Məhkəmə qərarları › İş №2(060)-7107/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7107/2021

22.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7107/2021 22.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “doğum haqqında akt qeydinə düzəliş olunması barədə” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “doğum haqqında akt qeydinə düzəliş olunması barədə” ərizə ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, 05.01.1957-ci ildə Ermənistan Respublikası Sisyan rayonunda doğulması faktının müəyyən edilməsi, doğum qeydinin bərpa edilərək yeni doğum şəhadətnaməsində doğulduğu tarixin 05.01.1957-ci il olması, doğum yerinin Ermənistan Respublikası Sisyan rayonu olması, doğum şəhadətnamasinin ata qrafasında X5 və ana qrafasında X3 yazılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək onunla əsaslandırdı ki, o, 1957-ci ildə yanvar ayının 5-də Ermənistan Respublikasının Sisyan rayonunda anadan olmuşdur. Ermənistan Respublikası Sisyan rayon qeydiyyat şöbəsi tərəfindən tərtib olunmuş 14.05.1964-cü il tarixli, 15 saylı doğum haqqında akt qeydində uşaq bəndində doğum tarixi -1957-ci il qeyd edilmişdir. Sumqayıt ŞPİ tərəfindən verilmiş 14.08.2010-cu il tarixli, AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsində də doğum tarixi 05.01.1957-ci il deyil, 1957-ci il kimi göstərilmişdir. Bu hal isə ona bir çox hüquqi məsələlərin həllində çətinliklər yaradır. Onun hər il yanvar ayının 5-də doğum günü qeyd olunur. Bunu bütün onu tanıyan qohumları da təsdiq edə bilərlər. O, 17 iyul 2021-ci il tarixdə Sumqayıt ASAN xidmət X1 müraciət etsə də, ona yaşadığı yerin məhkəməsinə müraciət etməsi tövsiyyə olunmuşdur. Göstərilənləri nəzərə alaraq məhkəmədən ərizənin təmin olunmasını xahiş etdi. İş üzrə maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X6 bildirdi ki, Ərizəçi onun doğma qardaşıdır. Onlar 6 uşaq olmuşlar və o, 4-cü uşaqdır. Fikrət ən böyük qardaşlarıdır. Fikrət 1957-ci il yanvar ayının 5-də anadan olub. Məhkəmə iclasında şahid qismində dindirilən X4 bildirdi ki, Ərizəçi onun qardaşıdır. Onlar 6 uşaq olmuşlar və ən böyükləri Fikrətdir. Fikrətdən sonra o, daha sonra qardaşı İsmayıl, bacısı Fatma, qardaşı Talıb və ögey bacıları Fəridə anadan olmuşdur. Onlar Fikrətin ad gününü həmişə 5 yanvarda qeyd etmişlər. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 307.2.3-cü maddəsindən görünür ki, məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. İş materiallarında olan ərizəçiyə məxsus olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, ərizəçinin doğum tarixi 1957-ci il, doğum yeri Ermənistan Respublikası Sisyan rayonu, doğum şəhadətnamasinin ata qrafasında X5 və ana qrafasında X3 yazılmışdır. İş materiallarında olan AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, həmin şəxsiyyət vəsiqəsində Ərizəçi doğum tarixi qrafasında doğum tarixi ”XX.XX.1957-ci il” kimi yazılmışdır. İş materiallarında olan Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 17.07.2021-ci il tarixli, 05/Q-740/76 nömrəli məktubundan görünür ki, ərizəçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsinə daxil olmuş müraciətinə baxılmış və araşdırma zamanı müəyyən edilmişdir ki, doğum haqqında akt qeydinin bərpa edilməsi üçün həmin qeydin əvvəllər olmasını təsdiq edən sənəd təqdim edilməlidir. Araşdırma zamanı müəyyən edilmişdir ki, Ermənistan Respublikası Sisiyan rayon qeydiyyat şöbəsi tərəfindən tərtib olunmuş 14.05.1964-cü il tarixli, 15 saylı doğum haqqında akt qeydində uşaq bəndində doğum tarixi ” - 1957-ci il” qeyd edilmişdir. Bildirilmişdir ki, Sumqayıt ŞPİ tərəfindən təqdim edilmiş 14.08.2010-cu il tarixli, AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsində doğum tarixi “05.01.1957-ci il "deyil , “xxx .1957-ci il ” göstərilmişdir. Eyni zamanda ərizəçi doğumun qeydiyyatı üçün valideynlərin zəruri sənədlərini təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri tərəfindən icra edilir. Doğum haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. İtmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Göstərilənlərə əsasən ərizəçiyə aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İşin araşdırılan hallarından və iş materiallarına əsasən sübuta yetirilmişdir ki, Ərizəçi həqiqətən 05.01.1957-ci il tarixdə Ermənistan Respublikası Sisiyan rayonunda anadan olmuşdur, atası X5, anası isə X2r. Eyni zamanda, müəyyən olunmuşdur ki, ərizəçi yeni şəhadətnamə verilməsi üçün Sumqayıt şəhər qeydiyyat şöbəsinə müraciət etmiş, orada isə doğum haqqında akt qeydinin bərpa edilməsi üçün zəruri sənədlər olmadığından məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə, Ərizəçi ərizəsinin təmin olunması barədə məhkəmə qətnaməsinin çıxarılmasını qanuni və əsaslı hesab edərək belə nəticəyə gəlir ki, Ərizəçi 05.01.1957-ci il tarixdə Ermənistan Respublikası Sisiyan rayonunda doğulması faktı müəyyən edilməli, qeydiyyat şöbəsi tərəfindən doğum akt qeydi bərpa edilərək, yeni doğum haqqında şəhadətnamədə onun adı Ərizəçi, doğum tarixi «05.01.1957-ci il», doğulduğu yer «Ermənistan Respublikası Sisiyan rayonu», atasının adı qrafasında “X5”, anasının adı qrafasında “X3” qeyd olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3. maddəsində göstərilir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 339-340-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi 05.01.1957-ci il tarixdə Ermənistan Respublikası Sisiyan rayonunda doğulması faktı müəyyən edilsin. Qeydiyyat şöbəsi tərəfindən doğum akt qeydi bərpa edilərək, yeni doğum haqqında şəhadətnamədə onun adı Ərizəçi, doğum tarixi «05.01.1957-ci il», doğulduğu yer «Ermənistan Respublikası Sisiyan rayonu», atasının adı qrafasında “X5”, anasının adı qrafasında “X3” qeyd olunsun. Qətnamə qeydiyyat şöbəsi tərəfindən doğum akt qeydinin bərpa edilməsi və şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar