Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6741/2021 03.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı tərəf Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 8 saylı Ərazi İdarəsinə qarşı «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə» ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Masallı rayon Aqrar İslahat Komissiyasının 11 noyabr 1998-ci il tarixli, 62 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi məqsədi ilə verilmiş 0.29 hektar torpaq sahəsinin ayrılmasına dair JN-175A Kod: 80526018 nömrəli X1 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi ərizəni müdafiə edərək göstərdi ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 11 noyabr 1998-ci il tarixli, 62 saylı qərarı ilə anası X8 fərdi yaşayış evi tikilməsi məqsədi ilə mülkiyyət hüququ üzrə 0.29 ha torpaq sahəsi verilmiş və buna dair JN-175A Kod: 80526018 saylı şəhadətnamədə verilmişdir. Həmin şəhadətnamədə mərhum anası X7 ata adı Ağa əvəzinə səhvən Alı kimi qeyd edilmişdir. Yol verilmiş bu səhv onların və ya ailə üzvlərilərinin günahı deyil həmin şəhadətnaməni vermiş orqanın günahıdır, lakin həmin orqan artıq mövcud deyildir. Yol verilmiş bu səhv isə onun mülkiyyətlə bağlı hüquqlarını pozur. Belə ki, o, bu səhvə görə həmin şəhadətnaməni təqdim edib Dövlət Reyestrindən Çıxarış ala bilmir, torpaq sahəsini bölə bilmir, vərəsəlik işlərini apara bilmir və sair işləri görə bilmir. Bununla bağlı müvafiq dövlət orqanına müraciət etsə də məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. Odur ki, məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənləri nəzərə alaraq, Masallı rayon Aqrar İslahat Komissiyasının 11 noyabr 1998-ci il tarixli, 62 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi məqsədi ilə verilmiş 0.29 hektar torpaq sahəsinin ayrılmasına dair JN-175A Kod: 80526018 nömrəli X1 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı tərəf Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 8 saylı Ərazi İdarəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə heç bir məlumat vermədiklərindən, məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə maraqlı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid X21 bildirdi ki, ərizəçi uzaq qohumudur. Ərizəçinin anasını görüb tanımışdır. Həqiqətəndə ərizəçinin babasının adı Ağadır. Məhkəmədə şahid X28 bildirdi ki, ərizəçi kəndçisidir. Fərahimin anasını tanımışdır. Ərizəçinin anasının ata adının Ağa olduğunu bilir. Məhkəmə Ərizəçi, şahidlər X21 və X22 dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Masallı rayon İcra hakimiyyəti başçısının Şərəfə kənd inzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin 31.05.2021-ci il tarixli arayışından görünür ki, Ərizəçi mərhum anasının adı olan JN N 175A nömrəli Torpağa mülkiyyətə verilməsinə dair şəhadətnamədə texniki səhv olaraq birinci adam X13-X3 oxunsun. İş materiallarında olan AZ-İİ № 172634 saylı, 30.04.2021-ci il tarixli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X15 24.05.2021-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Masallı Regional “Asan-Xidmət” Mərkəzində notariat ofisinin Ərizəçi ünvanladığı 05.05.2021-ci il tarixli məktubundan görünür ki, 24.05.2001-ci il tarixdə vəfat etmiş anası X4 miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə 05.05.2021-ci il tarixli ərizəsi və ona əlavə edilmiş sənədlər nəzərdən keçirildikdə müəyyən olunmuşdur ki, faktiki qəbul barədə heç bir sənəd yoxdur. Vərəsəliyin qəbul müddətinin keçməsinə və faktiki qəbul barədə sənəd olmadığına görə vərəsəlik işin notarial qaydada rəsmiləşdirmək mümkün olmadığı üçün sənədlər məhkəməyə müraciət olunması ilə əlaqədar geri qaytarılır. İş materiallarında olan JN-268 nömrəli, torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, X18, X5, X17, X9, X19, X10 Masallı rayonu, Aqrar islahat Komissiyasının 1998-ci il 11 noyabr tarixli 62 saylı qərarı ilə 1.36 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Torpağın Mülkiyyətə verilməsinə dair JN-175A nömrəli şəhadətnamənin surətindən görünür ki, Masallı rayonu, Şərəfə kənd sakini X11 Masallı rayonu Aqrar islahat Komissiyasının 11 noyabr 1998-ci il tarixli 62 saylı qərarı ilə 0,29 hektar torpaq sahəsi istifadəsinə verilmişdir. İş materiallarında olan AZE seriyalı, № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 54, mənzil 24-də qeydiyyatdadır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 11 noyabr 1998-ci il tarixli, 62 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi məqsədi ilə verilmiş 0.29 hektar torpaq sahəsinin ayrılmasına dair JN-175A Kod: 80526018 nömrəli Şəhadətnamədə mülkiyyətçinin yəni ərizəçinin anasının ata adının səhvən "Alı" olaraq qeyd olunduğu göstərilmişdir. Belə ki, ərizəçinin anasının atasının əsl adı X12r. Bu fakt iş materiallarında olan ölüm haqqında şəhadətnamədə, arayışlarda, ərizəçinin izahatı və digər iş materialları ilə təsdiq olunur. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı,atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktını məhkəmə müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci. maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquq əhəmiyyətli olan faktlarıın müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məhkəmə iclasında ərizəçi tələbinin əsasları olan faktiki halları məhkəməyə təqdim edilmiş sənədlərlə sübuta yetirmişdir. Məhkəmə həmin sübutları qanunla müəyyən edilmiş sübutetmə vasitəsi ilə əldə etməsi kimi qiymətləndirir. Beləliklə məhkəmə hesab edir ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 11 noyabr 1998-ci il tarixli, 62 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi məqsədi ilə verilmiş 0.29 hektar torpaq sahəsinin ayrılmasına dair JN-175A Kod: 80526018 nömrəli X1 məxsus olması faktının müəyyən edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunmaması ərizəçinin mülki, sosial və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin, ərizəçinin bu faktı təsdiq edən lazımi sənədi məhkəmədənkənar başqa qaydada ala bilməsi mümkün deyildir. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeyd alınma üçün əsasdır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: Ərizə təmin edilsin. Masallı rayon Aqrar İslahat Komissiyasının 11 noyabr 1998-ci il tarixli, 62 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi məqsədi ilə verilmiş 0.29 hektar torpaq sahəsinin ayrılmasına dair JN-175A Kod: 80526018 nömrəli X1 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-6741/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6741/2021
03.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver