Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-7036/2021 01.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi X1, Ərizəçinin vəkili X5 iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində cəlb etdiyi Sumqayıt şəhər Qeydiyyat Şöbəsinə qarşı «doğum haqda qeydə düzəliş edilməsinə» dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində cəlb etdiyi Sumqayıt şəhər Qeydiyyat Şöbəsinə qarşı «doğum haqda qeydə düzəliş edilməsinə» dair ərizə ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhər VVAQ şöbəsində tərtib edilmiş 29.07.1996-cı il tarixli, 42 nömrəli doğum haqqında akt qeydində düzəliş edilərək, doğum yerinin “Gürcüstan Respublikası Marneueli rayonu, Kütlər kəndi” kimi müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi xx.xx.1985-ci il tarixdə Gürcüstan Respublikası Marneuli rayonu Kütlər kəndində anadan olmuş və həmin rayonda doğum haqda şəhadətnamə almışdır. Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısının 21.06.1996-cı il tarixli, 442 saylı sərəncamına əsasən ərizəçi bibisi X1 övladlığına verilmişdir. Həmin sərəncama əsasən, soyadı, adı və ata adı olduğu kimi saxlanılmış, lakin doğum yeri dəyişdirlərək Sumqayıt şəhəri yazılması qərara alınmışdır. Bu sərəncam əsasında Sumqayıt şəhər VVAQ şöbəsində bu barədə 29.07.1996cı il tarixdə 42 saylı «doğum haqda akt qeydi» aparılmış, həmin qeyddə onun doğum yeri «Sumqayıt şəhəri» yazılmış, onun adına «doğum haqqında şəhadətnamə» verilmişdir. Həmin vaxt uşaq olduğu üçün bu barədə olan məsələlərə hüquqi müdaxilə etmək imkanı olmamışdır və prosesual hüquq qabiliyyəti olmamışdır. Hazırda o, Gürcüstanda yaşayır və bir çox məsələlərdə doğum yerinin Sumqayıt şəhəri yazılması ona problemlər yaradır, ona yerli sakin kimi deyil, kənardan gəlmə sakin və vətəndaş kimi yanaşma mövcuddur. Bu isə onun daimi yaşayış yeri olan Gürcüstanda bir çox problemlərə səbəb olur. Ona görə də o, bu barədə Gürcüstanda Ədliyyə Nazirliyinə müraciət etmiş, orada ətraflı araşdırma aparmışlar və onun həqiqətən də Marneuli rayonunda doğulduğu faktı təsdiq edilmiş, bu barədə X4 Mülki Reyestr Xidmətinin qərarı qəbul edilmişdir. Həmin qərarda göstərildi ki, vətəndaş Ərizəçi ərizəsi təmin edilsin, doğum aktı qeydinə əsasən Ərizəçi xx xxxxxxx 1985-ci il tarixdə Marneuli rayonunda anadan olması təsdiq edilsin. O, Azərbaycanda da bu səhvin düzəldilməsi üçün Sumqayıt şəhər Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin şöbənin 08 iyul 2021 -ci il tarixli, 05\Q- 166\62 saylı məktubu ilə bundan imtina edilmiş və məhkəməyə müraciət etməsi təklif edilmişdir. Ona görə də hazırda ərizə ilə məhkəməyə müraciət etmişdir. Belə ki,doğum haqqında akt qeydində onun yaşayış yeri səhvən Sumqayıt şəhəri kimi göstərilmişdir. Bu qeydi Sumqayıt şəhər VVAQ şöbəsi Sumqayıt şəhər İcra hakimiyyətinin başçısının 21 iyun 1996-cı il tarixli, 442 saylı sərəncamına əsasən 29.07.1996-cı il tarixdə etmiş və hazırda həmin orqan akt qeydində düzəliş etməkdən imtina etmişdir. Ərizəçinin nümayəndəsi X2 ərizəni müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Ərizəçinin vəkili X6 ərizəni əsaslı hesab edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdən görünür ki, Ərizəçi Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısının 21.06.1996-cı il tarixli, 442 saylı sərəncamına əsasən bibisi X1 övladlığına verilmiş, həmin sərəncama əsasən, soyadı, adı və ata adı olduğu kimi saxlanılmış, lakin doğum yeri dəyişdirlərək Sumqayıt şəhəri yazılması qərara alınmışdır. Buna baxmayaraq ərizəçi hazırda məhkəməyə müraciət edərək Sumqayıt şəhər VVAQ şöbəsində tərtib edilmiş 29.07.1996-cı il tarixli, 42 nömrəli doğum haqqında akt qeydində düzəliş edilərək, doğum yerinin “Gürcüstan Respublikası Marneueli rayonu, Kütlər kəndi” kimi müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə görə Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2.1-ci və 2.2.5. maddələrinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunması və ya dəyişdirilməsi) dair iddialara və inzibati hüquq münasibətinin mövcud olmasına və olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilməli, ərizəçiyə izah edilməlidir ki, doğum haqqında akt qeydində müvafiq düzəliş edilməsindən imtina edildiyi halda səlahiyyətli subyektin imtinası barədə inzibati məhkəmə icraatı qaydasında mübahisə qaldıra bilər. Azərbaycan Respublikasının MPM-nin 261.0.1-ci maddəsinə əsasən işə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 261-262, 263- 264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi maraqlı şəxs qismində cəlb etdiyi Sumqayıt şəhər Qeydiyyat şöbəsinə qarşı «doğum haqda qeydə düzəliş edilməsinə» dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Sumqayıt şəhər məhkəməsinə şikayət verilə bilər. Hakim: Azər İsmayılov
Məhkəmə qərarları › İş №2(060)-7036/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-7036/2021
01.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver