Məhkəmə qərarları › İş №2(060)-7063/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7063/2023

25.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7063/2023 25.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, Ərizəçi və onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi vəkil X7 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional "ASAN XİDMƏT" X1rşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair mülki işə 25 dekabr 2023-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional "ASAN XİDMƏT" X1rşı ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1967-ci ildə Ermənistan Respublikasının Amasya rayonu Əzizbəyov kəndində doğulmağı, X3, anası isə X9 olmasına dair doğumun qeyd edilmə faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1967-ci ildə Ermənistan Respublikasının Amasya rayonu Əzizbəyov kəndində anadan olmuşdur. X3, anası isə X6r. X3 xx.xx.2004-cü ildə, anası X9 isə xx.xx.2011-ci ildə vəfat edib. Qeyd edir ki, ona məxsus doğum haqqında şəhadətnamə naməlum şəraitdə itmişdir. Hazırda doğum haqqında akt qeydini məhkəmədənkənar bərpa etmək mümkün deyil. Belə ki, arxiv sənədiəri Ermənistan Respublikasındadır və Ermənistanla müharibə şəraitində yaşayırlar. Qeyd edir ki, doğum haqqında şəhadətnaməmin surəti onda var və iddia ərizəsinə əlavə edir. Doğurn haqqında şəhadətnamənin olmaması ona bir sıra hüquqlarını realizə etmək üçün ciddi çətinliklər yaradır. Belə ki, onun şəxsiyyət vəsiqəsi yoxdur. Şəxsiyyət vəsiqəsi almaq üçün müvafiq orqana müraciət etdikdə ondan doğum haqqında şəhadətnamənin əslini tələb etdilər. O, həmin sənədi təqdim edə bilmədiyi üçün ona vəsiqə verilməsindən imtina olunmuşdur. Faktın müəyyən olunması ona doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqəsi almaq üçün lazımdır. Bundan sonra o, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional "ASAN XİDMƏT" X5 müraciət etmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional "ASAN XİDMƏT" X2 cavab məktubu ilə doğum haqqında akt qeydinin bərpasından imtina edilmişdir. Həmçinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional "ASAN XİDMƏT" X8 tərəfindən ona izah olunmuşdur ki, doğumun qeyd edilmə faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməlidir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edir. Yuxarıda göstərdiklərinə əsasən o, ərizəsinin təmin olunmasını və bu barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəyə uyğun izahat verərək ərizəsini müdafiə etdiyini bildirdi və ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi etibarnamə üzrə səlahiyyətli nümayəndəsi vəkil X10 ərizəyə uyğun izahat verərək ərizəni müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, şahidlər də ərizəçinin xx.xx.1967-ci ildə Ermənistan Respublikasının Amasya rayonu Əzizbəyov kəndində doğulmağı faktını təsdiq etdilər. Qeydiyyat şöbəsi qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə qərarı olmadan müvafiq sənədi-doğum haqqında şəhadətnaməni verməkdən imtina edir. Bildirir ki, şəxsiyyət vəsiqəsinin alınması üçün doğum haqqında şəhadətnamənin olması zəruridir. Nümayəndə qeyd edilənlərə əsasən ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional "ASAN XİDMƏT" X8 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X15 ifadəsində bildirdi ki, ərizəçi onun qardaşıdır. O, xx.xx.1967-ci ildə Ermənistan Respublikasının Amasya rayonu Əzizbəyov kəndində doğulub. X21, anası isə Ceyran Nəbiyevadır. Məhkəmə iclasında şahid qismində dindirilən X11 bildirdi ki, ərizəçi onun qardaşıdır. O, xx.xx.1967-ci ildə Ermənistan Respublikasının Amasya rayonu Əzizbəyov kəndində anadan olub. X21, anası isə Ceyran Nəbiyevadır. Onların bəzi sənədləri itib. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan Azərbaycan Qaçqınlar Cəmiyyətinin 139 saylı, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Ərizəçi Ermənistan Respublikasının Amasya rayonundan qaçqındır. İşdə olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2022-ci il tarixli, ******* nömrəli qərarından görünür ki, həmin qərarla xx.xx.1967-ci il təvəllüdlü Ərizəçi Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır. İşdə olan AZ-İ 118818 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2004-cü ildə Sumqayıt şəhərində vəfat etmişdir və bu barədə ölüm haqqında akt qeydləri kitabında 1265 nömrə ilə qeyd edilmişdir. İşdə olan AZ-İ 504028 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2011-ci ildə Sumqayıt şəhərində vəfat etmişdir və bu barədə ölüm haqqında akt qeydləri kitabında 1228 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional “Asan xidmət” X2 13 mart 2023-ci il tarixli, 3-16-5/8-15-1113/2023 nömrəli məktubundan görünür ki, Ərizəçi doğum faktının təsdiq edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İşdə olan İ-ZJ 497620 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.1962-ci ildə Ermənistan Respublikasının Amasya rayonu Əzizbəyov kəndində anadan olmuşdur. X4, anası X6r. İşdə olan İ-ZJ 079262 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X13 ilə X9 xx.xx.1960-cı ildə Amasiya rayonu Əzizbəyov kənd zaks bürosunda rəsmi nikaha daxil olaraq ailə qurmuşlar və bu nikah 6 saylı akt qeydilə rəsmiləşdirilmişdir Beləliklə, Ərizəçi xx.xx.1967-ci ildə Ermənistan Respublikasının Amasya rayonu Əzizbəyov kəndində anadan olmuşdur. X4, anası X6r. Bu fakt işdə olan sənədlər, şahid ifadələri və digər iş materialları ilə təsdiq olunur. Məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunmaması ərizəçinin mülki, sosial və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin, ərizəçinin bu faktı təsdiq edən lazımi sənədi məhkəmədənkənar başqa qaydada ala bilməsi, o cümlədən itirilmiş sənədin bərpası mümkün deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.1967-ci ildə Ermənistan Respublikasının Amasya rayonu Əzizbəyov kəndində doğulması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307, 311 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1967-ci ildə Ermənistan Respublikasının Amasya rayonu Əzizbəyov kəndində doğulması faktı müəyyən olunsun. Ərizəçi doğum haqqında şəhadətnamə verilsin və doğum haqqında şəhadətnamədə ərizəçinin ata qrafasında X13, ana qrafasında isə X9 qeyd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar