Məhkəmə qərarları › İş №2(060)-6862/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6862/2025

17.12.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6862/2025 17.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh direktorunun onun barəsində verdiyi 1*.*9.2*25-ci il tarixli 21* saylı əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi buraxılmış iş günlərinə görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia onunla əsaslandırılmışdır ki, 2* iyun 2*25-ci il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırmanın müsahibə mərhələsində iştirak etmədiyi üçün sertifikatlaşdırmadan keçməmiş hesab edilən Cavabdeh riyaziyyat müəlliməsi kimi əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin c bəndinə əsasən 1*.*9.2*25-ci il tarixində xitam verilmişdir. Baxmayaraq ki, rəhbərlik qarşısında izahat vermişdir ki, əri - X2 2-ci dərəcəli əlildir, parkinson xəstəliyindən əziyyət çəkir, özü 1-ci dərəcəli Qarabağ müharibəsi veteranıdır. 3 gün imtahana qalmış ərinin ağrıları başlayıb, o, həmin gün dərmanı vaxtında qəbul etmədiyi üçün komaya düşmüşdür. Çıxış yolu tapa bilmədiyi üçün ilkin olaraq yardımı öz ərinə etmişdir. Bu səbəbdən şəxsi kabinetə baxmağa vaxtı olmamışdır. Həm də özü şəkər xəstəliyindən əziyyət çəkdiyi üçün hadisəni gördükdən sonra özünün də halı pisləşmişdir. Dərmanları qəbul etmiş, rəhbərliyə bildirmişdir ki, ərinin halı pis olmuşdur, həyəcandan özü də pisləşmişdir. Xahiş etmişdir, imtahanın vaxtını ona deyilsin. Artıq neçə günlər müalicə götürən ərinin vəziyyəti düzəlməmişdir. Fikirləşmişdir ki, yəqin ki, imtahanın vaxtına var, məktəbə getmiş və bildirmişdir ki, imtahanın vaxtını deyin, katibə öz otağında onun şəxsi kabinetinə girərək bildirdi ki, imtahanın vaxtı keçib. O isə öz növbəsində demişdir ki, ona vaxt deyilsin, demək rəhbərliyin onun taleyi ilə heç bir marağı olmayıb və ona heç bir xəbərdarlıq etməyib. Hazırda 6* yaşa keçmişdir. Bu yaşda onu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin c bəndinə əsasən işdən çıxarmaq 35 illik fəaliyyətinə son qoymaq deməkdir. Ən azında ağır olan vəziyyətini nəzərə alıb ona müddət verilməsi təmin olunsaydı, sonuncu mərhələdə təyin olunmuş bir vaxtda müsahibədən keçərdi. İşdən çıxarılmağını qanunsuz, əsassız və ən başlıcası ədalətsiz hesab edərək məhkəməyə şikayət etmək qərarına gəlmişdir. İşlədiyi müddətdə heç bir əmək intizamını pozmamış, həmişə yaxşı işçilər sırasında olmuşdur. Öhdəsinə düşən işi vaxtında və layiqincə yerinə yetirmişdir. Kollektiv arasında özünə görə hörməti olub. Cavabdeh idarə onu qərəzli olaraq Azərbaycan Respublikası ƏM-nin 7*-ci maddəsinin "c" bəndinə əsasən 1*.*9.2*25-ci il tarixli, 21* saylı əmək müqaviləsinin ləğv edilməsi barədə əmrlə işdən azad etmişdir. Ona görə də qərəzli olaraq barəsində belə bir əmrin verilməsini Azərbaycan Respublikası ƏM-nin müddəalarının və normalarının pozulması kimi qiymətləndirir. Bu əmrin ləğv edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. İşlədiyi müddətdə heç bir əmək intizamını pozmamış, həmişə yaxşı işçilər sırasında olmuşdur. Öhdəsinə düşən işi vaxtında və layiqincə yerinə yetirmişdir. Kollektiv arasında özünə görə hörməti olub. Onu işdən çıxaran müdiriyyət bilirdi ki, ailə vəziyyəti son dərəcə ağırdır.

Etiraz ərizələrinin əsaslandırıldığı hallar:

3. Cavabdeh nümayəndəsi Nümayəndə1 etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı cavabdeh Sumqayıt şəhəri Zülfü Hacıyev adına 17 nömrəli tam orta ümumtəhsil məktəbinə qarşı “işə bərpa və s.” tələbinə dair iddia ərizəsi əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, aşağıda qeyd olunanlara əsasən İddiaçı iddia ərizəsi əsassızdır və ərizə məhkəmə tərəfindən rədd edilməlidir: İddiaçı Sumqayıt şəhəri Zülfü Hacıyev adına 17 nömrəli tam orta ümumtəhsil məktəbində Riyaziyyat müəllimi vəzifəsində çalışmışdır. İddiaçı onun üçün iştirakı məcburi olan 2*24-cü ildə keçirilən sertifikatlaşdırmanın test mərhələsində iştirak edərək 27 bal toplamış, sertifikatlaşdırmadan keçməmişdir. Qanunvericiliyə görə test mərhələsində azı 3* bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə buraxılırlar. İddiaçı sertifikatlaşdırmadan keçmədiyi üçün 1 il müddətində iş yeri saxlanılmaqla, onun təkrar sertifikatlaşdırmada iştirak etmək öhdəliyi yaranmışdır. İddiaçı 2*25-ci ildə keçirilən təkrar sertifikatlaşdırmanın test mərhələsində iştirak edərək 38 bal toplamış və təkrar sertifikatlaşdırmanın müsahibə mərhələsinə buraxılmışdır. Lakin İddiaçı təkrar sertifikatlaşdırmanın müsahibə mərhələsində məcburi iştirak etməli olduğu halda sertifikatlaşdırmada iştirak etməmişdir. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2*2*-ci il 3* aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası"na əsasən 2* iyun 2*25-ci il tarixdə keçirilən təkrar sertifikatlaşdırmanın müsahibə mərhələsində iştirak etməyərək, təkrar sertifikatlaşdırmadan keçməmiş hesab olunmuşdur. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin *8.*9.2*25-ci il tarixli 3-29/3-2-562F/2*25 nömrəli əmri əsas götürülməklə, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin *9.*9.2*25-ci il tarixli, 3-29- 69/3-2- 35F/2*25 nömrəli əmri ilə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, regional təhsil idarələrinə və Agentliyin Aparatının tabeliyində olan ümumi təhsil müəssisələrinə tapşırılmışdır ki, təkrar sertifikatlaşdırmanın müsahibə mərhələsindən keçməyən təhsilverənlərin əmək müqavilələrinin 2*25-ci ilin 1* sentyabr tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilməsi və bununla bağlı qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsi təmin edilsin. Sumqayıt şəhəri Zülfü Hacıyev adına 17 nömrəli tam orta ümumtəhsil məktəbinin 1*.*9.2*25-ci il tarixli, 21* nömrəli əmri ilə İddiaçı ilə bağlanılmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilmişdir. Təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması proseduru “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 36-2-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2*2*-ci il 3* aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş müvafiq “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası” ilə tənzimlənir. Təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlər peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması məqsədilə 5 (beş) ildə bir dəfə ödənişsiz sertifikatlaşdırmadan keçməlidirlər. Sertifikatlaşdırma iki mərhələdən (test və müsahibə mərhələsi) ibarət olmaqla və videoçəkiliş təmin edilməklə keçirilir. Sertifikatlaşdırmanın test mərhələsində azı 3* bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə buraxılırlar. Sertifikatlaşdırmadan keçən şəxslərə 5 il müddətində dövlət məktəbəqədər və ümumi təhsil və peşə təhsili (tam orta təhsil üzrə təhsilverənlərə münasibətdə) müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ verilir. Sertifikatlaşdırmadan üçüncü dəfə keçəndən sonra təhsilverənlər təhsil müəssisələrində öz ixtisasları üzrə pedaqoji fəaliyyətlə Əmək Məcəlləsinin 1*-1-ci maddəsi ilə müəyyən edilmiş çalışmanın yaş həddinə qədər məşğul olmaq hüququ əldə edirlər. Sertifikatlaşdırmanın nəticələri təhsilverənlərin karyera inkişafında və əməyinin stimullaşdırılmasında nəzərə alınır. Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Təkrar sertifikatlaşdırmada bu Qayda ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən təhsilverənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Göründüyü kimi, qanunverici sertifikatlaşdırmada uğurlu nəticə əldə etməyən və ya iştirak etməyən təhsilverənlərin əmək müqaviləsinə dərhal xitam verilməsini nəzərdə tutmur, iş yeri və əmək haqqı saxlanılmaqla “təkrar sertifikatlaşdırma”da iştirak etmək imkanını tanıyır. Təkrar sertifikatlaşdırmada Qayda ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən və ya iştirak etməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi isə sertifikatlaşdırmanın keçirildiyi ildə yeni tədris ili başlayanadək Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir. Odur ki, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2*2*-ci il 3* aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası"na əsasən 2* iyun 2*25-ci il tarixdə keçirilən təkrar sertifikatlaşdırmanın müsahibə mərhələsində iştirak etməyərək, təkrar sertifikatlaşdırmadan keçməməsi onunla bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsas yaratmış, onun barəsində verilmiş əmr qanuni olmuşdur. İddiaçı iddiasında dəlil kimi qeyd etmişdir ki, təkrar sertifikatlaşdırmanın müsahibə mərhələsində həyat yoldaşının səhhətinin pisləşməsi səbəbindən iştirak etməmişdir. Göründüyü kimi, təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması prosedurunu tənzimləyən “Təhsil haqqında” Qanun, “Ümumi təhsil haqqında” Qanun, Əmək Məcəlləsi və Qaydaya əsasən üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslərə bir il iş yeri saxlanılır, növbəti imtahan isə mütləq iştirak edilməli olan “təkrar sertifikatlaşdırma”dır. Yəni qanunvericilikdə üzrlü və ya üzrsüz səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən təhsilverənlərin iş yerinin bir il saxlanılmasına dair hüquq onlara güzəşt kimi müəyyən edilib və onların təkrar sertifikatlaşdırmada iştirak etməsi öhdəliyi ilə şərtlənib. Təkrar sertifikatlaşdırmada müsahibə mərhələsində istənilən səbəbdən iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Beləliklə, əgər təhsilverən təkrar sertifikatlaşdırmada müsahibə mərhələsində iştirak etməyibsə və ya keçməyibsə, artıq işəgötürənin əmək müqaviləsinə xitam vermək öhdəliyi yaranır. Çünki qanunvericiliyin və Konstitusiya Məhkəməsinin iradəsi məhz budur: ikinci şansı dəyərləndirməyən şəxsin iş yeri saxlanılmır. İddiaçı ilə bağlanılmış əmək müqaviləsi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin *8.*9.2*25-ci il tarixli 3- 29/3-2-562F/2*25 nömrəli əmri əsas götürülməklə, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin *9.*9.2*25-ci il tarixli, 3-29-69/3-2- 35F/2*25nömrəli əmrinə uyğun olaraq Sumqayıt şəhəri Zülfü Hacıyev adına 17 nömrəli tam orta ümumtəhsil məktəbinin 1*.*9.2*25-ci il tarixli, 21* əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilmişdir. Mövcud qanunvericiliyə əsasən sertifikatlaşdırma iki mərhələdən (test və müsahibə mərhələsi) ibarət olmaqla və videoçəkiliş təmin edilməklə keçirilir. Müsahibənin nəticələri onun keçirildiyi tarixdən 5 iş günü müddətində elan edilir və təhsilverənlərin sertifikatlaşdırma üzrə ümumi nəticələri onların “Şəxsi kabinet”inə göndərilir. Sertifikatlaşdırmanın nəticələri ilə razılaşmayan təhsilverənlər məhkəməyə və (və ya) nəticənin “Şəxsi kabinet”inə göndərildiyi tarixdən 3* iş günü müddətində inzibati qaydada Nazirliyə şikayət verə bilərlər. Nazirlik təhsilverənin şikayətinə onun iştirakı ilə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun baxır. Göründüyü kimi təhsilverənlər məhkəmədə sertifikatlaşdırmanın nəticələrini (sertifikatlaşdırma şurasının qərarını) mübahisələndirə bilərlər. Sertifikatlaşdırmanı təşkil edən orqan isə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi olmaqla, sertifikatlaşdırmanın nəticələrindən irəli gələn rəsmiləşdirməni aidiyyəti üzrə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Regional Təhsil İdarələrinin nəzarəti ilə məktəblər həyata keçirir. Belə olduğu təqdirdə Nazirlik və Agentlik işə əlavə cavabdehlər qismində cəlb edilməli, Abşeron-Xızı Regional Təhsil İdarəsi isə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb olunmalıdır. Belə ki, gələcəkdə məktəb tərəfindən verilmiş əmrin məhkəmə tərəfindən ləğv edilməsi halı olarsa həmin əmrin əsaslandığı əmrlər qüvvədə olacağından məhkəmə qətnaməsini icra etmək mümkün olmayacaqdır. Beləliklə, İddiaçı barəsində verilmiş əmrin qanunsuzluğuna dair irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır. İddiaçı iddiasının dəlillərini tam və ətraflı əsaslandırmamış, tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, ərizəni özünümüdafiə xarakterli sözlərlə əsaslandırmağa çalışmışdır.

4. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron- Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı cavabdeh Sumqayıt şəhəri Zülfü Hacıyev adına 17 nömrəli tam orta ümumtəhsil məktəbinə qarşı “işə bərpa və s.” tələbinə dair iddia ərizəsi əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Sumqayıt şəhəri Zülfü Hacıyev adına 17 nömrəli tam orta ümumtəhsil məktəbinə qarşı “işə bərpa və s.” tələbinə dair iddia ərizəsi üzrə 2(*6*)-6862/2*25 saylı mülki iş hal-hazırda məhkəmənin icraatındadır. Aşağıda qeyd olunanlara əsasən İddiaçı iddia ərizəsi əsassızdır və ərizə məhkəmə tərəfindən rədd edilməlidir: İddiaçı Sumqayıt şəhəri Zülfü Hacıyev adına 17 nömrəli tam orta ümumtəhsil məktəbində Riyaziyyat müəllimi vəzifəsində çalışmışdır. İddiaçı onun üçün iştirakı məcburi olan 2*24-cü ildə keçirilən sertifikatlaşdırmanın test mərhələsində iştirak edərək 27 bal toplamış, sertifikatlaşdırmadan keçməmişdir. Qanunvericiliyə görə test mərhələsində azı 3* bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə buraxılırlar. İddiaçı sertifikatlaşdırmadan keçmədiyi üçün 1 il müddətində iş yeri saxlanılmaqla, onun təkrar sertifikatlaşdırmada iştirak etmək öhdəliyi yaranmışdır. İddiaçı 2*25-ci ildə keçirilən təkrar sertifikatlaşdırmanın test mərhələsində iştirak edərək 38 bal toplamış və təkrar sertifikatlaşdırmanın müsahibə mərhələsinə buraxılmışdır. Lakin İddiaçı təkrar sertifikatlaşdırmanın müsahibə mərhələsində məcburi iştirak etməli olduğu halda sertifikatlaşdırmada iştirak etməmişdir. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2*2*-ci il 3* aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası"na əsasən 2* iyun 2*25-ci il tarixdə keçirilən təkrar sertifikatlaşdırmanın müsahibə mərhələsində iştirak etməyərək, təkrar sertifikatlaşdırmadan keçməmiş hesab olunmuşdur. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin *8.*9.2*25-ci il tarixli 3-29/3-2-562F/2*25 nömrəli əmri əsas götürülməklə, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin *9.*9.2*25-ci il tarixli, 3-29- 69/3-2-35F/2*25 nömrəli əmri ilə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, regional təhsil idarələrinə və Agentliyin Aparatının tabeliyində olan ümumi təhsil müəssisələrinə tapşırılmışdır ki, təkrar sertifikatlaşdırmanın müsahibə mərhələsindən keçməyən təhsilverənlərin əmək müqavilələrinin 2*25-ci ilin 1* sentyabr tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilməsi və bununla bağlı qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsi təmin edilsin. Sumqayıt şəhəri Zülfü Hacıyev adına 17 nömrəli tam orta ümumtəhsil məktəbinin 1*.*9.2*25-ci il tarixli, 21* nömrəli əmri ilə İddiaçı ilə bağlanılmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilmişdir. Təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması proseduru “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 36-2-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2*2*-ci il 3* aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş müvafiq “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası” ilə tənzimlənir. Təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlər peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması məqsədilə 5 (beş) ildə bir dəfə ödənişsiz sertifikatlaşdırmadan keçməlidirlər. Sertifikatlaşdırma iki mərhələdən (test və müsahibə mərhələsi) ibarət olmaqla və videoçəkiliş təmin edilməklə keçirilir. Sertifikatlaşdırmanın test mərhələsində azı 3* bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə buraxılırlar. Sertifikatlaşdırmadan keçən şəxslərə 5 il müddətində dövlət məktəbəqədər və ümumi təhsil və peşə təhsili (tam orta təhsil üzrə təhsilverənlərə münasibətdə) müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ verilir. Sertifikatlaşdırmadan üçüncü dəfə keçəndən sonra təhsilverənlər təhsil müəssisələrində öz ixtisasları üzrə pedaqoji fəaliyyətlə Əmək Məcəlləsinin 1*-1-ci maddəsi ilə müəyyən edilmiş çalışmanın yaş həddinə qədər məşğul olmaq hüququ əldə edirlər. Sertifikatlaşdırmanın nəticələri təhsilverənlərin karyera inkişafında və əməyinin stimullaşdırılmasında nəzərə alınır. Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Təkrar sertifikatlaşdırmada bu Qayda ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən təhsilverənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Göründüyü kimi, qanunverici sertifikatlaşdırmada uğurlu nəticə əldə etməyən və ya iştirak etməyən təhsilverənlərin əmək müqaviləsinə dərhal xitam verilməsini nəzərdə tutmur, iş yeri və əmək haqqı saxlanılmaqla “təkrar sertifikatlaşdırma”da iştirak etmək imkanını tanıyır. Təkrar sertifikatlaşdırmada Qayda ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən və ya iştirak etməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi isə sertifikatlaşdırmanın keçirildiyi ildə yeni tədris ili başlayanadək Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir. Odur ki, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2*2*-ci il 3* aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası"na əsasən 2* iyun 2*25-ci il tarixdə keçirilən təkrar sertifikatlaşdırmanın müsahibə mərhələsində iştirak etməyərək, təkrar sertifikatlaşdırmadan keçməməsi onunla bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsas yaratmış, onun barəsində verilmiş əmr qanuni olmuşdur. İddiaçı iddiasında dəlil kimi qeyd etmişdir ki, təkrar sertifikatlaşdırmanın müsahibə mərhələsində həyat yoldaşının səhhətinin pisləşməsi səbəbindən iştirak etməmişdir. Göründüyü kimi, təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması prosedurunu tənzimləyən “Təhsil haqqında” Qanun, “Ümumi təhsil haqqında” Qanun, Əmək Məcəlləsi və Qaydaya əsasən üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslərə bir il iş yeri saxlanılır, növbəti imtahan isə mütləq iştirak edilməli olan “təkrar sertifikatlaşdırma”dır. Yəni qanunvericilikdə üzrlü və ya üzrsüz səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən təhsilverənlərin iş yerinin bir il saxlanılmasına dair hüquq onlara güzəşt kimi müəyyən edilib və onların təkrar sertifikatlaşdırmada iştirak etməsi öhdəliyi ilə şərtlənib. Təkrar sertifikatlaşdırmada müsahibə mərhələsində istənilən səbəbdən iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Beləliklə, əgər təhsilverən təkrar sertifikatlaşdırmada müsahibə mərhələsində iştirak etməyibsə və ya keçməyibsə, artıq işəgötürənin əmək müqaviləsinə xitam vermək öhdəliyi yaranır. Çünki qanunvericiliyin və Konstitusiya Məhkəməsinin iradəsi məhz budur: ikinci şansı dəyərləndirməyən şəxsin iş yeri saxlanılmır. İddiaçı ilə bağlanılmış əmək müqaviləsi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin *8.*9.2*25-ci il tarixli 3- 29/3-2-562F/2*25 nömrəli əmri əsas götürülməklə, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin *9.*9.2*25-ci il tarixli, 3-29-69/3-2- 35F/2*25nömrəli əmrinə uyğun olaraq Sumqayıt şəhəri Zülfü Hacıyev adına 17 nömrəli tam orta ümumtəhsil məktəbinin 1*.*9.2*25-ci il tarixli, 21* əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilmişdir. Mövcud qanunvericiliyə əsasən sertifikatlaşdırma iki mərhələdən (test və müsahibə mərhələsi) ibarət olmaqla və videoçəkiliş təmin edilməklə keçirilir. Müsahibənin nəticələri onun keçirildiyi tarixdən 5 iş günü müddətində elan edilir və təhsilverənlərin sertifikatlaşdırma üzrə ümumi nəticələri onların “Şəxsi kabinet”inə göndərilir. Sertifikatlaşdırmanın nəticələri ilə razılaşmayan təhsilverənlər məhkəməyə və (və ya) nəticənin “Şəxsi kabinet”inə göndərildiyi tarixdən 3* iş günü müddətində inzibati qaydada Nazirliyə şikayət verə bilərlər. Nazirlik təhsilverənin şikayətinə onun iştirakı ilə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun baxır. Göründüyü kimi təhsilverənlər məhkəmədə sertifikatlaşdırmanın nəticələrini (sertifikatlaşdırma şurasının qərarını) mübahisələndirə bilərlər. Sertifikatlaşdırmanı təşkil edən orqan isə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi olmaqla, sertifikatlaşdırmanın nəticələrindən irəli gələn rəsmiləşdirməni aidiyyəti üzrə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Regional Təhsil İdarələrinin nəzarəti ilə məktəblər həyata keçirir. Belə olduğu təqdirdə Nazirlik və Agentlik işə əlavə cavabdehlər qismində cəlb edilməli, Abşeron-Xızı Regional Təhsil İdarəsi isə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb olunmalıdır. Belə ki, gələcəkdə məktəb tərəfindən verilmiş əmrin məhkəmə tərəfindən ləğv edilməsi halı olarsa həmin əmrin əsaslandığı əmrlər qüvvədə olacağından məhkəmə qətnaməsini icra etmək mümkün olmayacaqdır. Beləliklə, İddiaçı barəsində verilmiş əmrin qanunsuzluğuna dair irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır. İddiaçı iddiasının dəlillərini tam və ətraflı əsaslandırmamış, tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, ərizəni özünümüdafiə xarakterli sözlərlə əsaslandırmağa çalışmışdır.

5. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin nümayəndəsi Asim Abdullayev etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı “işə bərpa və s.” iddia tələbi əsassız olduğu üçün iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Sumqayıt şəhəri Zülfü Hacıyev adına 17 nömrəli tam orta ümumtəhsil məktəbinə qarşı “əmrin ona aid hissədə ləğv edilməsi, işə bərpa və məcburi işburaxma üçün əmək haqqının hesablanıb ödənilməsi tələbi” ilə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi aşağıda qeyd olunanlara əsasən İddiaçı iddia ərizəsinə etiraz edir: İddiaçı Sumqayıt şəhəri Zülfü Hacıyev adına 17 nömrəli tam orta ümumtəhsil məktəbində riyaziyyat müəllimi vəzifəsində çalışmışdır. İddiaçı 2* iyun 2*25-ci il tarixdə keçirilmiş təkrarsertifıkatlaşdırmanın test mərhələsində iştirak etsə də, müsahibə mərhələsində iştirak etməmişdir. Onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 3-29- 69/3-2-29F/2*25 nömrəli 25 iyun 2*25-ci il tarixli əmrinə əsaslanmaqla həmin məktəbin müvafiq əmri ilə ləğv edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* aprel 2*2*– ci il tarixli Qərarı ilə “Dövlət ümumi təhsil müəssisələrində (ümumitəhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydasına əsasən, təhsilverənlər sertifikatlaşdırma ilə bağlı məlumatları (sertifikatlaşdırmanın keçirilmə vaxtı və yeri barədə, yaddaş kitabçası və s.) “Şəxsi kabinet” vasitəsilə əldə edirlər. İddiaçının “Şəxsi kabinet”inin əldə edilmiş görüntülərindən də göründüyü kimi, iddiaçı müsahibə mərhələsi ilə bağlı bildirişi vaxtında tarixdə almışdır. Belə ki, iddiaçının bu səbəbdən iştirak edə bilməməsi barədə irəli sürdüyü iddia əsassızdır. Göründüyü kimi, qanunvericilik təkrar sertifikatlaşdırmada bu qayda ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən və iştirak edə bilməyən təhsilverənlər tərəfindən əmək müqaviləsinə xitam verilməsini konkret olaraq nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2*2*-ci il 3* aprel tarixli, 155 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası"nın 5.2-ci bəndinə əsasən, təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunduqlarından və həmin qərarın 5.4-cü maddəsinə əsasən təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi tədris ilinin sonunda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi nəzərdə tutulduğundan, iddiaçının təkrar sertifikatlaşdırmadan keçməmiş hesab edilməklə, onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndinə əsasən xitam verilməsi qanuna uyğundur.

Tərəflərin mövqeləri:

6. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, 12 ildir ki, riyaziyyat müəllimi kimi fəaliyyət göstərir. Birinci attestasiyada iştirak etsə də, lazımi göstəricini toplaya bilməmişdir. İkinci attestasiyadan həyat yoldaşının xəstəliyi ilə bağlı məlumatı olmamış, şəxsi kabineti yoxlaya bilməmişdir.

7. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə1 etiraz ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi.

8. Məhkəmə iclaslarında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron-Xızı Regional Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə2 izahatında bildirdi ki, iddiaçının işlədiyi təhsil müəssisəsi Abşeron-Xızı Regional Təhsil İdarəsinin strukturuna daxil olmayan, tabeliyində olan müəssisədir. Məhkəmə tərəfindən iddiaçının işə bərpa ediləcəyi təqdirdə məcburi iş buraxmaya görə ödəniş idarə tərəfindən həyata keçiriləcəkdir. Buna görə də müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməsi zəruri idi. İddiaçı sertifikasiya imtahanının birinci test mərhələsindən keçə bilməmiş, 27 bal toplamaqla müvafiq balı toplaya bilməmişdir. Cari tədris ili başlamamış imtahanda 38 bal toplayaraq müsahibə mərhələsinə buraxılmışdır. Bu təkrar sertifikatlaşdırma imtahanı hesab olunur. Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalara əsasən, işəgötürən tərəfindən sertifikasiya imtahanında müvafiq nəıticəni göstərə bilməyən şəxslərin iş yeri 1 il müddətində saxlanılır və işçi təkrar sertifikatlaşdırma imtahanına cəlb edilməlidir. İşçi təkrar sertifikasiya imtahanına gəlmədikdə işəgötürən əmək müqaviləsinə xitam verir. Bura Nazirlər Kabinetinin qərarında hər hansı istisna hal müəyyən olunmamışdır.

Tədqiq olunan sübutlar:

9. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə *6.1*.2*25-ci il tarixli arayışa əsasən, İddiaçı mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh nümayəndəsi mediasiya sessiyasında iştirak etməmişdir. (İddiaçı 5* manat mediasiya sessiyası xərcini və əlavə olaraq 1* manat kargüzarlıq xərcini ödəmişdir.)

10. 1* sentyabr 2*25-ci il tarixli, 21* nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən görünür ki, " Sumqayıt şəhər 17 nömrəli tam orta məktəb" bölməsində "Riyaziyyat müəllimi" vəzifəsində işləyən İddiaçı Balaxan qızı ilə bağlanılmış xxxxxxx***2** nömrəli əmək müqaviləsinə, «Azərbaycan Respublikası ƏM-nin 7*."c" - peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə» maddəsinə əsasən 1*.*9.2*25 tarixindən xitam verilməsi əmr edilmişdir.

11. ИT-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı 17.*9.1991-ci ildən Cavabdeh riyaziyyat müəllimi vəzifəsində işləmiş, 1* sentyabr 2*25-ci il tarixdə 21* nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.

Tətbiq edilən hüquq:

12. Azərbaycan Respublikasının Əmək Məcəlləsi

67-2 (hissə İ)-ci maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikatlaşdırmaya cəlb edilirlər. 67-2 (hissə İİİ)-cü maddəsinə görə 6* və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür. 67-2 (hissə İV)-cü maddəsinə əsasən “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 7*ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır. 7* (bənd “c”)-ci maddəsinə görə əmək müqaviləsi işəgötürən tərəfindən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə ləğv edilə bilər. 83.1. Əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 7*, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2*2*-ci 3* aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası” 1.2-ci bəndinə əsasən təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlər peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması məqsədilə 5 (beş) ildə bir dəfə ödənişsiz sertifikatlaşdırmadan keçməlidirlər. 5.2-ci bəndinə əsasən üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. 5.4-cü maddəsinə görə təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi tədris ilinin sonunda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir.

14. “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2*2*-ci il 3* aprel tarixli 155 nömrəli qərarının:

5.2-ci bəndinə əsasən üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. 5.3-cü maddəsinə əsasən təkrar sertifikatlaşdırmada bu Qayda ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən təhsilverənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. 5.4-cü maddəsinə əsasən təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi tədris ilinin sonunda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 1*7. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

16. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, məhkəmə iştirakçılarının izahını, əlavə edilmiş sənədləri, nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir.

17. Cavabdeh üzrə 1*.*9.2*25-ci il tarixli 21* saylı əmrindən çıxarışdan müəyyən olunur ki, məktəbin riyaziyyat müəllimi – İddiaçı təkrar sertifikatlaşdırmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsinə 1*.*9.2*25-ci il tarixindən Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndinə əsasən xitam verilmişdir. Əmrin verilməsinə əsas İddiaçı təkrar sertifikatlaşdırmanın müsahibə mərhələsində iştirak etməməsi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin *9.*9.2*25-ci il tarixli 3-29-69/3-2-35F/2*25 nömrəli əmri olmuşdur.

18. Hazırda iddiaçı Cavabdehin direktoru Nümayəndə1 “Əmək müqaviləsinin ləğv edilməsi” barədə 1*.*9.2*25-ci il tarixli 21* saylı əmrinin ləğv edilməsi, işə bərpa olunması və məcburi buraxılmış iş günlərinə görə əmək haqqının ödənilməsini məhkəmədən xahiş edir.

19. İddia tələbinin mahiyyətindən görünür ki, tələb əmək münasibətlərindən irəli gələn mübahisə ilə bağlı olmaqla üç hissədən, əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi buraxılmış iş günlərinə görə əmək haqqının ödənilməsindən ibarətdir. Tələbin ikinci və üçüncü hissəsi törəmə tələb olub, birinci hissədən bilavasitə asılıdır.

20. İddiaçı tələbinin faktiki əsası kimi ona istinad edir ki, onun işdən azad edilməsi barədə verilmiş əmr qanunsuzdur. Belə ki, Cavabdehdə riyaziyyat müəllimi işləyir, Cavabdeh üzrə 1*.*9.2*25-ci il tarixli 21* saylı əmrlə təkrar sertifikatlaşdırmadan keçmədiyinə görə onunla bağlanmış əmək müqaviləsinə 1*.*9.2*25-ci il tarixindən Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndinə əsasən xitam verilsə də, o, təkrar sertifikatlaşdırma keçirilən müddət ərzində özünün və həyat yoldaşının xəstəliyi ilə əlaqədar olaraq təkrar sertifikatlaşdırmada iştirak edə bilməmişdir.

21. Lakin iddiaçı tərəfindən məhkəməyə təkrar sertifikatlaşdırma da üzrlü səbəbdən iştirak etməməsini təsdiq edən hər hansı bir sənəd təqdim edilməmişdir. Təqdim edilmiş Sumqayıt şəhər Tibb Mərkəzi Sumqayıt 1 nömrəli şəhər xəstəxana poliklinika şöbəsinin 13 sentyabr 2*25-ci il tarixli, 229 saylı arayışında iddiaçının əri X1 “Şizofreniya, senestopatik forma, fasiləsiz gedişli” diaqnozu ilə 1 nömrəli şəhər xəstəxanasının poliklinika şöbəsinin psixiatrik kabinetində dispanser müşahidəsində olduğu qeyd olunsa da, həmin sənəd ümumi diaqnoz olmaqla, konkret bir tarixdə xəstənin səhhətinin kafi və ya yaxşı olmasının göstəricisi kimi qiymətləndirilə bilməz. Beləliklə iddiaçı setifikasiya imtahanının müsahibə mərhələsində iştirak etməsi tələb olunan tarixdə ərinin səhhətinin onun imtahanda iştirak etməsini istisna edəcək dərəcədə pis olmasını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir.

22. Bundan başqa məhkəmə qeyd edir ki, “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2*2*-ci il 3* aprel tarixli 155 nömrəli qərarının 5.2-ci bəndinə əsasən, üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar.

23. Həmin qərarın 5.3-cü maddəsinə əsasən ki, təkrar sertifikatlaşdırmada bu Qayda ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən təhsilverənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar.

24. Həmin qərarın 5.4-cü maddəsinə əsasən təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi tədris ilinin sonunda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir.

25. Göründüyü kimi qanunvericilik təkrar sertifikatlaşdırmada bu qayda ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən və iştirak edə bilməyən təhsilverənlər tərəfindən əmək müqaviləsinə xitam verilməsini konkret olaraq nəzərdə tutmuşdur. İşçilərin üzrlü səbəblərdən təkrar sertifikatlaşdırmada iştirak etmədiyi hallar üçün isə sertifikatlaşdırmanı təxirə salmaq kimi bir qayda nəzərdə tutmamışdır. 2*.*6.2*25-ci il tarixdə təkrar sertifikatlaşdırma keçirilmiş, iddiaçı isə təkrar sertifikatlaşdırmada iştirak edə bilməmişdir.

26. İş materiallaına əlavə edilmiş Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun təkrar sertifikatlaşdırmadan keçməyənlər barədə əmrindən görünür ki, həmin əmrə əsasən eyni zamanda təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərin əmək müqaviləsinin 1* sentyabr 2*25-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilməsinin və bununla bağlı qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsinin təmin edilməsi tapşırılmışdır.

27. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh direktoru tərəfindən iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi, bu barədə 1*.*9.2*25-ci il tarixdə əmrin verilməsi qanunvericiliyinin tələblərinə uyğun olmuşdur. İddiaçının göstərdiyi dəlil həmin əmrin ləğv edilməsi üçün əsas deyildir.

28. Məhkəmə qeyd edir ki, işəgötürən tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən yuxarıda sadalanan maddi hüquq normalarının tələblərinə əməl edilmiş, cavabdeh tərəfindən iddiaçının hüquqlarının pozulmasına səbəb olan pozuntuya yol verilməmişdir.

29. İddia əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilməsi hissəsində təmin edilmədiyindən məhkəmə hesab edir ki, iddia ondan asılı olan tələblər iddiaçının işə bərpa edilməsi və məcburi iş buraxmaya görə borcun tutulması hissəsində də təmin edilməməlidir.

30. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair 1* sentyabr 2*25-ci il tarixli, 21* nömrəli əmrinin ləğv edilməsi, işinə bərpa edilməyi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsinə dair iddiası təmin edilməməlidir.

Nəticə:

31. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-22*, 227, 358-36* və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair 1* sentyabr 2*25-ci il tarixli, 21* nömrəli əmrinin ləğv edilməsi, işinə bərpa edilməyi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsinə dair iddiası təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar