Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6916/2022 19.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı doğum faktının müəyyən edilməsi tələbinə dair mülki işə 19 dekabr 2022-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi xx xxxxxx 1983-cü il tarixində Ermənistan Respublikasında anadan olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1983-cü ildə Ermənistan Respublikasının Krasnoselo rayonu, Gölkənd kəndində dünyaya gəlmişdir. Qeyd edir ki, özünə məxsus doğum haqqında şəhadətnaməsini naməlum şəraitdə itirmişdir. Məlumat üçün bildirir ki, anasına təqaüd sənədlərinin hazırlanması üçün ona məxsus doğum haqqında şəhadətnamənin yenisinin əldə edilməsi zərurəti yaranmışdır. Buna görə də ona məxsus doğum haqqmda şəhadətnamənin təkrar əldə edilməsi üçün Maraqlı şəxsnə müraciət etmişdir. Lakin, həmin qurumdan ona 03 avqust 2022-ci il tarixli imtina məktubu verilmişdir. Bu səbəbdən də mövcud tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Yuxarıda göstərdiklərinə əsasən o, ərizəsinin təmin olunmasını və bu barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinə uyğun izahat verərək ərizəsini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, hazırkı faktın müəyyən edilməsi onun təqaüdə çıxması məsələsinin həlli üçün lazımdır. Hazırda valideynləri Rusiyadadır. Bacısının da doğum haqqında şəhadətnaməsi itmişdir. O, da eyni qaydada məhkəməyə müraciət edib. Qeyd edir ki, yalnız qardaşına məxsus doğum haqqında şəhadətnamə var. Qeyd edilənlərə əsasən o, ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadəsində bildirdi ki, ərizəçi onun qardaşı qızıdır. Dəqiq tarixini bilməsə də, o 1980-ci illərdə Ermənistan Respublikasında doğulmuşdur. Onun qızı ilə yaşıddır. Məhkəmə iclasında şahid qismində dindirilən X8 bildirdi ki, ərizəçi dayısı qızıdır. O, 1983-cü ildə Ermənistan Respublikasında doğulub. Qeyd edir ki, onlar yaşıd olduğundan dayısı qızı ilə birlikdə böyüyüblər. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs 03 avqust 2022-ci il tarixli, 05/Q-2791/15 nömrəli məktubundan görünür ki, Ərizəçi doğum faktının təsdiq edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan AZ-İİ 342305 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə X6 xx.xx.1982-ci ildə Ermənistan Respublkası, Krasnoselo rayonu, Gölkənd icra nümayəndəliyində nikaha girərək ailə qurmuşlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2019-cu ildə 07 nömrə ilə bərpa edilmişdir. İşdə olan İV SL seriyalı 471272 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.1985-ci ildə Ermənistan Respublkası, Krasnoselo rayonu, Gölkənd kəndində doğulmuşdur. X1, anası X5r. Beləliklə, Ərizəçi xx.xx.1983-cü il tarixdə Ermənistan Respublikasının Krasnoselo rayonu, Gölkənd kəndində anadan olmuşdur. X1, anası X5r. Bu fakt ərizəçinin iş materiallarında olan ərizəçinin qardaşına məxsus doğum haqqında şəhadətnamənin surəti, şahid ifadələri və digər iş materialları ilə təsdiq olunur. Məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunmaması ərizəçinin mülki, sosial və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin, ərizəçinin bu faktı təsdiq edən lazımi sənədi məhkəmədənkənar başqa qaydada ala bilməsi, o cümlədən itirilmiş sənədin bərpası mümkün deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.1983-cü il tarixdə Ermənistan Respublikasının Krasnoselo rayonu Gölkənd kəndində doğulması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307, 311 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1983-cü il tarixdə Ermənistan Respublikasının Krasnoselo rayonu, Gölkənd kəndində doğulması faktı müəyyən olunsun. Ərizəçi doğum haqqında şəhadətnamə verilsin və doğum haqqında şəhadətnamənin ata qrafasında X3, ana qrafasında isə X7 qeyd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-6916/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6916/2022
19.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver