Məhkəmə qərarları › İş №2(060)-7266/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7266/2021

16.12.2021 · Müqavilələrin ləğv edilməsi - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7266/2021 16.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, İbrahimova Nuranə Əjdər qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsinin ləğvi, kredit borcu və ona hesablanmış faiz borcunun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, borcun satılmış əmlak nəticəsində əldə edilmiş vəsait hesabına ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kredit müqaviləsinin ləğvi, kredit borcu və ona hesablanmış faiz borcunun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, borcun satılmış əmlak nəticəsində əldə edilmiş vəsait hesabına ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, 03.04.2007-ci il tarixli KR07/36 saylı Kredit müqaviləsinin ləğvi, Cavabdeh 16469, 28 (on altı min dörd yüz altmış doqquz manat iyirmi səkkiz qəpik) manat əsas borcun, 141, 40 (bir yüz qırx bir manat qırx qəpik) manat faiz borcunun, 282,80 (iki yüz səksən iki manat, səksən qəpik) manat dəbbə pulunun, bildirişin qeydiyyatı üçün ödənilmiş 41,42 (qırx bir manat qırx iki qəpik) manat rüsumunun və məhkəməyə müraciət üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, ümumilikdə 16964, 90 (on altı min doqquz yüz altmış dörd manat doxsan qəpik) manatın tutularaq İddiaçı ASC-yə verilməsi, tələbin Cavabdeh tərəfindən ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 9 saylı mənzilinə yönəldilməsi, göstərilən əmlakın açıq hərracdan satılması, qeyd olunan əmlak satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması, Cavabdeh və onunla birlikdə yaşayanların həmin əmlakdan çıxarılması, əmlakın açıq hərracdan satılması nəticəsində əldə olunan vəsait hesabına “MUĞANBANK" ASC-yə 16964, 90 (on altı min doqquz yüz altmış dörd manat, doxsan qəpik) manat məbləğin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Muğanbank" ASC və "xxxx" ASC arasında bağlanmış 03 oktyabr 2016-cı il tarixli xidmət müqaviləsinə əsasən ipoteka krediti “Muğanbank" ASC-yə ötürülmüşdür. "xxxx" ASC ilə Cavabdeh arasında 03.04.2007-ci il tarixində KR07/36 saylı Kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, Cavabdeh ünvan 1 ünvanında yerləşən 9 saylı mənzilin alınması məqsədi ilə 300 (üç yüz) ay müddətinə, illik 6 (altı)% olmaqla 26000 (iyirmi altı min) manat məbləğində kredit verilmişdir. KR07/36 saylı Kredit müqaviləsinin təminatı kimi 03.04.2007-ci il tarixində İP07/18 saylı İpoteka müqaviləsi bağlanaraq, X1 tərəfindən ünvan 1 ünvanında yerləşən 9 saylı mənzili ipoteka ilə yüklü edilmişdir. Bundan sonra 11.06.2007-ci il tarixində X1 ilə Cavabdeh arasında Daşınmaz Əmlakın Alqı- satqı müqaviləsi bağlanmış, qeyd olunan ünvan 1 ünvanında yerləşən 9 saylı mənzil alıcının mülkiyyətinə verildikdən sonra ipotekanın əlavə qeydiyyatı aparılmışdır. (Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış, seriya MH №0013071, reyestr kitabı 33, vərəq 116, reyestr nömrəsi **********61-05101-093003, qeydiyyat nömrəsi 140708318, qeydiyyat tarixi 06.09.2007-ci il). Lakin KR07/36 saylı Kredit müqaviləsinin müddəaları pozularaq, müqavilədə göstərilən öhdəliklər lazımınca icra edilmir. Belə ki, M/03-5599 saylı 23 iyul 2021-ci il tarixli Arayışa əsasən, Cavabdeh 23.07.2021-ci il tarixinə "xxxx" ASC-yə cəmi borcu 16893,48 (on altı min səkkiz yüz doxsan üç manat, qırx səkkiz qəpik) manat, əsas borcu 16469,28 (on altı min dörd yüz altmış doqquz manat iyirmi səkkiz qəpik) manat, faiz borcu 141,40 (yüz qırx bir manat, qırx qəpik) manat, dəbbə pulu 282,80 (iki yüz səksən iki, səksən qəpik) manat təşkil edir. İddiaçı ASC-nə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizə ilə məhkəməyə müracət edərək iddia tələbini müdafiə etdiklərini, məhkəmə iclasını iştirakları olmadan keçirilməsini və yekun məhkəmə aktı qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 23 iyul 2021-ci il tarixli, M/03-5599 saylı arayışdan görünür ki, İddiaçı ASC və "xxxx" ASC arasında bağlanmış 21 fevral 2020-ci il tarixli xidmət müqaviləsinə əsasən Cavabdeh ipoteka krediti İddiaçı ASC-yə ötürülmüşdür. İş materiallarında olan 03.04.2007-ci il tarixli, KR07/36 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında ünvan 2 ünvanında yerləşən 9 saylı mənzilin alınması məqsədi ilə 300 ay müddətinə illik 6% olmaqla 26000 manat kredit verilmişdir. İş materiallarında olan İP07/18 saylı, 03.04.2007-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, borcun təminatı olaraq, Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən 9 saylı mənzili ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan 11.06.2007-ci il tarixli X1 ilə Cavabdeh arasında Daşınmaz Əmlakın Alqı- satqı müqaviləsindən görünür ki, qeyd olunan ünvan 1 ünvanında yerləşən 9 saylı mənzil alıcının mülkiyyətinə verildikdən sonra ipotekanın əlavə qeydiyyatı aparılmışdır. İş materiallarında olan bildiriş məktubundan görünür ki, cavabdeh ipoteka predmetinə tutmanın yönəldilməsi barədə xəbərdar edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən verilmiş 15.11.2021-ci il tarixli rəydən görünür ki, ünvan 1 ünvanında yerləşən 9 saylı mənzilinin likvid qiyməti 45000 manat müəyyən edilmişdir. İş materiallarında olan seriya MH ******* saylı çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 9 saylı mənzil "xxxx" ASC-nin xeyrinə yüklü edilmişdir. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun: 39.1-ci maddəsində göstərilir ki, ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 34.1.3-cü maddəsinə əsasən ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli 01 saylı Qərardadına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, "xxxx" ASC ilə Cavabdeh arasında 03.04.2007-ci il tarixində KR07/36 saylı Kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, Cavabdeh ünvan 1 ünvanında yerləşən 9 saylı mənzilin alınması məqsədi ilə 300 (üç yüz) ay müddətinə, illik 6 (altı)% olmaqla 26000 (iyirmi altı min) manat məbləğində kredit verilmişdir. KR07/36 saylı Kredit müqaviləsinin təminatı kimi 03.04.2007-ci il tarixində İP07/18 saylı İpoteka müqaviləsi bağlanaraq, X1 tərəfindən ünvan 1 ünvanında yerləşən 9 saylı mənzili ipoteka ilə yüklü edilmişdir. Bundan sonra 11.06.2007-ci il tarixində X1 ilə Cavabdeh arasında Daşınmaz Əmlakın Alqı- satqı müqaviləsi bağlanmış, qeyd olunan ünvan 1 ünvanında yerləşən 9 saylı mənzil alıcının mülkiyyətinə verildikdən sonra ipotekanın əlavə qeydiyyatı aparılmışdır. Lakin KR07/36 saylı Kredit müqaviləsinin müddəaları pozularaq, müqavilədə göstərilən öhdəliklər lazımınca icra edilmir. Belə ki, M/03-5599 saylı 23 iyul 2021-ci il tarixli arayışa əsasən, Cavabdeh 23.07.2021-ci il tarixinə "xxxx" ASC-yə cəmi borcu 16893,48 (on altı min səkkiz yüz doxsan üç manat, qırx səkkiz qəpik) manat, əsas borcu 16469,28 (on altı min dörd yüz altmış doqquz manat iyirmi səkkiz qəpik) manat, faiz borcu 141,40 (yüz qırx bir manat, qırx qəpik) manat, dəbbə pulu 282,80 (iki yüz səksən iki, səksən qəpik) manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin məcəllənin 269-cu və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımı icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Məhkəmə iddia tələbinin müqavilənin birtərəfli qaydada xitam edilməsi hissəsini araşdıraraq, hesab edir ki, borcluya pulun geri qaytarılması ilə bağlı bildirişlə müraciət olunaraq, pulun geri qaytarılması tələb edildiyinə görə iddiaçı tərəfindən pretenziya qaydalarına riayət olunmuşdur. Qeyd olunan bildirişləri məhkəmə müqavilənin birtərəfli qaydada xitam edilməsi üçün təklifə bərabər tutur. Odur ki, iddia tələbi bu hissədə təmin edilməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, 03.04.2007-ci il tarixli KR07/36 saylı Kredit müqaviləsi ləğv edilməli, Cavabdeh 16469, 28 (on altı min dörd yüz altmış doqquz manat iyirmi səkkiz qəpik) manat əsas borc, 141,40 (bir yüz qırx bir manat qırx qəpik) manat faiz borcu, 282,80 (iki yüz səksən iki manat, səksən qəpik) manat dəbbə pulu, bildirişin qeydiyyatı üçün ödənilmiş 41,42 (qırx bir manat qırx iki qəpik) manat rüsum və məhkəməyə müraciət üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzinin, ümumilikdə 16964, 90 (on altı min doqquz yüz altmış dörd manat doxsan qəpik) manat tutularaq İddiaçı ASC-yə verilməli, tələbin 16934,90 manatı Cavabdeh tərəfindən ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 9 saylı mənzilə yönəldilməli, göstərilən əmlak açıq hərracda satılmalı, əmlakın açıq hərracdan satılması nəticəsində əldə olunan vəsait hesabına “MUĞANBANK" ASC-yə 16964, 90 (on altı min doqquz yüz altmış dörd manat, doxsan qəpik) manat ödənilməlidir. İddia tələbi qalan hissədə rədd edilməlidir. Həmçinin ipoteka predmeti olan mənzilin qiymətləndirilməsi ilə bağlı olan 200 manat cavabdehdən tutularaq "xxxx" MMC-nə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə hesab edir ki, 03.04.2007-ci il tarixli KR07/36 saylı Kredit müqaviləsi ləğv edilməli, Cavabdeh 16469, 28 (on altı min dörd yüz altmış doqquz manat iyirmi səkkiz qəpik) manat əsas borc, 141,40 (bir yüz qırx bir manat qırx qəpik) manat faiz borcu, 282,80 (iki yüz səksən iki manat, səksən qəpik) manat dəbbə pulu, bildirişin qeydiyyatı üçün ödənilmiş 41,42 (qırx bir manat qırx iki qəpik) manat rüsum və məhkəməyə müraciət üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzinin, ümumilikdə 16964, 90 (on altı min doqquz yüz altmış dörd manat doxsan qəpik) manat tutularaq İddiaçı ASC-yə verilməli, tələb Cavabdeh tərəfindən ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 9 saylı mənzilə yönəldilməli, göstərilən əmlak açıq hərracda satılmalı, əmlakın açıq hərracdan satılması nəticəsində əldə olunan vəsait hesabına “MUĞANBANK" ASC-yə 16964, 90 (on altı min doqquz yüz altmış dörd manat, doxsan qəpik) manat ödənilməli, ipoteka predmeti olan mənzilin qiymətləndirilməsinin dəyəri olan 200 manat pul Cavabdeh tutularaq "xxxx" MMC-nə (Müxbir hesab: AZ37NABZ********************, kod: 200093, VÖEN: **********) ödənilməlidir. “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Qanunun mənasından göründüyü kimi, ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka predmetinə tutma yönəldildikdən və o satıldıqdıqdan sonra, yaşayış sahəsini tərk etməlidirlər. Yəni müvafiq iddia tələbini irəli sürmək hüququ ipoteka predmetini əldə edən şəxsə məxsusdur və belə bir iddia o zaman irəli sürülə bilər ki, ipoteka qoyan və digər şəxslər yaşayış sahəsini tərk etməsinlər. İddiaçı ipoteka saxlayandır, o, müvafiq iddia irəli sürmək üzrə subyektiv hüquqa malik deyildir. Həmçinin hazırki mərhələdə ipoteka qoyanın və onun ailə üzvlərinin ipoteka predmetini tərk etməməsi ilə bağlı heç bir mübahisə yoxdur. Ona görə də iddia tələbinin ipoteka predmeti olan mənzildə yaşayan Cavabdeh və onunla birlikdə yaşayanların mənzildən çıxarılması və əmlakın boşaldılaraq banka təhvil verilməsi hissəsini araşdıraraq, hesab edir ki, bu hissədə iddia tələbi təmin edilə bilməz, həmin hissədə təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cu maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. 03.04.2007-ci il tarixli KR07/36 saylı Kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 16469, 28 (on altı min dörd yüz altmış doqquz manat iyirmi səkkiz qəpik) manat əsas borc, 141,40 (bir yüz qırx bir manat qırx qəpik) manat faiz borcu, 282,80 (iki yüz səksən iki manat, səksən qəpik) manat dəbbə pulu, bildirişin qeydiyyatı üçün ödənilmiş 41,42 (qırx bir manat qırx iki qəpik) manat rüsum ümumilikdə 16934,90 manat borc və məhkəməyə müraciət üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ASC-yə verilsin. 16934, 90 (on altı min doqquz yüz otuz dörd manat, doxsan qəpik) manat borc Cavabdeh tərəfindən ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 9 saylı mənzilə yönəldilsin, göstərilən əmlak açıq hərracda satılsın, əmlakın açıq hərracdan satılması nəticəsində əldə olunan vəsait hesabına “MUĞANBANK" ASC-yə ödənilsin. İpoteka predmeti olan əmlakın ilkin satış qiyməti 45000 manat müəyyən edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. İpoteka predmeti olan mənzilin qiymətləndirilməsinin dəyəri olan 200 manat pul Cavabdeh tutularaq "xxxx" MMC-nə (Müxbir hesab: AZ37NABZ********************, kod: 200093, VÖEN: **********) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM ELMİR HÜSEYNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar