Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7396/2024 29.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Abşeron-Xızı Regional Təhsil İdarəsini cəlb etməklə Cavabdehna qarşı “əmrin ləğv edilməsi, işə bərpa, əmək haqqının ödənilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Abşeron-Xızı Regional Təhsil İdarəsini cəlb etməklə Cavabdehna qarşı “əmrin ləğv edilməsi, işə bərpa, əmək haqqının ödənilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı uzun illər körpələr evində paltar dəyişən vəzifəsində işləmiş və iddiaçıya verilən tapşırıqların öhdəsindən yüksək səviyyədə gəlməyə, səmərəli fəaliyyət göstərməyə çalışmışdır. İddiaçıya tapşırılan işləri layiqincə yerinə yetirdiyi üçün, rəhbərlik tərəfindən dəyərləndirilmiş və iddiaçıya *5.*1.2*22-ci il tarixdə 45 saylı körpələr evi-uşaq bağçasının müdirinin 1 saylı əmrinə əsasən təşəkkür elan edilmişdir. Lakin bir neçə müddət bundan əvvəl iş yerində iddiaçıya qarşı olan münasibətlər mənəvi sarsılmağına və məyus olmağına səbəb olmuşdur. Belə ki, iddiaçı Sumqayıt şəhəri 45 saylı Körpələr evi-uşaq bağçasına 3*.*8.2**2-ci il tarixli, 32 saylı əmrə əsasən paltar dəyişən vəzifəsinə qəbul edilmişdir. Həmin vaxt iddiaçı ilə müddətsiz əmək müaviləsi bağlanmış və minimum əmək haqqı məbləğində məvacib ödənilmişdir. Bu illər ərzində iddiaçının işində nöqsan aşkarlanmamış və heç vaxt iddiaçıdan şikayət edilməmişdir. Çünki işinə vicdanla yanaşmış, verilən tapşırıqları vaxtında və qüsursuz icra etmişdir. Cari ilin iyun ayının onunda məzuniyyətdən qayıdan gün iddiaçıya məxsus mobil nömrəyə həmin bağçanın təsərrüfat işləri üzrə müdiri Şəhla Əbdürəhmanova zəng edərək, müvəqqəti olaraq qrupların birində tərbiyəçi müəllim olmadığından, onu əvəz edəcəyini bildirmişdir. Həmin vaxt Ş.Əbdürəhmanova səhhəti ilə bağlı xəstəxanada müalicə aldığı üçün bülletendə idi. Yəni onun həmin vaxt iddiaçıya hər hansı göstəriş verməsi tamamilə qanunsuz olmuşdur. Amma iddiaçı işini itirməmək xətrinə razılıq vermişdir. Amma razılıq verməmişdən öncə Ş.Əbdürəhmanovaya pedaqoji təhsilinin olmadığını və o cümlədən uşaqlarla işləmək çox məsuliyyət tələb edən iş olduğunu qeyd etsə də, o, iddiaçı ilə razılaşmamış və müəllimlər məzuniyyətdən qayıdana qədər həmin işdə işləyəcəyimi təkid etmişdir. Çünki həmin vaxt müəllimlər məzuniyyətdə idi və uşaqların təlim-tərbiyəsi ilə məşğul olan yox idi. Yuxarıda da qeyd etdiyi kimi, işini itirmək qorxusu olduğundan, 1*.*6.2*24-cü il tarixdən 14.*8.2*24-cü il tarixədək, heç bir əmr verilmədən, əmək müqaviləsinə dəyişiklik edilmədən uşaqların “təlim tərbiyəsi" ilə məşğul olmağı üçün qruplardan birinə göndərilmişdir. İddiaçı pedaqoji təhsilinin və stajının olmamasına baxmayaraq, öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirmişdir. Lakin bütün bunlara baxmayaraq, heç bir əsas olmadan 15.*8.2*24-cü il tarixdə 2*1 saylı əmrə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndi ilə, yəni guya “əmək vəzifələrini kobud şəkildə pozduğuna görə” işdən azad edilmişdir şikayətini əsas gətirərək, əmri imzalamışdır. Bu qədər əsassız, qanunsuz və heç bir sübuta söykənməyən qərarın verilməsində məqsədin nə olduğunu hələ də başa düşmür. 15.*8.2*24-cü il tarixli 2*1 saylı əmri qanunsuz və əsassız hesab edilməklə ləğv edilməli və iddiaçı öz işinə bərpa edilməlidir. Belə ki, iddiaçının qrupda olan uşaqlardan birini döyməyinə dair işəgötürən tərəfindən heç bir sübut təqdim edilməmişdir. Əgər iddiaçı qrupda olan hər hansı uşaqlardan birini döyüb ona xəsarət yetirsə idi, iddiaçının barəsində şikayət olunar və araşdırma aparılardı. Lakin bu barədə heç bir araşdırma aparılmamış, izahatı belə alınmamışdır. Ona görə də bu əmrin iddiaçıya qarşı qərəzli bir münasibət və ya hər hansı məqsədlə verildiyini düşünür. İddiaçı həmçinin X8nın qərarını da qanunsuz hesab edir. Çünki həmkarlar ittifaqının üzvü olmağına baxmayaraq, ətraflı araşdırılma aparılmamış, həmkarlar ittifaqının yığıncağına dəvət edilməmiş və ittifaqın razılığı öncədən alınmamışdır. Bir daha qeyd etmək istəyir ki, üzərinə düşən işi vicdanla və lazımınca yerinə yetirmiş və müqavilə ilə müəyyən edilmiş öhdəliklərə əməl etmişdir. İddiaçı Qubadlı rayonundan məcburi köçkündür və 1993-cü ildən Sumqayıt şəhərində məskunlaşmışdır. Hazırda da Sumqayıt şəhəri, 41-ci məhəllədə yerləşən 9 saylı yataqxananın 31 nömrəli otağında ailəsi ilə birlikdə yaşayır. Bir azyaşlı övladı var, onun saxlanılması, maddi tələbatlarının ödənilməsi üçün iddiaçının işləməyinə ehtiyacı vardır. Əgər iddiaçıya qanunsuz olaraq verilmiş əmr ləğv olunmasa, bundan sonra işləmək imkanı məhdudlaşacaq. Onda da övladının bir fərd kimi böyüyüb boya başa çatmasında, o cümlədən digər maddi tələbatlarının ödənilməsində çətinliklərlə üzləşəcək. Çünki iddiaçının tək qazanc yeri Cavabdeh idi. İyirmi iki ildir eyni müəssisədə paltar dəyişən vəzifəsində fasiləsiz olaraq qüsursuz işləyir. Göstərilənlərə əsasən, 15 avqust 2*24-cü il tarixli, 2*1 saylı əmrinin qanunsuz hesab edilərək ləğv edilməsi, iddiaçının öz iş yerinə bərpa olunması və məcburi buraxılmış iş müddəti üçün əmək haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər.
4. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə etiraz edərək, bildirmişdir ki, iddiaçı bağçada əmək fəaliyyətinə *2.*9.2**2-ci il tarixli əmək müqaviləsinə əsasən dəyişəyəbaxan tikişçi qadın vəzifəsinə işə qəbul olunmaqla başlamışdır. İddiaçı əmək fəaliyyəti dövrdə mütəmadi olaraq əmək vəzifələrini, müəssisədaxili intizam və etik davranış qaydalarını pozmuş, barəsində tətbiq edilmiş intizam tənbehlərindən nəticə çıxarmamışdır. Belə ki, iddiaçı 31.*1.2*24-cü il tarixdə əmək vəzifələrini pozduğu üçün, bağçanın 16.*2.2*24-cü il tarixli, 56 nömrəli əmri ilə ona sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. İddiaçının əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını ve əmək vəzifələrini kobud şəkildə pozmasına dair (uşağı döyməsi) valideyn müraciəti, işçilərin izahatları, aktlar və müvafiq təsdiqedici sənədlər bağçaya daxil olmuşdur. İddiaçı uşağı döydüyü gün işdə olduğu üçün əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehinə nəticə çıxarmayaraq, altı ay ərzində təkrarən əmək funksiyasını və əmək vəzifələrini kobud şəkildə pozması ilə əlaqədar izahat verməyə dəvət edilsə də imtina etmişdir. Bağça tərəfindən iddiaçının yuxarıda qeyd olunan hərəkəti onunla bağlanmış əmək müqaviləsinin ve Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndinə görə əmək vəzifələrinin kobud şəkildə pozulması kimi qiymətləndirilmiş, müvafiq sənədlər X8 Komitəsinə göndərilmişdir. İddiaçı həmin gün keçirilən X8 Komitəsinin yığıncağında sözügedən məsələyə baxılması ilə əlaqədar iclasa iştirak etməyə çağırılsa da, həmin iclasda İştirak etməkdən imtina etmişdir, X8 Komitəsinin 15.*8.2*24-cü il tarixli məktubu ilə Bağçaya təqdim edilmiş qərarına əsasən İddiaçı tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulmasına görə onun əmək müqaviləsinə xitam verilməsi məqsədəuyğun hesab edilmişdir. Bağçanın 15.*8.2*24-cü iİ tarixə 2*1 nömrəli əmrinə əsasən dəyişəyəbaxan tikişçiqadın vəzifəsində çalışan İddiaçı ilə bağlanılmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7*-ci maddəsinin "ç" bəndinə əsasən (72-ci maddəsinin "ə” bəndində nəzərdə tutulan halda) 15 avqust 2*24-cü il tarixindən ləğv edilmişdir. İddiaçıya dərhal bu barədə məlumat verilmiş, əmrlə tanış edilməklə əmək kitabçası təhvil alması ona təklif edilmişdir. Lakin iddiaçı əmək müqaviləsinə xitam verilməsi ilə razılaşmayaraq, həmin xitam əmri ilə tanış olmasına dair qeydi əmrə yazmaqdan və əmək kitabçasını təhvil almaqdan imtina etmiş, onun bu imtinası Bağçanın əməkdaşları tərəfindən aktlaşdırılmışdır. Lakin 16.*8.2*24-cü il tarixdə iddiaçı əmək kitabçasını, Bağçadan təhvil götürmüş, həmin gün də rəsmi ərizə yazaraq işə bərpa edilməsini xahiş etmişdir. Bundan əlavə, iddiaçı 15.*8.2*24-cü il tarixdə işdən azad edildiyi gün əmrlə tanış olmuş əmək müqaviləsinə xitam verildiyini həmin vaxt bilmişdir. İddiaçı 15.*8.2*24-cü il tarixdən etibarən 1 ay ərzində bağçaya mediasiya təklifi göndərməmiş, işəgötürən olaraq bağçaya qarşı mediasiya prosesi başlatmamışdır. Hazırki mediasiya arayışının alınmasına əsas olmuş mediasiya prosesi isə bağçaya *1.1*.2*24-cü il tarixli mediasiya təklifinin göndərilməsi ilə başlanılmış, iddia ərizəsi isə məhkəməyə 3*.1*.2*24cü il tarixdə göndərilmişdir. Belə ki, iddia müddəti ötürülmüşdür. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
6. Məhkəmə işə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
7. Məhkəmə proses iştirakçılarının izahatlarını və şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi rədd edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
8. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 öz ifadəsində göstərmişdir ki, o, Sumqayıt şəhər 45 nömrəli körpələr evi-uşaq bağçasıda 2* ildir ki tərbiyəçi müəllim vəzifəsində çalışır. 15 ildir ki, Sumqayıt şəhəri 45 nömrəli körpələr evi-uşaq bağçasının Həmkarlar Komitəsində işləyir. 14 avqust tarixində uşaqları yuxudan sonra həyətə çıxarmışlar və kölgəliklərdə uşaqlarla birgə əyləmişlər. Bu zaman valideynlərdən biri ilə iddia arasında narazılıq yaranmış və bağçanın həyətində səs-küy olmuşdur. Valideynin yanına yaxınlaşan zaman bildirmişdir ki, iddiaçı uşaqlardan birini döymüşdür. Bundan əlavə də seçkilər zamanı bağçadaxili də iddiaçı başqa bir əməkdaşa qarşı nalayiq ifadələr işlədərək dalaşmışdır.
9. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 öz ifadəsində göstərmişdir ki, Sumqayıt şəhər 45 nömrəli körpələr evi-uşaq bağçasında psixoloq vəzifəsində çalışır. Hadisə olan zaman uşaqları həyətə çıxarmışdılar. O, valideynin səs-küyünü eşidərək iddiaçı ilə valideynin mübahisəsi olduğu yerə getmişdir ki, sakitçilik yarada bilsin. Bu zaman valideyn ona uşağın iddiaçı tərəfindən döyüldüyünü bildirmişdir. Bundan əlavə valideynlə danışıq aparsa da, iddiaçı barəsində şikayət edəcəyini bildirmişdir. 1*. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 öz ifadəsində göstərmişdir ki, Sumqayıt şəhər 45 nömrəli körpələr evi-uşaq bağçasıda dayə vəzifəsində çalışır. İddiaçı bağçada sökük və tikişə ehtiyac olan anlarda gələrək tikişçi qadın vəzifəsini yerinə yetirmişdir. O, bağçada müəllim olaraq işləməmişdir. Hadisə zamanı o, içəridə olmuşdur və baş verənləri görməmişdir.
11. İşin materiallarında olan Sumqayıt şəhər 45 nömrəli körpələr evi-uşaq bağçası ilə İddiaçı arasında bağlanmış *2.*9.2**2-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı Sumqayıt şəhər 45 nömrəli körpələr evi-uşaq bağçasında «dəyişəyə baxan tikişçi qadın» vəzifəsinə təyin edilmişdir.
12. İş materiallarında olan *4*3385 saylı əmək kitabçasının surətindən görünür ki, İddiaçı Sumqayıt şəhər Təhsil Şöbəsi 45 nömrəli körpələr evi-uşaq bağçasında *2.*9.2**2ci il tarixdən 15.*8.2*24-cü il tarixədək «paltar dəyişən» vəzifəsini icra etmişdir. 15.*8.2*24cü il tarixdə Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədan azad edilmişdir.
13. İş materiallarında olan Sumqayıt şəhəri 45 nömrəli körpələr evi-uşaq bağçasının müdiri səlahiyyətlərini müvəqqəti icra edən X5 bağçanın metodisti Sevda Rəhimova tərəfindən təqdim edilmiş 31.*1.2*24-cü il tarixli xidməti yazının surətindən görünür ki, 31 yanvar 2*24-cü il tarixdə, saat *9:3*-da iş vaxtında Sumqayıt şəhəri 45 nömrəli körpələr evi-uşaq bağçasında bağçanın dəyişəyəbaxan tikişçi qadın vəzifəsində çalışan İddiaçı onun əmək funksiyalarına aid işin icrası ilə əlaqədar müraciət etmişdir. İddiaçı əmək müqaviləsi üzrə ona təhkim olunmuş işi icra etmək əvəzinə, bağçanın dəhlizində ucadan nalayiq sözlər işlədib hay-küy salaraq, daxili intizam qaydalarını pozmuş və əmək müqaviləsi üzrə öhdəliklərini icra etməmişdir.
14. İş materiallarında olan Sumqayıt şəhəri 45 nömrəli körpələr evi-uşaq bağçasının 16.*2.2*24-cü il tarixli, 56 nömrəli əmrinin surətindən görünür ki, Azərbaycan Republikasının Əmək Məcəlləsinin 189-cu maddəsinin ikinci hissəsinin “b” bəndinə uyğun olaraq 31.*1.2*24-cü il tarixdə iş vaxtında Sumqayıt şəhəri 45 nömrəli körpələr evi-uşaq bağçasında bağçanın dəyişəyəbaxan tikişçi qadın vəzifəsində çalışan İddiaçı əmək və icra intizamını, eləcə də müəssisədaxili intizam qaydalarını pozduğuna görə sonuncu xəbərdarlıq edilməklə şiddətli töhmət verilməsi əmr edilmişdir.
15. İş materiallarında olan 14.*8.2*24-cü il tarixdə Səfərova.A.B, Şıxıyeva.G.B, Fərəcova.L.İ tərəfindən tərtib edilmiş aktdan görünür ki, 14.*8.2*24-cü il tarixində saat 16:3*-da bağçanın Göyərçinlər qrupunun uşaqları sıra ilə düzülüb həyətə çıxan zaman uşaqların sırasının yanında onlarla bərabər İddiaçı Mirzaxan qızı bağçanın həyətindəki uşaqların istirahəti üçün quraşdırılmış günlüyə getmiş, uşaqlara da səs salmayın sakit durun demişdir. Həmin vaxt Göyərçinlər qrupundan olan uşaq Rzayev Şamxala şiddət göstərmişdir. Bu zaman valideynlər Aslanova Sara, Rzayeva Sevil və Rzayev Tural onun bu hərəkətini görmüş, etiraz edəndə İddiaçı onlarla yüksək səslə dalaşaraq təhqiramiz ifadələr işlətmişdir.
16. İş materiallarında olan 14.*8.2*24-cü il tarixdə Səfərova.A.B, Şıxıyeva.G.B, Fərəcova.L.İ tərəfindən tərtib edilmiş aktdan görünür ki, dəyişəyə baxan tikişçi qadın İddiaçı iştirakı ilə 14.*8.2*24-cü il tarixində saat 16:5*-də İddiaçı əmək vəzifəsini kobud şəkildə pozması, uşağı döyməsi, bağçanın müdiri X6 tərəfindən yazılı izahatın verilməsi tələb edilsə də, İddiaçı izahat yazmaqdan imtina etmişdir.
17. İş materiallarında olan 14.*8.2*24-cü il tarixdə Səfərova.A.B, Şıxıyeva.G.B, Fərəcova.L.İ tərəfindən tərtib edilmiş aktdan görünür ki, dəyişəyə baxan tikişçi qadın İddiaçı iştirakı ilə 14.*8.2*24-cü il tarixində əmək vəzifəsini kobud şəkildə pozmasına görə tərtib olunmuş aktı imzalamaqdan imtina etmişdir.
18. İş materiallarında olan 15.*8.2*24-cü il tarixdə valideynlər-Aslanova Sara, Rzayeva Sevil və Rzayev Tural tərəfindən tərtib edilmiş aktdan görünür ki, 14.*8.2*24-cü il tarixində bağçanın texniki işçisi İddiaçı X11 şiddət göstərib uşağı bir neçə dəfə vurub. Bunu gördükdən sonra onlar etiraz etmişlər, o isə səs tonunu qaldıraraq qışqırmağa və hərəkətinə bəraət qazandırmağa çalışdır. Bu haqda lazımi orqanlara müraciət edəcəklər.
19. İş materiallarında olan Sumqayıt şəhəri 45 nömrəli körpələr evi-uşaq bağçasının Həmkarlar Komitəsinin İclasının 15.*8.2*24-cü il tarixli, 9 nömrəli protokolunun surətindən görünür ki, Sumqayıt şəhər 45 nömrəli körpələr evi-uşaq bağçasının dəyişəyə baxan tikişki qadın vəzifəsində çalışan İddiaçı əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozmuşdur. Belə ki, o, bağçada təhsil alan X12 14.*8.2*24-cü il tarixdə döymüş, bununla əlaqədar izahat verməkdən imtina etmiş, o cümlədən etik davranış qaydalarını və müəssisədaxili intizam qaydalarını pozmuşdur. X1* valideyni X16 ərizə ünvanlayaraq İddiaçı hərəkətlərindən şikayətçi olduğunu, sonuncunun barəsində tədbir görülməzsə hüquq mühafizə orqanlarına müraciət edəcəyini bildirmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndi, 72-ci maddəsinin ilə” bəndi və 186-cı maddəsinin 2-ci hissəsinin “ç" bəndinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda ləğv edilə bilər. Əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 1*-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona əmək müqaviləsini bu Məcəllənin 7*-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək intizam tənbehini verə bilər. Göstərilənləri nəzərə alaraq, işəgötürən tərəfindən Sumqayıt şəhəri 45 nömrəli körpələr evi-uşaq bağçasının dəyişəyə baxan tikişki qadın vəzifəsində çalışan İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndinə əsasən (72-ci maddəsinin “ə” bəndində nəzərdə tutulan halda) ləğv edilməsi məqsədəmüvafiq hesab edilmişdir. 2*. İş materiallarında olan Sumqayıt şəhəri 45 nömrəli körpələr evi-uşaq bağçasının Həmkar Komitəsinin sədri Vüsalə Ələkbərova tərəfindən Sumqayıt şəhəri 45 nömrəli körpələr evi-uşaq bağçasının müdiri Ruhiyyə Məhərrəmova ünvanladığı məktubdan görünür ki, 15.*8.2*24-cü il tarixli, 13 nömrəli təqdimata cavab olaraq bildirilir ki, Sumqayıt şəhər 45 nömrəli körpələr evi-uşaq bağçasının dəyişəyə baxan tikişki qadın vəzifəsində çalışan X1 emək vəzifələrini kobud şəkildə pozması səbəbindən İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsi məsələsinə Sumqayıt şəhər 45 nömrəli körpələr eviuşaq bağçasının Həmkarlar Komitəsinin 15.*8.2*24-cü il tarixli iclasında baxılmış və İddiaçı əmək müqaviləsinin Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndi, 72-ci maddəsinin “ə” bəndində sadalanan halda əsası ilə ləğv olunması məqsədəmüvafiq hesab edilmişdir.
21. İş materiallarında olan Sumqayıt şəhəri 45 nömrəli körpələr evi-uşaq bağçasının 15.*8.2*24-cü il tarixli intizam tənbehi tədbirinin görülməsi barədə 15.*8.2*24-cü il tarixli, 2*1 nömrəli əmrdən çıxarışın surətindən görünür ki, Sumqayıt şəhər 45 nömrəli körpələr evi-uşaq bağçasının dəyişəyə baxan tikişçi qadın vəzifəsində çalışan İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7*-ci maddəsinin "ç" bəndinə əsasən (72-ci maddəsinin "ə" bəndində nəzərdə tutulan halda) 15 avqust 2*24-cü il tarixindən ləğv edilməsi əmr edilmişdir.
22. Həmin əmrdən görünür ki, Sumqayıt şəhər 45 nömrəli körpələr evi-uşaq bağçasının dəyişəyə baxan tikişçi qadın vəzifəsində çalışan İddiaçı əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını və əmək vəzifələrini kobud şəkildə pozmasına dair (uşağı döyməsi) valideyn müraciəti, işçilərin izahatları, aktlar və müvafiq təsdiqedici sənədlər Sumqayıt şəhər 45 nömrəli körpələr evi-uşaq bağçasına daxil olmuşdur. İddiaçı işdə olduğu üçün əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehinə nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını və əmək vəzifələrini kobud şəkildə pozması ilə əlaqədar izahat verməyə və Sumqayıt şəhər 45 nömrəli körpələr evi-uşaq bağçasının Həmkarlar İttifaqı Komitəsinin yığıncağında sözügedən məsələyə baxılması ilə əlaqədar iclasa iştirak etməyə çağırılsa da, həmin iclasda iştirak etməkdən imtina etmişdir (proses aktlaşdırılmışdır). Sumqayıt şəhər 45 nömrəli körpələr evi-uşaq bağçasının Həmkarlar İttifaqı Komitəsinin 15.*8.2*24cü il tarixli məktubu ilə Bağçaya təqdim edilmiş qərara əsasən İddiaçı tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulmasına görə onun əmək müqaviləsinə xitam verilməsi məqsədəuyğun hesab edilmişdir. Beləliklə, İddiaçı yuxanda qeyd olunan hərəkəti onunla bağlanmış əmək müqaviləsinin və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin "ə" bəndinə görə əmək vəzifələrinin kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir.
23. İş materiallarında olan 19.*8.2*24-cü il tarixdə Rəhimova S.M, Əbdürəhmanova Ş.T, Ələkbərova V.F tərəfindən tərtib edilmiş aktdan görünür ki, İddiaçı əmək kitabçasını təhvil almışdır.
24. İş materiallarında olan İddiaçı tərəfindən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsi 3-cü Polis Bölməsinə verdiyi 19 avqust 2*24-cü il tarixli izahatından görünür ki, 14.*8.2*24-cü ildə Sumqayıt şəhər 45-ci məhəllədə yerləşən 45 saylı uşaq bağçasında xidməti fəaliyyətini davam etdirərkən həmin zaman bağçada olan azyaşlının valideyni ona başqa uşağı qəsdən incitdiyini iddia etmişdir. Lakin bununla razılaşmadıqda aralarında mübahisə başlamışdır. Ətrafda olan iş yoldaşları sakit qalmağa dəvət etdilər. Bunun nəticəsində Sumqayıt ŞPİ 3-cü PB-yə dəvət olunmuş və polis əməkdaşı tərəfindən izahatı alınmışdır.
25. İş materiallarında olan Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC-nin Sumqayıt Regional Poçt filialı tərəfindən Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan ünvan 2 ünvanlanmış 3*.*9.2*24-cü il tarixli məktubda qeyd edilmişdir ki, 28.*8.2*24-cü il tarixində vətəndaş Elnarə Ağakişiyeyanın hüquqi nümayəndəsi və vəkili kimi özünü təqdim edən Cavad adlı şəxs AZ5**1 saylı poçt şöbəsinin əməliyyatçısına yaxınlaşaraq, Abşeron-Xızı Regional Təhsil İdarəsinə SS9*743**97AZ ştrix kodlu sifarişli məktub göndərmişdir. Həmin məktub Təhsil İdarəsinin nümayəndəsi tərəfindən təhvil alınmışdır. 19.*9.2*24-cü il tarixində Cavad yenidən poçt şöbəsinə yaxınlaşaraq onların əməkdaşına Abşeron-Xızı Regional Təhsil İdarəsinə göndərdiyi əvvəlki məktubu Sumqayıt 45 saylı körpələr evi uşaq baxçasına göndərməli olduğu halda, səhvən Təhsil İdarəsinə göndərdiyini bildirmişdir. Odur ki, 45 saylı körpələr evi uşaq bağçasına məktub göndərilməsi barədə yeni qəbz verilməsini tələb etmişdir. Əməkdaşdan 19.*9.2*24-cü il tarixli, 44*787513 saylı ödəniş qəbzi əldə edib, 22.*8.2*24cü il tarixli təqvim möhürü ilə möhürlətdirərək heç bir məktub təqdim etmədən poçt şöbəsini tərk etmişdir. Mediasiya təşkilatına təqdim edilmiş həmin qəbzlə 45 saylı körpələr evi uşaq baxçasına məktub göndərilmədiyi üçün qəbz tərəflərindən etibarsız hesab edilmişdir. Əməkdaşın yol verdiyi intizam xətasına görə əmək qanunvericiliyinə uyğun olaraq barəsində intizam tənbehi veriləcəkdir. Nəzərə alınması xahiş edilmişdir.
26. İş materiallarında olan 24.1*.2*24-cü il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, tərəflər 23.1*.2*24cü il tarixdə saat 1*:**-da mediasiya prosesində iştirak etmişlər, lakin tərəflər prosesin davam etdirilməsinə razılıq bildirməmişlər. Həmçinin İMS üçün ərizənin tarixi 18.1*.2*24-cü ildir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
27. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı *2.*9.2**2-ci il tarixdən Sumqayıt şəhər 45 nömrəli körpələr evi-uşaq bağçasında «dəyişəyə baxan tikişçi qadın» vəzifəsində çalışmış və işəgötürənin 15.*8.2*24-cü il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin «ç» bəndi ilə işdən azad olunmuşdur. Hazırda iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun işdən çıxarılmasının qanunsuz olduğunu qeyd etməklə işdən çıxarılma barədə əmri mübahisələndirmiş və məcburi işburaxmaya görə ona əmək haqqının ödənilməsini və işə bərpa olunmağını tələb edir.
c)Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
28. Azərbaycan Respublikası Konstitusiyanın 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin İİ, İV, Vİ hissələri).
29. Konstitusiyanın 71-ci maddəsinin İ və İİ hissələrinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. 3*. Milli qanunvericilikdə fiziki şəxslərin əməyə olan qabiliyyətlərinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən aparıcı normativ-hüquqi akt Əmək Məcəlləsidir. Bu Məcəllə fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir.
31. Əmək Məcəlləsinin 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir.
32. Həmin Məcəllənin 3-cü maddəsinin 5-ci bəndinə əsasən əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir.
33. Həmin Məcəllənin 42-ci maddəsinin birinci hissəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.
34. Qeyd edilməlidir ki, işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsaslarından biri də Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndində əksini tapmışdır.
35. Belə ki, Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
36. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci və 3-cü bəndlərinə əsasən bu Məcəllənin 7*-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 7*-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
37. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinə görə aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi.
38. Həmin Məcəllənini 76-cı maddəsinin 1-ci bəndinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 7*, 73, 74 və 75-ci madəllərində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.
39. Eyni Məcəllənin 8*-cı maddəsinini 1-ci bəndinə əsasən, bu Məcəllənin 7*-ci maddəsinin «B» və «Ç» bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi müəssisənin həmkarlar təşkilatının qabaqcadan razılığı alınmaqla həyata keçirilməlidir. 4*. Əmək Məcəlləsinin 186.2-ci maddəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 1*-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən əmək müqaviləsini bu Məcəllənin 7*-ci maddəsinin «ç» bəndi ilə ləğv edə bilər.
41. İşçinin əmək funksiyası dedikdə əmək müqaviləsində nəzərdə tutulan, yerinə yetirilməli olduğu müvafiq işin və ya görməli olduğu xidmətin dairəsi anlaşılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndi əmək vəzifələrini kobud şəkildə pozulması hallarından biri kimi işçinin əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsini göstərmişdir. Bu zaman işəgötürənin, müəssisənin və ya mülkiyyətinin qanuni mənafeyinə xələl gətirən kobud səhvlər və hüquq pozuntuları yalnız əmək fəaliyyəti müddətində və əmək fəaliyyəti ilə bağlı olmalıdır. İşçi öz əmək fəaliyyətini iş vaxtı ərzində həyata keçirtdiyi üçün və yalnız bu müddət ərzində ona əmək qanunvericiliyi şamil edildiyi üçün belə göstərmək olar ki, onun yol verdiyi kobud səhv, yaxud hüquqazidd hərəkətlər iş vaxtı ərzində olmalıdır. İşçinin yol verdiyi kobud səhvlər müxtəlif səbəblər və hallarla bağlı olmalıdır. İşəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyi dedikdə, onların qanunla müəyyən edilən və mühafizə olunan şəxsi, əmlak və işgüzar nüfuzu ilə bağlı olan tələbatları başa düşülür. İşəgötürən bu əsasla əmək müqaviləsinə o zaman xitam verə bilər ki, əmək fəaliyyəti zamanı işçinin yol verdiyi kobud səhvlər, yaxud hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirilmiş olsun.
42. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı əmək fəaliyyəti dövründə mütəmadi olaraq əmək vəzifələrini, müəssisədaxili intizam və etik davranış qaydalarını pozmuş, barəsində tətbiq edilmiş intizam tənbehlərindən nəticə çıxarmamışdır. Belə ki, iddiaçı 31.*1.2*24-cü il tarixində əmək vəzifələrini pozduğu üçün, bağçanın 16.*2.2*24-cü il tarixli, 56 nömrəli əmri ilə ona sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. İddiaçı işəgötürən tərəfindən verilmiş intizam tənbehindən (sonuncu xəbərdarlıqla şiddətli töhmət) nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını və əmək vəzifələrini kobud şəkildə pozmuşdur.
43. Məhkəmə eyni zamanda bunu da qeyd etməyi zəruri sayır ki, məhkəmə araşdırması zamanı həm də əmək müqaviləsinə xitam verilməsində cavabdeh-təşkilat tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Belə ki, işçiiddiaçı ilə əmək münasibətlərinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, intizam xətasına yol verilməsinin səbəb və şəraiti aydınlaşdırılmış, işçinin təqsir dərəcəsini müəyyənləşdirmək üçün işçidən yazılı izahat alınmış, həmkarlar ittifaqı təşkilatından qabaqcadan razılığı alınmış, iddiaçıya intizam tənbehi onun tərəfindən yol verilən pozuntunun aşkar edildiyi müddət ərzində verilmiş, bu barədə müvafiq əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71.3-cü maddəsində nəzərdə tutulan qaydada cavabdeh tərəfindən əsaslandırılmış və imzalanmış, işçiyə bu barədə məlumat verilməklə onunla haqq-hesab aparılmışdır.
44. Göstərilənlərə əsasən, iddiaçının əmək fəaliyyəti zamanı yol verdiyi səhvlər hüquq pozuntusu hesab olduğu üçün cavabdehin iddiaçı barəsində AR Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndi ilə intizam tənbehini tətbiq etməsi tam qanunidir.
45. Bu səbəbdən məhkəmə hesab edir ki, işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulması halı müəyyən edilmədiyindən, 15.*8.2*24-cü il tarixli əmrin ləğv edilməsi və işə bərpa edilməsi ilə bağlı irəli sürülmüş tələb tam əsassızdır və təmin edilməməlidir.
46. Bundan əlavə, iddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 15.*8.2*24-cü il tarixli əmrin ləğv olunması barədə əmək qanunvericiliyi ilə müəyyən edilmiş iddia müddəti ərzində iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, bununla da, əmək qanunvericiliyi ilə fərdi əmək mübahisələri üçün müəyyən edilmiş iddia müddətini üzrsüz səbəbdən ötürmüşdür.
47. Belə ki, fərdi əmək mübahisələrinin həlli iddia müddətlərinə tabe tutulur. Çünki fərdi əmək mübahisələrinin həllində iddia müddətlərindən bəhs edən Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə görə, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
48. Bu normada bəhs olunan “hüququnun pozulmasının aşkar edildiyi gün” dedikdə - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gün başa düşülür.
49. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı 15.*8.2*24-cü il tarixli əmrə əsasən (16.*8.2*24-cü il tarixdə əmək kitabçasını təhvil almış) işdən azad olunmuş, iddiaçı tərəfindən *1.1*.2*24-cü il tarixdə cavabdehə mediasiya prosesi barədə təklif daxil olub, 24.1*.2*24-cü il tarixdə ilkin mediasiya sessiyasında prosesin davam etdirilə bilməməsi barədə arayış tərtib olunmuş, iddiaçı hazırki iddia ərizəsi ilə ilk dəfə məhkəməyə 3*.1*.2*24-cü il tarixdə müraciət etmiş və nəticədə iddia müddətini ötürmüşdür. 5*. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
51. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.
52. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə isə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
53. Həmin müddəaya əsaslanaraq, cavabdeh tərəf ərizə ilə müraciət edərək, iddia müddətinin tətbiq olunmasını və buna görə də iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir.
54. İddia müddəti ilə bağlı «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 27 dekabr 2**1-ci il tarixli Qərarında qeyd etmişdir ki, «İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır».
55. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 iyul 2*21-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, fərdi əmək mübahisələrinin həllində iddia müddətinin tətbiqi ilə bağlı təcrübədə yaranan qeyrimüəyyənliklərlə bağlı isə qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 296-cı maddəsində fərdi əmək mübahisələrinin həm məhkəməyə qədər baxan orqan tərəfindən, həm də məhkəmələr tərəfindən həlli zamanı tətbiq olunan müddətlər nəzərdə tutulmuşdur. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci hissəsində işçinin fərdi əmək mübahisələrinin həll edilməsi ilə bağlı məhkəməyə qədər orqana müraciət etməsi üçün 3 aylıq, həmin maddənin 2-ci hissəsində isə məhkəməyə müraciət etməsi üçün 1 aylıq müddət müəyyən edilmişdir. Eyni zamanda Əmək Məcəlləsinin 296-cı maddəsində əmək mübahisələrinin həm məhkəməyə qədər, həm də məhkəmə qaydasında həlli zamanı tətbiq olunan iddia müddətləri nəzərdə tutulmuşdur. Fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan və məhkəmələr mübahisələrin həllində Əmək Məcəlləsinin 296-cı maddəsində müəyyən edilən iddia müddətlərini tətbiq edərkən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqeləri nəzərə almalıdırlar.
56. Analoji mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının *3.*4.2**7-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 3*.1*.2**7-ci il tarixli Qərarında da təkrarlayaraq, Məhkəmə göstərmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanunauyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir.
57. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.
58. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2**9-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.
59. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2***-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2***-ci və 22 iyul 2**4-cü il tarixli qərarları). 6*. Məhkəmə hesab edir ki, işəgötürən tərəfindən qəbul edilmiş 15.*8.2*24-cü il tarixli əmr əmək qanunvericiliyinin tələblərinə uyğun olduğu üçün və iddiaçının həmin əmrin ləğvi ilə əlaqədar gətirdiyi dəlillər öz təsdiqini tapmadığı üçün, irəli sürülmüş əmrin ləğv edilməsi barədə tələbi əsaslı hesab edilə bilməz və bu səbəbdən də təmin edilməməlidir.
61. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi 15.*8.2*24-cü il tarixli əmrin ləğv edilməsi hissəsində əsassız hesab olunduğu üçün prosessual qənaət prinsipini nəzərə alaraq əlavə araşdırma aparmadan digər tələblər – işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının verilməsi barədə tələbləri də əsassızdır və təmin edilməməlidir.
62. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Abşeron-Xızı Regional Təhsil İdarəsini cəlb etməklə Cavabdehna qarşı “əmrin ləğv edilməsi, işə bərpa, əmək haqqının ödənilməsi tələbi”nə dair iddiası təmin edilməməlidir.
63. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
64. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
65. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
66. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
67. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Nəticə hissəsi:
68. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-22*, 227, 233 və 36*-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Abşeron-Xızı Regional Təhsil İdarəsini cəlb etməklə Cavabdehna qarşı “əmrin ləğv edilməsi, işə bərpa, əmək haqqının ödənilməsi tələbi”nə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Şəbnəm Həxiyeva