda şəhadətnamənin surətindən görünür ki, X17 ilə X4 arasında olan nikah ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2002-ci il tarixdə 285 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Maraqlı şəxs 20 iyun 2024-cü il tarixli, 3-16-5/8-P-23xx/xx/2024 nömrəli məktubundan görünür ki, Ərizəçi doğum faktının təsdiq edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İşdə olan İ-ZJ ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1969-cu il tarixdə ER, Sisiyan rayonu, Sofulu kəndində doğulmuşdur. X1, anası X8r. İşdə olan XV-JQ 476240 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.1991-ci il tarixdə Sumqayıt şəhərində doğulmuşdur. Atası X7, anası X2r. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Ərizəçi xx xxxxx 1964-cü il tarixdə Ermənistan Respublikası, Sisiyan rayonunda anadan olmuşdur. X1, anası X8r. Bu fakt işdə olan sənədlər, şahid ifadələri və digər iş materialları ilə təsdiq olunur. Məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunmaması ərizəçinin mülki, sosial və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin, ərizəçinin bu faktı təsdiq edən lazımi sənədi məhkəmədənkənar başqa qaydada ala bilməsi, o cümlədən itirilmiş sənədin bərpası mümkün deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx xxxxx 1964-cü il tarixdə Ermənistan Respublikası, Sisiyan rayonunda doğulması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307, 311 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. Ərizəçi xx xxxxx 1964-cü il tarixdə Ermənistan Respublikası, Sisiyan rayonunda doğulması faktı müəyyən olunsun və doğum akt qeydi bərpa edilsin. Ərizəçi adına yeni doğum haqqında şəhadətnamə verilsin və doğum haqqında şəhadətnamədə Ərizəçi ata qrafasında X9, ana qrafasında isə X10 qeyd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar