Məhkəmə qərarları › İş №2(060)-7296/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7296/2021

23.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7296/2021 23.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Sumqayıt “ASAN xidmət” mərkəzinin Notariat Ofisinə qarşı miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi maraqlı şəxs Sumqayıt “ASAN xidmət” mərkəzinin Notariat Ofisinə qarşı miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum atası Hüseynov Ənvər Yəhya oğluna məxsus miras əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, ərizəçinin atası Hüseynov Ənvər Yəhya oğlu 16.02.2010-cu ildə hipertoniya xəstəliyindən, anası Hüseynova Güllü isə 2012-ci ildə vəfat etmişdir. Atasından miras olaraq Sumqayıt şəhəri, 14-cü məhəllə, ev 15/8-də yerləşən 43 saylı mənzili qalmışdır. Həmin mənzil Sumqayıt şəhər DTİ və MHQİ 25.09.1998-ci tarixli 39 nömrəli protokolu və order əsasında mərhum atasının adına özəlləşdirilmiş və onun adından qeydiyyat vəsiqəsi verilmişdir. O, ailə üzvləri ilə 1998-ci ildən həmin mənzildə yaşamaqla qeydiyyatdadır. Atası 2010-cu ildə vəfat etmiş, onun dəfn və hüzn ərasimlərini o yola vermiş və hazırda da ailə üzvləri ilə həmin evdə yaşamaqda davam edir. Onun 05.02.1957-ci il təvəllüdlü qardaşı və X5 qeyd edilən mənzildə qeydiyyatda olsa da o, 1999-cu ildən daimi olaraq Azərbaycan Respublikasını tərk edərək Almaniyaya köçmüş və o vaxtdan ondan heç bir xəbər almamışdır. O, atasının birinci növbə qanun üzrə vərəsəsi olaraq miras kütləsinə daxil olan əmlakı faktiki olaraq qəbul etmiş və mənzil atasının ölümündən sonra onun idarəçiliyi altındadır. Lakin mirasın qəbul edilməsi ilə bağlı Sumqayıt Asan Xidmət Mərkəzinə müraciət etdikdə ona bildirilmişdir ki, onun adı vərəsələr siyahısına daxil edilsə də, mirasın onun tərəfdən qəbul edilməsi faktı məhkəmə qaydasında müəyyən olunduqdan sonra onun adına mirasın qəbul edilməsi ilə bağlı şəhadətnamə verilə bilər. Əks təqdirdə digər qardaşı X5 mənzildə formal qeydiyyatda qaldığı üçün bu şəhadətnamənin verilməsi mümkünsüzdür. Hazırda miras qalmış əmlaka dair vərəsəlik hüquqlarının rəsmiləşdirmək üçün ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq lazımdır. Ərizəçi iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Maraqlı tərəf Sumqayıt “ASAN xidmət” mərkəzinin Notariat Ofisi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid X2 ifadə verərək bildirdi ki, o, ərizəçi ilə bir həyətdə yaşayır. Uzun illərdir ki, qonşudurlar. 2010-cu ildə ərizəçinin atası, 2012-ci ildə isə anası rəhmətə getmişdir. Ərizəçinin qardaşı atasının və anasının dəfninə və yas mərasiminə gəlməmişdir. O,təqribən 1998-1999-cu illərdə Almaniyaya getmişdir. Məhkəmədə şahid X8 ifadə verərək bildirdi ki, o, ərizəçi ilə bir məhəllədə yaşayır. Ərizəçinin oğlu Yəhya ilə bir sinifdə oxumuşdur. Tez-tez onların evinə gedib-gəlmişdir. Ərizəçinin rəhmətlik atası, anası, ərizəçi və ailəsi birlikdə həmin evdə yaşamışlar. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyərək, iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda şərh olunanlarla əsaslandırır. Mülki iş materiallarında olan: - Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalı Birliyinin 2 saylı Mənzil Kommunal Səhəsinin 22.07.2021-ci il tarixli aktından görünür ki, X5 1999-cu ildən Sumqayıt şəhəri, 14-cü məhəllə, ev 8/15, mənzil 43də yaşamır. Harada yaşadığı məlum deyildir. - Sumqayıt “ASAN xidmət” mərkəzinin Notariat Ofisinin 15.07.2021-ci il tarixli, 1990 №-li məktubundan görünür ki, 16.02.2010-cu il tarixdə ölmüş Hüseynov Ənvər Yəhya oğlundan qalmış miras əmlakına dair Ərizəçi Sumqayıt “ASAN xidmət” mərkəzinin Notariat Ofisinə ərizə ilə müraciət etmiş və vərəsələr sırasına daxil olmuşdur. - Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalı Birliyinin 2 saylı Mənzil Kommunal Səhəsinin 18.08.2021-ci il tarixli, 763 nömrəli arayışından görünür ki, Ərizəçi Sumqayıt şəhəri, 14-cü məhəllə, ev 8/15, mənzil 43-də 2010-cu ildən ev pulu və mənzillərinin tullantılarının daşınması haqqının indiyə kimi özü ödəmişdir. - Evlənmə haqqında şəhadətnamədən görünür ki, Hüseynov Ənvər Yəhya oğlu ilə X7 arasında 15.07.1953-cü il tarixdə rəsmi nikah bağlanmışdır. Nikahdan sonra arvada Hüseynova soyadı verilmişdir. - Sumqayıt şəhər qeydiyyat şöbəsinin verdiyi 17 fevral 2010-cu il tarixli AZ-İ seriyalı, 411281 №-li ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Hüseynov Ənvər Yəhya oğlu 16.02.2010-cu il tarixdə vəfat etmişdir. - Sumqayıt şəhər qeydiyyat şöbəsinin verdiyi 02 noyabr 2021-ci il tarixli AZ-İ seriyalı, 584998 №-li ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 21.10.2012-ci il tarixdə vəfat etmişdir. - Doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1953-cü il təvəllüdlü Ərizəçi atası Hüseynov Ənvər Yəhya oğlu, anası X3r. - Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Sumqayıt şəhəri, 14-cü məhəllədə yerləşən 8/15 saylı evin 43 saylı mənzilinin mülkiyyətçisi Hüseynov Ənvər Yəhya oğludur və daşınmaz əmlak üzərində hüquq Azərbaycan Respublikası Tikinti və Arxitektura Komitəsi Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin 14 nömrəli dövlət reyestr kitabında qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəyə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1318-ci maddəsinə əsasən notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. 1321.2-ci maddəsinə əsasən qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. 1325-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. İşin araşdırılan hallarından müəyyən olunur ki, Hüseynov Ənvər Yəhya oğlu öldükdən sonra onun vərəsəsi Ərizəçi üzrlü səbəbdən vərəsəlik haqqında şəhadətnamə verilməsi üçün qanunla müəyyən edilmiş müddətdə notariat kontoruna müraciət etməmişdir. Konstitusiyanın 29-cu maddəsinin 5-ci hissəsinə görə Dövlət vərəsəlik hüququna təminat verir. Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa uzada bilər. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, mərhum Hüseynov Ənvər Yəhya oğlundan miras qalmış "xxxx" ASC üzrə hər birinin nominal dəyəri 20.00 (iyirmi) manat olan 130 (yüz otuz) ədəd adi adlı (əmlak) səhmin Ərizəçi tərəfindən tərəfindən qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bu Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeyd alınma üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 307, 311, 357-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Mərhum Hüseynov Ənvər Yəhya oğlundan miras qalmış Sumqayıt şəhəri, 14-cü məhəllə, ev 8/15, 43 saylı mənzilin Ərizəçi tərəfindən miras əmlak kimi qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar