Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7281/2021 25.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər X2 və Cavabdeh2 qarşı «yaşayış-istifadə hüququnun itirilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X2 və Cavabdeh2 qarşı «yaşayış-istifadə hüququnun itirilməsi» tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər X2 və X1 Sumqayıt şəhəri, 1-ci mkr, 4B/29 nömrəli evin, 33 saylı mənzilinə olan yaşayış-istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, Sumqayıt şəhəri, 1-ci mkr, 4B/29 nömrəli evin, 33 saylı mənzili Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 23.07.2021-ci tarixli çıxarışına əsasən onun şəxsi mülkiyyətindədir. Həmin mənzili 14.07.2021-ci tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 almışdır. Alqı-satqı müqaviləsinin 13-cu bəndinə əsasən satıcı müqavilə notariat qaydasında təsdiq olunduğu tarixdən 14.08.2021-ci il tarixdən qeydiyyatdan çıxmağı öhdəsinə götürür. Cavabdehlər bu günə qədər müxtəlif bəhanələrlə qeydiyyatdan çıxmamışlar. Ona görə də, məcbur olub məhkəməyə müraciət etmişdir. Əlavə olaraq bildirir ki, cavabdehlərin mənzildə qeydiyyatda qalması səbəbindən mənzillə bağlı hüquqlarını həyata keçirməyə çətinlik çəkir, əlavə kommunal xidmətlər ödəməyə məcbur olur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlərin qeydiyyatda olduğu ünvanı üzrə məhkəmə bildirişi göndərilmiş, lakin onların faktiki olduğu yer məlum olmadığından məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Sumqayıt şəhəri, 1-ci mkr, 4B/29 nömrəli evin, 33 saylı mənzilini Cavabdeh2 alqı-satqı yolu ilə İddiaçı satmışdır. İş materiallarında olan DƏDRX tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 1-ci mkr, 4B/29 nömrəli evin, 33 saylı mənzili İddiaçının adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan ******* nömrəli, 13.08.2021-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, cavabdehlər X2 və Cavabdeh2 Sumqayıt şəhəri, 1-ci mkr, 4B/29 nömrəli evin, 33 saylı mənzilində rəsmi olaraq qeydiyyatdadırlar. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.1. maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Eyni zamanda, həmin Məcəllənin 203.1. maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Beləliklə, işin məhkəmə iclasında araşdırılan hallarına və tədqiq edilən sənədlərə əsasən İddiaçı Sumqayıt şəhəri, 1-ci mkr, 4B/29 nömrəli evin, 33 saylı mənzili alqı-satqı müqaviləsi əsasında əldə etmiş və mənzilin mülkiyyətçisidir. Buna baxmayaraq, cavabdehlər X2 və Cavabdeh2 Sumqayıt şəhəri, 1-ci mkr, 4B/29 nömrəli evin, 33 saylı mənzilində rəsmi olaraq qeydiyyatda qalmaqla iddiaçının mülkiyyət hüquqlarını lazımi şəkildə həyata keçirməsinə maneçilik törədərək iddiaçının bu hüququndan tam istifadə etmək imkanını məhdudlaşdırmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsinin mənasından görünür ki, əgər mülkiyyətə maneələr mülkiyyətdən məhrum etmədən törədilərsə, mülkiyyətçi bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulması məhkəmə vasitəsilə tələb oluna bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər X2 və Cavabdeh2 Sumqayıt şəhəri, 1-ci mkr, 4B/29 nömrəli evin, 33 saylı mənzilinə istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Azər İsmayılov
Məhkəmə qərarları › İş №2(060)-7281/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7281/2021
25.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver