Məhkəmə qərarları › İş №2(060)-7154/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7154/2021

08.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7154/2021 08.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin doğum haqqında akt qeydinin bərpa edilməsinə dair ərizəsi üzrə mülki işə Sumqayıt şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, XX.XX.1939-cu il tarixdə Ermənistan Respubkasının Yexeqnadzor rayonunda anadan olması, doğum haqqında şəhadətnaməmin ana qrafasında X2, ata qrafasında X6 yazılmaqla itmiş doğum haqqında akt qeydinin bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi 25.11.1939-cü il tarixdə Ermənistan Respubkasının Yexeqnadzor rayonunda anadan olmuşdur. Onun doğum haqqında şəhadətnaməsinin arxiv sənədləri olmadığından Asan Sumqayıt mərkəzi tərəfindən ona aid verilmiş AZE 0******* seriyalı, 10.03.2007-ci il tarixli şəxsiyyət vəsiqəsində doğulduğu il qeyd edilsə də, gün, ay qeyd edilməmişdir. Sonradan 09.11.1959-cu il tarixdə X1 ilə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşdur. Həmin nikah haqqında şəhadətnamə əsasında soyadı da dəyişdirilərək “Hüseynova” olmuşdur. Doğum gününün ayı və günü şəxsiyyət vəsiqəsində qeyd olunmadığına görə bu bəzi mülki hüquqlarının həyata keçirilməsində problemlər yaradır. Hal-hazırda sənəd olaraq əlində heç bir sübut yoxdur. O, doğum haqqında şəhadətnaməsinin yenidən bərpası üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt şəhər Qeydiyyat Şöbəsinə ərizə ilə müraciət etsə də imtina cavabı almışdır. Vətəndaşlıq vəziyyəti aktının arxiv sənədləri itdiyinə görə onun təkrar surəti və ya bərpasını etmək mümkün olmamışdır. Ona görə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Yuxarıda qeyd etdiklərinə əsasən o, ərizəsinin təmin olunmasını və bu barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə Ərizəçi məhkməyə verilən ərizə ilə eyni məzmunlu izahat verərək, ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmədə şahid X5 ifadə verərək bildirdi ki, o, ərizəçinin qardaşı oğlu, ərizəçi isə onun bibisidir. O, 27 il Ermənistanda yaşamışdır. Ərizəçinin atasının adı Hidayət, anasının adı Bilqeyisdir, onlar Ermənistan Respubkasının Yexeqnadzor rayonunda yaşamışdırlar. Məhkəmədə şahid X3 ifadə verərək bildirdi ki, ərizəçinin yoldaşı onun qohumudur. Ərizəçi ilə bir kənddəndir. Həmçinin hal-hazırda Sumqayıt şəhərində qonşuluqda yaşayırlar. Ərizəçi Ermənistanda anadan olmuşdur. Ərizəçinin atasının adı Hidayət, anasının adı Bilqeyisdir, onlar Ermənistan Respubkasının Yexeqnadzor rayonunda yaşamışdırlar. Maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək, şahid ifadələrinə qiymət verərək, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə əsaslıdır və aşağıdakılara əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi XX.XX.1939-cu il tarixdə Ermənistan Respubkasının Yexeqnadzor rayonunda doğulmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər qeydiyyat şöbəsinin 06 avqust 2021-ci il tarixli, 05/Q-2290/15 nömrəli məktubundan görünür ki, Ərizəçi etibarnamə üzrə nümayəndəsi X4 doğum haqqında akt qeydinin bərpa edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinin 06.09.2021-ci il tarixli məktubu ilə göndərilmiş şəxsin fərdi uçot kartoçkasından görünür ki, Ərizəçi 1939-cu ildə Ermənistan Respubkasının Yexeqnadzor rayonunda Qabaxlı kəndində doğulmuşdur. Atasının adı Hidayətdir. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, ərizəçi doğum haqqında şəhadətnaməsini itirdiyindən yeni şəhadətnamə verilməsi üçün Sumqayıt şəhər qeydiyyat şöbəsinə müraciət etmiş, orada isə doğum haqqında akt qeydinin bərpa edilməsi üçün zəruri sənədlər olmadığından məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki,Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Bu Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bu Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeyd alınma üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi ərizəsinin təmin olunması barədə məhkəmə qətnaməsinin çıxarılmasının qanuni və əsaslı hesab edərək belə nəticəyə gəlir ki, Ərizəçi doğum akt qeydi bərpa edilməli, yeni doğum haqqında şəhadətnamədə doğum tarixi XX.XX.1939-cu il, doğulduğu yer Ermənistan Respubkası, Yexeqnadzor rayonu atasının adı qrafasında X6, anasının adı qrafasında X2 qeyd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307, 311 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. Ərizəçi XX.XX.1939-cu il tarixdə Ermənistan Respubkasının Yexeqnadzor rayonunda doğumunun qeyd edilməsi faktı müəyyən edilsin. Qeydiyyat şöbəsi tərəfindən doğum akt qeydi bərpa edilərək, yeni doğum haqqında şəhadətnamədə Ərizəçi doğum tarixi “XX.XX.1939-cu il”, doğulduğu yer “Ermənistan Respubkası, Yexeqnadzor rayonu”, atasının adı qrafasında “X6”, ana qrafasında “X2” kimi qeyd olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar