Məhkəmə qərarları › İş №2(060)-7329/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7329/2023

21.12.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7329/2023 21.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X19 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə, İddiaçının nümayəndəsinin X11 və cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan “Adil İbrahimli adına 14 nömrəli tam orta məktəbin direktoru X4 iştirakları ilə İddiaçı cavabdeh Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan “Adil İbrahimli adına 14 nömrəli tam orta məktəbin direktoru X6 qarşı «işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə» dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri Adil İbrahimli adına 14 nömrəli tam orta məktəbinin xx.xx.2023-cü il tarixli 192 nömrəli əmrinin ləğv edilməsi, işə bərpa edilməyi və məcburi işburaxma müddəti üçün əmək haqqının və Mediasiya üçün ödədiyi 50 manat rüsumun ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7329/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Sumqayıt regional ərazi şöbəsi müstəqil tələb irəli sürməyən şəxs qismində cəlb edilmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1963-cü il tarixində Qazax rayonun Əskipara kəndində anadan olmuşdur. xx.xx.1991-ci ildən xx.xx.2023-cü il tarixinə qədər Sumqayıtda Adil İbrahimli adına 14 nömrəli tam orta məktəbdə ibtidai sinif müəlliməsi işləmişdir. Həyat yoldaşı X5 veteranıdır. O, 2-ci qrup əlildir, şəkərli diabetdən əziyyət çəkir. Bildirir ki, o, 2015-ci ildə diaqnostik qiymətləndirmədə iştirak etmiş və lazım olan qədər bal da yığmışdır. xx.xx.2023-cü il tarixində keçirilmiş sertifikatlaşdırma imtahanında 14 nömrəli tam orta məktəbin direktoru X1 ucbatından iştirak edə bilmədiyinə baxmayaraq, 14 nömrəli tam orta məktəbin direktoru X7, xx.xx.2023-cü il tarixində 192 nömrəli əmr verərək Əmək Məcəlləsinin 70-ci maddəsinin C bəndinə (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə) əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Hüquqi dəlillərə görə hesab edir ki, işdən çıxarılmağı barədə verilmiş bu əmr qanunsuzdur və ləğv edilməlidir. Belə ki, məktəbin direktoru Əmək Məcəlləsinin 70-ci maddəsinin C bəndinə istinad edib bu əmri verərkən, Əmək Məcəlləsinin digər maddələrini nəzərə almadan onunla bağlanmış əmək müqaviləsinə qanunsuz olaraq xitam vermişdir. Əmək Məcəlləsinin 79-cu maddəsində Əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar göstərilmişdir. Xüsusilə də bu maddənin 1-ci hissəsində yazılıb: işəgötürən tərəfindən, hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş" ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş müddəalar bu Məcəllənin 70-ci maddəsinin "xxxx" bəndi və 73-cü maddəsi ilə xitam verilən hallara şamil edilmir. Müəssisənin ləğv edilməsi halları istisna olmaqla, müddətindən asılı olmayaraq, reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə keçən əlilliyi olan şəxslərlə, həmçinin "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsində göstərilən isci ilə bağlanılmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə yol verilmir. Göründüvü kimi, Əmək Məcəlləsinin 79-cu maddəsinin tələblərinə əsasən bu maddənin müddəaları yalnız Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndi və 73-cü maddəsi ilə nəzərdə tutulan hallara şamil edilmir. Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndində müəssisənin ləğv edilməsinin əsası ilə, yəni müəssisə ləğv edildikdə əmək müqaviləsinin işəgötürən tərəfindən xitam verilməsi göstərilib. Lakin məktəb ləğv edilməyib və hazırda da fəaliyyət göstərir. O, uzun müddətdir ki, şəkərli diabetdən əziyyət çəkir və şəkərli diabet üzrə ikinci qrup əlildir. Belə olduğu təqdirdə Qanun onunla əmək müqaviləsinə xitam verilməsini qadağan edir. Digər tərəfdən onunla bağlanmış əmək müqaviləsi müddətli əmək müqaviləsi olmadığından Əmək Məcəlləsinin 73-cü maddəsində göstərilmiş əsasla da onunla bağlanmış Əmək Müqaviləsinə xitam verilə bilməz. Hüquqi fakt bundan ibarətdir ki, məktəbin direktoru onu Əmək Müqaviləsinin 70-ci maddəsinin c bəndi ilə işdən çıxartmışdır ki, bu da 79- cu maddənin 1-ci hissəsinin 4-cü abzasına ziddir. Bundan başqa, Məktəbin direktoru 70-ci maddəsinin C bəndini, yəni "peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə onun tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən qəbul edilmiş müvafiq qərarı əsas kimi göstərsə də, bu əsas da həqiqətə uyğun deyildir və biləvasitə direktorun öz səhvi və səhlənkarlığı nəticəsində baş vermişdir. Belə ki, Adil İbrahimli adına 14 nömrəli tam orta məktəbin direktoru X3 göstərişi ilə onun tədris işləri üzrə müavini Elvira Əliyeva cari il iyul ayının sonunda üzvü olduğu müəllimlərin vatsap qrupuna vatsap mesajı göndərərək bildirdi ki, 60+ müəllimlər sertifikatlaşdırma imtahanlarında iştirak etməmək haqqında imtina ərizələrini göndərilmiş nümunəyə uyğun olaraq yazıb xx.xx.2023-cü il tarixində saat ll:00-dək məktəbdə vətəndaş müraciətləri zalında Zeynəb xanıma (məktəbin əməkdaşı) təhvil versinlər. Direktor hətta qeyd etdi ki, Azərbaycandan kənarda olan müəllimlər imtina barədə ərizələrini skan edib ona göndərsinlər. O, da ona inanıb imtina ərizəsini yazıb Fatma Bayramovanm göstərişi ilə xx.xx.2023-cü il tarixində Abşeron-Xızı Regional Təhsil idarəsinə gedib ərizəni orada işləyən Nərmin adında əməkdaşa təhvil vermişdir. Lakin sertifikatlaşdırma imtahanlarının başlanmasına 10 saat qalmış məktəbin direktoru rəsmi iş saatlarından xeyli müddət sonra xx.xx.2023 tarixdə, yəni saat 21:37 radələrində vatsapına mesaj göndərmiş və bildirmişdir ki, səhər saat 9-da imtahanda olmalıdır. Bu mesaj telefonuna daxil olanda o, yatmış və həyat yoldaşı bu mesajı görüb oxuyub. Lakin o, şəkərli xəstə olduğunu nəzərə alıb, onu oyatmayıb, çünki ehtiyyat edib ki, onu yuxudan oyadıb bu barədə ona xəbər versə, həyəcandan şəkəri qalxıb həyatı üçün böyük təhlükə yarana bilər və komaya düşə bilər. Həmin günün səhəri o, yuxudan gec oyanmışdır. Səhər saat 9 radələrində yuxudan qalxmış və müəyyən zamandan sonra həyat yoldaşı bu mesaj barədə ona yavaş-yavaş müxtəlif fikirlər səsləndirməklə məlumat vermişdir. Əvvəlcə elə bildi ki, zarafat edir. Sonra isə mesajı ona göstərərək həqiqət olduğunu, lakin bu həqiqətin direktorun kobud səhvi və səhlənkarlığı ucbatından gec bildirildiyini qeyd etdi. Yəni faktiki olaraq direktor onu azdırıb və aldadıb. Çünki əgər direktor könüllü imtina barədə ona ərizə yazdırmasaydı və va hətta ərizə yazdırandan sonra imtahandan bir neçə həftə qabaq bu barədə bildirsəydi, o, həm ixtisası üzrə, həm də psixoloji olaraq imtahana hazırlaşardı və zəngli saatını quraşdırıb, vaxtında oyanardı və imtahana gedərdi. Ərizəni təqdim edəndə və ya ondan sonrakı tarixlərdə nə məktəb direktoru, nə işçiləri, nə də regional təhsil idarəsinin işçiləri xidməti vəzifəsinə görə ona heç bir məlumat verməyiblər. O, işdən çıxarılandan sonra yaxın yoldaşlar ona bildirdilər ki, avqust- ayının 1-dən sonra Abşeron-Xızı İdarəsindən məktəbə imtahanda iştirak edəcək müəllimlərin siyahısı göndərilibmiş, həmin siyahıda onun də adı olmuşdur. Lakin Məktəbin direktoru bunu ondan gizlədibmiş və yalnız imtahandan 10 saat qabaq bildirib. Əslində həmin siyahı məktəbdə müəllimlər otağında divara vurulmalı idi. Qeydiyyatda olduğu Portal.edu.az saytına imtahanda iştirak barədə məlumat gəlsə də, o, bu barədə direktora və müavini Elvira xanıma bildirmişdir, Elvira xanım isə demişdir ki, imtina barədə ərizəsi artıq qəbul olunub və narahat olmasın. Qeyd etdi ki, onun kimi 60 yaşında olan şəxslər üçün imtahan könüllü olsa belə, 60 yaşı olan təhsil verənlərdən kimsə öz arzusuna görə imtahanda iştirak etmək istəsə, o, imtahanın keçirilmə tarixindən xəbərdar olsun deyə belə bir mesaj göndərilir. Sözündən belə aydın oldu ki, bu mesaj avtomatik olaraq hamıya gönədərilir, çünki sayt yaşı 60 olan və imtahanda iştirak etmək istəyən bütün şəxslərə də məlumat ötürür ki, xəbərləri olsun və istəsə, imtahanda iştirak etsin. Onlar da ona inandılar. Nəhayət, o, iki dəfə keçirilmiş sertifikasiya imtahanlarının heç birində iştirak edə bilmədiyindən Əmək Məcəlləsinin 70-ci maddəsinin C bəndinin ona tətbiq edilməsi absurddur və əsassızdır. Birinci dəfə keçirilmiş imtahanda xəstə olduğu üçün iştirak edə bilməmişdir. Bu, üzürlü səbəb sayılır. Belə ki, xx.xx.2022-ci ildə xəstəliyi ilə əlaqədar 1-ci sertifikasiya imtahanlarında iştirak edə bilməmişdir. Bu barədə məktəbə və təhsil idarəsinə Əmək qabiliyyətinin olmaması barədə ******* saylı tibbi arayış təqdim etmişdir. İkinci dəfə, yəni təkrar sertifikatlaşdırma imtahanında isə direktorun səhvi və səhlənkarlığı ucbatından iştirak edə bilməmişdir. Hər bir halda (təkrar) 2-ci seritifikatlaşdırma imtahanları onun üçün əslində 1-ci seritifikatlaşdırma imtahanları hesab olunur və hesab olunmalıdır, çünki üzürlü səbbədən iştirak etməmişdir. Bu da ona hüquq verir ki, bir daha sertifikatlaşdırma imtahanında iştirak edib, öz bilik və bacarığını göstərsin. Həm də o, bundan boyun qaçırmır. Xəstəndiyinə görə onu sertifikatlaşdırma üzrə keçirilmiş bir imtahandan məhrum etmək ədalətli yanaşma deyil. Qanunda bu nəzərə alınmalı idi. Xəstələnməyi onu hansısa hüquqdan məhrum etmir və ya bu əsasda onu hansısa hüquqdan məhrum etmək olmaz. Qərarda üzürlü səbəbdən iştirak etməyən müəllimlərə də, 1-ci dəfə keçirilmiş imtahanda iştirak edib, amma keçməyən müəllimlərə də eyni prizmadan yanaşılır. Lakin imtahanda iştirak edib keçməyənlərə faktiki olaraq iki dəfə şans verildiyi halda, xəstəliyinə görə imtahanda iştirak etməyənlərə isə cəmi bir dəfə şans verilir. Bu da qanunun və qərarın haqqa və ədalətə əsaslanmaması anlamına gəlir ki, bu yerdə Konstitusiyanın l49- cu maddəsinin İ hissəsi hafizədə canlanır. Obyektiv səbəbdən imtahanda iştirak edə bilməyən müəllimin peşəkarlıq səviyyəsinin aşağı olmasını və ya tutduğu vəzifəyə uyğun gəlmədiyini necə iddia etmək olar. Bu da işdən azad olunmağında növbəti qanunsuzluğun olmasına dəlalət edir. Yəni ona qarşı belə bir ədalətsiz və qanunsuz yanaşma qanunla qorunan hüquqlarının pozulmasına gətirib çıxartmışdır. Bu baxımdam deyə bilər, ki, Təhsil haqqında Qanunun 36-2.5-ci maddəsi və Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli 155 nömrəli qərarının 5.2-ci bəndi Konstitusiyanın 149-cu maddəsinin İ hissəsinə uyğun deyildir. Həmin İ hissəyə görə Normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır. Lakin imtahanlardan dərhal sonra direktor X7 öz səhvini və səhlənkarlığını nəzərə almadan xx.xx.2023-cü il tarixində 192 nömrəli əmr verərək Əmək Məcəlləsinin 70-ci maddəsinin C bəndinə (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən nıiivafiq qərar qəbul edildikdə) əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Onun işdən azad olunmağı tamamilə qanun pozuntusu ilə müşayiət olunub, hüquqları pozulub, X14 onu aldadaraq sertifikasiya imtahanında iştirak etməkdən imtina barədə ərizəni ona yazdırıb, sonra isə imtahanın başlanmasına 10 saat qalmış iş saatlarından xeyli müddət sonra o, yuxuda ikən imtahanda iştirak barədə ona mesaj göndərməklə barəsində imtahanda iştirak etməyən şəxs obrazı yaratmış və bununla da məsuliyyəti üzərinə qoymağa çalışmış, sonra isə onu öz imzaladığı əmri ilə qanunsuz olaraq işdən azad edib. Əslində 2-ci dəfə keçirilmiş sertifikasiya imtahanlarında aldadılaraq iştirak etməmişdir. Hər bir halda 2-ci seritifikatlaşdırma imtahanları onun üçün əslində 1-ci seritifikatlaşdırma imtahanları hesab olunur və hesab olunmalıdır, çünki üzürlü səbəbdən iştirak etməmişdir. Bu da ona hüquq verir ki, bir daha sertifikatlaşdırma imtahanında iştirak etsin, öz bilik və bacarığını göstərsin. Həm də o, bundan boyun qaçırmır. Xəstəndiyinə görə onu sertifikatlaşdırma üzrə keçirilmiş bir imtahandan məhrum etmək ədalətli yanaşa deyil. Qanunda bu nəzərə alınmalı idi. Xəstəlik onu hansısa hüquqdan məhrum etmir və ya bu əsasda məni hansısa hüquqdan məhrum etmək olmaz. Məktəbin direktoru və müavini iradəsinin əleyhinə gedərək onu aldadaraq və dolayısı ilə məcbur edərək imtina ərizəsini ona imzalatdırmaqla onun sertifikatlaşdırma imtahanlarında iştirakına süni əngəllər yaratmış, sonra isə əmək müqaviləsinə xitam vermişdir ki, bu da Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci hissəsinə ziddir. Həmin maddəyə görə işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Faktiki olaraq Fatma Bayramova onu aldadaraq başqa bir üsulla iradəsinin əleyhinə əmək müqaviləsinin xitam olunmasına nail olmuşdur. Çünki direktor onu xoşlamır və onu işdən çıxartmaq üçün məqam axtarırdı. X14 və müavini Elvira Əliyeva onu aldadaraq sertifikatlaşdırma imtahanlarında iştirak etməkdən onu məhrum etməklə müəllim kimi, vətəndaş kimi onun hüquqlarını, eləcə də subyektiv hüquqlarını kobud şəkildə pozmuşdur. O, özünü yalanın, hiylənin qurbanı hesab edir və özünü alçalmış kimi görür. Digər tərəfdən birinci dəfə xəstəliyinə görə, 2-ci dəfə isə aldadılaraq sertifikatlaşdırma imtahanlarında iştirak edə bilməyən 2-ci qrup əlil olan müəlliməni, yəni onu Əmək Məcəlləsinin 70-ci maddəsinin C bəndinə görə işdən azad etmək növbəti bir qanunsuzluqdur. Çünki sertifikatlaşdırma imtahanlarında iştirak edə bilməyən şəxs kimi barəsində Əmək Məcəlləsinin 70-ci maddəsinin C bəndinin tətbiq edilməsinin onun hüquqi vəziyyəti ilə heç bir əlaqəsi yoxdur. Digər tərəfdən obyektiv səbəblərdən sertifikatlaşdırma imtahanlarında iştirak edə bilmədiyi təqdirdə, Fatma Bayramova barəsində peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmaması mülahizəsini necə yaza bilər? Özü ona deyir ki, ərizə yaz, imtahanlarda iştirak etmə, özü də peşəkarlıq səviyyəsinin aşağı olması ilə onu işdən azad edir. Əslində onun özünü işdən azad etmək lazımdır. Məhz qeyd etdiyi əsasda onu işdən azad etmək qanun baxımından tamamilə absurd bir yanaşmadır, bu da hüquqi müəyyənlik prinsipi ilə daban-dabana ziddir. Həm də nəzərə almaq lazımdır ki, o, 2015-ci ildə diaqnostik qiymətləndirmədə iştirak etmiş və lazım olan qədər bal da yığmışdır. Onun aldadılaraq sertifikasiya imtahanlarından könüllü imtina etməyi barədə Məktəb direktoru tərəfdən ərizə yazmağa təşviq edilməyi, iş saatlarından xeyli müddət sonra o, yuxuda ikən və imtahana 10 saat qalmış imtahanda iştirak etməyi barədə qəfil vatsap mesajı ilə çıxılmaz vəziyyətdə qalmağı və bununla da imtahanda iştirak etməməyi və beləliklə də, təkrar sertifikatlaşdırmadan keçməmiş şəxs hesab olunmağı, nəticədə Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci bəndinin 4-cü hissəsinə və həmin Məcəllənin 69-cu maddəsinin 7-ci bəndinə zidd olaraq Məktəbdən Əmək Məcəlləsinin 70-ci maddəsinin C bəndi ilə azad edilməyi hüquqlarını pozmuş və qanunla qorunan mənafelərinə ciddi ziyan vurmuşdur. Əmək Məcəlləsinin 292-ci maddəsinin 1-ci hissəsinə görə işçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər, işəgötürən öz hərəkətsizliyi ilə ona maddi və mənəvi ziyan vurmuşdur, belə ki, iradəsinin əleyhinə və qanunlara zidd olaraq sertifikatlaşdırma imtahanlarından könüllü imtina etməyi barədə ona ərizə yazdırıb onu aldatmaqla onda arxayınçılıq yaratmış və bununla da imtahanda iştirak etməməyinə səbəb olmuşdur. Nəticədə o, da direktora inanmış, imtahanın başlanmasına bir ay qalmış dövrdə imtahanlara hazırlaşmamış, imtahana 10 saat qalmış isə zəngli saatı quraşdırmayaraq arxayın yatmış, direktor isə bir işçi kimi onun hüquqlarını müdafiə etməyib, onun barəsində düşünməyib, əlində siyahı ola-ola onu qabaqcadan xəbərdar etməyib, əksinə ona könüllü ərizə yazdıraraq imtahandan imtina etməyini təşviq etmiş, xidməti vəzifəsini doğru icra etməmişdir, onun bu yanaşması qanuni, obyektiv və ədalətli olmayıb, bununla da Məktəb rəhbərliyi işəgötürən kimi ədalətli olmayıb, barəsində peşəkarlıq səviyyəsinin aşağı olması düşüncəsini formalaşdırmışdır, ona maddi və mənəvi ziyan vurmuşdur və s. Göründüyü kimi, bu maddələrdə fiziki və hüquqi şəxslərin hər cür mənafe və maraqlarının müdafiəsindən deyil, qanunlardan və digər normativ-hüquqi aktlardan irəli gələn, başqa sözlə, qanunla qorunan mənafe və maraqlardan bəhs olunur. Bu müddəalara əsaslanaraq hüquqi baxımdan mənafe və maraqları iki qrupa bölmək olar: subyektiv hüquqlarda əhatə olunan mənafe və maraqlar; subyektiv hüquqlardan kənar mövcud olan mənafe və maraqlar. Onun işdən çıxarıldığı dövrədək direktorun hərəkətsizliyi və biganəliyi bir işçi kimi hüquq və vəzifələrinə toxunmuş, vəzifələrinin vaxtında və peşəkar səviyyədə icrasına mane olmuş, öz bilik və bacarıqlarımdan istifadəni və gənc nəslə çatdırılmasını əngəlləmiş, işləyərək əmək haqqı almaq hüququndan onu məhrum etmiş, ona münasibətdə rəhbər üzərinə düşən vəzifələrini yerinə yetirməmiş, qanuna əsaslanan haqlı tələbini nəzərə almamışdır, görünən odur ki, məktəb direktorunun niyyəti onu lazımsız işçi kimi gözdən salmaq, peşəkarlıq səviyyəsinin aşağı olması fikrini formalaşdırmaq və bununla da onu işdən çıxartmaq üçün qanunsuz zəmin hazırlamaq və məhz belə bir qanunsuz əsasda onu işdən çıxartmaq olub, bütün bunlar göstərir ki, onun subyektiv hüquqları indiki direktor tərəfindən pozulmuşdur. Bu baxımdan bir daha deyə bilər ki, direktor olmuş şəxs tərəfindən bir işçi kimi hüquqları pozulmuş və qanunla qorunan mənafelərinə ziyan vurulmuşdur. Çünki direktor öz hərəkətsizliyi ilə onun barəsində özünü işdə doğrultmayan şəxs obrazı yaratmış, peşəkarlıq səviyyəsinin aşağı olması kimi onun barəsində mənfi rəy formalaşdırmış və onu məhz o əsasda işdən azad etmişdir. Lakin əgər direktor vaxtında ona köməklik göstərsəydi, yaş məsələsində buraxdığı səhvi vaxtında müəyyən edib ona bildirsəydi və rayon təhsil idarəsinə bu barədə vaxtında məlumat versəydi və ya ən azından imtahandan bir gün qabaq iş saatlarında ona zəng etsəydi, imtahan olunan müəllimlərin siyahısında adının olması barədə vaxtında məlumat versəydi, o, da digər müəllimlər kimi imtahan olunardı, yüksək nəticə əldə edərdi və keçid balını toplayardı. Subyektiv hüquqa malik olan şəxslər bu hüquqa qarşı vəzifə daşıyan şəxslərdən müəyyən hərəkətləri etməyi tələb etmək səlahiyyətinə malik olur. O, indiki direktordan müəyyən hərəkətlər etməyi tələb etsə də, o buna məhəl qoymamışdır. Yəni imtahan günü ona dedi ki, onun barəsində xüsusi vəsatətlə regional təhsil idarəsi qarşısında çıxış etsin və hüquqlarının qorunması barədə məsələ qaldırsın. O isə heç nə etmədi. Bununla da məsələnin işəgötürən və işçi münasibətləri kontekstində araşdırılmaması, təkrar sertifikasiyamn test imtahanlarından qabaq Məktəb direktoru tərəfdən şəkərli diabet xəstəliyindən əziyyət çəkməyinin nəzərə alınmaması və onun vəziyyətinə xüsusi həsssaslıqla yanaşılmaması, bu barədə hüquqlarımın müdafiəsinin təmin olunmaması, direktora və regional təhsil idarəsinə etdiyi müraciətində qaldırdığı qanunauyğun məsələlərin araşdırılmaması subyektiv hüquqlarının pozulmasını göstərirdi. Yaddan çıxartmaq olmaz ki, işçinin subyektiv hüququ hüquqi vəzifələrdə qarşılıqlı əlaqəni göstərir ki, 2023-ci il iyulun axırlarından 2023-cü ilin 29 avqust tarixinə qədər olan dövr ərzində bu qarşılıqlı əlaqə yox idi. Yəni demək istəyir ki, ona münasibətdə işçi və işəgötürən münasibətlərində bu cür qarşılıqlı əlaqə olmadı. Belə ki, işçi kimi o, hüquq mükələffiyyətli şəxsdən, yəni işəgötürəndən müəyyən hərəkətlərin edilməsini tələb etmək imkanından məhrum edilmişdir. İmkanın bu növündən məhrum edilməyi nəticəsində ona verilən subyektiv hüquqlarının həyata keçirilməsi reallığını təmin edə bilmədi. Eyni zamanda görünən odur ki, direktor onun işçi kimi orada qalmağında maraqlı olmamışdır. Belə ki, direktor test imtahan nəticələrindən sonra da işdə qalmağı ilə bağlı məsələ qaldırmamış, ona münasibətdə öz səhvi ucbatından qanunun düzgün tətbiq olunmamasından yaranan hüquqi vəziyyət barədə heç bir məsələ qaldırmamış, sadəcə işdən azad olunmağı barədə tələsik əmr imzalamışdır. Onun bu yanaşması bütün vaxtını almış, 2- ci qrup şəkər xəstəsi kimi onun onsuz da aşağı olan sağlamlıq durumuna pis təsir etmiş, 2-ci qrup əlil olaraq qanunvericiliyin düzgün tətbiq olunmamasının sübut edilməsi məsələsi ilə məşğul olmağa onu vadar etmişdir. Halbuki bu işlərlə məşğul olmaq birbaşa direktorun vəzifə səlahiyyətlərinə aid olan məsələdir. Bütün bu mülahizələr subyektiv hüquqlarının Məktəbin direktoru tərəfdən kobud şəkildə pozulmasına dəlalət edir. Ən başlıcası ondan ibarətdir ki, bu və ya digər subyektiv hüququn tanınması üçün qanunvericilikdə norma olmalıdır. Bu baxımdan deyə bilər ki, Əmək Məcəlləsinin 12-ci fəslində işçinin və işəgötürənin hüquqları, vəzifələri, öhdəlikləri və məsuliyyətləri, eləcə də 288-ci maddədə fərdi əmək mübahisələrinin predmeti öz əksini tapmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinin 5-ci maddəsinə və "Mediasiya haqqındcı" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə uyğun olaraq fərdi əmək mübahisələri mediasiya vasitəsilə həll oluna bilər. Odur ki, cari il sentyabr ayının 21də Məktəbin direktoruna ilkin mediasiya sessiyasının təşkil edilməsi məqsədilə təklif göndərmişdir. Oktyabr ayının 10-da Sumqayıt 1 saylı Medasiya Təşkilatı tərəfindən mediasiya sessiyası təşkil olunsa da, Məktəbin direktoru X8 ilkin mediasiya sessiyasında iştirak etməkdən imtina etmiş və sessiyaya gəlməmişdir. X2 davamlı və təkidli çağırışlarına baxmayaraq Fatma Bayramova ilkin mediasiya sessiyasında iştirak etməməkdə qətiyyətli olmuşdur. 24 oktyabrda mediasiya arayışını rəsmi olaraq almışdır. Ona görə də Əmək Məcəlləsinin 294-cü maddəsinin tələblərini nəzərə alaraq fərdi əmək mübahisələrinin həll ilə bağlı məhkəməyə müraciət etməli olmuşdur. İddiaçının nümayəndəsi A.Z.Əsgərov eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə “Adil İbrahimli” adına 14 nömrəli tam orta məktəbin direktoru X9 iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçı 2022-ci ilin avqust ayında imtahana cəlb edilmişdir. Həmin vaxt iddiaçının 58 yaşı olmuşdur. Müəllimə xəstə olduğuna görə imtahanda iştirak etməmişdir. 2023-cü ildə yeni qanun çıxdı ki, 60 yaşına çatmış müəllimlər imtahandan azad edilmişdir. Müəllim bununla bağlı ona məlumat verəndə o, iddiaçıya bildirmişdir ki, bu rəsmi qərar deyildir. Həmçinin həmin vaxt iddiaçıya 60 yox 59 yaşının tamam olduğunu bildirmişdir. Onun iddiaçı ilə heç şəxsi qərəzi olmamışdır. Onun sevimli işçisi olmuşdur. Digər müəllimlərə necə məlumat vermişdirsə iddiaçıya həmin qaydada məlumat vermişdir. Bundan əlavə, İddiaçı Nazirlik tərəfindən əvvəlki ildə keçirilmiş sertifikatlaşdırmada iştirak etməmişdir. Qaydaya görə onun təkrar sertifikatlaşdırmada iştirak etmək hüququ olmuşdur. Lakin xx.xx.2023-cü il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırmada iştirak etməsi barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq İddiaçı həmin sertifikatlaşdırmada da üzrsüz səbəbdən iştirak etməmişdir. Qaydaya görə təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunduğu üçün xx.xx.2023-cü il tarixli əmrlə İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. Belə olan halda, həmin müqaviləyə xitam verilməsi barədə əmr qanunidir. Bu əmrin ləğv edilməsi üçün hər hansı əsas mövcud deyildir. Qeyd olunanları nəzərə alaraq, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Müstəqil tələb irəli sürməyən şəxsin nümayəndəsi Nümayəndə2 məhkəmədə iştirak edən zaman bildirmişdir ki, iddiaçının müraciəti əsasında onlar hər iki cavabdehə sorğu ünvanlamışlar. Sorğuya verilmiş cavab məktublarında iddiaçının üzürlü səbəbdən birinci sertifikasiya imtahanında iştirak edə bilmədiyi göstərilmişdir. Üzürlü səbəbdən iştirak edə bilməyən müəllimlərin təkrar sertifikasiyasında da iddiaçının üzürlü səbəbdən birinci sertifikasiya imtahanında iştirak edə bilmədiyi göstərilmişdir. Üzürlü səbəbdən iştirak edə bilməyən müəllimlərin təkrar sertifikasiyasında da iddiaçı iştirak etməmişdir. Direktorun hərəkətində heç bir inzibati xəta aşkarlanmamış və bununla bağlı iddiaçıya cavab məktubu ünvanlanmışdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğu üçün təmin olunmamalıdır. İş materiallarında olan “Adil İbrahinli” adına 14 nömrəli məktəbin ibtidai sinif müəllimi İddiaçı xx.xx.2023-cü il tarixli ərizəsinin surətindən görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində Ümumi təhsil haqqında Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanuna edilmiş dəyişikliyə əsasən, dövlət ümumi təhsil müəssələrində çalışan 60 və daha yuxarı yaşda olan təhsilverənlərin sertifikatlaşdırma prosesində iştirakı könüllü şəkildə olmuşdur. Qeyd olunanları nəzərə alaraq təhsil verənlərin sertifiaktlaşdırılması prosesində könüllü şəkildə iştirakdan imtina etmişdir. İşdə olan Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatların verilməsi barədə arayışın surətindən görünür ki, İddiaçı ikinci dərəcəli əlildir. İşə əlavə olan İT-İ №0428657 saylı əmək kitabçasında olan 192 nömrəli, xx.xx.2023cü il tarixli əmrdən görünür ki, məktəbin ibtidai sinif müəllimi ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə (peşəkarlıq səviyyəsinin ixtisasının kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə) əsasən xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Abşeron-Xızı regional şöbəsinin İddiaçı ünvanladığı məktubdan görünür ki, onun “Sumqayıt şəhər Adil İbrahimli adına 14 nömrəli tam orta məktəbdə əmək hüquqlarınızın pozulması bərədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinə etdiyi müraciətə Xidmətin Abşeron-Xızı regional şöbəsində baxılmışdır. Müraciətdə qeyd etdiyi məsələlərin araşdırılması məqsədi ilə tərəflərindən “Sumqayıt şəhər Adil İbrahimli adına 14 nömrəli tam orta məktəbin rəhbərliyinə 3-17-5/2- 39604/2023 nömrəli xx.xx.2023-cü il tarixli məktubla müraciət olunmuş, ona aid olan sənədlərin "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunun 7.9-cu maddəsinə müvafiq olaraq təqdim edilməsi xahiş olunmuşdur. “Sumqayıt şəhər Adil İbrahimli adına 14 nömrəli tam orta məktəbin rəhbərliyinin təqdim etdiyi xx.xx.2023-cü il tarixli 3-29-36/2-1748/2023 nömrəli rəsmi məktuba və təsdiqedici sənədlərə baxılaraq müəyyən olundu ki, Sizinlə xx.xx.1991-ci il tarixindən müddətsiz əmək müqaviləsi bağlanılaraq “Sumqayıt şəhər Adil İbrahimli adına 14 nömrəli tam orta məktəb”də ibtidai sinif müəllimi vəzifəsinə işə qəbul olunmuşdur. Onun əmək müqaviləsinə "Sumqayıt şəhər Adil İbrahimli adına 14 nömrəli tam orta məktəb”in işəgötürəni tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 192 nömrəli əmr ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən (peşəkarlıq səviyyəsinin ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə) xx.xx.2023-cü İİ tarixdən xitam verilmişdir. Araşdırmada iştirakınızı təmin etmək və əlavə izahat, müvafiq təsdiqedici sənədlərin təqdim olunması məqsədi ilə ünvanınıza (ünvan 3 xx.xx.2023-cü il tarixli məktub göndərilmişdir. İzahatınızda işə bərpa olunmaq istədiyinizi, başqa hec bir tələbinizrin olmadığını bildirmisiniz. Təqdim etdiyiniz bank çıxarışına əsasən son haqqhesabınız xx.xx.2023-cü il tarixdə əmək haqqı kartına köçürülmüşdür. 2020-ci ilin avqust ayında keçirilmiş “Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırma prosesi”ndə əmək qabilliyyətinin olmaması səbəbindən iştirak etməmişdir. Növbəti sertifikatlaşdırma prosesində xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidentinin 24 iyul 2023-cü il tarixində “Təhsil haqqında” qanuna dəyişiklik edilməsinə (60 və daha yuxarı yaşı olan müəllimlərin sertifikatlaşdırmada könüllü iştirak etməsi) istinad edərək iştirak etməmisiniz. Lakin ‘Təhsil haqqında” qanuna dəyişiklik Sizə şamil edilmir, ona görə ki xx.xx.2023-cü il tarixində 60 (altmış) yaşı tamam olur. Bildirir ki, “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydası” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Həmin qərarın 5.2-ci bəndinə görə üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaüdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi setifikatlaşdırmanın keçirildiyi tədris ilinin sonunda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir. Azərbaycan Respublikası “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə uyğun olaraq əmək münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Əmək münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı Sumqayıt 1 saylı Mediasiya Təşkilatının mediatoru X10 xx.xx.2023-cü il tarixdə təşkil etdiyi ilkin mediasiya sessiyasında iştirak etmişdir. Cavabdeh həmin ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə poçt vasitəsi ilə məlumatlandırılsa da, sessiyada iştirak etməmişdir. X17 üçün 50 (əlli) manat məbləğində mediasiya xərcini birinci tərəf İddiaçı tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin "xxxx" bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarındandır. Həmin Məcəllənin 70-ci maddəsinin "c" bəndinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 3-cü bəndinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli, 155 nömrəli qərarına əsasən “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydası” təsdiq edilmişdir. Həmin Qaydanın 2.1 -ci maddəsinə əsasən sertifikatlaşdırma Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi (bundan sonra - Nazirlik) tərəfindən həyata keçirilir. Həmin Qaydanın 3.2-ci maddəsinə əsasən sertifikatlaşdırmanın keçirilməsi yerini, vaxtını və sertifikatlaşdırmanın keçiriləcəyi ixtisasları (fənləri) Nazirlik müəyyən edir və altsistemdə yerləşdirir. Sertifikatlaşdırma təhsilverənlərin tədris apardığı dildə keçirilir. Həmin Qaydanın 3.4-cü maddəsinə əsasən qeydiyyatdan keçmiş hər birtəhsilverən üçün altsistemdə “Şəxsi kabinet” açılır və kabinetin şifrəsi təhsilverənin əlaqə vasitələrinə (mobil telefonuna və ya elektron poçt ünvanına) göndərilir. Təhsilverənlər sertifikatlaşdırma ilə bağlı məlumatları (sertifikatlaşdırmanın keçirilmə vaxtı və yeri barədə, yaddaş kitabçası və s.) “Şəxsi kabinet” vasitəsilə əldə edirlər. Sertifikatlaşdırmanın keçirilməsinə ən azı 1 (bir) ay qalmış onun vaxtı və yeri barədə bildiriş “Şəxsi kabinet”ə göndərilir. Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş təhsilverənlərə bu bənddə göstərilən məlumatlar təhsil müəssisələri tərəfindən şəxsən təqdim olunur. Təhsilverən sertifikatlaşdırmaya yalnız şəxsiyyət vəsiqəsi təqdim etdikdə buraxılır. Həmin Qaydanın 5.2-ci maddəsinə əsasən üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yen saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Məhkəmə iclası zamanı müəyyən edildi ki, İddiaçı Nazirlik tərəfindən əvvəlki ildə keçirilmiş sertifikatlaşdırmada iştirak etməmişdir. Qaydaya görə onun təkrar sertifikatlaşdırmada iştirak etmək hüququ olmuşdur. Lakin xx.xx.2023-cü il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırmada iştirak etməsi barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq İddiaçı həmin sertifikatlaşdırmada da üzrsüz səbəbdən iştirak etməmişdir. Qaydaya görə təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunduğu üçün xx.xx.2023-cü il tarixli əmrlə İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. Belə olan halda, həmin müqaviləyə xitam verilməsi barədə əmr qanunidir. Bu əmrin ləğv edilməsi üçün hər hansı əsas mövcud deyildir. Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə müvafiq olaraq, bu Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Bu prinsiplərdən irəli gələrək qanunverici tərəfindən əmək hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu məqsədə çatmaq üçün Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir (Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh olunmasına dair xx.xx.2021-ci il tarixli qərarı). Göründüyü kimi iddiaçının əmək müqaviləsinə xitam verilərkən hər hansı qanun pozuntusuna yol verilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, iddiaçının barəsində verilmiş əmrin qanunsuzluğuna dair irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığı və əsassız sayıldığı üçün digər, yəni, işə bərpa edilmə və s. tələblərinə də hüquqi qiymət verilməsinə zərurət yoxdur. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Dövlətin insan hüquqlarının və azadlıqlarının qorunması vəzifəsinin konstitusiya quruluşunun əsaslarına aid olduğunu və bu hüquqların dövlət tərəfindən, o cümlədən, məhkəmə qaydasında müdafiəsini zəruri edir… Məhkəmə müdafiəsi beynəlxalq hüquqda müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 440.4-cü və «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikası Qanununun 74.1-ci maddələrinə dair» xx.xx.2002-ci il taixli qərarı) Beləliklə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia əsassız olduğu üçün rədd edilməlidirlər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan “Adil İbrahimli adına 14 nömrəli tam orta məktəbin direktoru X6 qarşı «işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə» dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar