Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6991/2021 10.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakları ilə, İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı «yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi» tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı «pul » tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh azyaşlı övladı 24.12.2005-ci il təvəllüdlü X1 qızı ilə birlikdə Sumqayıt şəhəri 6-cı mikrorayon, 25 saylı evin 38 saylı mənzilinə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək Sumqayıt şəhəri 6-cı mikrorayon, 25 saylı evin 38 saylı mənzilinə köçürülməsi barədə qətnamə qət olunmasım xahiş etmişdir. Sumqayıt şəhər Məhkəməsinin 07 mart 2019-cu il tarixli 2(060)-1309/2019 saylı qətnaməsi ilə iddiaçının iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2167/2019 saylı 21.06.2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək hazırki iş üzrə Sumqayıt şəhər Məhkəməsinin 07 mart 2019-cu il tarixli, 2(060)-1309/2019 saylı qətnaməsi ləğv edilərək və iş üzrə yeni qətnamə qəbul edilərək iddia qismən təmin olunaraq Cavabdeh azyaşlı övladı 2004-cü il təvəllüdlü Aidə adlı qızı ilə birlikdə Sumqayıt şəhəri 6-cı mikrorayon, 25 saylı evin 38 saylı mənzilindən 1 illik istifadə hüququ saxlanılması barədə qətnamə qət olunmuşdur. Hazırda Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2167/2019 saylı 21.06.2019-cu il tarixli qətnaməsi ilə cavabdeh və onun azyaşlı övladı Sumqayıt şəhəri 6-cı mkr, ev 25, 38 saylı mənzilə tanınmış bir illik istifadə hüququ bitdiyindən cavabdeh və onun azyaşlı övladının mənzildən istifadə hüququna xitam verilməsi tələbi ilə əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətindədir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “mənzilə köçürülmə və ya pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, azyaşlı qızı Aidə ilə birlikdə Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 25-də yerləşən 38 saylı mənzilə köçürülməsi, yaxud da 1 illik istifadə hüququnun saxlanıldığ müddət üçün başqa ünvanda yaşayış hüququnun təmin edilməsi məqsədi ilə 2400 manat məbləğində vəsaitin təzminat olaraq cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh məhkəmədə ona qarşı iddia qaldırmaqla özü və qızı Aidə ilə birlikdə Sumqayıt şəhəri,6-cı mikrorayon,ev 25-də yerləşən 38 saylı mənzilə istifadə hüquqlarınıza xitam verilməsini xahiş etmişdir. Bildirmək istəyir ki, o, qeyd edilən mənzilə azyaşlı qızı Aidə ilə birlikdə köçürülməyi barədə iddia qaldırmış və Sumqayıt şəhər məhkəməsinin 07.03.2019-cu il tarixli qətnaməsi ilə onun iddia tələbi təmin olunmamışdır. O, həmin qətnamədən AR Sumqayıt Apellyasiya Məhkəməsinin MK-na apellyasiya şikayəti vermiş və məhkəmənin 21.06.2019-cu il tarixli qətnaməsi ilə şikayəti qismən təmin edilmiş və ona qızı Aidə ilə mübahisəli mənzildə 1 illik istifadə hüququnun saxlanılması qət edilmişdir. Məhkəmə qətnaməsi qanuın qüvvə alsa da qarşı tərəf ona həmin mənzildən istifadə etməyə imkan verməmiş və bu səbəbdən də o, kirayə mənzil tutaraq kirayədə yaşamışdır. 21.06.2019-cu ildə qəbul edilmiş və 21.08.2019-cu ildə qanuni qüvvəsini almış qətnamə faktiki olaraq icra edilməmiş və o, bir illik istifadə hüququ olan mənzildən istifadə edə biliməmişdir. Belə ki, qarşı tərəf onu həmin mənzilə buraxmamış, onu hədələmiş və qızı ilə yaşamağa imkan verməmişdir. Hazırda isə cavabdeh ona qarşı istifadə hüququna xitam verilməsi barədə iddia qaldırmışdır, belə olan təqdirdə o, həmin mənzilə 1 il müddətində köçürülərək yaşamalı və ya həmin mənzildən istifadə etməli olduğu bir il müddətində kirayədə yaşamaqla ödəyəcəyi kirayə haqqının pulunu təzminat olaraq ödəməlidir. O, hazırda da ayı 200 manat ödəməklə kirayədə yaşayır və bir ildə onun kirayə xərcləri 2400 manat təşkil edir. Bundan sonra, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək mübahisəli mənzilə istifadə hüququnun saxladığı 1 illik müddət üçün başqa ünvanda yaşayış hüququnun təmin edilməsi məqsədi ilə 2400 manat məbləğində vəsaitin təzminat olaraq cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi və iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia tələbi əsassız olduğu üçün rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsində göstərilənləri müdafiə edərək eyni məzmunlu izahat verdi. Eləcə də göstərdi ki, ilkin iddia tələbini qəbul etmir və rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin və qarşılıqlı iddia rədd edilməlidir. Mülki iş materiallarında olan: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* saylı Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhəri, 6-cı mikrorayon,ev 25-də yerləşən 38 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 27.03.2010-cu il tarixdə qeydə alınmışdır. Asan-Sumqayıt tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında 06.07.2021ci il tarixli ******* saylı arayışdan görünür ki, Əliyeva İlahə Babasəlim qızı və X1 qızı ünvan 1 ünvanında qeydiyyatdadırlar. AZ-İ seriyalı, 350984 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh arasında nikah 05.02.2020-ci il tarixdə ləğv edilmiş, qadına Əliyeva soyadı verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2167/2019 saylı 27 iyun 2019-cu il tarixli qətnaməsinin məzmunundan görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı mənzilə köçürülmə tələbinə dair iddiası üzrə qəbul edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 07 mart 2019-cu il tarixli 2(060)-1309/2019 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, Cavabdeh azyaşlı övladı 2004-cü il təvəllüdlü Aidə adlı qızı ilə birlikdə Sumqayıt şəhəri, 6-cı mikrorayon,ev 25-də yerləşən 38 saylı mənzilindən 1 illik isifadə hüququnun saxlanılması qət edilmişdir. Həmin qətnamənin məzmunundan görünür ki, məhkəmə Mənzil Məcəlləsinin 30.4cü maddəsinə istinadən iddiaçının mübahisəli mənzildə müəyyən müddətə istifadə hüququnu saxlamışdır. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə hesab edir ki, ilkin iddia üzrə cavabdehin mübahisəli mənzildə istifadə hüququ müəyyən müddətə saxlanılmaqla Mənzil Məcəlləsinin 30.5-ci maddəsinə əsasən müəyyənləşdirilən istifadə müddəti başa çatdıqda, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna xitam verilmişdir. Cavabdehin həmin mənzilə istifadə hüququnun müəyyən müddətə saxlanması qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilməklə MPM-nin 82-ci maddəsinə əsasən həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. İşin faktiki hallarından göründüyü kimi cavabdeh həmin mənzildə yaşamır, istifadə etmir. Cavabdehin mənzilə istifadə hüququna məhkəmə qərarı ilə müəyyən edilmiş müddət başa çatdığı vaxtdan Mənzil Məcəlləsinin 30.5-ci maddəsinə əsasən artıq xitam verilmişdir. Mövcud olmayan hüquq isə ləğv edilə və ya xitam verilə bilməz. Bu baxımdan məhkəmə hesab edir ki, ilkin iddia tələbi üzrə cavabdehin mübahisəli mənzilə istifadə hüququna xitam verilməsi üçün hüquqi əsası yoxdur. Məhkəmə eləcə də qarşılıqlı iddia tələbini əsassız hesab edir. Belə ki, göründüyü kimi qarşılıqlı iddia üzrə iddiaçı mübahisəli mənzilə istifadə hüququnun saxladığı 1 illik müddət üçün başqa ünvanda yaşayış hüququnun təmin edilməsi məqsədi ilə 2400 manat məbləğində vəsaitin təzminat olaraq cavabdehdən tutulması xahiş etmişdir. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinqə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Şərh olunan hüquq normasının məzmunundan göründüyü kimi qanunvericilik qanunla nəzərdə tutulmuş əsaslar olduğu halda keçmiş ailə üzvünün yaşayış sahəsinə müəyyən müddətə istifadə hüququnun tanınmasının mümkünlüyü nəzərdə tutsa da, həmin hüquqdan istifadə edilmədiyi halda bunun qarşılığı olaraq kompensasiyanın ödənilməsini nəzərdə tutmamışdır. Bu baxımdan məhkəmə qarşılıqlı iddianı əsasız hesa edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-ci maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirərək, məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktları hərtərəfli, tam və qərəzsiz məcmuu halda tədqiq edərək bu nəticəyə gəlir ki, ilkin və qarşılıqlı iddia əsassız olduğundan rədd edilməlidir. MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu tərəflərə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı «yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi» tələbinə dair ilkin iddiası rədd edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı «pul » tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu tərəflərə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-6991/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6991/2021
10.09.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver