Məhkəmə qərarları › İş №2(060)-7248/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7248/2025

26.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7248/2025 26.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X29 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı doğum faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi Maraqlı şəxsnə qarşı doğum faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, o, X1 xx xxxx 1979-cu ildə Ermənistan SSR, Cermak şəhərində doğulmağı haqqında akt qeydiyyatı faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, o, X5 xx xxxx 1979-cu ildə Ermənistan SSR, Cermak şəhərində anadan olmuşdur. X8, X7dur. Hazırda ünvan 1 ünvanında pasport qeydiyyatındadır. Sumqayıt QŞVB tərəfindən ona xx.xx.2025-ci il tarixdə hazırki şəxsiyyət vəsiqəsi verilmişdir. Ona məxsus olan doğum haqqında şəhadətnamə uzun zaman öncə itirilmişdir. Doğum haqqında şəhadətnaməmin bərpası ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional "Asan Xidmət” X16 müraciət etsə də, müraciətinə imtina cavabı verilmiş və məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur.Bu səbəblə də hazırki ərizə ilə məhkəməyə müraciət edir. Məhkəmə iclasında iştirak edən Ərizəçi izahatın da bildirdi ki, doğum kağızını istəyir. Bu dövlətdə yaşayır. Doğum şəhadətnaməsi səfirliyə təqdim etmək üçün lazımdır. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş lakin gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə qanunvericiliyin tələbi baxımından mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında iştirak edən şahidlər: X3 ifadəsində bildirdi ki, X21 onun dayısı qızıdır. Dayısının 4 uşağı vardır. Şəkər Cermukda anadan olmuşdur. İyul ayının 19-u 1979-cu ildə anadan olmuşdur. X6, X8dır. X9 ifadəsində bildirdi ki, Şirinov Şəkər əmisi qızıdır. 1979-cu ildə Cermukda anadan olmuşdur. X6, X8dır. Qaçqın düşənə qədər Cermukda yaşamışdır. Məhkəmə, ərizəçinin və şahidlərin ifadəsini dinləyib, iş materiallarını araşdırıb və işin məhkəmə iclasında araşdırılan hallarına hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı hesab edilərək təmin edilməlidir. İş materiallarında olan: AR Ədliyyə nazirliyi 1 saylı Sumqayıt regional “Asan Xidmət” Mərkəzində qeydiyyat şöbəsinin 22 oktyabr 2025-ci il tarixli, 3-16-5/8-4555-/5/2025 nömrəli müraciətə cavabından görünür ki, ərizəyə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalara əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri tərəfindən icra edilir. Doğum haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. İtmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. 1 saylı Sumqayıt "ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi doğum haqqında akt qeydinin bərpa edilməsi ilə bağlı yaşadığı yerin məhkəməsinə müraciət edilməsi tövsiyyə edilmişdir. AR-nın Milli Arxiv İdarəsi AR-nın Dövlət Arxivinin xx.xx.2026-cı il tarixli 3-48-DA/2- 71/2026 nömrəli sorğuya cavabda bildirilmişdir ki, Ermənistan SSR vətəndaşlıq vəziyyəti aktları idarəsinin sənədləri arxivə təhvil verilmədiyindən X21 haqqında axtarışın aparılması imkanları xaricindədir. AR-nın Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2026-ci il tarixli 18/2-1444 müraciətə cavabından görünür ki, X15 şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərin saxlama müddəti (5 il) bitdiyi üçün məhv ediliyindən həmin sənədlərin təqdim edilməsi mümkün olmamışdır. İİ-CЛ seriyalı, 055306 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X19 1976-cı ilin iyulun 14-də Ermənistan SSR-nin Cermuk şəhərində doğulmuşdur.X7, X8dır. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, ərizəçi doğum haqqında şəhadətnaməsinin müəyyən edilməsi məqsədi ilə AR Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional “Asan Xidmət” X16 müraciət etmiş, orada isə doğum haqqında akt qeydinin bərpa edilməsi üçün zəruri sənədlər olmadığından məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Məhkəmə ərizə ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. AR MPM-nin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Bu Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Bu Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeyd alınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 4.2-ci bəndində göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, doğumun qeydə alınması faktını ərizəçinin yaşının müəyyən edilməsi ilə eyniləşdirmək olmaz. Şəxsin yaşı pasporta, şəxsiyyət vəsiqəsinə, hərbi biletə, eləcə də təhsil müəssisəsini bitirmək haqqında sənədə əsaslanmaqla bərpa qeydində göstərilə bilər. Lakin ərizəçinin təqdim etdiyi sənədlərdə barəsində doğum haqqında akt qeydi bərpa edilən şəxsin yaşına dair məlumat yoxdursa və ya məlumat ziddiyyətlidirsə, ərizəçinin yaşı qüvvədə olan normativ hüquqi aktlarda göstərilən qaydada müəyyən edilir. Başqa sözlə, bu halda ərizəçi tibbi müayinədən keçirilməlidir. “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 2.26-cı bəndinə əsasən doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə doğum ayı və günü qeyd olunmadan doğum ili göstərilmişdirsə, Qeydiyyat şöbəsi və konsulluq idarəsi tərəfindən doğum haqqında akt qeydində dəyişiklik edilərkən, ərizəçinin arzusu ilə doğum günü həmin ilin iyul ayının 1-i göstərilir. Əgər ilin birinci yarısı doğum vaxtı kimi göstərilmişdirsə, doğum günü həmin ilin aprel ayının 1-i, ilin ikinci yarısı göstərilmişdirsə, doğum günü həmin ilin oktyabr ayının 1-i göstərilir. Doğum günü qeyd olunmadan, doğum ili və ayı göstərilən hallarda, doğum günü həmin ayın 15-i göstərilir. Məhkəmə ərizəçi X12 ərizəsinin təmin olunması barədə məhkəmə qətnaməsinin çıxarılmasının qanuni və əsaslı hesab edərək belə nəticəyə gəlir ki, X12 doğum akt faktı müəyyən edilməli, yeni doğum haqqında şəhadətnamədə doğum tarixi xx.xx.1979-cu il, doğulduğu yer Ermənistan SSR Cermuk şəhəri qeyd olunmalı, qeydiyyat şöbəsi tərəfindən doğum akt qeydi bərpa edilərək, yeni doğum haqqında şəhadətnamədə Ərizəçi soyadı, adı və atasının adı “X21”, doğum tarixi “xx.xx.1979-cu il”,milliyyəti azərbaycanlı, doğulduğu yer “Ermənistan SSR, Cermuk şəhəri”, atasının adı qrafasında “X20”, ana qrafasında “X24” kimi qeyd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd edilənlərə əsasən və AR MPM-nin 216-220, 307, 311 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. X12 xx.xx.1979-cu il tarixdə Ermənistan SSR, Cermuk şəhərində doğumunun qeyd edilməsi faktı müəyyən edilsin. Qeydiyyat şöbəsi tərəfindən doğum akt qeydi bərpa edilərək, yeni doğum haqqında şəhadətnamədə X2, adı və atasının adı “X21”, doğum tarixi “xx.xx.1979-ci il”, doğulduğu yer “Ermənistan SSR, Cermuk şəhəri”, milliyyəti azərbaycanlı, atasının adı qrafasında “X20”, ana qrafasında “X24” kimi qeyd olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar