Məhkəmə qərarları › İş №2(060)-690/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-690/2023

20.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-690/2023 20.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X17 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi X2 Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Ərizəçi maraqlı tərəf Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 21 oktyabr 2020-ci il tarixdə Sumqayıt şəhərində vəfat etmiş X5, 04 iyun 2006-cı il tarixdə Sumqayıt şəhərində doğulmuş X8 atası olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, nəvəsi X19 04 iyun 2006-cı il tarixdə Sumqayıt şəhərində doğulmuşdur. X3, anası isə onun qızı X10 olmuşdur. Lakin qızı ilə E.Bayramov arasında rəsmi nikah qeydi olmadıgından uşağa məxsus doğum haqqında şəhadətnamədə Ümidin də atası Elşənin də soyadı Adilov kimi qeyd edilmişdir. Qızı Z.X.Adilova 29 sentyabr 2020-ci il tarixdə Sumqayıt şəhərində sol mədəçik çatışmazlıgından, Ümidin X3 isə 21 oktyabr 2020-ci il tarixdə kəskin ağciyər ürəyi olması göstərməklə ağciyər emboliyasından vəfat etmişlər. Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 38 saylı 22 fevral 2021-ci il tarixli Sərəncamı ilə o, nəvəsi Ümidin üzərində himayəçi təyin edilmişdir. Nəvəsi Maştaga qəsəbəsindəki 1 saylı valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün nəzərdə tutulan internat məktəbində, sonra isə Lənkəran kiçik ailə tipli internat məktəbində yaşamış və oxumuşdur. Məhrum qızı səhlənkarlıq etmiş, daha sonra həbsdə olmuş, uşağın atası da həmçinin və nəticədə uşağın atalıgının müəyyən edilməsi ilə bağlı vaxtında müraciət etməmişlər. Hal-hazırda nəvəsi Ümidin bütün sənədlərində uygunsuzluq vardır. Bu hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi isə indiki və bundan sonraki bir sıra mülki və sosial hüquqlarının həyata keçirilməsi üçün lazımdır. Ərizəçinin nümayəndəsi Vəkil ərizənin dəlillərini müdafiə etdi, eyni məzmunlu izahat verdi və təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin nümayəndəsinin izahatını, şahid ifadəsini dinləyib, iş materiallarını tədqiq edərək, sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İşə əlavə edilmiş 03 may 2011-ci il tarixli doğum haqqından şəhadətnamənin surətindən görünür ki, X19 04 iyun 2006-cı il tarixdə Sumqayıt şəhərində doğulmuş, atası X16, anası X4 qeyd edilmişdir. İşdə olan 20 oktyabr 2022-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, X9 21 oktyabr 2020-ci il tarixdə kəskin ağciyər ürəyi olması göstərilməklə ağciyər emboliyasından ölmüşdür. İş materiallarında olan 07 noyabr 2020-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 29 sentyabr 2020-ci il tarixdə sol mədəcik çatmamazlıgından ölmüşdür. İşə əlavə olan Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 38 saylı 22 fevral 2021ci il tarixli Sərəncamı ilə Ərizəçi nəvəsi Ümidin üzərində himayəçi təyin edilmişdir. İş materiallarında olan 5 saylı Uşaq Poliklinikasının uşağın tibbi kartasından görünür ki, 04 iyun 2006-cı il tarixdə doğulmuş X13 qeydiyyatdadır. İşdə olan Maraqlı şəxs 04 oktyabr 2022-ci il tarixli 05/Q-3693/15 saylı məktubdan görünür ki, Ərizəçi ərizəsinə baxılmış, atalığın müəyyən edilməsi ilə bağlı müraciəti qeydiyyat orqanında təmin edilməsi qanunvericiliyə əsasən mümkün deyildir. Şahid qismində dindirilən X6 göstərdi ki, qonşusu olan Zümrüdü və onun ərini Elşəni bir ailə kimi tanıyırdı. Onların Ümid adlı bir övladları olmuşdur.Zümrüd və Elşən hazırda ölmüşlər, uşağa kim tərəfindən baxılmasını bilmir. Məhkəmədə şahid qismində dindirilən X7 göstərdi ki, Ümid onun dayısı oğludur. Ümidin atası Elşən onun dayısıdır. Elşən Zümrüd ilə birlikdə bir ailə kimi yaşamışlar və onların bir övladları olmuşdur. Başqa övladlarının olmasında xəbəri olmamışdır. Hazırda Ümidin valideynləri ölüb. Yetkinlik yaşına çatmayan X19 məhkəmə iclasında göstərdi ki, onun anası Adilova Zümrüd olmuş, atası isə X9. Onlar bir ailə kimi yaşamışlar, sonradan valideynləri öldüyü üçün nənəsi Qənifə ona qəyyum təyin edilmişdir. Atası Elşən 21 oktyabr 2020-ci ildə, anası Zümrüd isə 29 sentyabr 2020-ci ildə ölmüşdür. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikası MPM-nin qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asıla olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iclası zamanı müəyyən edildi ki, Ərizəçi qızı Adilova X1 ilə qeyri-rəsmi nikah münasibətlərində olmuş, həmin münasibətlərdən onların 04 iyun 2006-cı il tarixdə bir övladları olmuşdur, hazırda həmin övladın hər iki valideynləri ölmüşdür və nənəsi Ərizəçi nəvəsi Ümidin qəyyumu təyin edilmişdir. Yuxarıdakılara əsasən Azərbayçan Respublikası MPM-nin 307-311, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizəçi maraqlı tərəf Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi ” barədə ərizəsi təmin edilsin. 21 oktyabr 2020-ci il tarixdə Sumqayıt şəhərində vəfat etmiş X9 04 iyun 2006-cı il tarixdə Sumqayıt şəhərində doğulmuş X8 atası olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar