Məhkəmə qərarları › İş №2(060)-7146/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7146/2021

03.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7146/2021 03.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı “Xalq Bankı" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 qarşı «ipoteka predmetinə tutmanın yönəldilməsi və satışdan sonra ipoteka predmeti olan mənzildən çıxarılma» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Xalq Bankı" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 qarşı «ipoteka predmetinə tutmanın yönəldilməsi və satışdan sonra ipoteka predmeti olan mənzildən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, 21.08.2019-cu il tarixli, **********27119/ip №-li Alqı-satqı və ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus Sumqayıt şəhəri, 11-ci mikrorayon, 2 №-li evin 3-cü mərtəbəsində yerləşən 89.80 kv.m ümumi, 59.40 kv.m yaşayış sahəsindən ibarət, 5 (beş) otaqlı, 15 nömrəli mənzilə tutma yönəldilməsini və 20.08.2019-cu il tarixli, **********27119 №-li Kredit müqaviləsi üzrə Borcalan Cavabdeh1 iddiaçı ASC “Xalq” Bankı qarşısında 52 206,11 manat məbləğində vaxtı keçmiş əsas borc, 06.08.2021-ci il tarixinə qədər 3 914,16 manat məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği, cəmi 56 120,27 manat məbləğində pul vəsaiti və 06.08.2021-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 10 % dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 13 manat məbləğində çəkilmiş xərclər ipoteka predmetinin dəyərindən iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə tutulması və ipoteka predmeti satıldıqdan sonra orada yaşayan Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X1, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Borc alanın ailə üzvü Cavabdeh2 və digər şəxslər mənzili 1 (bir) ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin qeyd olunan yaşayış sahələrindən məcburi qaydada çıxarılması, ipoteka predmeti olan Cavabdeh1 məxsus Sumqayıt şəhəri, 11-ci mikrorayon, 2 №-li evin 3-cü mərtəbəsində yerləşən 89.80 kv.m ümumi, 59.40 kv.m yaşayış sahəsindən ibarət, 5 (beş) otaqlı, 15 nömrəli mənzilin ilkin satış qiyməti ipoteka predmetinin İpoteka müqaviləsinin 1.8-ci bəndində göstərilmiş 75 000 (yetmiş beş min) manat məbləğində təyin edilməsi və açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini onunla əsaslandırdı ki, iddiaçı ASC “Xalq” Bankı ilə Cavabdeh1 arasında bağlanmış 20.08.2019cu il tarixli **********27119 №-li Kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən borcalana 120 (bir yüz iyirmi) ay müddətinə, kreditdən istifadəyə görə illik 10 % (on faiz) ödənilməsi şərtilə 56 000 (əlli altı min) manat məbləğində kredit verilmişdir. Kredit vəsaiti hesabına mənzilin əldə edilməsi və həmin mənzilin ipoteka qoyulması yolu ilə cavabdehin Bank qarşısında öhdəliklərinin icrasını təmin etmək üçün iddiaçı ASC “Xalq” Bankı, Cavabdeh1 və satıcı Cavabdeh5 arasında Sumqayıt şəhəri, 11-ci mikrorayon, 2 №-li evin 3-cü mərtəbəsində yerləşən 89.80 kv.m ümumi, 59.40 kv.m yaşayış sahəsindən ibarət, 5 (beş) otaqlı, 15 nömrəli mənzilin alqı-satqı və ipotekasına dair 21 avqust 2019-cu il tarixli, **********27119/ip №-li Alqı-satqı və ipoteka müqaviləsi bağlanmışdır. Qeyd edilən ipoteka predmeti üzərində ASC «Xalq» Bankının ipoteka hüququnun qeydiyyata alınmasına dair sonuncuya AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 28.08.2019-cu il tarixli, ********** qeydiyyat N-li Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilmişdir. Kredit müqaviləsinin 2.5-ci bəndinə və həmin Müqavilənin 1 №-li Əlavəsi olan Annuitet ödəniş cədvəlinə əsasən cavabdeh hər ay bərabər məbləğdə müvafiq ödənişlər aparmaqla əsas borc məbləğinin qaytarılmasını və ona hesablanmış faizlərin ödənilməsini öhdəsinə götürmüşdür. Lakin cavabdeh bu öhdəliklərini kobud şəkildə pozmaqla bu günə qədər kredit üzrə əsas borc məbləğinin bir hissəsini Banka qaytarmamış və əsas borc məbləğinə hesablanmış faizlərin müəyyən hissəsini ödəməmişdir. Beləliklə, 06.08.2021-ci il tarixinə Cavabdeh1 Kreditor qarşısında 56 120,27 manat məbləğində gecikdirilmiş borcu yaranmışdır ki, bunun da 52 206,11 manatını vaxtı keçmiş əsas borc, 3 914,16 manatını isə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləği təşkil edir. Bundan əlavə Cavabdeh1 kredit müqaviləsi üzrə əsas borc məbləğinin ödənilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq Banka Kredit müqaviləsinin 7.2-ci bəndinə əsasən vaxtı keçmiş əsas borc məbləğinə hesablanan adi faizlərlə yanaşı illik 15 % (on beş faiz) dərəcəsi ilə penya da ödəməli idi. Lakin Bankın daxili qərarına əsasən 01.04.2020-ci il tarixindən Kredit müqaviləsi üzrə vaxtı keçmiş əsas borc məbləğinə penyanın hesablanması dayandırılmış, 06.08.2021-ci il tarixinə isə penya üzrə hər-hansı borcu mövcud deyildir. Cavabdeh tərəfindən Kredit müqaviləsinin 3.4.9.1-ci yarımbəndində göstərilən kobud pozuntuya yol verildiyindən İddiaçının Kredit müqaviləsinin 3.1.3-cü yarımbəndinə əsasən əsas borc məbləğinin vaxtından əvvəl qaytarılmasını və əsas borc məbləğinə hesablanmış faizlərin ödənilməsini vaxtından əvvəl tələb etmək və öz tələblərini «İpoteka haqqında» Azərbaycan Respublikasının 15 aprel 2005-ci il tarixli Qanununun 33-cü və 34-cü maddələrinə əsasən ipoteka qoyulmuş əmlak hesabına təmin etmək hüququ yaranmışdır. Beləliklə, vaxtı keçmiş əsas borc məbləği nəzərə alınmaqla, Bankın vaxtından əvvəl geri qaytarılmasını tələb etdiyi əsas borcun məbləği 52 206,11 (əlli iki min iki yüz altı manat 11 qəpik) manat, yuxarıda göstərilən adi faizlər ilə birlikdə Bankın 06.08.2021-ci il tarixinə Cavabdehə qarşı tələblərinin ümumi məbləği 56 120,27 (əlli altı min bir yüz iyirmi manat 27 qəpik) manat təşkil edir. İddiaçı tərəfindən «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə uyğun olaraq cavabdehə ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında 21.04.2021-ci il tarixli, 44 №-li bildiriş verilmiş və iddiaçı qarşısında yaranmış borcun ipoteka qoyulmuş əmlak hesabına ödənilməsi üçün ipoteka predmetinin 30 (otuz) gün müddətindən gec olmayaraq satılması tələb edilmişdir. İddiaçı tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınması barədə 22.04.2021-ci il tarixli, 48 №-li Ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə müraciət edilmiş və həmin İdarə tərəfindən 29.04.2021-ci il tarixli, **********95 №-li məktubla iddiaçı ASC „Xalq” Bankına bildirişin qeydə alınması barədə məlumat verilmişdir. İddiaçı tərəfindən cavabdehə ipoteka predmetinin satılması və iddiaçının tələblərinin ödənilməsi üçün kifayət qədər vaxt verilməsinə baxmayaraq, bu günə kimi cavabdeh tərəfindən göstərilən istiqamətdə hər hansı əməli addım atılmamışdır. Göstərilənlərə əsasən, iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan kredit müqaviləsindən görünür ki, iddiaçı ASC «Xalq» Bankı ilə Cavabdeh1 arasında bağlanmış 20.08.2019-cu il tarixli **********27119 №-li Kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən borcalana 120 (bir yüz iyirmi) ay müddətinə, kreditdən istifadəyə görə illik 10 % (on faiz) ödənilməsi şərtilə 56 000 (əlli altı min) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi ASC «Xalq» Bankı ilə cavabdeh Cavabdeh1 və satıcı Cavabdeh5 arasında Sumqayıt şəhəri, 11-ci mikrorayon, 2 №-li evin 3-cü mərtəbəsində yerləşən 89.80 kv.m ümumi, 59.40 kv.m yaşayış sahəsindən ibarət, 5 (beş) otaqlı, 15 nömrəli mənzilin alqı-satqı və ipotekasına dair 21 avqust 2019-cu il tarixli, **********27119/ip №-li Alqı-satqı və ipoteka müqaviləsi bağlanmışdır. İş materiallarında olan bildiriş məktublarının surətlərindən görünür ki, cavabdeh müqavilə şərtlərini pozması barədə xəbərdarlıq olunmuş, müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi tələb olunmuş, əks təqdirdə borcun məhkəmə qaydasında tələb ediləcəyi və tutmanın ipoteka predmetinə yönəldilməsi bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK Yanında DƏDRX tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 11-ci mkr., 2 saylı evin, 15 nömrəli mənzili ASC «Xalq» Bankının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarına əlavə edilmiş 01/21-484 nömrəli, 06.10.2021-ci il tarixli "xxxx" MMC tərəfindən verilmiş mənzilin bazar dəyərinin müəyyənləşdirilməsi hesabatından görünür ki, Sumqayıt şəhəri, 11-ci mikrorayon, 2 №-li evin, 15 nömrəli mənzilinin likvid dəyəri 72.000 manat məbləğində qiymətləndirilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1. və 739.2. maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1. maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 741 və 742.1. maddələrinin mənasından görünür ki, əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. Həmin Məcəllənin 448.1. və 448.2. maddələrindən görünür ki, əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 39.1. maddəsində göstərilir ki, ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Qeyd edilən Qanunun 34.1.3. maddəsinə əsasən ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Həmçinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317.1. maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər və həmin Məcəllənin 319.1. maddəsinin tələbinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir və həmin Məcəllənin 319.6. maddəsinin tələbinə əsasən əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalı, çatışmayan məbləğ borclu tərəfindən ipoteka saxlayana ödənilməlidir. Eyni zamanda, iş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizə ilə məhkəməyə müraciət edildiyi zaman 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manat, sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 13 manat məbləğində xərc çəkilmiş və aparılmış qiymətləndirmənin dəyəri 400 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 13 manat məbləğində çəkilmiş xərclər cavabdehlərə aid edilməli və onlardan alınaraq müvafiq olaraq iddiaçının xeyrinə ödənilməli, həmçinin aparılmış qiymətləndirmənin dəyəri 400 manat məbləğində pul cavabdehlərdən alınaraq "xxxx" MMC-nin hesabına köçürülməlidir. İddia tələbindən görünür ki, iddiaçı ASC “Xalq” Bankı cavabdehdən 06.08.2021-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 10 % dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin tutulması tələb olunur. Məhkəmə, işin hallarını nəzərə alaraq hesab edir ki, iddia tələbinin qeyd olunan hissəsi qeyri-müəyyən olduğundan iddia tələbi həmin hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 21.08.2019-cu il tarixli, **********27119/ip №-li Alqı-satqı və ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus Sumqayıt şəhəri, 11-ci mikrorayon, 2 №-li evin 3-cü mərtəbəsində yerləşən 89.80 kv.m ümumi, 59.40 kv.m yaşayış sahəsindən ibarət, 5 (beş) otaqlı, 15 nömrəli mənzilə tutma yönəldilməli, 20.08.2019-cu il tarixli, **********27119 №-li Kredit müqaviləsi üzrə Borcalan Cavabdeh1 iddiaçı ASC “Xalq” Bankı qarşısında 52 206,11 manat məbləğində vaxtı keçmiş əsas borc, 06.08.2021-ci il tarixinə qədər 3 914,16 manat məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği, cəmi 56 120,27 manat məbləğində pul vəsaiti, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 13 manat məbləğində çəkilmiş xərclər ipoteka predmetinin dəyərindən iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulmalı, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə tutulmalı, ipoteka predmeti satıldıqdan sonra orada yaşayan Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Borc alanın ailə üzvü Cavabdeh2 mənzili 1 (bir) ay ərzində tərk etmədikləri halda, həmin şəxslər qeyd olunan yaşayış sahəsindən məcburi qaydada çıxarılmalı, ipoteka predmeti olan Cavabdeh1 məxsus Sumqayıt şəhəri, 11-ci mikrorayon, 2 №-li evin 3-cü mərtəbəsində yerləşən 89.80 kv.m ümumi, 59.40 kv.m yaşayış sahəsindən ibarət, 5 (beş) otaqlı, 15 nömrəli mənzilin ilkin satış qiyməti 72.000 manat məbləğində qiymətləndirilməli və açıq hərracda satılmalı, aparılmış qiymətləndirmənin dəyəri olan 400 manat məbləğində pul vəsaiti cavabdehlərdən tutularaq Fame Pro MMC-nin hesabına köçürülməli və iddia tələbi qalan hissədə rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. 21.08.2019-cu il tarixli, **********27119/ip №-li Alqı-satqı və ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus Sumqayıt şəhəri, 11-ci mikrorayon, 2 №-li evin 3-cü mərtəbəsində yerləşən 89.80 kv.m ümumi, 59.40 kv.m yaşayış sahəsindən ibarət, 5 (beş) otaqlı, 15 nömrəli mənzilə tutma yönəldilsin. 20.08.2019-cu il tarixli, **********27119 №-li Kredit müqaviləsi üzrə Borcalan Cavabdeh1 iddiaçı ASC “Xalq” Bankı qarşısında 52 206,11 manat məbləğində vaxtı keçmiş əsas borc, 06.08.2021-ci il tarixinə qədər 3 914,16 manat məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği, cəmi 56 120,27 manat məbləğində pul vəsaiti, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 13 manat məbləğində çəkilmiş xərclər ipoteka predmetinin dəyərindən iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulsun. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə tutulsun. İpoteka predmeti satıldıqdan sonra orada yaşayan Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Borc alanın ailə üzvü Cavabdeh2 mənzili 1 (bir) ay ərzində tərk etmədikləri halda, həmin şəxslər qeyd olunan yaşayış sahəsindən məcburi qaydada çıxarılsınlar. İpoteka predmeti olan Cavabdeh1 məxsus Sumqayıt şəhəri, 11-ci mikrorayon, 2 №-li evin 3-cü mərtəbəsində yerləşən 89.80 kv.m ümumi, 59.40 kv.m yaşayış sahəsindən ibarət, 5 (beş) otaqlı, 15 nömrəli mənzilin ilkin satış qiyməti 72.000 manat məbləğində qiymətləndirilsin və açıq hərracda satılsın. Aparılmış qiymətləndirmənin dəyəri olan 400 manat məbləğində pul vəsaiti cavabdehlərdən tutularaq Fame Pro MMC-nin hesabına köçürülsün. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar