Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6966/2025 11.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi doğumun akt qeydinin bərpa edilməsi (Maraqlı şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt regional “ASAN Ximət” Mərkəzində qeydiyyat şöbəsi) tələbinə dair ərizəsi üzrə mülki işə Sumqayıt şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi doğum aktı qeydinin bərpa olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi xx.xx.1982-ci il tarixdə Ermənistan SSR-nin Amasya rayonunun Əzizbəyov kəndində doğulmuşdur. Doğum aktının qeydi xx.xx.1982-ci il tarixdə həmin kənd sovetliyində 21 sayla qeyd edilmişdir. X1, anası X3r. Ərizəçi xx.xx.2012-ci il tarixdə A.M.İsmayılovla nikaha girdikdən sonra İsmayılova soyadını götürmüşdür. Ərizəçi Ermənistan SSR-dən 1988-ci ildə qaçqın gəlmişdir. Doğum haqqında şəhadətnaməni ev şəraitində itirmişdir. Həmin sənədin bərpa edilməsi üçün müvafiq qeydiyyat şöbəsinə müraciət etsə də, məlum səbəblərdən bundan xx.xx.2025-ci il tarixdə imtina cavabı alınmışdır. Buna görə də hazırda məhkəməyə müraciət etməli olmuşdur. Ərizəçi hazırda Rusiya Federasiyasının Moskva şəhərində yaşayır. Bununla bağlı bəzi sənədləşmə işlərində ondan doğum haqqında şəhadətnamə tələb edilir. Bu səbəbdən də hazırki ərizənin yazılması məcburiyyətində qalmışdır. Məhkəmədə ərizəçinin nümayəndəsi X4 məhkəməyə verilən ərizə ilə eyni məzmunlu izahat verərək, ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs 1 saylı Sumqayıt regional “ASAN Ximət” Mərkəzində qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə əsaslıdır və aşağıdakılara əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt regional “ASAN Ximət” Mərkəzində qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli, № 3-16-5/8-43xx-xx/2025 nömrəli məktubundan görünür ki, müraciətə əsasən doğum haqqında akt qeydinin bərpa edilməsi üçün həmin qeydin əvvəllər olmasını təsdiq edən sənəd təqdim edilməli olduğu, doğum haqqında akt qeydinin bərpa edilməsi ilə bağlı yaşadıqları yerin məhkəməsinə müraciət etmələri tövsiyə olunmuşdur. - İİİ-CЛ № 456788 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1982-ci il tarixdə Ermənistan SSR-nin, Amasya rayonunun Əzizbəyov kəndində doğulmuşdur, X1, anası X3r. - AZ-İ № 857990 saylı nikah haqqında şəhadətnamədən görünür ki, X6 ilə İsmayılova (Bayramova) Aynur Rəhman qızı arasında xx.xx.2012-ci il tarixdə Sumqayıt şəhər qeydiyyat şöbəsində nikah bağlanmış və bu barədə nikah haqqında akt qeydləri kitabında həmin tarixdə 119 nömrəsi ilə qeydiyyat aparılmışdır. - AB № 013547 saylı qaçqın vəsiqəsindən görünür ki, X7 1988-ci ildə Ermənistan SSR Amasiya rayonunu tərk etmiş Sumqayıt şəhərində məskunlaşmışdır. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, ərizəçi doğum haqqında şəhadətnaməsini itirdiyindən doğum haqqında akt qeydinin bərpa edilməsi ilə bağlı 1 saylı Sumqayıt regional “ASAN Ximət” Mərkəzində qeydiyyat şöbəsinə müraciət etmiş, orada isə doğum haqqında akt qeydinin bərpa edilməsi üçün məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə Ərizəçi ərizəsində qeyd etdiyi Ermənistan SSR-dən 1988-ci ildə qaçqın gəldiyini, doğum haqqında şəhadətnaməni ev şəraitində itirdiyini nəzərə alaraq belə nəticəyə gəlir ki, Ərizəçi doğum akt qeydi bərpa edilməli, yeni doğum haqqında şəhadətnamədə doğum tarixi xx.xx.1982-ci il, doğum yerinin Ermənistan SSR-nin Amasya rayonunun Əzizbəyov kəndi, ata adı qrafasında X5, ana adı qrafasında isə X4 qeyd olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Bu Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bu Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeyd alınma üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307, 311 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi doğum akt qeydi bərpa edilərək, yeni doğum haqqında şəhadətnamədə Ərizəçi soyadı, adı və atasının adı “X7”, doğum tarixi “xx.xx.1982-ci il”, doğulduğu yer “Ermənistan SSR-nin Amasya rayonunun Əzizbəyov kəndi”, ata qrafasında “X5”, ana qrafasında “X4” kimi qeyd olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elçin Kazımov
Məhkəmə qərarları › İş №2(060)-6966/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6966/2025
11.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver