Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7402/2024 26.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, Ərizəçi etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi maraql tərəflər 1 saylı Sumqayıt “ASAN xidmət” X9 və Maraqlı şəxs1nə qarşı doğumun qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi maraqlı tərəflər 1 saylı Sumqayıt “ ASAN xidmət” X9 və Maraqlı şəxs1nə qarşı doğumun qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1957-ci ildə Dəvəçi şəhərində anadan olmağı və ata qrafasında X5, ana qrafasında X2 adı yazılmaqla doğumunun qeyd edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1957-ci ildə Dəvəçi şəhərində anadan olub. Hazırda ünvan 1 ünvanında ailəsi ilə birgə yaşayır. Şəxsiyyətini təsdiq edən şəxsiyyət vəsiqəsi və digər sənədləri var, lakin ona məxsus olan doğum şəhadətnaməsini itirib. Vərəsəliklə bağlı müraciəti ilə əlaqədar doğum şəhadətnaməsi zəruri olduğundan təkrar doğum şəhadətnaməsi almaq üçün 1 saylı Sumqayıt “ASAN xidmət” X9 müraciət etdi. Ona təqdim etdiyi arayışında barəsində Maraqlı şəxs1ndə doğum haqqında akt qeydinin aşkar olmadığı bildirildi və ona məhkəməyə müraciət etməyi tövsiyyə edildi. Doğum şəhadətnaməsini itirdiyinə görə hazırda bir sıra sosial problemlərin həll olunmasında və dövlət orqanlarına müraciət edilməsində çətinlik çəkir. Belə ki, miras məsələlərin həlli ilə əlaqədar hazırki faktın müəyyən olunması zərurəti yaranmışdır. İtirilmiş sənədlərin bərpası və yenidən alınması başqa cür mümkün olmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Onun doğum faktını çoxsaylı şahidləri də təsdiq edə bilər. Yuxarıda göstərdiklərinə əsasən o, ərizəsinin təmin olunmasını və bu barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə ərizəyə uyğun izahat verərək ərizəsini müdafiə etdiyini bildirdi və əlavə olaraq bildirdi ki, ərizəçi onun atasıdır. Atası doğum haqqında şəhadətnaməsini itirib. Hazırkı ərizə ilə atasının məhkəməyə müraciət etməsinin səbəbi atasınını adına olan evin sənədləşməsi ilə bağlıdır. Atasının doğum faktı ilə əlaqədar şahidləri də var. Nümayəndə ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxslər 1 saylı Sumqayıt “ ASAN xidmət” X9 və Maraqlı şəxs1nə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, həmin qurumların nümayəndələri məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X14 ifadəsində bildirdi ki, ərizəçi onun bibisi nəvəsidir. O, 1957-ci ildə doğulub. Hətta onun doğulduğu günü də xatırlayır. Həmin vaxt onlar uşaq idilər və həkim onlara daha bir qardaşlarının olduğunu bildirmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surəyindən görünür ki, Ərizəçi xx.xx.1957-ci ildə Dəvəçi şəhərində anadan olmuşdur. İş materiallarında olan AZ-T 065441 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətinə əsasən Ərizəçi ilə X11 xx.xx.1978-ci il tarixdə Quba Rayonu Vəlvələ İcra Nümayəndəliyində rəsmi nikaha daxil olaraq ailə qurmuşlar və bu nikah 17 saylı akt qeydilə rəsmiləşdirilmişdir. İşdə olan AZ-İİ 416893 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X6 xx.xx.1998-ci ildə Şabran rayonunda vəfat etmişdir və bu barədə ölüm haqqında akt qeydləri kitabında 56 nömrə ilə qeyd edilmişdir. İşdə olan AZ-İİ 334750 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X7 xx.xx.2023-cü ildə Sumqayıt şəhərində vəfat etmişdir və bu barədə ölüm haqqında akt qeydləri kitabında 385 nömrə ilə qeyd edilmişdir. İşdə olan AZ T-280164 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X3 xx.xx.1960-ci ildə Şabran rayonunda anadan olmuşdur. X1, anası X4r. İşdə olan 1 saylı Sumayıt Asan Xidmət mərkəzi Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Ərizəçi barəsində Maraqlı şəxs1ndə doğum haqqında akt qeydi aşkar olunmamışdır. Arxiv məlumatlar 1954-1960-cı illər Maraqlı şəxs1 üzrə 1959- 1975-ci illər bərpa akt qeydləri üzrə Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin arxivində, habelə, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi üzrə yoxlanılmışdır. Beləliklə, Ərizəçi xx.xx.1957-ci ildə Dəvəçi şəhərində anadan olmuşdur. X1, anası X4r. Bu fakt işdə olan sənədlər, şahid ifadələri və digər iş materialları ilə təsdiq olunur. Məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunmaması ərizəçinin mülki, sosial və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin, ərizəçinin bu faktı təsdiq edən lazımi sənədi məhkəmədənkənar başqa qaydada ala bilməsi, o cümlədən itirilmiş sənədin bərpası mümkün deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.1957-ci ildə Dəvəçi şəhərində doğulması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307, 311 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1957-ci ildə Dəvəçi şəhərində doğulması faktı müəyyən olunsun. Ərizəçi doğum haqqında şəhadətnamə verilsin və doğum haqqında şəhadətnamədə ərizəçinin ata qrafasında X7, ana qrafasında X6 qeyd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-7402/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7402/2024
26.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver