Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-7309/2021 14.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Behbudovanın sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı bağ torpaq sahəsindən istifadəylə bağlı törədilmiş maneələrin aradan qaldırılması və oradan çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı bağ torpaq sahəsindən istifadəylə bağlı törədilmiş maneələrin aradan qaldırılması və oradan çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 “Xəzər” Bağlar Cəmiyyətinin nəznində olan 19 saylı bağ torpaq sahəsindən istifadə ilə bağlı törədilmiş maneələrin aradan qaldırılması, bağ torpaq sahəsindən çıxarılmaları barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin icraatına 16.08.2021-ci il tarixdə daxil olmuş mülki işin hazırlıq iclası 30.08.2021-ci il tarixə, saat 10:15-ə təyin edilmiş, məhkəmə baxış iclası isə 14.09.2021-ci il tarixə, saat 11:30-a təyin olunmuşdur. 14.09.2021-ci il tarixində keçirilmiş baxış iclasına cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 gəlmiş, lakin İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasında işin mahiyyəti üzrə baxılmasını tələb etmədilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı bağ torpaq sahəsindən istifadəylə bağlı törədilmiş maneələrin aradan qaldırılması və oradan çıxarılma tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 259 və 260-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı bağ torpaq sahəsindən istifadəylə bağlı törədilmiş maneələrin aradan qaldırılması və oradan çıxarılma tələbinə dair ərizəsi baxılmamış saxlansın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-7309/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-7309/2021
14.09.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver