Məhkəmə qərarları › İş №2(060)-7151/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7151/2021

18.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7151/2021 18.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 Cavabdeh2 və Cavabdeh3 qarşı «mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və cavabdehlərin yetkinlik yaşlarına çatmayan uşaqları 03.03.2013-cü il təvəllüdlü X4 və 13.10.2009-cu il təvəllüdlü Bayramova Xədicə Elşad qızının xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan Sumqayıt şəhəri, 13-cü mkr, 30 saylı evin, 33 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının vəkili və nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbini onunla əsaslandırdı ki, Sumqayıt şəhəri, 13-cü mkr, 30 saylı evin, 33 nömrəli mənzili xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. O, həmin mənzili 17 may 2021-ci ildə X1 alqı- satqı müqaviləsi ilə almışdır. Cavabdehlər keçmiş ev sahibinin ailə üzvləridir. Alqı-satqı müqaviləsinin 13-cü bəndinə görə cavabehlər 17.07.2021-ci il tarixinədək iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxmalıydılar. Lakin onlar bu günə kimi iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxmamışdırlar. Həmçinin cavabdehlərin yetkinlik yaşlarına çatmayan uşaqları 03.03.2013-cü il təvəllüdlü X4 və 13.10.2009-cu il təvəllüdlü Bayramova Xədicə Elşad qızı da iddiaçıya məxsus mənzildə qeydiyyatdadırlar. Cavabdehlərin və onların yetkinlik yaşlarına çatmayan uşaqlarının həmin mənzilə qeydiyyatı formal xarakter daşıyır, bu isə, öz növbəsində iddiaçının mülkiyyət hüququna əsassız müdaxilə təşkil edir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişlər. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlərin qeydiyyatda olduğu ünvanı üzrə məhkəmə bildirişi göndərilmiş, lakin onların faktiki olduqları yer məlum olmadığından məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının vəkili və nümayəndəsini dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 17.05.2021-ci il tarixli, AN-İ ******* №-li daşınmaz əmlakın alqısatqı müqaviləsindən görünür ki, Sumqayıt şəhəri, 13-cü mkr, 30 saylı evin, 33 nömrəli mənzilini X3 alqı-satqı müqaviləsi əsasında İddiaçı satmışdır. İş materiallarında olan çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 13-cü mkr, 30 saylı evin, 33 nömrəli mənzili İddiaçı adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan ******* nömrəli, 28.06.2021-ci il tarixli arayışdan görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və cavabdehlərin yetkinlik yaşlarına çatmayan uşaqları 03.03.2013-cü il təvəllüdlü X4 və 13.10.2009-cu il təvəllüdlü Bayramova Xədicə Elşad qızı Sumqayıt şəhəri, 13-cü mkr, 30 saylı evin, 33 nömrəli mənzilində rəsmi olaraq qeydiyyatdadırlar. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.1. maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Eyni zamanda, həmin Məcəllənin 203.1. maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Beləliklə, işin məhkəmə iclasında araşdırılan hallarına və tədqiq edilən sənədlərə əsasən İddiaçı Sumqayıt şəhəri, 13-cü mkr, 30 saylı evin, 33 nömrəli mənzilin rəsmi alqı-satqı müqaviləsi əsasında əldə etmişdir. Buna baxmayaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və cavabdehlərin yetkinlik yaşlarına çatmayan uşaqları 03.03.2013-cü il təvəllüdlü X4 və 13.10.2009-cu il təvəllüdlü Bayramova Xədicə Elşad qızının həmin mənzildə rəsmi olaraq qeydiyyatda qalması iddiaçının mülkiyyət hüquqlarını lazımi şəkildə həyata keçirməsinə maneçilik törədərək iddiaçının bu hüququndan tam istifadə etmək imkanını məhdudlaşdırmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsinin mənasından görünür ki, əgər mülkiyyətə maneələr mülkiyyətdən məhrum etmədən törədilərsə, mülkiyyətçi bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulması məhkəmə vasitəsilə tələb oluna bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və cavabdehlərin yetkinlik yaşlarına çatmayan uşaqları 03.03.2013-cü il təvəllüdlü X4 və 13.10.2009-cu il təvəllüdlü Bayramova Xədicə Elşad qızının Sumqayıt şəhəri, 13-cü mkr, 30 saylı evin, 33 nömrəli mənzilinə olan istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar