Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-7163/2022 27.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, Ərizəçi qohumluq faktının müəyyən edilməsi (maraqlı şəxs - Maraqlı şəxs) barədə ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, onun 1935-ci ildə Ermənistan Respublikasının Gorus rayonunda anadan olmuş və xx.xx.1980-ci ildə Ağdam rayonunda vəfat etmiş Heydərova (Eyvazova) Diliş Şahin qızı ilə qohumluq faktının - ərizəçinin doğma bacısı olması faktının müəyyən olunmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır (152.1.6.). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarında göstərilmişdir ki, hakim hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəni qəbul edərkən bu faktın müəyyən edilməsinin məhkəmənin səlahiyyətinə aid olub-olmamasını və ərizəçinin belə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun mövcudluğunu yoxlamalı, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğunu aydınlaşdırmalı, lazımi sənədlərin alına bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü, həmçinin müəyyənləşdirilməsi xahiş edilən faktı təsdiq edən sübutların təqdim olunmasını ərizəçiyə təklif etməli, hazırlıq mərhələsində hakim işə baxılmasında maraqlı olan şəxsləri və müvafiq orqanları müəyyən etməli, onların və ərizəçinin məhkəmə iclasında iştirakını təmin etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxslər qismində hüquqlarına aid məsələ həll edilən fiziki və hüquqi şəxslər və ya qətnamənin qanuni qüvvəyə minməsi ilə müvafiq hərəkətləri yerinə yetirmək vəzifəsi yaranan fiziki və hüquqi şəxslər cəlb edilirlər (1.7.). Ərizəyə əlavə edilmiş sənədlərdən görünür ki, ərizəçi Maraqlı şəxsnə müraciət edərək 1951-ci ildə, Ermənistanın Gorus rayonunda qeydə alınmış doğum haqqında şəhadətnamənin təkrar verilməsini xahiş etmişdir. Maraqlı şəxsn 20 sentyabr 2022-ci il tarixli məktubu ilə ərizəçiyə Ermənistan Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatına dair sənədlərin şöbənin arxivində saxlanmadığından ərizənin təmin edilməsinin mümkün olmadığı bildirilmişdir. Yəni ərizəçi qeydiyyat orqanına özünün doğum şəhadətnaməsinin verilməsi ilə bağlı müraciət etdiyi üçün, öncə öz doğum faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməli idi. Ərizəçinin doğum faktı müəyyən edildikdən sonra qohumluq faktı ilə bağlı məhkəməyə müraciət edilə bilərdi. Ərizəçi isə öz doğum haqqında şəhadətnaməsi olmadığı halda özünün başqa şəxslə qohumluq faktının müəyyən edilməsini xahiş etmişdir. Qeyd edilən hal isə hazırkı ərizəyə baxılmasını qeyri-mümkün edir. Eyni zamanda ərizənin məzmununa nəzər saldıqda həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu məhkəmə tərəfindən müəyyən edilmir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ : Ərizəçi qohumluq münasibətində olma faktının müəyyən edilməsi barədə ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə qaytarılsın. Ərizəçi ərizənin verilməsi üçün 21062 saylı qəbzə əsasən ödədiyi 100 (yüz) manat dövlət rüsumu dövlət büdcəsindən ərizəçiyə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-7163/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-7163/2022
27.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver