Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-72/2021 21.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi ilə, İddiaçı Sumqayıt Bələdiyyəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Sumqayıt Bələdiyyəsinin Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Sumqayıt Bələdiyyəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən “Corat” bağları massivində yerləşən 2175 saylı bağ torpaq sahəsinin daxilində bələdiyyə mülkiyyətində olan zəbt edilmiş əlavə 1133 kvadrat metr torpaq sahəsindən cavabdehin çıxarılması və həmin torpaq sahəsinin Sumqayıt Bələdıyyəsinin ehtiyat torpaq fonduna qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən mütəmadi olaraq Sumqayıt şəhəri ərazisində fiziki və hüquqi şəxslərin müraciətləri əsasında daşınmaz əmlakların texniki inventarlaşdırılması zamanı aşkar edilmiş özbaşına tikililər və zəbt olunmuş torpaq sahələri haqqında məlumatlar aidiyyəti üzrə Sumqayıt şəhər lcra Hakimiyyətinə və Sumqayıt Bələdiyyəsinə təqdim olunur. Qeyd olunan idarənin 2016-cı ilin oktyabr ayı üçün aşkar edilmiş özbaşına tikililər və zəbt olunmuş torpaq sahələri barədə bələdiyyəyə ünvanlanmış 01 noyabr 2016-cı il tarixli, **********33 saylı məktubunda və məktuba əlavə edilmiş siyahıda "Corat” bağları massivində yerləşən və Cavabdeh istifadəsində olan 2175 saylı bağ sahəsinin daxilində torpaq islahatı nəticəsində bələdiyyə mülkiyyətinə aid edilmiş əlavə 1133 kvadrat metr torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edildiyi göstərilmişdır. Həmin torpaq sahəsi Sumqayıt Bələdiyyəsinin mülkiyyətində olduğundan və cavabdeh zəbt etdiyi torpağın sənədləşdırilməsi üçün ona verilmiş müddət ərzində bələdiyyəyə muraciət etmədiyindən qeyd olunan torpaq sahəsi bələdiyyənın ehtiyat torpaq fonduna qaytarılmalı və qüvvədə olan torpaq qanunvericiliyinin normaları əsasında özgəninkiləşdirilməlidir. Cavabdeh torpaq sahəsini zəbt etməsi torpağın mülkiyyətçisi kimi bələdiyyənin mülkiyyət hüququnu pozduğundan, həmçinin o, torpağın sənədləşdirilməsi ilə bağlı Sumqayıt Bələdiyyəsinə müraciət etmədiyindən, Sumqayıt Bələdiyyəsi Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılma barədə" iddia ərizəsi ilə məhkəməyə müraciət etməyi və məhkəmə qaydasında cavabdeh tərəfindən yol verılmiş qanunsuzluqların aradan qalaırılmasını məqsədəuyğun saymışdır. Cavabdehin qeyd edilən hərəkətləri torpaq sahəsinin mülkiyyətçisi kimi Sumqayıt Bələdiyyəsinin qanuni mənafeyinə, habelə mülki və torpaq qanunvericiliklərinin normalarına zidd olduğundan, müvafiq hüquqi nəticələrə səbəb olmalıdır. Belə ki, adı çəkilən ərazidə yerləşən torpaqlar "Torpaq islahatı haqqında” və “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikası Qanunlarının tələblərinə uyğun olaraq bələdiyyə mülkiyyətinə aıd olunmuş və 26 iyun 2001-ci il tarixli protokol, akt və digər torpaqayırma sənədləri əsasında xəritələşdirilərək Sumqayıt Bələdiyyəsinə təhvil verilmişdir. Bələdiyyələrə dair qanunvericilik aktlarına uyğun olaraq bələdiyyə mülkiyyətındə olan torpaqların hər hansı hüquqda fiziki və hüquqi şəxslərə ayrılması bələdiyyənin qərarı ilə həyata keçirilir. Lakin Cavabdeh zəbt etdiyi 1133 kvadrat metr torpaq sahəsindən bu günə qədər qeyrı-qanunı ıstifadə etməkdə davam edir ki, bu da həm müvafiq qanun normalarının müddəalarını həm də torpağın mülkiyyətçisi kimi Sumqayıt Bələdiyyəsinin mülkiyyət hüququnu kobud şəkıldə pozur. Bu səbəbdən Sumqayıt Bələdiyyəsi məhkəməyə müraciət edərək cavabdeh tərəfindən yol verılmiş qanunsuzluqların aradan qaldırılaraq pozulmuş mülkiyyət hüququnun bərpasını xahiş etməyi zəruri saymışdır. Yuxarıda sadalananlara əsasən, Cavabdeh “Corat" bağları massivində yerləşən 2175 saylı bağ torpaq sahəsinin daxilində olan və torpaq islahatı nəticəsində bələdiyyə mülkiyyətinə aid edilmiş əlavə 1133 kvadrat metr torpaq sahəsindən hər hansı hüquqmüəyyənedici sənədləri olmadan istifadə etməsı torpaq sahəsıni özbaşına tutma (zəbt etmə) kimı qiymətləndirilməlidir. Belə olan halda hesab etmişdir ki, Cavabdeh zəbt etdiyi torpaq sahəsindən çıxarılmalı və həmin torpaq sahəsi bələdiyyənin ehtiyat torpaq fonduna qaytarılmalıdır. Məhkəmə iclasında iddiaçı Sumqayıt Bələdiyyəsinin nümayəndəsi X3 iddia tələbinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən məhkəmə hazırki mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əvvəlki məhkəmə iclasında Cavabdeh iddia tələbini rədd edərək bildirdi ki, həmin torpaq hissəsi onun həyətyanı sahəsinin ortasında yerləşir. Bununla bağlı dəfələrlə iddiaçı tərəfə müraciət etsə də onun müraciətinə baxılmamışdır. Qeyd edilən halların nəzərə alınmasını xahiş etdi. Məhkəmə, iş üzrə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Sumqayıt Bələdiyyəsinin 21 iyun 2001-ci il tarixli aktından görünür ki, Bələdiyyənin mülkiyyətinə 7829.80 ha torpaq sahəsi verilmişdir. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 2 saylı Ərazi İdarəsinin 01.11.2016-cı il tarixli məktubuna əlavə olunmuş məlumatdan görünür ki, Cavabdeh ünvan 1 ünvanında 0.1133 ha zəbt olunmuş torpaq sahəsi mövcuddur. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin verdiyi çıxarışın surətindən görünür ki, ünvan 1 bağ evinin mülkiyyətçisi Cavabdehdur və daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə 12.10.2016-cı il tarixdə qeydiyyata alınmışdır. - Sumqayıt şəhəri, Corat bağları ərazisi, ev 2175-də yerləşən bağ evinin texniki pasportunun xüsusi qeydlərindən görünür ki, 1133 kv/m zəbt torpaq sahəsi vardır. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 2 saylı Ərazi İdarəsinin Sumqayıt Bələdiyyəsinə ünvanlanmış 17.08.2020-ci il tarixli məktubundan görünür ki, Sumqayıt şəhəri, Corat bağlar massivi 2175 ünvanında Cavabdeh adına yalnız bir ədəd 0.12 ha torpaq sahəsi qeydiyyata alınmışdır ki, həmin torpaq sahəsinin zəbt hissəsi kadastr məlumat bazasında 0.1133 ha qeyd olunmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh məxsus Sumqayıt şəhəri, Corat bağlar massivi 2175 ünvanın daxilində olan bələdiyyə mülkiyyətinə aid edilmiş 0.1133 ha torpaq sahəsinə dair heç bir hüquqmüəyyənedici sənədi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Torpaq Məcəlləsinin 47-ci maddəsinin 1-ci bəndinə görə torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır. “Torpaq İslahatı haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinin 1-ci bəndinə müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Bələdiyyə mülkiyyətinə verilən torpaqlara ümumi istifadədə olan torpaqlar, fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar və ehtiyat fondu torpaqları daxildir. “X1 Edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. Mülki Məcəllənin 241.2-ci maddəsinə əsasən dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir. Bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. Bələdiyyələr bələdiyyə mülkiyyətinə torpaq alınması zəruriyyəti yarandığı hallarda dövlət mülkiyyətindən torpaq almaq barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırır (Torpaq Məcəlləsinin 47-ci maddəsinin 6 və 7-ci bəndləri). Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur (Torpaq Məcəlləsinin 66-cı maddəsinin 1-ci bəndi). Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır (Torpaq Məcəlləsinin 68-ci maddəsi). Bununla əlaqədar məhkəmə qeyd edir ki, hər hansı şəxsin əmlakdan istifadə etməsi həmin əmlak üzərində olan hüququ əsasında realizə edilə bilər. Cavabdehin istifadəsində olan 0.1133 ha torpaq sahəsi onun hər hansı hüquq müəyyənedici sənəd olmadan istifadəsindədir. Dövlət və xüsusi mülkiyyətdə olmayan torpaqlar bələdiyyə mülkiyyətindədir. Hazırkı mübahisə predmeti təşkil edən torpaq sahəsi də bələdiyyə mülkiyyətindədir. Belə ki, cavabdehin aldığı və hal-hazırda mülkiyyətində olan torpaq sahəsi (0.1133 ha hissəsində) də bələdiyyənin mülkiyyətində olmuşdur və cavabdeh həmin torpaq sahəsini bələdiyyədən almışdır. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, Sumqayıt bələdiyyəsinin qərarı və ya digər hüquqi əsas olmadan cavabdehin mülkiyyətində olan 0.1133 torpaq sahəsindən istifadə etməsi bələdiyyənin mülkiyyət hüququna müdaxilə təşkil edir. “X1 edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Həmin Qanunun 16.1-ci maddəsinə əsasən qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır. Mülki Məcəllənin müddəalarına görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (157.2). Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir (164.1). Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər (180.4). Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1 və 2-ci bəndlərinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh tərəfindən zəbt olunmuş Sumqayıt şəhərinin “Corat” bağları ərazisində yerləşən 2175 saylı bağ evindəki 0.1133 ha torpaq sahəsindən Cavabdeh çıxarılmalı və torpaq sahəsi Sumqayıt Bələdiyyəsinin ehtiyat fonduna qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 234-234 və 360-cı maddələrinə əsasən, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh zəbt etdiyi Sumqayıt şəhərinin “Corat” bağları ərazisində yerləşən 2175 saylı bağ torpaq sahəsinin daxilindəki bələdiyyə mülkiyyətində olan 1133 kv/m torpaq sahəsindən çıxarılsın və həmin torpaq sahəsi Sumqayıt Bələdiyyəsinin ehtiyat fonduna qaytarılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-72/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-72/2021
21.10.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver