Məhkəmə qərarları › İş №2(060)-7359/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-7359/2024

01.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-7359/2024 01.11.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt şəhər Məhkəməsinin hakimi Tanrıverdiyeva Günel Cəbrayıl qızı, Ərizəçi Maraqlı şəxsnə qarşı mirasın qəbul edilməsi müddətinin uzadılması tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı mirasın qəbul edilməsi müddətinin uzadılması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, miras kütləsinə daxil olan və mərhum atası X1 miras qalmış əmlakın onun tərəfindən qəbul müddətinin uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 305-ci maddəsi məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlərin siyahısını müəyyən etmişdir. Həmin maddəyə əsasən mirasın qəbul müddətinin uzadılması barədə hazırkı ərizə xüsusi icraat qaydasında baxılan tələblər arasında qeyd edilməmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Ərizəçi hazırkı ərizəsində tərəfləri iddiaçı və cavabdeh adlandırmaqla, mirasın qəbul müddətinin uzadılması barədə iddia ərizəsi ilə iddia icraatı qaydasında məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası MPM-in 152.1.1-ci maddəsinin tələblərinə görə isə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Ərizəçi Maraqlı şəxsnə qarşı mirasın qəbul edilməsi müddətinin uzadılması tələbinə dair ərizə və ona əlavə olunmuş sənədləri geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263, 264-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Ərizəçiyə Ərizəçi Maraqlı şəxsnə qarşı mirasın qəbul edilməsi müddətinin uzadılması tələbinə dair ərizə və ona əlavə olunmuş sənədləri geri qaytarılsın. Ərizəçiyə, ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar