Məhkəmə qərarları › İş №2(060)-7073/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7073/2025

15.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7073/2025 15.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi qohumluq faktının müəyyən edilməsi tələbinə dair ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1961-ci ildə Sumqayıt şəhərində anadan olmuş X10 Ərizəçi xalası olmasına dair qohumluq faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi 14 avqust 1978-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. Sumqayıt şəhəri,16-cı məhəllə,ev 35/12, mənzil 12-də qeydiyyatda olmaqla, hazırda AR Penitensiar Xidmətin 5 saylı cəzaçəkmə müəssisəsində həbsdədir. Ərizəçi 05 noyabr 2014-cü ildə ünvan 1 ünvanında xalası X21, dayısı X23 və onun ümumi birgə mülkiyyətində olmaqla üç otaqlı mənzil almış, həmin mənzil Azərbaycan Respublikası Əmlak Xidməti Dövlət reyestri və kadastrı publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsində qeydə alınmış və müvafiq çıxarış verilmişdir. (qeydiyyat **********, reyestr nömrəsi **********62- 05101-093004). Mənzilin digər paylı mülkiyyətçiləri olan X21 18 oktyabr 2018-ci ildə Sumqayıt şəhərində vəfat etmişdir. İkinci mülkiyyətçi X23 21 oktyabr 2021-ci ildə vəfat etmişdir. X12 yeganə vərəsəsi oğlu X25 atasından qalmış miras əmlakdakı payı qəbul etməsi barədə Sumqayıt 1 saylı notariat ofisinə ərizə ilə müraciət etmişdir. Mərhum Durdiyeva (qız soyadı Bayramova) Sevda Bəbir qızı ərizəçinin doğma xalası, Ümid Bayramovun isə doğma bibisidir. Ərizəçinin anası X1 Sevda Bəbir qızının doğma bacısı, Ümid Bayramovun atası Elşən Bayramovun isə doğma bacısıdır. Ərizəçinin anası X7 xx.xx.2018-ci ildə Bakı şəhərində vəfat etmişdir. X25 bibisinə münasibətdə öz adından və ərizəçinin adından etibarnamə əsasında xalası kimi X9 qalmış miras əmlaka dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi üçün müraciət etmiş, lakin Sumqayıt şəhər 1 saylı notariat ofisi vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina etmiş, qohumluq faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Notariat ofisinin vərəsəlik şəhadətnaməsinin verilməsindən imtinası əsassızdır. Ona görə ki, notariat ofisinə təqdim edilmiş ailə tərkibi haqqında arayışdan və 2005-ci ildə verilmiş forma 2-dən görünür ki, X21 və X22 eyni şəxsdir. Hər iki sənəddə Sevda Bəbir qızı həm Durdiyeva ,həm də Bayramova kimi qeyd edilmişdir. X26 Bəbirqızı 1985-ci ildə Türkmənistan Respublikasında yaşayan Durdiyev Xıdır adında şəxsə ərə getmiş və onun soyadını qəbul etmişdir. Ondan ayrıldıqdan sonra Azərbaycana qayıtmış, soyadını dəyişməmişdir. Ərizəçi isə xalasının soyadının dəyişməsinin fərqində olmamış, hətta mənzili birgə paylı mülkiyyət kimi alarkən də buna fikir verməmişdir. Ərizəçinin anası X3, X12 və X10 doğum haqqında şəhadətnamələrindən görünür ki, onların ata və anası eyni şəxslərdir, anadan olduqları yer isə Sumqayıt şəhəridir. Yaşadıqları ünvan da eyni ünvan, yəni ünvan 3likdə X10 X11 eyni şəxs olmasını, ünvan 4 ünvanında yerləşən mənzilin hüquqmüəyyənedici sənədində qeyd edilən X10 eyni şəxs olması və həmin sənədin X13 məxsus olmasını, habelə ərizəçinin xalası olmasını sübut edir. X2 dəyişməsi barədə məlumatlar Sumqayıt şəhər Daxili İşlər İdarəsinin qeydiyyat vəsiqəsi bölməsində məlumatlar olsa da, həmin məlumatlar ərizəçiyə verilməmiş və vəkil sorğusuna cavab olaraq bildirilmişdir ki, şəxsi məlumatlar yalnız məhkəmənin sorğusuna əsasən verilə bilər. Ona görə də ərizə ilə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizə ilə eyni məzmunlu izahat verərək, ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxsin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Cavabdehin nümayəndəsi xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2026-cı il tarixli məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid X15 izahat verərək bildirdi ki, Sevda onun bacısıdır. O, 1985-ci ildə Aşqabad şəhərinə köçüb, orada evlənib və soyadını dəyişib. Məhkəmə iclasında iştirak edən şahid X25 izahat verərək bildirdi ki, Sevda onun bibisidir. X21 evlənərək Aşqabada köçmüşdür. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək belə hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: - Az-İ № 934535 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2018-ci ildə qaraciyər sirrozu səbəbindən ölmüşdür. - Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən daxil olmuş 27 sentyabr 2025-ci il tarixli, 3-16-5/8-34xx/xx/2025 saylı arayışdan görünür ki, Ərizəçi 14 avqust 1978-ci il tarixdə anadan olmuşdur. Bu barədə 14 fevral 1979-cu il tarixdə Sumqayıt şəhər qeydiyyat şöbəsində 664 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. Onun atası X16, anası isə X4r. - Sumqayıt Şəhər 1 saylı Notariat Ofisinin 06 oktyabr 2025-ci il tarixli, 3085 nömrəli arayışından görünür ki, xx.xx.1961-ci il tarixdə anadan olmuş X11 Sumqayıt şəhər qeydiyyat şöbəsinin verdiyi xx.xx.2019-cu il tarixli, 05/70/756/69 nömrəli doğum haqqında arayışdakı soyadı ilə xx.xx.2019-cu il tarixli, 05/70-851/69 nömrəli ölüm haqqında arayışdakı soyadında uyğunsuzluq olduğu üçün ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Bu səbəbdən qohumluq faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. - Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən daxil olmuş xx.xx.2015-ci il tarixli, 3-13-58/2-47893 nömrəli məktubdan görünür ki, xx.xx.1961-ci il təvəllüdlü X21 xx.xx.2005-ci ildə AZE 04996770 seriyalı ilkin şəxsiyyət vəsiqəsini “Durdiyeva” soyadı ilə almışdır. Şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olan sənədlərin müddəti keçdiyindən yandırılma yolu ilə məhv edilmişdir. - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən daxil olmuş çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil X21, X23 və Ərizəçi ümumi birgə mülkiyyətindədir. - Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, xx.xx.1974-cü il təvəllüdlü X12 atası X17, anası X8r. - xx.xx.2014-cü il tarixli, AN-İ ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqısı” müqaviləsindən görünür ki, Mehdiquliyev Şükür Əli oğlu ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 28,9 kv/m, yardımçı sahəsi 19,3 kv/m olan mənzilin 48,2 kv/m hissəsini X18, 48,2 kv/m hissəsini X14 və 48,2 kv/m hissəsini Ərizəçi satmışdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2019-cu il 12 aprel tarixli, 3 nömrəli Qərarında qeyd olunur ki, qohumluq münasibəti faktlarının müəyyən edilməsinə yalnız bu münasibətlər hüquqi nəticə verdikdə yol verilir (vərəsəlik əmlakı almaq, təqaüd almaq hüququnu rəsmiləşdirmək və s.). Məhkəmələrə izah olunmuşdur ki, vərəsəlik məsələlərini həll etmək məqsədilə miras qoyanla qohumluq münasibəti faktı o vaxt müəyyən oluna bilər ki, ərizəçi qanun üzrə vərəsəliyə çağırılmış şəxslərin dairəsinə daxil olsun. Azərbaycan Respublikasının MPM-nin: 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2 və 307.2.1-ci maddələrinə görə, məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü ərizəçinin üzərinə düşür. Göründüyü kimi, Ərizəçi öz tələbinin haqlı olmasını mötəbər sübutlarla sübut edə bilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara, ərizəçinin nümayəndəsi və vəkilinin və şahidlərin məhkəmə iclasında vermiş olduqları izahatlara əsasən müəyyən olunur ki, ərizə qanuni və əsaslıdır. MPM-nin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ərizənin verilməsi üçün ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : Ərizə təmin edilsin. xx.xx.1961-ci ildə Sumqayıt şəhərində anadan olmuş mərhum X10 Ərizəçi xalası olması faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Elçin Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar