Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7080/2022 30.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçı, Cavabdeh direktoru Nümayəndə1 nümayəndəsi və vəkili Nümayəndə3 iştirakı ilə ilə, İddiaçı Cavabdehnə qarşı işə bərpa və əmək haqqı tələbinə (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs X11 Xidməti) dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək İddiaçı 06 yanvar 2022-ci ildən işə bərpa olunması və 27 sentyabr 2021-ci ildən hal-hazıradək ödənilməmiş 3900 (üç min doqquz yüz) manat əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə “X13 adına X8” arasında 27 entyabr 2021-ci ildə müddətsiz əmək müqaviləsi bağlanmış və hər ay 300 manat əmək haqqı ödənilməsi şərti ilə "Kitabxanaçı” işinə qəbul edilmişdir. 2021-ci ilin dekabr ayının 5də işəgötürən iddiaçıya bildirmişdir ki, “kursa şagird gəlmir, sabahdan işə gəlməyin. Şagirdləri toplayıb sizə xəbər verəcəm, ondan sonra işə gələrsiz”. Bundan sonra iddiaçı rəhbərliyin çağırışını gözləyərək evdə oturmalı olmuşdur. Sonradan iddiaçıya məlum olmuşdur ki, işəgölürən iddiaçını xəbərdar etmədən xx.xx.2022-ci ildə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Lakin iddiaçı ilə bağlanmış əmək müqaviləsinin xitamı ilə əlaqədar cavabdeh iddiaçını məlumatlandırmamışdır. Hazırki tarixədək cavabdehin iddiaçıya 13 ay üçün ödənilməmiş 3900 (üç min doqquz yüz) manat əmək haqqı borcu qalmışdır (13 ay x 300 manat = 3900 manat). Dəfələrlə cavabdehə müraciət etsə də o, iddiaçını işə bərpa etməmişdir. Mediasiya prosesi zamanı cavabdeh mediasiya prosesində iştirak etməmişdir. Mediasiya prosesi zamanı iddiaçı dövlət rüsumunu ödəmişdir. Bunu xx.xx.2022-ci il tarixli, MŞB/6-6168 saylı arayış təsdiq edir. Hesab edir ki, iddiaçının 06 yanvar 2022-ci ildən işə bərpa olunmağı və 27 sentyabr 2021-ci ildən hal-hazıradək ödənilməmiş 3900 (üç min doqquz yüz) manat əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Cavabdeh direktoru Nümayəndə1 ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək iddia müddəti tətbiq edilməklə iddiaçının hazırki iş üzrə olan iddiasının təmin edilməməsi barədə qətnamə qbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, hazırkı iddianı əsassız hesab edir və belə hesab edir ki, iddiaçı hazırkı mübahisəyə dair iddia müddətini də ötürmüşdür. Belə ki, iddiaçı özü də göstərir ki, xx.xx.2021-ci il tarixdən işə gəlmir və bunun səbəbi də özündə olmuşdur. Belə ki, iddiaçı özü işə çıxmamış və qızı gəlib bildirmişdir ki, atası anasını işə gəlməyə qoymur və xahiş etmişdir ki, onun işdən azad edilməsi barədə əmr versin. Cavabdeh də iddiaçının işdən çıxarılması barədə əmr qəbul edib iddiaçıya göndərmiş və onun müqaviləsinə xitam verildiyi üçün portaldan da çıxartmış və bu sənədi də iddiaçıya göndərmişdir. Beləliklə, iddiaçı xx.xx.2021-ci il tarixdən işdən azad edilmişdir və bu barədə məlumatı olmuşdur. Onu da qeyd etmişdir ki, iddiaçı cavabdehdən şikayət ərizəsi ilə polisə müraciət etmiş, istintaq aparılmış və cavabdeh barəsində cinayət işi qaldırılaraq məhkəməyə göndərilmişdir. Bütün bunlar göstərir ki,iddiaçı guya ehtimal olunan hüquqlarının pozulmasını xx.xx.2021-ci il tarixdən bilmişdir (əslində isə işdən özü getmişdir). Bu halda görünür ki,iddiaçı iddia ərizəsi vermə müddətini ötürmüşdür və bu zaman hər hansı bir üzürlü sabəb olmamışdır. Ona görə də onun iddiası iddia müddəti ötürülməklə verildiyi üçün iddiası rədd edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, cavabdeh “Cavabdeh” ilə 27 sentyabr 2021-ci il tarixində bağlanmış əmək müqaviləsi əsasında işə qəbul olmuşdur və dəfələrlə tələb etməyinə baxmayaraq, həmin vaxtdan etibarən əmək haqqı almamışdır. Cavabdeh əmək müqaviləsinə öncədən xəbərdarlıq etmədən və ərizəsi olmadan xitam vermişdir və 2022-ci ilin fevral ayında əmək müqaviləsinə xitam verilməsindən məlumatlı olmuşdur. İddia tələbinin təmin edilməsi barədə qətnamə qət edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh direktoru Nümayəndə1 nümayəndəsi və vəkili Nümayəndə3 iddia tələbini qəbul etməyərək bildirdi ki, cavabdehin ona verdiyi məlumata görə Cavabdeh öz fəaliyyətini dayandırmışdır. Həmçinin iddiaçı özü də iddia ərizəsində 2021-ci ilin dekabr ayının 15-dən “X13 adına X6”nin fəaliyyətini dayandırdığını bildirmişdir. Habelə qeyd etdi ki, iddiaçı kobud pozuntu edərək heç bir məlumat vermədən işə gəlməmiş və cavabdeh əmək müqaviləsinə 72-ci maddə ilə deyil, 68-ci maddənin ikinci bəndi ilə əmək müqaviləsinə xitam vermişdir. İddiaçı onun əmək müqaviləsinə xitam verilməsindən 2022-ci ilin fevral ayından məlumatlı olmasına baxmayaraq, oktyabr ayında məhkəməyə müraciət etmişdir. Qeyd olunanlar nəzərə alınmaqla iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində işə cəlb edilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin nümayəndəsi Nümayəndə2 bildirdi ki, əmək müqaviləsinə iddiaçının ərizəsi olmadan xitam verildiyi üçün əmək qanunvericiliyinin normaları pozulmuşdur, eyni zamanda iddiaçıya əmək haqqı da ödənilməmişdir. Qeyd olunanlar əsasında əgər cavabdehin VÖEN hesabı bağlanmayıbsa, digər filialıları da varsa, iddiaçı işə bərpa olunmalı və iddiaçıya məcburi işburaxma dövrü və işlədiyi dövr üçün əmək haqqı ödənilməlidir. Əmək Məcəlləsinin 15.4-cü maddəsinə görə, məhkəmənin səlahiyyətinə aid olan məsələlər üzrə Əmək Müfəttişliyi araşdırma apara bilməz, yalnız fikir bildirə bilər. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - 21 sentyabr 2021-ci il tarixli əmək müqaviəsindən görünür ki, X7 Cavabdehnə kitabxanaçı vəzifəsinə işə qəbul edilmişdir. İşçi xx.xx.2021-ci il tarixindən işə başlayır. Bu əmək müqaviləsi xx.xx.2022-ci il tarixinədək müddətə bağlanmışdır. - MŞB/6-6168 saylı, xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. - 2 saylı ərazi Vergilər Baş İdarəsi tərəfindən Nümayəndə1 ünvanlanmış məktuba əsasən **********2-29005 kodlu təsərrüfat subyekti (obyekti) qeydiyyatdan çıxarılmışdır. - “Yüksəl” Reabilitasiya Mərkəzi üzrə xx.xx.2022-ci il tarixli, 30 №-li əmrdən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən cəmiyyətin mərkəzin kitabxanaçısı X9 Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) tutduöu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. - əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı əmək müqaviləsi xx.xx.2022-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2ci hissəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) xitam edilmiş, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı həmin əmək müqaviləsi bildirişi ləğv edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsinə əsasən siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinin 4-cü bəndinə əsasən, məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il tarixli qərarında qeyed olunmuşdur ki, Fərdi əmək mübahisələrinin həllində iddia müddətinin tətbiqi ilə bağlı təcrübədə yaranan qeyrimüəyyənliklərlə bağlı isə qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 296-cı maddəsində fərdi əmək mübahisələrinin həm məhkəməyə qədər baxan orqan tərəfindən, həm də məhkəmələr tərəfindən həlli zamanı tətbiq olunan müddətlər nəzərdə tutulmuşdur. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci hissəsində işçinin fərdi əmək mübahisələrinin həll edilməsi ilə bağlı məhkəməyə qədər orqana müraciət etməsi üçün 3 aylıq, həmin maddənin 2-ci hissəsində isə məhkəməyə müraciət etməsi üçün 1 aylıq müddət müəyyən edilmişdir. Eyni zamanda Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində göstərilmişdir ki, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Qanunverici həmçinin işəgötürənin məhkəməyə müraciət etməsi ilə bağlı müddətləri tənzimləmişdir. Əmək Məcəlləsinin 296-cı maddəsinin 5-ci hissəsinə əsasən, işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Əmək Məcəlləsinin 294-cü maddəsinin 4-cü hissəsinə görə isə məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır. Bununla yanaşı Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsinə müvafiq olaraq, bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Müraciətedənin qənaətinə görə, Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsində fərdi əmək mübahisələrinə baxan orqan dedikdə, yalnız fərdi əmək mübahisələrinə məhkəməyədək baxan orqanlar başa düşülür. Lakin Əmək Məcəlləsinin fərdi əmək mübahisələrinin həlli qaydalarını tənzimləyən və həmin Məcəllənin qırx beşinci fəslində yerləşən normalarının təhlilindən müəyyən olunur ki, qanunverici bütün hallarda fərdi əmək mübahisələrinə məhkəməyədək baxan orqanla məhkəmələri bir-birindən fərqləndirmişdir. Yuxarıda qeyd olunduğu kimi, qanunverici fərdi əmək mübahisələrinə baxılmasının məhkəməyə qədər və məhkəmə qaydasını müəyyən etmiş, həmçinin fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxılmasının yalnız kollektiv müqavilələrdə nəzərdə tutulduğu təqdirdə mümkün hesab etmişdir. Eyni zamanda Əmək Məcəlləsinin 296-cı maddəsində əmək mübahisələrinin həm məhkəməyə qədər, həm də məhkəmə qaydasında həlli zamanı tətbiq olunan iddia müddətləri nəzərdə tutulmuşdur. Göstərilənlərə əsaslanaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qanunverici Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsində “fərdi əmək mübahisəsinə baxan orqan” dedikdə, əmək mübahisələrinə həm məhkəməyə qədər baxan orqanı, həm də məhkəmələri nəzərdə tutmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu fərdi əmək mübahisələrinin həlli zamanı tətbiq olunan iddia müddəti ilə əlaqədar müraciətdə qaldırılan məsələlərə aydınlıq gətirilməsi məqsədilə aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Mülki Məcəllənin 375-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarında qeyd etmişdir ki, işin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. Beləliklə, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir. Həmçinin fərdi əmək mübahisəsinə məhkəməyə qədər baxan orqana müraciət edildikdə bu cür ərizənin verilməsi işçinin şəxsi təşəbbüsü olmalıdır. Mübahisəyə baxan orqan iddia müddətinin ötürüldüyünü müəyyən etdikdə, müvafiq sübutların təqdim olunmasını işçiyə təklif edə bilər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Cavabdehnə kitabxanaçı vəzifəsinə işə qəbul edilmişdir. İşçi xx.xx.2021-ci il tarixindən işə başlamış, həmin əmək müqaviləsi xx.xx.2022-ci il tarixinədək müddətə bağlanmışdır. “Yüksək” Reabilitasiya Mərkəzi üzrə xx.xx.2022-ci il tarixli, 30 №-li əmrlə İddiaçı xx.xx.2022-ci il tarixdən cəmiyyətin mərkəzin kitabxanaçısı, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. İddiaçı iddia tələbini müdafiə edir, cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə, iddia müddətinin tətbiq edilməsi barədə cavabdeh tərəfindən verilmiş ərizəyə münasibətdə qeyd edir ki, iddiaçı xx.xx.2022-ci il tarixindən işdən azad edilmiş, onunla bağlanmış əmək müqaviləsinə həmin tarixdən xitam verilmişdir. İddiaçı özü etiraf etdiyi kimi 2022-ci ilin fevral ayında işdən azad edilməsi barədə məlumatlı olmuşdur. Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci hissəsində işçinin fərdi əmək mübahisələrinin həll edilməsi ilə bağlı məhkəməyə qədər orqana müraciət etməsi üçün 3 aylıq, həmin maddənin 2-ci hissəsində isə məhkəməyə müraciət etməsi üçün 1 aylıq müddət müəyyən edilmişdir. Lakin buna baxmayaraq iddiaçı iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Buna görə də iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdehnə qarşı İddiaçı 06 yanvar 2022-ci ildən işə bərpa olunması və 27 sentyabr 2021-ci ildən hal-hazıradək ödənilməmiş 3900 (üç min doqquz yüz) manat əmək haqqının ödənilməsi barədə iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-7080/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7080/2022
30.12.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver