Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-732/2021 18.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi” tələbinə dair mülki işə Sumqayıt şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, MAS-1055 saylı daxili lizinq müqaviləsinin ləğv edilməsi, həmin müqaviləyə əsasən lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx xxxxxx 2020-ci il tarixə 1340,07 manat əsas borc, 960,71 manat mükafat məbləği, həmin günə hesablanmış 698,83 manat dəbbə pulu olmaqla, cəmi 2999,61 manat pulun və dövlət rüsumu qismində ödənilmiş 30 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx xxxx 2019cu il tarixli, MAS-1055 saylı daxili lizinq müqaviləsinə əsasən cavabdehin sifarişi ilə 2019cu il buraxılışlı, “KHAZAR SD” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFKE166712 BAN nömrəli, qara rəngli avtomobil 13300 manat məbləğinə iddiaçının mülkiyyətinə alınmış və sifarişçisinin müvəqqəti sahiblik və istifadəsinə vermişdir. Daxili lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi sayılan lizinq ödənişləri cədvəlinə əsasən cavabdeh illik 17 % olmaqla, 48 ay müddətinə, hər ay sabit məbləğ olmaqla 383,77 manat, ümumilikdə isə 18421 manat məbləğində pulu iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 18421 manatın 13300 manatını əsas məbləğ təşkil edir. Cavabdeh tərəfindən iddiaçıya sonuncu ödəniş xx xxxxxx 2020-ci il tarixində 400 manat olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək onunla oxşar məzmunlu izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışdan və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, cavabdeh xx.xx.1986-cı ildə, Sumqayıt şəhərində anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarından görünür ki, tərəflər arasında xx xxxx 2019-cu il tarixdə MAS- 1055 №li Daxili lizinq müqaviləsi bağlanmışdır. Qeyd olunan müqaviləyə görə iddiaçı cavabdeh tərəfindən sifariş edilmiş və bu lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi hesab edilən 03 saylı Əlavədə göstərilən əmlakın dəyərini ödəyib öz mülkiyyətinə əldə etməyi və cavabdehə müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, cavabdeh isə lizinq obyektini bu lizinq müqaviləsinin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.3-cü bəndində əsasən lizinq müddəti 48 ay müəyyən edilmişdir. Lizinq müqaviləsinə 3 №-li əlavə-ödəniş cədvəlindən görünür ki, cavabdeh lizinq müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək hər ay 383,77 manat olmaqla, iddiaçıya ümumilikdə əsas lizinq borcu üzrə 13300 manat, mükafat üzrə 5121 manat olmaqla, 18421 manat ödəniş etməlidir. AD seriyalı 535620 №li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2019-cu il buraxılışlı, “KHAZAR SD” minik markalı **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçının mülkiyyətindədir. xx.xx.2017-ci il tarixli təhvil təslimm aktına əsasən “KHAZAR SD” minik markalı **- PV-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdehə təhvil verilmişdir. İddiaçının əməkdaşları Vüsal Əliyev və Nəsib Mirzəyev tərəfindən tərtib edilərək imzalanmış xx.xx.2020-ci il tarixli aktda “KHAZAR SD” minik markalı **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehdən təhvil alındığı göstərilmişdir. xx.xx.2020-ci il tarixli, 1764 saylı arayışda cavabdehin xx.xx.2020-ci il tarixə 1340,07 manat əsas borcu, 960,71 manat mükafat borcu, 698,83 manat cərimə borcu olmaqla, ümumilikdə 2999,61 manat borcu qaldığı göstərilmişdir. xx.xx.2020-ci il tarixli, 1340 saylı məktubundan görünür ki, iddiaçı cavabdehə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur (747.1.). Lizinq müqaviləsinin subyektləri lizinq verən, lizinq alan və satıcıdır (mal verəndir) (747-1.1.). Lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir (748-1.1.). Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır (748- 1.12.4.). Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir (748-10.1.). İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı lizinq müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan lizinq obyektini cavabdehin istifadəsinə və sahibliyinə vermiş, lizinq müqaviləsinə əlavə olunmuş ödəniş cədvəlinə əsasən lizinq obyektindən istifadə haqqı hər ay ödənilməli olduğu halda cavabdeh tərəfindən müqavilə şərtləri pozularaq müqavilədən irəli gələn ödənişlər həyata keçirilməmişdir. Bu səbəbdən lizinq obyekti iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixində geri alınmışdır. İddiaçı həmin tarixə cavabdehin ona borclu olduğu lizinq ödənişlərini tələb edir. Mülki Məcəllədə göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). Məhkəmə hesab edir ki, lizinq obyekti xx.xx.2020-ci ilə kimi cavabdehin sahiblik və istifadəsində olduğu üçün iddiaçı həmin tarixə olan əsas borc və mükafat məbləğini cavabdehdən tələb etməkdə haqlı olmuşdur. Dəbbə pulu ilə bağlı aşağıdakılar qeyd edilməlidir. Mülki Məcəlləyə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (462.1.). Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir (467). Məhkəmə hesab edir ki, 1340,07 manat əsas borc məbləğinə 698,83 manat dəbbə pulunun hesablanaraq tələb edilməsi zamanı iddiaçı tərəfindən əsas borcla cərimə məbləği arasında tənasüb gözlənməmişdir. Bu səbəbdən məhkəmə dəbbə pulunun məbləğinin azaldılaraq 100 manat məbləğində müəyyən edilməsini daha ədalətli hesab edir. Mülki Məcəllədə həmçinin göstərilmişdir ki, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür (421.1.). Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur (421.2.). İşdən göründüyü kimi cavabdeh lizinq müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş və müqavilənin şərtlərini pozmuşdur. Bu səbəbdən tərəflər arasında bağlanmış xx xxxx 2019-cu il tarixli lizinq müqaviləsi ləğv edilməlidir. İddia qismən təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun 20 manatı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220 və 238.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli, MAS-1055 saylı daxili lizinq müqaviləsi ləğv edilsin. Cavabdeh 1340,07 manat əsas borc, 960,71 manat mükafat məbləği, 100 manat dəbbə pulu olmaqla, cəmi 2400 (iki min dörd yüz) manat 78 (yetmiş səkkiz) qəpik məbləğində pul tutularaq, iddiaçı İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun 20 manatı Cavabdeh alınaraq İddiaçınə ödənilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-732/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-732/2021
18.03.2021 · Müqavilələrin ləğv edilməsi - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver