Məhkəmə qərarları › İş №2(060)-7082/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7082/2022

19.12.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7082/2022 19.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X8 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı, Cavabdeh X3 nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh X1rşı işə bərpa və əmək haqqı tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı cavabdeh X1rşı işə bərpa və əmək haqqı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, onunla “X9 adına X5” arasında 21 sentyabr 2021-ci ildə müddətsiz əmək müqaviləsi bağlanmış və hər ay 400 manat əmək haqqı ödənilməsi şərti ilə Azərbaycan dili və ədəbiyyatı müəllimi işinə qəbul edilmişdir. 2021-ci ilin dekabr ayının 15-dən həmin mərkəzdə şagirdlərə Azərbaycan dili və ədəbiyyatı fənnindən dərs demişdir. İşlədiyi 3 ay 15 gün ərzində ona cəmi 100 manat əmək haqqı ödənilmişdir. 2021-ci ilin dekabr ayının 15-də işəgötürən ona kursa şagird gəlmədiyindən sabahdan işə gəlməməsini, şagirdləri toplayıb ona xəbər verdikdən sonra gəlib dərs deməsini bildirmişdir. Bundan sonra o, rəhbərliyin çağrışını gözləyərək evdə oturmalı olmuşdur. Sonradan ona məlum olmuşdur ki, işəgötürən onu xəbərdar etmədən xx.xx.2022-ci ildə onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Lakin cavabdeh onu əmək müqaviləsinin xitamı ilə əlaqədar məlumatlandırmamışdır. Hazırki tarixədək cavabdehin ona 13 ay üçün ödənilməmiş 5100 manat əmək haqqı borcu qalmışdır (13 ay x 400 manat - 100 manat = 5100 manat). Dəfələrlə cavabdehə müraciət etsə də, cavabdehin onu işə bərpa etməmişdir. Həmçinin mediasiya prosesi zamanı cavabdeh mediasıya prosesində iştirak etməmişdir. Mediasıya prosesi zamanı onun tərəfindən dövlət rüsumu ödənilmişdir. Bunu xx.xx.2022-ci il tarixli, MŞB/6-6167 saylı arayış təsdiq edir. Qeyd olunanlara əsasən məhkəmədən onun 06 yanvar 2022-ci ildən işə bərpa olunmağı və 21 sentyabr 2021-ci ildən hal-hazıradək ödənilməmiş 5100 manat əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verərək məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul ediməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, onunla müqavilə bağlanarkən mərkəzin rəhbərliyi tərəfindən müqavilənin müddətsiz olduğu bildirilmişdir. X2 xx.xx.2021-ci ildən xx.xx.2021-ci il tarixə kimi işləmişdir. Ona bir illik pul ödənilməlidir. Müqavilənin bağlandığı vaxtdan məhkəməyə müraciət etdiyi vaxtdadək keçən 13 ay üçün hər ay 400 manat olmaqla, cəmi 5200 manat ödənilməlidir. Mərkəz tərəfindən ona 100 manat ödənildiyinə görə hazırda 5100 manat tələb edir. Cavabdeh X3 nümayəndəsi Nümayəndə izahtında bildirdi ki, iddia tələbini qəbul etmir. İddiaçı 2021-ci ilin noyabr ayında işə başlamışdır. 2022-ci ilin yanvar ayına qədər işləmiş, daha sonra əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmədən əvvəl iddiaçı guya ona işə düzəlməyə görə pul ödədiyini bildirmişdir. Lakin bu hal cinayətdir, pul alan da, pul verən də cinayət məsuliyyəti daşıyır. İddiaçının anası da onu məhkəməyə vermişdir. Məhkəmədə digər mübahisələrə də baxılır. İddiaçı işdən çıxarılmasından məlumatsız olduğunu bildirir. Dəfələrlə onu prokurorluğa vermişlər. Mən fiziki şəxs kimi VÖEN-lə fəaliyyət göstərmişdir. Hazırda iş fəaliyyətini dayandırmışdır. Dəymiş ziyanın qarşılanması üçün onun tərəfindən depozitə pul qoyulmuşdur. Pandemiya dövrünə düşdüyünə görə fəaliyyətini davam etdirmək mümkün olmamış, bu barədə bütün müvafiq orqanlara da müraciət etmişdir. Özü də müflis olmuşdur. Ona görə də məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul ediməsini xahiş etdi. Məhkəmə iş materiallarını tam və hərtərəfli araşdırıb, işdə iştirak edən şəxslərin izahatını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli MŞB/6-6167 №-li ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Nümayəndə ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə 06 gün əvvəlcədən poçt vasitəsilə məlumatlandırılmasına baxmayaraq, o, ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli əmək müqaviləsindən (kontraktından) görünür ki, İddiaçı X11 adına X4 müddətsiz, aylıq əmək haqqı 400 manat olmaqla, Azərbaycan dili və ədəbiyyatı müəllimi vəzifəsinə qəbul olunmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı müddətsiz, aylıq əmək haqqı 400 manat olmaqla, müəllim vəzifəsinə X4 işə qəbul olunması ilə bağlı əmək müqaviləsi bildirişi xx.xx.2021-ci il tarixdə sistemə daxil edilmişdir. İş materiallarında olan Sosial arayışdan görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsi xx.xx.2022-ci il tarixdə qüvvədən düşmüşdür. İş materiallarında olan 2 saylı Ərazi Vergilər Baş İdarəsinin Vergi ödəyicinin filialının, nümayəndəliyinin və digər təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması barədə Nümayəndə ünvanlanmış məktubdan görünür ki, xx.xx.2022-ci tarixli ərizəyə əsasən Nümayəndə məxsus olan **********-29005 kodlu təsərrüfat subyekti (obyekti) qeydiyyatdan çıxarılmışdır. İş materiallarında olan “Yüksəl” Reabilitasiya Mərkəzi üzrə xx.xx.2022-ci il tarixli 28 №-li əmrdən görünür ki, xx.xx.2022-ci il tarixdən mərkəzin ana dili və ədəbiyyat müəllimi İddiaçı, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) tutduğu vəzifədən/peşədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. İş materiallarında olan İddiaçı xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, xx.xx.2021-ci il tarixdə Yüksəl” Reabilitasiya Mərkəzinin rəhbəri Nümayəndə müqavilə əsasında depozit olaraq təqdim etdiyi 3000 manat ödənişin xx.xx.2022-ci il tarixdə 1000 manatını almış, geri qalan 2000 manatının isə qaytaracağına söz vermişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı “Yüksəl” Reabilitasiya Mərkəzi ilə bağlanılmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əsasən Azərbaycan dili və ədəbiyyatı müəllimi vəzifəsinə qəbul olunmuşdur. Əmək müqaviləsi müddətsiz bağlanılmışdır. Aylıq əmək haqqı 400 manat təşkil etmişdir. “Yüksəl” Reabilitasiya Mərkəzinin rəhbəri Nümayəndə tərəfindən xx.xx.2022-ci il tarixli, 28 nömrəli əmr əsasında əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndinə istinad edilərək, yəni tərəflərdən birinin təşəbbüsü ilə xitam verilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək xx.xx.2021-ci il tarixdən işə bərpa olunmağı və məhkəməyə müraciət etdiyi vaxtadək ödənilməmiş 5100 manat əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 68-ci maddəsində göstərilən əmək müqavilələrinə xitam verilməsinin əsaslarından biri də əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilməsidir. Əmək Məcəlləsinin 70-ci maddəsində əmək müqaviləsinin işəgötürən tərəfindən hansı hallarda ləğv edilə bilməsi göstərilmişdir. Bu Məcəllənin 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 84-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı və soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsi ləğv edilən gün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilir. Bu Məcəllənin 84-cü maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Həmin Məcəllənin 296-cı maddəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Məhkəmə iddia tələbinin məcburi işburaxma müddətində əmək haqqını hesablanması hissəsi ilə bağlı qeyd edir ki, AR Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Əmək qanunvericiliyinə görə bu maddənin birinci hissəsində nəzərdə tutulmuş «dəymiş zərərin məbləği» dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir. Məhkəmə hesab edir ki, hər iki tərəfin mübahisələndirmədiyi hallara əsasən cavabdeh təşkilatın uzun müddətdir fəaliyyət göstərmədiyi, iddiaçının isə əsaslı olaraq işdən çıxarılmağından və digər hallardan məlumatsız olması, onun iş buraxdığı vaxt üçün əmək haqqı tələbini əsaslı olmaqla qanuna uyğun edir. Nəzərə alınsa ki, müəsissə fəaliyyət göstərməmiş, buna görə də real olaraq işə bərpa hissəsində iddia tələbi öz təsdiqini tapmadığından təmin edilməməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, işəgötürən, yəni cavabdeh “Yüksəl” Reabilitasiya Mərkəzinin nümayəndəsi Nümayəndə Əmək Məcəlləsinin 68 maddəsində nəzərdə tutulmuş əmək müqaviləsinin ləğv edilməsi əsaslarını diqqətə almadan, həmin Məcəllənin 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, İddiaçı əvvəlcədən məlumatlandırmadan əmək münasibətlərinə xitam verdiyindən, cavabdeh X3 nümayəndəsi Nümayəndə əmək müqaviləsinin bağlandığı vaxtdan ödənilməmiş 5100 manat məbləğində əmək haqqı tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1, 217.4-cü maddələri). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 333 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia tələbi qismən təmin edilsin. Cavabdeh X3 nümayəndəsi Nümayəndə əmək müqaviləsinin bağlandığı vaxtdan ödənilməmiş 5100 manat məbləğində əmək haqqı tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar