Məhkəmə qərarları › İş №2(060)-6890/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6890/2022

29.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6890/2022 29.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı kreditin qaytarılması və tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X7, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının xeyrinə RM/88697/67/1 saylı, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 15048.67 manat əsas və 5876.86 manat faiz borcu olmaqla, cəmi 20925.53 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, qeyd edilən vəsaitlərin ödənilməsini təmin etmək məqsədilə tələbin Cavabdeh6 məxsus olan Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən 27 saylı evin 83 saylı mənzilinə yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərracda satılması və əldə olunan vəsaitlərin Cavabdeh1 banka olan borcunun ödənilməsinə yönəldilməsi, eyni zamanda ipoteka predmeti olan mənzildə yaşayan Cavabdeh2, Cavabdeh3, X2, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 mənzildən çıxarılması və əmlakı boşaldaraq banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi dəqiqləşmə verərək, qeyd edilən vəsaitlərin ödənilməsini təmin etmək məqsədilə tələbin Cavabdeh6 vərəsəsi X5 məxsus olan Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən 27 saylı evin 83 saylı mənzilinə yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərracda satılması və əldə olunan vəsaitlərin Cavabdeh1 banka olan borcunun ödənilməsinə yönəldilməsi, eyni zamanda ipoteka predmeti olan mənzildə yaşayan Cavabdeh2, Cavabdeh3, X2, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 mənzildən çıxarılması və əmlakı boşaldaraq banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi X3 elektron kabinet vasitəsilə müraciət edərək, Cavabdeh3, X7 və Cavabdeh8 azyaşlı olduqlarından cavabdehlər sırasından çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, L006/2018/3 saylı kredit limitinin ayrılması haqqında müqavilə daxilində RM/88697/67/1 saylı, xx.xx.2019-cu il tarixli kredit sazişinə əsasən Cavabdeh1 24 ay müddətinə, illik 24% olmaqla 17439.91 manat kredit verilmişdir. Bu kredit müqavilələri üzrə pul öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə Cavabdeh6 ilə bank arasında xx.xx.2018-ci il tarixində bağlanmış ipoteka müqaviləsinə əsasən xüsusi mülkiyyət hüququ ilə Cavabdeh6 məxsus olan Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən 27 saylı evin 83 saylı mənzili bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kredit alan Cavabdeh1 ödəniş cədvəlinə əsasən kreditin qaytarılması üzrə öhdəliklərini lazımınca icra etmir. Həmçinin, Cavabdeh2 kredit sazişinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürərək kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə etdiyini bildirərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, ipoteka qoyulmuş əmlakın müstəqil qiymətləndirici təşkilat tərəfindən müəyyən edilən 65000 manat satış dəyəri ilə razıdır. Məhkəmə iclasında Cavabdeh1 ödənişləri hissə-hissə ödəyəciyini bildirərək, iddiaya etirazı olmadığını qeyd etdi. Əlavə olaraq bildirdi ki, ipoteka qoyulmuş əmlakın müstəqil qiymətləndirici təşkilat tərəfindən müəyyən edilən 65000 manat satış dəyəri ilə razıdır. Digər cavabdehlərə məhkəmə iclası barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmişdirlər. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin və Cavabdeh1 izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən iddiaçı cavabdehə 24 ay müddətinə, illik 14%-lə, 17439.91 manat kredit vermişdir. Kreditin cavabdehə verilməsini işdə olan eyni tarixli ödəniş tapşırıqları da təsdiq edir. - xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 xx.xx.2019cu il tarixli kredit müqaviləsinin təminatı olaraq borclu Cavabdeh1 zamin olmuşdur. - İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən iddiaçı cavabdehə 84 ay müddətinə, illik 30% dərəcəsi ilə 100000 manat kredit limiti ayırmışdır. - xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh6 xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən 27 saylı evin 83 saylı mənzili Cavabdeh1 kredit öhdəliklərinin təminatı olaraq İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin verdiyi çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən 27 saylı evin 83 saylı mənzilinin mülkiyyətçisi Cavabdeh6dır və daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində ********* nömrəsi ilə xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin verdiyi çıxarışdan görünür ki, Cavabdeh6 xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən 27 saylı evin 83 saylı mənzili İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. - İddiaçının cavabdehlərin ünvanına göndərilən bildiriş məktubunun surətindən görünür ki, cavabdehlər borcun qaytarılmasına dair xəbərdar edilmişdir. - Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh6 xx.xx.2020-ci ildə vəfat etmişdir. - "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən 27 saylı evin 83 saylı mənzilinin bazar dəyəri 75000 manat, likvid qiyməti 65000 manat müəyyən edilmişdir. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin verdiyi çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən 27 saylı evin 83 saylı mənzilinin mülkiyyətçisi X6r və daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh1 ilə iddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh1 84 ay müddətinə, illik 30% dərəcəsi ilə 100000 manat kredit limiti ayırmışdır. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən iddiaçı cavabdehə 24 ay müddətinə, illik 14%-lə, 17439.91 manat kredit vermişdir. Bu kredit müqavilələri üzrə pul öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə Cavabdeh6 ilə bank arasında xx.xx.2018-ci il tarixində bağlanmış ipoteka müqaviləsinə əsasən xüsusi mülkiyyət hüququ ilə Cavabdeh6 məxsus olan Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən 27 saylı evin 83 saylı mənzili bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Hazırda Cavabdeh6 vəfat etdiyindən ipoteka predmeti olan əmlakn mülkiyyətçisi onun vərəsəsi X6r. Həmçinin, Cavabdeh2 kredit sazişinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürərək kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh1 iddiaçıdan aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək və müqavilənin tələblərini pozaraq iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də iddiaçının xx.xx.2019cu il tarixli kredit müqaviləsi üzrə əsas və faiz borcunun Cavabdeh1 tutulması hissədə iddia təmin edilməlidir. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsinin şərtlərinə, qeyd olunan maddi hüquq normalarının tələblərinə əsaslanaraq hesab edir ki, Cavabdeh2 iddiaçı qarşısında qanununvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehlə birgə məsuliyyət daşıdığından iddia bu hissədə də təmin olunmalı, tələb müştərək qaydada ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Kredit müqaviləsi üzrə Cavabdeh1 üzərinə düşən öhdəliklərin icrasının təmini məqsədilə iddiaçı ilə Cavabdeh6 arasında xx.xx.2018-ci il tarixdə Cavabdeh6 xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən 27 saylı evin 83 saylı mənzili ipoteka ilə yüklü edilmişdir. Tutmanın ipoteka ilə yüklü edilmiş mənzilə yönəldilməsi barədə tələb MM-in 317 və 319-cu maddələrinin və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğundur. “İpoteka haqqında” Qanunun 39.3.3-cü bəndinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin 2.4-cü bəndindən görünür ki, yüklü edilmiş əmlakın qiyməti 58.000 manat müəyyən edilmişdir. Məhkəmə, iş üzrə keçirilmiş mütəxəssis tədqiqatın nəticəsi olaraq verilmiş rəyi və tərəflərin bununla razılaşmalarını nəzərə alaraq hesab edir ki, ipotekaya qoyulmuş əmlakın ilkin satış (likvid) qiyməti 65.000 manat göstərilməlidir. Məhkəmə hesab edir ki, ipotekaya qoyulmuş əmlak satıldıqdan sonra Cavabdeh2, Cavabdeh3, X7, Cavabdeh5, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 mənzildən çıxarılmalıdır. Məhkəmə, iddianın ipoteka predmeti olan mənzildə yaşayan Cavabdeh2, Cavabdeh3, X2, Cavabdeh5, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 əmlakı boşaldaraq banka təhvil verilməsi hissəsini əsaslı hesab etmir. Belə ki, mülki qanunvericiliyə əsasən sözügedən mənzil açıq hərrac vasitəsilə özgəninkiləşdirildikdən sonra qanuni sahibinin sərəncamına verilməlidir. Məhkəmə iddianın məhkəmə xərclərinin tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia qismən təmin olunduğundan və tutulmalı məbləğ 500 manatı aşdığından dövlət rüsumu ilə bağlı tələb də təmin edilməli, ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə, hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 15048.67 manat əsas və 5876.86 manat faiz borcu olmaqla, cəmi 20925.53 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq İddiaçı ASC-yə ödənilməli, tələb ipoteka predmeti olan mənzilinə yönəldilməli, mənzilin ilkin satış qiyməti 65.000 manat müəyyən edilməli, cavabdehlər mənzildən həmin yaşayış sahəsi satıldıqdan sonra çıxarılmalı və mənzil boşaldılmalıdır. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 15048.67 manat əsas və 5876.86 manat faiz borcu olmaqla, cəmi 20925.53 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq İddiaçı ASC-yə ödənilsin. X1 xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən 27 saylı evin 83 saylı mənzilinə yönəldilsin. Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən 27 saylı evin 83 saylı mənzilinin ilkin satış qiyməti 65.000 manat müəyyən edilsin. Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən 27 saylı evin 83 saylı mənzili açıq hərracda satılsın, satışdan əldə olunan vəsaitdən hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 15048.67 manat əsas və 5876.86 manat faiz borcu olmaqla, cəmi 20925.53 manat borc və iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı ASC-yə ödənilsin, qalan vəsait isə X5 qaytarılsın. Cavabdeh2, Cavabdeh3, X7, Cavabdeh5, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 ipotekaya qoyulmuş Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən 27 saylı evin 83 saylı mənzilindən həmin yaşayış sahəsi satıldıqdan sonra çıxarılsınlar və mənzil boşaldılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar