Məhkəmə qərarları › İş №2(060)-7124/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7124/2025

19.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7124/2025 19.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, Ərizəçi, Ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi doğumun akt qeydinin bərpa edilməsi (Maraqlı şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 2 saylı Sumqayıt regional “ASAN Ximət” Mərkəzində qeydiyyat şöbəsi) tələbinə dair ərizəsi üzrə mülki işə Sumqayıt şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, ərizəçinin xx.xx.1974-cü ildə Ermənistan, Sisyan rayonu, Murxoz kəndində doğulması, atasının X5, anasının isə X3 olmasına dair doğumun qeyd edilmə faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1974-cü ildə Ermənistan, Sisian rayonu, Murxuz kəndində anadan olmuşdur. Ərizəçinin atası X5, anası isə X2r. Ərizəçinin atası 12 iyul 2013-cü ildə, anası isə 27 aprel 2022-ci ildə vəfat edib. Ərizəçiyə məxsus doğum haqqında şəhadətnamə naməlum şəraitdə itmişdir. Hazırda doğum haqqında akt qeydini məhkəmədənkənar bərpa etmək mümkün deyil. Belə ki, arxiv sənədləri Ermənistan Respublikasındadır və Ermənistanla müharibə şəraitində yaşayırlar. Ərizəçinin doğum haqqında şəhadətnaməsinin olmaması ona bir sıra hüquqlarını realizə etmək üçün ciddi çətinliklər yaradır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 2 saylı Sumqayıt regional “ASAN Ximət” Mərkəzində qeydiyyat şöbəsinin cavab məktubu ilə doğum haqqında akt qeydinin bərpasından imtina edilmişdir. Həmçinin ərizəçiyə doğumun qeyd edilmə faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməsi izah edilmişdir. Doğumun qeyd edilmə faktının müəyyən olunması ərizəçiyə doğum haqqında şəhadətnamə almaq və oğlunun işə düzəlməsi ilə bağlı məsələsini həyat etmək üçün lazımdır. Bu səbəbdən də hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Daha sonra ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək ərizəçinin xx xxx 1974-cü ildə Ermənistan, Sisyan rayonu, Murxuz kəndində doğulması, atası X5, anası isə X3 olmasına dair doğumun qeyd edilməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi və onun nümayəndəsi və vəkili Nümayəndə ərizə ilə eyni məzmunlu izahat verərək, ərizənin təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasında şahid qismində dindirilən X6 bildirdi ki, Ərizəçi onun kiçik qardaşıdır. Doğum haqqında şəhadətnaməni itirmişdir. Doğum haqqında şəhadətnaməsinin olmaması müəyyən problemlər yaradır. Məhkəmə iclasında şahid qismində iştirak edən X1 bildirdi ki, Ərizəçi onun kiçik qardaşıdır. Doğum haqqında şəhadətnaməni itirmişdir. Doğum haqqında şəhadətnaməsinin olmaması müəyyən problemlər yaradır. Maraqlı şəxs 2 saylı Sumqayıt regional “ASAN Ximət” Mərkəzində qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini və onun nümayəndəsi və vəkilini, şahid ifadələrini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə əsaslıdır və aşağıdakılara əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 2 saylı Sumqayıt regional “ASAN Ximət” Mərkəzində qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli, № 3-16-5/815-1241/2025 nömrəli məktubundan görünür ki, doğum haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. İtmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadığı halda vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktının müəyyən edilməsi məhkəmə qaydasında həll edir. Bu səbəbdən ərizəçiyə doğum haqqında qeydinin bərpası üçün məhkəməyə müraciət olunması tövsiyə edilmişdir. - AZ-İ № 635851 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 12 iyul 2013-cü il tarixdə ağ ciyər ödemi xəstəliyi səbəbindən vəfat etmişdir. - AZ-İİ № 277797 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 27 aprel 2022-ci il tarixdə essensial hipertenziya xəstəliyi səbəbindən vəfat etmişdir. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, ərizəçi doğum haqqında şəhadətnaməsini itirdiyindən doğum haqqında akt qeydinin bərpa edilməsi ilə bağlı 2 saylı Sumqayıt regional “ASAN Ximət” Mərkəzində qeydiyyat şöbəsinə müraciət etmiş, orada isə doğum haqqında akt qeydinin bərpa edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə Ərizəçi doğum haqqında şəhadətnaməsini naməlum şəraitində itirdiyini, arxiv sənədlərin doğulduğu Ermənistan Respublikasında olmasını nəzərə alaraq belə nəticəyə gəlir ki, Ərizəçi doğum akt qeydi bərpa edilməli, yeni doğum haqqında şəhadətnamədə doğum tarixi xx.xx.1974-cü il, doğum yerinin Ermənistan SSR-in Sisyan rayonunun Murxuz kəndi, ata adı qrafasında X5, ana adı qrafasında isə X3 qeyd olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Bu Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bu Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeyd alınma üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307, 311 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. Doğum akt qeydi bərpa edilərək, yeni doğum haqqında şəhadətnamədə Ərizəçi doğum tarixi “xx.xx.1974-cü il”, doğulduğu yer “Ermənistan SSR-in Sisyan rayonunun Murxuz kəndi”, ata adı qrafasında “X5”, ana adı qrafasında “X3” kimi qeyd olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elçin Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar