Məhkəmə qərarları › İş №2(060)-6790/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6790/2021

15.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6790/2021 15.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X7 Behbudovanın sədrliyi, Rəşad Mehman oğlu Məmmədlinin katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Sumqayıt şəhər Qeydiyyat Şöbəsinə qarşı doğum faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi maraqlı şəxs Sumqayıt şəhər Qeydiyyat Şöbəsinə qarşı doğum faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1939-cu ildə Azərbaycan Respublikasının Sumqayıt şəhərində anadan olmuşdur. Bunu ona məxsus olan Sumqayıt ŞPİ QŞVŞ tərəfindən 25.06.2007-ci ildə verilmiş 0******* AZE seriyalı şəxsiyyət vəsiqəsi təsdiq edir. Ona məxsus olan “Doğum haqqında şəhadətnamə” naməlum səbəblərdən itmişdir. Hal-hazırda yaşadığı fərdi ev atasının (Xudabaxış Abdulla oğlu) adına qeydə alınmışdır. Fərdi evi öz adına özəlləşdirmək üçün ondan “Doğum haqqında şəhadətnamə” tələb olunur. O, X11 ilə nikaha girmiş, mərhum həyat yoldaşı Qədir Qəniyev 2014-cü ildə vəfat etmişdir. Doğum haqqında şəhadətnamə alınması məqsədi ilə maraqlı tərəf olan Sumqayıt şəhər Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Maraqlı tərəf özünün 02 iyun 2021-ci il tarixli, 05/Q-771/69 saylı arayışı ilə ona bildirmişdir ki, doğumu haqqında akt qeydi aşkar olunmamışdır. Bu səbəbdən də məhkəməyə müraciət etməlidir. Hesab edir ki, xx xxxx 1939-cu ildə Azərbaycan Respublikasının Sumqayıt şəhərində anadan olmuş Ərizəçi, soyadının Qəniyeva, adının Cəvahir, atasının adının Xudabaxış kimi qeyd olunmaqla doğum haqqında şəhadətnamə verilməsi, veriləcək yeni doğum haqqında şəhadətnamədə ata qrafasında atasının adının Xudabaxış, atasının adının Abdulla, ana qrafasında anasının adının Anaxanım, atasının adının isə Ələkbər kimi göstərilməsi barədə qətnamə qət edilməlidir. Qeyd edilənlərə əsasən xx xxxx 1939-cu ildə Azərbaycan Respublikasının, Sumqayıt şəhərində anadan olmuş Ərizəçi soyadının Qəniyeva, adının Cəvahir, atasının adının Xudabaxış kimi qeyd olunmaqla doğum haqqında şəhadətnamə verilməsi, veriləcək yeni doğum haqqında şəhadətnamədə ata qrafasında atasının adının Xudabaxış, atasının adının Abdulla, ana qrafasında anasının adının Anaxanım, atasının adının isə Ələkbər kimi göstərilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinə uyğun eyni məzmunlu izahat verərək məhkəmədən ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Sumqayıt şəhər Qeydiyyat Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq Sumqayıt şəhər Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsini rəhbər tutaraq işə maraqlı tərəf Sumqayıt şəhər Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahat verərək bildirdi ki, Ərizəçi əmisi nəvəsidir. Onlar Coratda yaşayıblar. X4, anası X6r. Bacısı və qardaşları rəhmətə gedib. Anası 1983-cü ildə, atası isə 1988-ci ildə vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahat verərək bildirdi ki, Ərizəçi onun qonşusudur. X4, anası X6r. Anası 1983-cü ildə, atası isə 1988-ci ildə vəfat etmişdir. Məhkəmə, ərizəçinin və şahidlərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və işin məhkəmə iclasında araşdırılan hallarına hüquqi qiymət verərək belə hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Sumqayıt şəhər Qeydiyyat şöbəsinin 02 iyun 2021-ci il tarixli ərizəçiyə ünvanlanmış məktubundan görünür ki, doğum haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq Vəziyyəti aktları” Avtomatlaşdırılmış qeydiyyat İnformasiya sisteminə 02.06.2021-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğumu haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan AR DİN-nin Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 30.08.2021-ci il tarixli sorğusuna cavab olaraq göndərilən 17.09.2021-ci il tarixli 123-35517-1221 saylı məktubundan görünür ki, xx.xx.1939-cu il təvəllüdlü Ərizəçi AZE 08816777 seriyalı şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olan sənədlərin müddəti keçdiyindən yandırılma yolu ilə məhv edilmişdir. İş materiallarında olan AR-nın Dövlət Arxivi tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 30.08.2021-ci il tarixli sorğusuna cavab olaraq göndərilən 28.09.2021-ci il tarixli DA-01532-2021 saylı məktubundan görünür ki, may-dekabr 1939-cu ilə dair Sumqayıt şəhəri Qeydiyyat şöbəsi üzrə doğum haqqında qeydiyyat kitablarında Ərizəçi təvəllüdü haqqında heç bir məlumat yoxdur, eləcə də yanvar-aprel 1939-cu ilə dair Sumqayıt şəhəri Qeydiyyat şöbəsi üzrə doğum haqqında qeydiyyat kitabları arxivə dövlət mühafizəsinə verilməyib. İş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X11 ilə Ərizəçi arasında nikah 23 fevral 1961-ci ildə bağlanmış, nikah bağlandıqdan sonra ərə Qəniyev, arvada Qəniyeva soyadı verilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X8 09 iyul 2002-ci ildə ölmüşdür. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X12 13 yanvar 1983-cü ildə ölmüşdür. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X13 13 yanvar 1988-ci ildə ölmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasdən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. İşin məhkəmə iclasında tədqiq olunan halları və şahid ifadələri ilə sübuta yetirilir ki, həqiqətən Ərizəçi xx xxxx 1939-cu ildə anadan olmuş, X4, anası X6r. Ərizəçi doğum haqqında şəhadətnamədə alınması üçün Sumqayıt şəhər Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin Qeydiyyat şöbəsində vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ərizəçinin doğumu haqqında akt qeydi aşkar olunmamışdır. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə, məhkəmə, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, ərizə təmin olunmalı, xx.xx.1939-cu ildə Sumqayıt şəhərində anadan olmuş Ərizəçi ata adının Xudabaxış Abdulla oğlu, ana adının X2 qeydiyyatı aparılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311, 339-341-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1939-cu ildə Sumqayıt şəhərində anadan olmuş Ərizəçi ata adının Xudabaxış Abdulla oğlu, ana adının X2 qeydiyyatı aparılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar