Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6945/2022 06.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X26 oğlunun katibliyi, ərizəçinin nümayəndəsi, babası X5 iştirakı ilə Ərizəçi Bxtiyar qızının (maraqlı şəxs - Maraqlı şəxs) şəxsin ölmüş elan edilməsi barədə ərizəsinə dair mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Bxtiyar qızı (bundan sonra - ərizəçi) xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək (maraqlı şəxs – Maraqlı şəxs) atası xx.xx.1975-ci il təvəllüdlü X7 2016-cı ilin iyun ayında İraq Respublikasında ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsində göstərmişdir ki, valideynləri xx.xx.1973-cü il təvəllüdlü X14 xx.xx.1995-ci ildə X15 ilə rəsmi nikaha girməklə ailə qurmuşlar və bu nikahlarından ərizəçi anadan olmuşdur. Atası, anası və ərizəçi xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikasının ərazisini tərk edərək, Suriya Respublikasına, oradan da İraq Respublikasına getmişlər. X2 orada fəaliyyət göstərən “İŞİD” terror təşkilatına qoşulmuş və 2016-cı ilin iyun ayında İraq Respublikasının Təlafər şəhərində gedən döyüş əməliyyatlarında raket zərbəsi nəticəsində həlak olmuşdur. Atasının ölümündən bir neçə ay sonra anası X14 və ərizəçi İraq Respublikası Silahlı qüvvələri tərəfindən əsir götürülmüş və əsir düşərgəsində saxlanılmışlar. Ərizəçi anası ilə əsir düşərgəsində olarkən artıq anası hamilə idi və xx.xx.2017-ci il tarixdə bir qız övladı dünyaya gətirmişdir. Ərizəçi 2020-ci ilin mart ayında Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin köməkliyi ilə Azərbaycan Respublikasına gətirilmiş və babası X5 himayəsinə verilmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 73 saylı Sərəncamı ilə babası X12 ərizəçi üzərində qəyyum təyin edilmişdir. xx.xx.2017-ci il təvəllüdlü bacısı Cəmilə südəmər olduğuna görə onu anasının yanında saxlamışlar. 2021-ci ilin 4 noyabr tarixində azyaşlı bacısı xx.xx.2017-ci il təvəllüdlü Cəmilə də Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin köməkliyi ilə Azərbaycan Respublikasına gəririlmiş və babası X5 himayəsinə verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-2393/2022 saylı qətnaməsi ilə bacısı X4 xx.xx.2017-ci ildə İraq Respublikasında doğulması, atasının X15, anasının isə X14 olması müəyyən edilmişdir. xx.xx.2017-ci il doğumlu bacısı X9 babasının qəyyumluğu altındadır və onun bütün maddi və mənəvi tələbatlarını babası qarşılayır. Lakin babasının aldığı təqaüd onların maddi ehtiyaclarının qarşılanmasına yetmir. Ərizəçi özü də hal-hazırda işsizdir. 18 yaşına çatmayan uşaqlara ailə başçısını itirməyə görə müavinət almaq hüququ vardır. Lakin atası X10 ölməsini təsdiq edən sənəd olmadığına görə azyaşlı bacısına ailə başçısını itirməyə görə sosial müavinət ala bilmir. Artıq 6 ildir ki, X2ndan xəbər yoxdur və onlarda olan məlumata görə o, 2016-cı ilin iyun ayında İraq Respublikasının Təlafər şəhərində gedən döyüş əməliyyatlarında ölmüşdür. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi ərizəyə uyğun izahat verdi və ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. İş üzrə Maraqlı şəxs qanunla müəyyən edilmiş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM)185-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və ərizənin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, ərizəçi xx.xx.2003-cü ildə, Sumqayıt şəhərində anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. Onun X2, anası X14dır. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətlərinə əsasən X15 xx.xx.1975-ci ildə, Dəvəçi şəhərində, X14 isə xx.xx.1973-cü ildə Sumqayıt şəhərində anadan olmuşdur. Nikah haqqında şəhadətnamənin surətinə əsasən X15 ilə X14 arasında nikah xx.xx.1995-ci ildə, Şabran rayon Qeydiyyat Şöbəsində bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə İdrisov, arvada Əsədova soyadları verilmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli, 677 nömrəli qəyyum təyin etmə barədə sərəncamına əsasən X12 xx.xx.2017-ci il təvəllüdlü X1 üzərində qəyyum təyin edilmişdir. Ərizəçinin nümayəndəsi X7 ölümünün qeydiyyata alınması barədə ərizə ilə müraciət etmiş və maraqlı şəxsin xx.xx.2022-ci il tarixli məktubunda ona Ailə Məcəlləsinin 194-cü maddəsi tələblərini və ölümü təsdiq edən sənədin olmadığını nəzərə alaraq ərizənin təmin edilməsinin mümkün olmadığı qeyd edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3554/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə xx.xx.1975-ci ildə Dəvəçi rayonunda doğulmuş X3 Respublikasında xəbərsiz itkin düşmüş hesab edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2393/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə X4 xx.xx.2017-ci ildə İraq Respublikasında doğulması, doğum haqqında şəhadətnaməsində soyadının “İdrisova”, adının “Cəmilə”, ata adı “Bəxtiyar” qeyd edilməsi, doğum qeydinin ata qrafasında X15, ana qrafasında isə X14 qeyd edilməsi faktı müəyyən olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6169/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə X7 (doğulduğu tarix-xx.xx.1975-ci il, doğulduğu yer-Dəvəçi rayonu, şəxsiyyəti təsdiq edən sənədin PİN nömrəsi-15DALT3) Azərbaycan Respublikasının vətəndaşlığı itirilmiş hesab edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X21 ifadə verərək bildirdi ki, ərizəçinin qohumudur. X15 2014-cü ilin aprel ayında Türkiyəyə işləmək adı ilə getmişdir. Onda olan məlumata görə daha sonra o, Türkiyədən İraqa keçmiş və orada silahlı münaqişəyə qoşulmuşdur. 2016-cı ildə isə qohumlar arasında onun İraqda vəfat etməsi barədə məlumat yayılıb. Məhkəmə iclasında şahid qismində dindirilən X11 ifadə verərək bildirdi ki, ərizəçi onun dayısının qızıdır. X15 2014-cü ildə Türkiyəyə işləmək adı ilə getmişdir. Sonradan onun oradan İraqa keçdiyini, silahlı münaqişəyə qoşulduğunu və 2016-cı ilin yay ayında İraqda raket zərbəsi nəticəsində həlak olduğunu eşidib. Bundan sonra isə onun barəsində hər hansı məlumat almayıb. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər (41.1.). Hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər (41.2.). Şəxsin ölmüş elan edilməsi haqqında məhkəmənin qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır (41.3.). Göründüyü kimi X7 2014-cü ildə ölkəni tərk etməsi işin mübahisəsiz halıdır. Belə ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6169/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən də görünür ki, Dövlət Sərhəd Xidmətinin verdiyi məlumatda da onun 2014cü ildə ölkəni tərk etdiyi bildirilmişdir. Ərizəçi özü və onun kiçik bacısı X9 Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin köməkliyi ilə İraq Respublikasından ölkəyə gətirilmişlər. Eyni zamanda Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6169/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsində X7 ölkə ərazisindən kənarda dini ekstremist fəaliyyətlə məşğul olması halı da öz təsdiqini tapmışdır. Eyni zamanda Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3554/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə X3 Respublikasında xəbərsiz itkin düşmüş hesab edilmişdir. MPM-ə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir (312). Şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır (315.2.). Göründüyü kimi X8 barəsində son məlumatların əldə edilməsindən 8 ildən artıq vaxt keçmişdir. Həmçinin onun hərbi əməliyyatlar zonasında, həmin əməliyyatlar nəticəsində həlak olmasına kifayət qədər əsaslı şübhələr vardır. Bu səbəbdən ərizə təmin edilməli X16 ölmüş elan edilməlidir. Göstərilənlərə əsasən MM-in 41-ci və MPM-in 315, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.1975-ci il təvəllüdlü X15 2016-cı ilin iyun ayında İraq Respublikasında ölmüş elan edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-6945/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6945/2022
06.12.2022 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver