Məhkəmə qərarları › İş №2(060)-7020/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7020/2021

04.11.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7020/2021 04.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X4 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı mənzilin təhvil verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı mənzilin təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, o, kooperativ mənzil tikintisi haqqında 20.09.2010-cu il tarixli, 122 nömrəli müqaviləyə əsasən Sumqayıt şəhəri, Heydər Əliyev prospekti 19 (əvvəlki Sumqayıt şəhəri, 19-cu məhəllə) ünvanında yerləşən "xxxx" MTK tərəfindən inşa edilmiş binanın 2-ci girişi, 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 101 kv.m olan 72 saylı mənzili əldə etmişdir. "xxxx" MTK tərəfindən verilmiş maliyyə arayışından görünür ki, həmin mənzilə görə İddiaçı 34500 manat məbləğində ödəniş etmiş və heç bir borcu qalmamışdır. "xxxx" MTK-a məsələ ilə bağlı sorğu göndərilmiş, 05.07.2021-ci il tarixli, 021/705/M nömrəli cavab məktubunda qeyd edilmişdir ki, sözü gedən mənzillə bağlı ilkin olaraq 15.04.2008-ci il tarixdə MTK ilə X3 “kooperativ mənzil tikintisi haqqında” 122 saylı müqavilə bağlanmış, pay hüququ ilə həmin şəxsə aid olmuş və daha sonra qarşılıqlı razılaşma əsasında mənzil payının keçməsi ilə əlaqədar həmin mənzilə dair müqavilə 20.09.2010-cu il tarixdə MTK iə İddiaçı arasında bağlanmışdır. Həmin mənzilə dair MTK ilə başqa şəxslər arasında müqavilənin dəyişməsi ilə bağlı qeyd aşkar edilməmişdir. Bütün bunlara baxmayaraq, Sumqayıt şəhəri, Heydər Əliyev prospekti 19 (əvvəlki Sumqayıt şəhəri, 19-cu məhəllə) ünvanında yerləşən "xxxx" MTK tərəfindən inşa edilmiş binanın 2-ci girişi, 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 101 kv.m olan 72 saylı mənzil "xxxx" MTK tərəfindən ona təhvil verilməmişdir. Qeyd olunanlara əsasən məhkəmədən Sumqayıt şəhəri, Heydər Əliyev prospekti 19 (əvvəlki Sumqayıt şəhəri, 19-cu məhəllə) ünvanında yerləşən "xxxx" MTK tərəfindən inşa edilmiş binanın 2-ci girişi, 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 101 kv.m olan 72 saylı mənzilin ona təhvil verilməsi öhdəliyinin "xxxx" MTK-nın üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən keçirilən baxış iclaslarında və yerli baxışda iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin verilmiş iddia ərizəsinə uyğun müdafiə edib bildirmişdir ki, cavabdeh tərəf öz üzərlərinə düşən öhdəliklərini yerinə yetirməyərək mənzili təhvil vermir, bununla bağlı bir neçə dəfə müraciətləri olmuşdur. "xxxx" MTK-nın nümayəndəsi X2 məhkəmənin təşəbbüsü ilə mübahisəli mənzilə yerli baxışda iştirak edərək mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etdi. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iş üzrə iş materiallarını araşdırıb, mənzilin təhvil verilməsi ilə bağlı, tərəflərin iştirakı ilə həmin ünvana baxış keçirib, tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan “kooperativ mənzil tikintisi haqqında” 20.09.2010-cu il tarixli 122№-li müqavilədən görünür ki, kooperativ inşa ediləcək binanın 2-ci giriş, 9-cu mərtəbədə yerləşən 72 saylı mənzilini payçıya təhvil verməyi öhdəsinə götürür. 3 otaqlı, ümumi sahəsi 101 m2 olan mənzilin dəyəri 34500 manat məbləğində müəyyənləşdirilmişdir. İş materiallarında olan 31.05.2021-ci il tarixli vəkil sorğusuna cavab olaraq "xxxx" MTK-nın göndərdiyi məktubdan görünür ki, "xxxx" MTK-nın mənzillərin qeydiyyatı arxiv sənədinə əsasən Sumqayıt şəhəri, Heydər Əliyev prospekti 19 (əvvəlki Sumqayıt şəhəri, 19-cu məhəllə) ünvanında yerləşən "xxxx" MTK tərəfindən inşa edilmiş binanın 2-ci girişi, 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 101 kv.m olan 72 saylı mənzilə dair ilkin olaraq 15.04.2018-ci il tarixdə MTK ilə X3 “kooperativ mənzil tikinti haqqında” 122 saylı müqavilə bağlamışdır. Pay hüququ ilə ona aid olmuşdur. Daha sonra qarşılıqlı razılaşma əsasında mənzil payının keçməsi ilə əlaqədar, həmin mənzilə dair müqavilə 20.09.2010cu il tarixdə MTK ilə İddiaçı arasında bağlanmışdır. MTK-nın arxiv sənədlərində həmin mənzilə dair MTK ilə başqa şəxslər arasında müqavilənin dəyişməsi lə bağlı qeyd aşkar edilməmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 11.10.2021-ci il tarixli, 2(060)-7020/2021 saylı sorğusuna cavab olaraq "xxxx" MTK-nın göndərdiyi məktubdan görünür ki, Sumqayıt şəhəri, Heydər Əliyev prospekti 19 (əvvəlki Sumqayıt şəhəri, 19-cu məhəllə) ünvanında yerləşən "xxxx" MTK tərəfindən inşa edilmiş binanın 2-ci girişi, 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 101 kv.m olan 72 saylı mənzilə dair son “kooperativ mənzil tikinti haqqında” 122 saylı müqavilə 20.09.2010-cu il tarixdə İddiaçı Cəlil qızı arasında bağlanmışdır və hal-hazırda da həmin mənzil pay hüququ ilə ona məxsusdur. Adı keçən mənzil ona müqavilə bağlanıldığı 20.09.2010-cu il tarixdə təhvil verilmişdir. Məzili təhvil alanda kooperativin yeni üzvü İddiaçı iradları olmamış və sonralar da mənzilə dair MTK ilə arasında hər hansı mübahisə olmamışdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 11.10.2021-ci il tarixli, 2(060)-7020/2021 saylı sorğusuna cavab olaraq AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən göndərilən məktubdan görünür ki, Sumqayıt şəhəri, Heydər Əliyev prospekti 19 (əvvəlki Sumqayıt şəhəri, 19-cu məhəllə) 125 ünvanında yerləşən 72 saylı mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Məhkəmə tərəfindən tərəflərin iştirakı ilə Sumqayıt şəhəri, Heydər Əliyev prospekti 19 (əvvəlki Sumqayıt şəhəri, 19-cu məhəllə) ünvanında yerləşən "xxxx" MTK tərəfindən inşa edilmiş binanın 2-ci girişi, 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 101 kv.m olan 72 saylı mənzilə dair yerli baxış zamanı müəyyən edildi ki, tərəflər arasında verilmiş sorğulara əsasən heç bir mübahisə olmamasına baxmayaraq, mənzil hazırki vaxtadək İddiaçı təhvil verilməmiş, həmin ünvanda yerləşən mənzilin qapısı bağlı olmaqla, hər hansı bir şəxsin yaşaması halı müəyyən edilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair 25 oktyabr 2010-cu il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı ilə müəyyən edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Həmçinin həmin Plenum qərarı ilə müəyyən edilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətçiyə mülkiyyətdən məhrum etmədən maneələr törədilirsə, o, bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Eyni zamanda, İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilmişdir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüquq baxımından, «Loizidu Türkiyəyə qarşı» işi üzrə məhkəmə qeyd etdi ki, mülkiyyətə «müdaxilə şübhəsiz ki, öz əmlakından maneəsiz istifadə hüququna müdaxilə kimi 1 №-li Protokolun 1-ci maddəsinin birinci cümləsində yer alan normanın qüvvəsi altına düşür. Bununla əlaqədar olaraq məhkəmə hesab edir ki, hüquqi xarakterli maneə kimi, bu hüququn həyata keçirilməsinin faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər» (Loizidou v.Turkey, 28.11.1996, § İİ, B, h63.) Beləliklə, məhkəmə qeyd etmişdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququnun faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər. Məhkəmə iclasında tədqiq edilən sənədlərdən göründüyü kimi, mübahisəli Sumqayıt şəhəri, Heydər Əliyev prospekti 19 (əvvəlki Sumqayıt şəhəri, 19-cu məhəllə) ünvanında yerləşən mənzil qanuni əsaslarla İddiaçı məxsusdur. Göründüyü kimi, qanunun qeyd olunan tələbinə uyğun qaydada iddiaçı tam şəkildə mülkiyyət hüquqlarından istifadə edə bilmir, onun bu hüquqdan istifadə imkanı məhdudlaşdırılmışdır və onun hüquqların tam həyata keçirilməsinə cavabdehin mənzili təhvil verməməsi maneçilik törədir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, qanunvericiliyin qeyd olunan tələblərinə uyğun olaraq iddia tələbi təmin edilməli, Sumqayıt şəhəri, Heydər Əliyev prospekti 19 (əvvəlki Sumqayıt şəhəri, 19-cu məhəllə) ünvanında yerləşən binanın 2-ci giriş, 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 101 kv.m olan 72 saylı mənzil İddiaçı təhvil verilməlidir. Eyni zamanda iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 10 (on) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia tələbinin təmin olunmuş hissəsinə münasib olaraq cavabdehə aid edilməli və ondan 10 (on) manat alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Sumqayıt şəhəri, Heydər Əliyev prospekti 19 (əvvəlki Sumqayıt şəhəri, 19-cu məhəllə) ünvanında yerləşən binanın 2-ci giriş, 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 101 kv.m olan 72 saylı mənzil İddiaçı təhvil verilsin. Cavabdeh "xxxx" MTK-dan 10 (on) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayit Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar