Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7240/2025 10.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı doğumun qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 1931-ci ildə Zəngilan rayonu, Ağbis kəndində anadan olmuş X2nun doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1958-ci ildə Zəngilan rayonu, Ağbis kəndində anadan olmuşdur. Atası 1931-ci il təvəllüdlü X10, anası 1941-ci təvəllüdlü X3r. X7, nənəsi 1890-cı il təvəllüdlü X9r. Soyadları ulu babası olan Ocaqverdi kişinin adına uyğun olaraq atası tərəfindən götürülmüşdür. X2 xx.xx.2016-cı ildə vəfat etmişdir. Bu yaxınlarda nənəsi olan mərhum X5 miras qalmış Bakı şəhəri, Badamdar qəsəbəsi, 12-ci Badamdar küçəsi, ev 11, mənzil 2-nin özəlləşdirilməsi üçün notariusa müraciət etmişdir. Notariusdan bir çox sənədlər, o cümlədən atasına aid doğum haqqında şəhadətnamə tələb edildikdə, həmin şəhadətnaməni naməlum səbəblərdən itirdiklərinə görə təqdim edə bilməmişdir. Həmin hüquqmüəyyənedici sənədin arxivini Dövlət arxivindən və Maraqlı şəxsndən istənilmiş, lakin müvafiq qurumlar 1931-ci illərə dair arxiv məlumatları Zəngilan rayonu işğal edildikdən sonra, işğal bölgəsində qaldığını bildirərək təqdim edə bilməmişlər. Yəni miras qalmış daşınmaz əmlakın özəlləşdirilməsi üçün atasının doğum haqqında şəhadətnaməsi zəruridir. 1931-ci ildə Zəngilan rayonu, Ağbis kəndində anadan olmuş X2na aid doğum haqqında şəhadətnamənin valideynləri bəndində atası “X15”, anası “X11” kimi yazılaraq, yeni doğum haqqında şəhadətnamə verilməlidir. Eyni zamanda Maraqlı şəxs tərəfindən vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında təsdiq edildiyi bildirilmişdir. Müvafiq doğum haqqında şəhadətnamənin əldə edilməsi mümkün deyildir. Fakt təsdiqi yalnız məhkəmə qaydasında öz həllini tapdığından, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Atası ilə yaşıd əmisini də şahid kimi məhkəməyə dəvət edə bilər. Bununla bağlı Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizəsi geri qaytarıldı. Həmin qərardadda göstərilən nöqsanlar aradan qaldırılaraq yenidən məhkəməyə müraciət etmək qərarına gəlmişdir.
Tərəflərin mövqeləri:
4. Məhkəmə iclaslarında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
5. Maraqlı şəxs rəisi Əmir Bağırlı ərizə ilə məhkəməyə müraciət edərək iddianın təmin olunmasına etiraz etmədiyini bildirmiş, iş yükünün çoxluğu ilə əlaqədar məhkəmə iclasında iştrak edə bilmədiyini nəzərə alaraq işə şöbənin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tədqiq olunan sübutlar:
6. AZE 03476816 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 1931-ci ildə anadan olmuşdur.
7. Maraqlı şəxs xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, şöbənin arxivində və “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.1931-ci il tarixdə Zəngilan rayonunun Ağbis kəndində anadan olmuş mərhum vətəndaş X4 doğum haqqında akt qeydi aşkarlanmamışdır.
8. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Zəngilan Rayon İcra Hakimiyyəti Zəngilan Rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Zəngilan rayonu 1993-cu il oktyabr ayının 29-da erməni silahlı birləşmələri tərəfindən işğal edilmiş, Zəngilan Rayon Dövlət Arxivinin həmin tarixədək olan sənədləri işğal bölgəsində qalmışdır. Qeyd edilən səbəbdən rayonun heç bir idarə, müəssisəsinin, o cümlədən, Maraqlı şəxs 1931-ci ilə aid sənədləri arxivə daxil olmadığı üçün X4 doğum şəhadətnaməsi haqqında sorğunu cavablandırmaq mümkün olmamışdır.
9. AZ-İ 789847 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2016-cı ildə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2016-cı ildə 154 nömrə ilə qeyd edilmişdir.
10. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, XX.XX.1931-ci il təvəllüdlü X10 xx.xx.2005-ci il tarixdə AZE-03476816 nömrəli şəxsiyyət vəsiqəsi almış, xx.xx.2016-cı il tarixdə ölüm səbəbilə fəaliyyətsizləşdirilmişdir.
11. 290765 nömrəli evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə X6 arasında bağlanmış nikah xx.xx.1962-ci il tarixində akt qeydləri kitabında 2 nömrəsi ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada “Ocaqverdiyeva” soyadı verilmişdir.
Məhkəmə baxışının hədləri:
12. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Tətbiq edilən hüquq:
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
- 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. - 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır: - 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. - 310.1-ci maddəsinin tələbinə görə ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.
14. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı
- Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. - Doğumun qeydə alınması faktını ərizəçinin yaşının müəyyən edilməsi ilə eyniləşdirmək olmaz. Şəxsin yaşı pasporta, şəxsiyyət vəsiqəsinə, hərbi biletə, eləcə də təhsil müəssisəsini bitirmək haqqında sənədə əsaslanmaqla bərpa qeydində göstərilə bilər. Lakin ərizəçinin təqdim etdiyi sənədlərdə barəsində doğum haqqında akt qeydi bərpa edilən şəxsin yaşına dair məlumat yoxdursa və ya məlumat ziddiyyətlidirsə, ərizəçinin yaşı qüvvədə olan normativ hüquqi aktlarda göstərilən qaydada müəyyən edilir. Başqa sözlə, bu halda ərizəçi tibbi müayinədən keçirilməlidir.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
15. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, ərizəçini dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək qeyd edir ki, ərizə təmin edilməlidir.
16. Belə ki, məhkəmə iclasında ərizəçinin izahatından və mülki işin materiallarından müəyyən olundu ki, mərhum X10 1931-ci ildə Zəngilan rayonu, Ağbis kəndində doğulmuşdur. X10 14 yanvar 2016-cı il tarixdə vəfat etmişdir. Onun oğlu, hazırki iş üzrə Ərizəçi atasının anasından miras qalmış əmlakın qəbul edilməsi ilə bağlı müraciət etsə də, atasına məxsus doğum haqqında şəhadətnamənin olmaması səbəbindən vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Ərizəçi məhkəmə iclasında mərhum atasının doğum haqqında şəhadətnaməsinin olmaması səbəbindən notariat orqanı tərəfindən ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilmədiyini bildirmişdir.
17. X1 doğum haqqında şəhadətnaməsi itmiş və bu səbəbdən ərizəçi atasının doğum akt qeydinin bərpa edilməsi və ona doğum haqqında şəhadətnamə verilməsi üçün Maraqlı şəxsnə müraciət etmişdir. Lakin Maraqlı şəxs tərəfindən Zəngilan rayonunun 1993cu il oktyabr ayının 29-da erməni silahlı birləşmələri tərəfindən işğal edilməsi nəticəsində Zəngilan Rayon Dövlət Arxivinin həmin tarixədək olan sənədləri işğal bölgəsində qaldığından rayonun heç bir idarə, müəssisəsinin, o cümlədən, Maraqlı şəxs 1931-ci ilə aid sənədləri arxivə daxil olmadığı üçün məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Bu səbəbdən Ərizəçi müvafiq ərizə ilə məhkəməyə müraciət etmişdir.
18. Ərizəçi X4 doğumunun qeyd edilməsi faktını təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir. Bu sənədin alınması ərizəçiyə vərəsəliklə bağlı məsələlərin həlli məqsədilə lazımdır. Məhkəmə iclasında ərizəçi X4 anasının X11, atasının X15 olduğunu bildirmişdir.
19. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 4-cü bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər.
20. Göstərilən normaların və Plenum Qərarının məzmunundan göründüyü kimi, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinin bir neçə şərtləri vardır - ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır və ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onların bərpası mümkün olmamalıdır. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi dedikdə isə həmin sənədləri məhkəmədən kənar qaydada almağın mümkün olmaması başa düşülür.
21. Hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədlərin başqa qaydada (məhkəmədən kənar qaydada) alınmasının mümkünsüzlüyü hallarını öz növbəsində iki qrupa bölmək olar - hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinin qanunvericiliklə yalnız məhkəmə qaydasının nəzərdə tutulduğu hallar və hüquqi əhəmiyyətli faktları müəyyən etmək səlahiyyəti olan dövlət orqanları və vəzifəli şəxslərin həmin faktları təsdiq edən sənədləri verə bilmədikləri, yaxud vermədikləri hallar.
22. Hazırki iş üzrə doğumun qeyd edilməsi faktının müəyyən edilməsi başqa qaydada mümkün olmamışdır. Yuxarıda da qeyd edildiyi kimi ərizəçi tərəfindən məhkəməyə müraciət edilməmişdən əvvəl atasının doğum haqqında akt qeydinin bərpa edilməsi üçün aidiyyəti orqana müraciət edilmiş, lakin həmin orqan tərəfindən Ermənistanın təcavüzü nəticəsində işğal olunmuş rayonlarda həmin sənədləri qeydə alan müvafiq orqanın (VVAQ orqanı, notariat kontoru və s.) arxivinin yanması, itirilməsi nəticəsində hüquqmüəyyənedici sənədin bərpası mümkün olmadığından ərizəçinin müraciətinin təmin edilməsindən imtina edilmişdir.
23. Məhkəmə qeyd edir ki, ərizəçinin atasının Zəngilan rayonunda doğulması səbəbindən hüquqmüəyyənedici sənədin bərpası hazırki vəziyyətdə qeyri-mümkündür. Göründüyü kimi, ərizəçinin mərhum atasının doğum haqında akt qeydinin bərpası mümkün olmadığından həmin fakt yalnız məhkəmə tərəfindən müəyyən edilə bilər.
24. Hazırki faktın müəyyən olunması ərizəçiyə X4 anasının istifadəsində olmuş Bakı şəhəri, Badamdar qəsəbəsi, 12-ci Badamdar küçəsi, ev 11, 2 satlı mənzilin vərəsəlik qaydasında mülkiyyətinə qəbul edilməsi ilə bağlı tələb olunur.
25. Yuxarıda adı qeyd edilən Plenum qərarına əsasən doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.
26. Məhkəməyə sorğu əsasında daxil olmuş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, XX.XX.1931-ci il təvəllüdlü X10 xx.xx.2005-ci il tarixdə AZE-03476816 nömrəli şəxsiyyət vəsiqəsi almış, xx.xx.2016-cı il tarixdə ölüm səbəbilə fəaliyyətsizləşdirilmişdir. Beləliklə, sözügedən sənədlərlə X4 doğum akt qeydinin əvəllər mövcud olduğu müəyyən edilir. Belə ki, həmin sənədlərin məhz ərizəçinin atasına məxsus doğum haqqında akt qeydi əsasında verilməsi mümkündür ki, sonrakı sənədin, yəni şəxsiyyət vəsiqəsinin mövcudluğu artıq vaxtilə doğum akt qeydinin tərtib edildiyini və onun əsasında vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının aparıldığını sübut edir.
27. Məhkəmə qeyd edir ki, ərizəçinin izahatı, iş üzrə toplanmış və tədqiq edilmiş sübutlarla X4 1931-ci ildə Zəngilan rayonu, Ağbis kəndində doğulması faktı sübuta yetirilir.
28. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X4 1931-ci ildə Zəngilan rayonu, Ağbis kəndində doğulmasının qeyd edilmə faktı müəyyən edilməli və onun doğum haqqında akt qeydi bərpa edilməlidir.
Məhkəmə Xərcləri :
29. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ərizəçi tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir.
Nəticə:
30. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
Ərizə təmin edilsin. X4 1931-ci ildə Zəngilan rayonu, Ağbis kəndində doğulmasının qeyd edilməsi faktı müəyyən edilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva