Məhkəmə qərarları › İş №2(060)-6753/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6753/2022

20.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6753/2022 20.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, ərizəçinin xx.xx.1987-ci il tarixində Ermənistan Respublikasında anadan olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra ərizəçi dəqiqləşmə verərək, onun xx.xx.1987-ci ildə Ermənistan Respublikasının Krasnoselo rayonunda doğumunun qeyd edilmə faktının müəyyən edilməsi və akt qeydinin bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1987-ci ildə Ermənistan Respublikasında anadan olmuşdur. Ona aid doğum haqqında şəhadətnaməni naməlum şəraitdə itirmişdir. Anasına təqaüd sənədlərinin hazırlanması üçün ona məxsus doğum haqqında şəhadətnamənin yenisinin əldə edilməsi zərurəti yaranmışdır. Bunun üçün o, doğum haqqında şəhadətnamənin təkrarının əldə edilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin ona məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Bu səbəbdən də mövcud tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədə ərizəçi məhkəməyə verilən ərizə ilə eyni məzmunlu izahat verərək, ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid X5 bildirdi ki, ərizəçinin onun dayısı qızıdır. Ərizəçi 1987-ci ildə Ermənistan Respublikasının Krasnoselo rayonunda anadan olmuşdur. Məhkəmə iclasında şahid X1 bildirdi ki, ərizəçinin onun qardaşı qızıdır. Ərizəçi Ermənistan Respublikasının Krasnoselo rayonunda anadan olmuşdur. O, ərizəçinin ailəsi ilə qonşu olmuş və ərizəçi 1987-ci ildə anadan olmuşdur. Onun övladları ərizəçi ilə birgə böyümüş və onların uşaqlıqları bir keçmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə həmin qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Maraqlı şəxs xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ərizəçiyə doğum haqqında akt qeydinin bərpa edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. - Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X2 ilə X4 arasında 1982-ci il tarixdə Ermənistan Respublikasının Krasnoselo rayonu, Gölkənd icra nümayəndəliyində rəsmi nikah bağlanmışdır və bu barədə nikah haqqında akt qeydləri kitabında həmin tarixdə 07 nömrəsi ilə xx.xx.2019-cu il tarixində nikahları bərpa edilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, ərizəçi doğum haqqında şəhadətnaməsini itirdiyindən yeni şəhadətnamə verilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, orada isə doğum haqqında akt qeydinin bərpa edilməsi üçün zəruri sənədlər olmadığından məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi ərizəsinin təmin olunması barədə məhkəmə qətnaməsinin çıxarılmasının qanuni və əsaslı hesab edərək belə nəticəyə gəlir ki, Ərizəçi doğum akt qeydi bərpa edilməli, yeni doğum haqqında şəhadətnamədə doğum tarixi xx.xx.1987-ci il, doğulduğu yer Ermənistan Respublikası, Krasnoselo rayonu, atasının adı qrafasında X2, anasının adı qrafasında X4 qeyd olunmalıdır. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. AR MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Bu Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bu Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeyd alınma üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307, 311 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1987-ci il tarixdə Ermənistan Respublikasının, Krasnoselo rayonunda doğumunun qeyd edilməsi faktı müəyyən edilsin. Qeydiyyat şöbəsi tərəfindən doğum akt qeydi bərpa edilərək, yeni doğum haqqında şəhadətnamədə Ərizəçi soyadı, adı və atasının adı “Ərizəçi”, doğum tarixi “xx.xx.1987-ci il”, doğulduğu yer “Ermənistan Respublikası, Krasnoselo rayonu”, atasının adı qrafasında “X2”, ana qrafasında “X4” kimi qeyd olunsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar