Məhkəmə qərarları › İş №2(060)-7011/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7011/2021

31.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7011/2021 31.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi, ərizəçinin nümayəndəsi Nümayəndə və vəkili X3 iştirakları ilə, ərizəçi X10 atalıq faktının müəyyən edilməsi (Maraqlı şəxs) barədə ərizəsinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X23 (bundan sonra - ərizəçi) hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək 01.08.1987-ci il təvəllüdlü X4 13.12.2010-cu il təvəllüdlü X8, 06.03.2012-ci il təvəllüdlü X6, 27.07.2014-cü il təvəllüdlü X11 və 10.08.2016-cı il təvəllüdlü X17 doğma ataları olması haqqında hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi 2009-cu ilin yanvar ayında Azərbaycan Respublikasının vətəndaşı, Ağdam rayonu, Sarıcalı kəndində qeydiyyatda olan 1992-ci ildən məcburi köçkün düşmüş və o vaxtdan da Sumqayıt şəhəri, Beton zavod ərazisi, 1 saylı İnşaatçılar məhəlləsi, 689 saylı evdə məskunlaşaraq yaşamışdır. 01.08.1987-ci il təvəllüdlü X15 ilə Rusiya Federasiyasının Tümen vilayətində tanış olduqdan bir ay sonra onunla rəsmi nikaha girmədən, dini kəbin kəsdirməklə ailə həyatı qurmuşdur. Həmin faktiki nikah münasibətindən Rusiya Federasiyasının Tümen vilayətində 13.12.2010-cu il təvəllüdlü X19, 06.03.2012-ci il təvəllüdlü X18 adında iki övladları anadan olmuşdur. 2013cü ildə o, faktiki həyat yoldaşı X15 və himayəsində olan iki qızı ilə birlikdə Azərbaycana qayıdaraq həyat yoldaşının məcburi köçkün kimi məskunlaşdığı Sumqayıt şəhəri, Beton zavod ərazisi, 1 saylı İnşaatçılar məhəlləsi, 689 saylı evdə yaşamağa davam etmişlər. Həmin ünvanda 27.07.2014-cü il təvəllüdlü X21 adında üçüncü övladları anadan olmuş və həmin uşağın adına doğum haqqında şəhadətnamə Maraqlı şəxs tərəfindən verilmişdir. Hər üç uşağın adına müvafiq qeydiyyat orqanları tərəfindən doğum haqqında şəhadətnamələr verilmişdir. Ərizəçi 2015-ci ildə həyat yoldaşının təkidi ilə, ğzü və himayəsində yaşayan üç övladı ilə birlikdə qeyri-rəsmi yollarla Suriya Respublikasına getmişdir. Suriya Respublikasında yaşadığı müddətdə dördüncü uşağa hamilə qalmış, lakin dördüncü övladları anadan olmamış həyat yoldaşı Suriyada gedən döyüşlərdə 15.02.2016-cı ildə öldürülmüş və onun vəfatından sonra ərizəçi himayəsində yaşayan 3 uşağı ilə birlikdə İraq Respublikasının ərazisinə qaçmaq məcburiyyətində qalmışdır. Orada da 10.08.2016-cı il təvəllüdlü X24 adlı övladları anadan olmuşdur. 2016-cı ildə İraq Respublikasında bir çox Suriyada döyüşmüş döyüşçülərin ailə üzvləri kimi cinayət məsuliyyətinə cəlb edilmiş və ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. O vaxtdan etibarən ərizəçi himayəsində olan 4 övladı ilə birlikdə İraq Respublikasının Rusafa həbsxanasında saxlanılır. Hazırda həbsxana şəraitində valideynləri ilə yaşayan uşaqlar müvafiq Səfirliklərin və Konsulluqların vasitəçilikləri ilə vətəndaşlıqları olan dövlətlərə göndərilir və həmin dövlətlərdə yaşayan yaxın qohumlarının himayələrinə verilir. Ərizəçi Tacikistan Respublikasında uşaq evində böyümüşdür və orada heç bir qohumu yoxdur. Bu səbəbdən də onları Tacikistan Respublikasına göndərə bilmir. Onların yeganə yaxın qohumları Sumqayıt şəhəri, Beton zavod ərazisi, 1 saylı İnşaatçılar məhəlləsi, 689 saylı evdə yaşayan ata nənələri Nümayəndədır. Bu əsasla Azərbaycan Respublikasının İraqdakı səfirliyinə, həmin səfirliyin vasitəsilə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə müraciət edərək uşaqların nənələrinin himayəsinə verilməsinə köməklik göstərmələrinə dair müraciətinə cavab olaraq bildirilmişdir ki, uşaqların ataları Azərbaycan Respublikası vətəndaşı olsa da, rəsmi nikah olmaması və uşaqların doğum haqqında şəhadətnamələrində atalarının adı, soyadı və ata adı yazılmadığından onların Azərbayca Respublikasının vətəndaşlığına mənsubiyətinin yalnız 01.08.1987-ci il təvəllüdlü X4 dörd övladının atası olması faltını təsdiq edən sənəd təqdim edildikdən sonra mümkün olacağı bildirilmişdir. Ərizəçinin nümayəndəsi və vəkili məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdilər və ərizənin təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq Maraqlı şəxs məhkəmə iclasında təmsil edilməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin və vəkilinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Belə ki, işdən göründüyü kimi ərizəçi 03.04.1991-ci ildə, Tacikistan Respublikasında anadan olmuşdur. Şəxsiyyət vəsiqəsindən görünür ki, X16 01.08.1987-ci ildə Ağdam rayonu, Qullar kəndində anadan olmuşdur. O, həmin ərazidə qeydiyyatdadır. Nikah haqqında şəhadətnaməyə əsasən X1 ilə X2 arasında nikah 29.07.1986-cı ildə anadan olmuşdur. Nikah bağlandıqdan sonra ərə Fərzəliyev, arvada Fərzəliyeva soyadları verilmişdir. Doğum şəhadətnamələrindən görünür ki, X20 10.08.2016-cı ildə, X19 13.12.2010cu ildə, X18 06.03.2012-ci ildə anadan olmuşdur. Doğum şəhadətnamələrinin ana qrafasında X23 qeyd edilmişdir. Doğum şəhadətnamələrinin ata qrafaları isə boşdur. 22 iyun 2021-ci il tarixli doğum haqqında akt qeydinə əsasən X21 25 iyul 2014-cü ildə Sumqayıt şəhərində anadan olmuş,atası X26, anası Ərizəçidır. Məhkəmə iclasında ifadə verən şahid X31 qızı bildirdi ki, ərizəçinin nümayəndəsi onun həm qonşusu, həm də qohumudur. X15 ailəsi ilə birlikdə Sumqayıta köçəndə iki balaca uşağı var idi. Daha sonra burada Rahilə adlı övladları dünyaya gəldi. Bundan sonra Şamil Fərzəliyev ailəsini götürüb Suriyaya köçdü. Məhkəmə iclasında ifadə verən şahid X7 bildirdi ki, ərizəçinin nümayəndəsi onun qohumudur. 2013-cü ildə Şamil ailəsi ilə Rusiyadan Azərbaycana gəldi. 2 qızları var idi. 3cü övladları Rahilə Azərbaycanda doğuldu. Sonra köçüb Suriyaya getdilər. MPM-ə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir (307.1.). Məhkəmə atalığın etiraf olunması faktının müəyyən edilməsi barədə işlərə baxır (307.2.10.). Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın (308). Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir (310.1.). Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır (310.1.). Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər (45.1.). Uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər (45.2.). Məhkəmə hesab edir ki, işdə olan sənədlər və şahid ifadələri əsasında X4 həqiqətən 13.12.2010-cu il təvəllüdlü X8, 06.03.2012-ci il təvəllüdlü X6, 27.07.2014-cü il təvəllüdlü X11 və 10.08.2016-cı il təvəllüdlü X17 doğma ataları olması olması sübuta yetirilir. Həmin faktları təkzib edən hər hansı sübut iş materialları ilə müəyyən edilmir. Bu səbəbdən ərizə təmin edilməli, X4 13.12.2010-cu il təvəllüdlü X8, 06.03.2012-ci il təvəllüdlü X6, 25.07.2014-cü il təvəllüdlü X9 və 10.08.2016-cı il təvəllüdlü X14 ataları olması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-220, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 01.08.1987-ci il təvəllüdlü X5 15.02.2016-cı il tarixində, Suriya Respublikasında ölməsi və onun 13.12.2010-cu il təvəllüdlü X8, 06.03.2012-ci il təvəllüdlü X6, 25.07.2014cü il təvəllüdlü X9 və 10.08.2016-cı il təvəllüdlü X14 ataları olması faktı müəyyən edilsin. Hazırkı qətnamə həmin faktlar üzrə müvafiq qeydiyyatın aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar