Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7435/2022 23.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayilov Əli Seyran oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçının nümayəndələri və vəkilləri Vəkil2 oğlunun və Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə, İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı üçüncü şəxs qismində Sumqayıt şəhər 3 saylı notariat ofisini cəlb etməklə «beh tələbinə dair» ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı üçüncü şəxs qismində Sumqayıt şəhər 3 saylı notariat ofisini və X2 cəlb etməklə “beh müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiaları üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı üçüncü şəxs qismində Sumqayıt şəhər 3 saylı notariat ofisini cəlb etməklə «beh tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 240000 manat məbləğində behin və iddianın verilməsi üçün ödənilmiş 530 manat dövlət rüsumunun tutularaq ona ödənilməsinə dair barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 01 may 2022 ci il tarixdə Sumqayıt şəhər 3 saylı notariat ofisində notarial qaydada bağlanmış beh müqavilələrinə əsasən o, Şabran şəhəri, X10 küçəsi, ev 31 ünvanında yerləşən ümumi sahəsi 0,1407 ha torpaq sahəsini 620000 manata satılması üçün 80.000 manat, Şabran şəhəri, ünvan 3ən fərdi yaşayış evini və onun yerləşdiyi 0,05 ha torpaq sahəsini 200000 manata satılması üçün 40.000 manat, ümumilikdə cavabdehə 120.000 manat beh vermişdir. Beh müqaviləsi bağlanarkən mülkiyyətçi olan cavabdehi etibarnamə üzrə nümayəndəsi X8 təmsil etmişdir. O, 2022 ci ilin aprel ayında Şabran rayonunda yerləşən ümümilikdə 0,19 ha torpaq sahəsində inşa edilmiş təxmini sahəsi ***-**** kv.m olan qeyri-yaşayış sahəsini, fərdi yaşayış evini torpaq sahələri ilə birlikdə alınması üçün maraqlandıqda özünü cavabdehin bütün işlərini görən köməkçisi kimi təqdim etmiş Elçin Nəsirovla müzakirələr aparılmış son nəticədə razılıq əldə edildiyindən beh müqaviləsi bağlanılmasına razılıq verilmişdir. Ancaq notariusa gedən zaman mülkiyyətçi Cavabdeh nümayəndəsi olan Elçin Nəsirovun beh müqaviləsini bağlamağa etibarnamədə səlahiyyəti olmadığından notarius mülkiyyətçidən beh müqaviləsi bağlamaq üçün xüsusi səlahiyyətli, həm də konkret əmlak göstərməklə etibarnamə əldə etdikdə müqaviləni rəsmiləşdirə biləcəyini bildirmişdir. Cavabdeh bu barədə yəni konkret əmlaka və beh bağlamaq səlahiyyəti olan etibarnaməsini şəxsən nümayəndəsinə verdikdən sonra 01 may 2022-ci il tarixində əmlaklara dair beh müqavilələri rəsmiləşdirilmiş və ümümilikdə 120000 manat cavabdehə ödənilmişdir. Cavabdeh tərəf behi aldıqdan 15 gün sonra ümümilikdə 0,19 ha torpaq sahəsində yerləşən təxmini sahəsi 900- 1100 kv.m olan (hansı ki həmin qeyri-yaşayış sahəsinin çıxarışı da alınmalı idi) qeyri-yaşayış sahəsinin də müvafiq sənədləşdirilmə, təmir və elektrik naqqillərini qaydaya salınması, transformatorun torpaq sahəsindən başqa yerə çıxarılması və.s xərclərə görə əlavə 70000 manat da pul almışdır. Pulu alarkən alqı-satqı zamanı verəcəyi puldan çıxacaqlarını bildirmişdilər. O, behi artıq verdiyinə və işin rəsmiyyətinə əmin olduğuna görə həmin 70000 manatı verərkən notarial qaydada verməmişdir. Ancaq şahidlərin iştirakı ilə həmin pulu vermişdir. Qeyd olunan məbləğdə pulla bağlı hüquq-mühafizə orqanlarına ayrıca müraciət edəcəyindən hazırki beh tələbində həmin məbləği qeyd etməmişdir. Ancaq cavabdeh tərəf 30 iyun 2022 ci il tarixinədək alqısatqı müqaviləsinin bağlanmasından müxtəlif bəhanələrlə yayınmağa başlamış və onu artıq sinir xəstəsi etmişdir. Cavabdeh tərəf beh müqaviləsində göstərilmiş 30 iyun 2022 ci il tarixinə kimi nəinki alqı-satqı müqaviləsi bağlamış, heç onun behini belə qaytarmamış və qaytarmaq belə istəmir. Artıq bütün əsəbləri pozulduğundan məhkəməyə müraciət etməkdən başqa çıxış yolu qalmadığından hazırki iddia ilə məhkəməyə müraciət edərək haqqının bərpasını xahiş edir. Hesab edir ki, cavabdeh ondan notarial qaydada bank yolu ilə aldığı ümumilikdə 120000 manat behi müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyinə, onu ziyana saldığına, əsəb xəstəsi etdiyinə görə 2 misli artığını, yəni 240000 manat ödəməlidir. Eləcə də məhkəməyə iddia qaldırmaq üçün ödədiyi 530 manat dövlət rusumu da cavabdehdən tutularaq ona ödənilməsində tam haqlıdır. İlkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə İddiaçı qarşı üçüncü şəxs qismində Sumqayıt şəhər 3 saylı notariat ofisi və X3 cəlb etməklə “beh müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhər 3 saylı notariat ofisində bağlanmış 3U-579 nömrəli, 1 may 2022-ci il tarixli və 3U-580 nömrəli, 1 may 2022-ci il tarixli beh müqavilələrinin etibarsız hesab edilmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Qarşılıqlı iddia üzrə iddiaçı tələbi onunla əsaslandırmışdır ki, o, xx.xx.1949-cu il təvəllüdlüdür, halhazırda 73 yaşındadır. Uzun müddətdir ki, müxtəlif təyinatlı daşınmaz əmlakın əldə edilməsi, satılması və s. əməliyyatların həyata keçirilməsi üçün daşınmaz əmlak alqı-satqısı sahəsində brokerlik (makler) fəaliyyəti göstərən qarşılıqlı iddia ərizəsi üzrə üçüncü şəxs X8 ilə əməkdaşlıq edir. Elçin Nəsirovla əməkdaşlığa əsasən ona verdiyi etibarnamə əsasında onu üçüncü şəxslərə qarşı təmsil etməsi, onun tapşırığı və əvvəlcədən razılığı ilə əmlak əldə etməsi, inşa etdiyi tikililərin sənədləşdirilməsi fəaliyyətindən ibarət olmuşdur. Uzun müddət işlərini apardığına görə Elçin Nəsirov onun etimadını qazanmışdır. Buna görə də ona tam inamı yaranmışdır və dəfələrlə onu təmsil etməsi üçün ona müxtəlif məzmunlu etibarnamələr vermişdir. Elçin Nəsirov yeni etibarnamənin verilməsi və ya mövcud etibarnamənin müddətinin uzadılması üçün hər dəfə onu özü ilə notariat ofislərinə aparmış və ya dəvət etmişdir və o, orada əvvəlcədən hazırlanmış etibarnamələrə imza atmışdır. Son zamanlar Elçin Nəsirova etimadı tam olduğuna görə etibarnamələrin məzmunu ilə tanış olmağa da ehtiyac hiss etməmişdi. 2020-ci ildə Elçinə ünvan 2 ünvanında verləşən sahəsi 0,1407 ha olan torpaq sahəsini və Şabran şəhəri, ünvan 3ən 0.05 ha torpaq sahəsini və həmin sahədə olan 77.50 kv.metr ölçüdə fərdi yaşayış evini alqı-satqı yolu ilə əldə etmək tapşırığı vermişdir. Həmin sahələri əldə etdikdən sonra ünvan 2 ünvanında yerləşən torpaq sahəsində ticarət təyinatlı qeyriyaşayış sahəsi inşa etdirməyə başlamışdır. Bu işlərə bir neçə milyon manat vəsait xərcləmişdir. Bundan sonra orada gələcəkdə fəaliyyəti genişləndirmək məqsədi ilə ətrafda yerləşən həyətyanı və digər təyinatlı torpaq sahələrini alqı-satqı yolu ilə əldə etmək, həmçinin ünvan 2 ünvanında yerləşən torpaq sahəsində inşa etdiyi tikiliyə elektrik və digər kommunikasiya xəttlərinin çəkilməsinin təmin edilməsi üçün Elçin Nəsirova müvafiq tapşırıq vermiş və bu məqsədlə onu təmsil etməsi üçün ona 80.000 manat miqdarda pul və etibarnamə vermişdir. Elçin Nəsirov satın alınacaq sahələrdə tikinti işlərinin aparılmasına dair müvafiq sənədlərin əldə edilməsi üçün əlavə səlahiyyətlərin verilməsinə dair etibarnamələrə ehtiyac yaranacağını bildirmiş və o, istənilən vaxt ona etibarnamə verə biləcəyini demişdir. Bundan sonra Elçin Nəsirov bu istiqamətdə fəaliyyətə başlamış və o, bir neçə dəfə ona etibarnamələr vermişdir. Bu zaman Elçin Nəsirov dediyi istənilən gün və saatda onun söylədiyi notariat ofisinə gedərək əvvəlcədən hazırlanmış etibarnamələri imzalamışdır. Son olaraq xx.xx.2022-ci il tarixində Elçin Nəsirova yeni etibarnamə verərək ona məxsus olan tikililərin sənədləşdirilməsi, həmin tikililərə aid kommunal işlərlə bağlı əməliyyat aparılması üçün etibarnamə vermişdir. Lakin bir müddət sonra Elçin Nəsirov verdiyi tapşırığı yubatmağa başlamış və onun ətrafda yerləşən torpaq sahələrinin qısa müddətdə satın alınması barədə təkidlərindən sonra, danışıqların artıq yekunlaşdığını və həmin sahələrin satın alınması üçün yeni etibarnamənin lazım olduğunu bildirərək onu 30 aprel 2022-ci il tarixində Sumqayıt şəhər 4 saylı notariat ofisinə aparmışdır. Burada artıq tərtib olunmuş etibarnamələr onun tərəfindən imzalanmışdır. Həmin vaxt qeyd etdiyi kimi Elçin Nəsirova inamı yarandığına, ona tam etimad göstərdiyinə görə, ağır şəkər xəstəsi olmağı ilə əlaqədar görmə qabiliyyətində olan ciddi problemlərə görə oxuya bilmədiyinə baxmayaraq, məzmunu ilə tanış olmadan əvvəlcədən tərtib olunmuş etibarnamələri imzalamışdır. Bir daha məhkəmənin nəzərinə çatdırır ki, həmin etibarnamələr Şabran şəhərində ona məxsus olan və üzərində külli miqdarda vəsait xərcləyərək inşa etdiyi tikiliyə kommunikasiya xəttlərinin çəkilməsi məqsədi ilə aidiyyəti orqanlara müraciət etmək və müvafiq sənədləşmə işlərinin, həmçinin yaxın ərazilərdə yerləşən torpaq sahələrini əldə etmək üçün müvafiq əməliyyatların aparılması məqsədi ilə tərəfindən Elçin Nəsirova verildiyini düşünmüş, iradə ifadəsi bu şəkildə olmuşdur və Elçin Nəsirov da etibarnamələrin məhz bu məqsədlə verildiyinə onu tam inandırmışdır. Lakin bundan sonra Elçin Nəsirovla əlaqə saxlamaqda çətinlik çəkməyə başlamış, o, telefon zənglərinə cavab verməməyə, onunla görüşməkdən yayınmağa başlamışdır. Buna görə kürəkəni (qızının əri) X1 müraciət edərək Elçinlə danışmasını, ona verdiyi tapşırıqları yerinə yetirməsini bildirmiş, 2022-ci ilin mart ayında inşa etdiyi tikiliyə elektrik və digər xəttlərin çəkilməsi məqsədi ilə Elçinə 80000 manat vəsait verməsinə baxmayaraq heç bir iş görülmədiyinin aydınlaşdırılmasını xahiş etmişdir. 2022-ci ilin noyabr ayında yaşadığı evə özünü Firdovsi kimi təqdim edən bir şəxs gələrək ünvan 2 ünvanında yerləşən torpaq sahəsini və Şabran şəhəri, ünvan 3ən torpaq sahəsini və həmin sahədə olan fərdi yaşayış evini satın almaqla bağlı etibarnamə əsasında onu təmsil edən Elçin Nəsirovla razılığa gəldiklərini, bu məqsədlə notarial qaydada beh müqavilələri bagladıqlarını, həmin müqavilayə əsasən 30 iyun 2022-ci il tarixinədak alqı-satqı müqaviləsinin bağlanmalı olduğunu bildirmiş və təkidlə həmin müqavilənin bağlanmasını, əks halda ödədiyi behin iki qatının ona geri qaytarılmasını tələb etmişdir. O, çaşqınlıq içərisində Firdovsiyə nə əvvəlcədən, nə də indi torpaq sahəsi satmaq niyyətinin olmadığını, bu barədə Elçin Nəsirova hər hansı bir tapşırıq vermədiyini, əksinə həmin ərazidə olan digər torpaq sahəslərinin satın alınması barədə ona tapşırıq verdiyini bildirmiş və məsələnin aydınlaşdırılması üçün Elçin Nəsirovla əlaqə saxlamağa cəhd etmişdir. Lakin Elçinin telefonu bağlı olduğuna görə onunla danışa bilməmişdir. O, Firdovsiyə bir daha torpaq sahəsi satmaq niyyətinin olmadığını, həmin ərazidə ticarət obyekti inşa etdiyini və həmin obyektin sənədləşdirilməsi və əlavə sahələrin alınması ilə bağlı Elçinə səlahiyyət verdiyini bildirmişdir. Firdovsi ona bildirmişdir ki, onlar beh vermişlər, həmin əmlaklar artıq onlarındır və həmin əmlakları onlara satmağa məcburuq. Əks halda onlardan ikiqat behi və əlavə olaraq Elçinə verdiyi 70000 manat pulu geri alacaqlar. Bundan sonra dəfələrlə Elçinlə əlaqə saxlamağa cəhd etsə də, onun istifadəsində olan telefon nömrəsinə zəng çatmamışdır. Bu barədə oğluna və kürəkəninə məlumat vermiş və onlara məsələnin aydınlaşdırılmasını, həll edilməsini tapşırmışdır. Dərhal notariat kontoruna gedərək Elçin Nəsirova verdiyi etibarnaməni ləğv etdirmişdir. Sonradan oğlu və kürəkəni tərəfindən müəyyən edilmişdir ki, Elçin Nəsirov etimadından sui-istifadə edib onu aldadaraq, ona məxsus olan torpaq sahələrinin yaxınlığında yerləşən torpaq sahələrinin əldə edilməsi barədə onun həqiqi iradəsinə tamamilə zidd məzmunda, yəni mülkiyyətində olan torpaq sahələrinin alqı-satqısını həyata keçirmək üçün beh müqaviləsinin bağlanması və bununla əlaqədar digər əməliyyatların aparılması səlahiyyətlərini özündə əks etdirən etibarnamələrə imza atdırmış, ona etibarnamə verdiyi günün ertəsi günü 1 may 2022-ci il tarixdə İddiaçı ilə notarial qaydada beh müqavilələri bağlamış, həmin şəxsdən beh kimi 80000 və 40000 manat olmaqla, ümumilikdə 120000 manat pul almışdır. Elçin Nəsirov ondan aldığı etibarnamələrin həqiqi məzmunu barədə ona yalnış məlumat verdiyini, onu aldatdığını etiraf etmiş, beh kimi aldığı pulun bir hissəsini özünün borclarının qaytarılmasına sərf etdiyini, bir hissəsinin isə “Topaz”da uduzduğunu bildirmişdir. O, Elçin Nəsirova dərhal guya beh kimi aldığı pulu beh müqaviləsinin digər tərəfinə qaytarmasını və beh müqaviləsini ləğv etdirməsini, əks halda onun barəsində hüquq-mühafizə orqanlarına şikayət edəcəyini bildirmişdir. Elçin Nəsirov qarşı tərəflə danışıqlar apardığını bildirərək qısa müddətdə məsələni həll edəcəyinə söz vermişdir. X6rşı tərəflə danışıqları heç bir nəticə verməmiş, əksinə qarşı tərəf onun beh müqavilələrinin bağlanmasından xəbəri olmadığını bilmələrinə, Elçin Nəsirovun onu aldatdığından məlumatları olmasına baxmayaraq, behin ikiqat qaytarılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Buna görə də, razılığı və məlumatı olmadan, iradəsinə zidd məzmunda olan, iradə ifadəsini heç bir şəkildə əks etdirməyən beh müqavilələrinin etibarsız hesab edilməsinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi. Əlavə olaraq göstərdi ki, qarşılıqlı iddia tələbini qəbul etmir. Bildirir ki, Cavabdeh Nəsirov Elçinə etibarnamə vermiş, həmin etibarnamədə etibar edilən verilən səlahiyyətlər konkret göstərilmşdir və X12 Nərimanın adından müdafiə etdiyi şəxslə müqavilə bağlamışdır. Əgər həmin şəxslər arasında münasibətlər pozulmuşdursa, Məmmədov X4rşı iddia qaldıra bilər, eləcə də onun hərəkətləri barədə hüquq mühafizə orqanlarına şikayət verə bilərdi. Hesab edir ki, cavabdeh müqavilə öhdəliyindən boyun qaçırmaq üçün belə bir iddia ilə məhkəməyə müraciət edib, Elçin Nəsirovun onun etibarından istifadə etdiyini, güya etibarnamənin məzmunu ilə tanış olmadan imzaladığını göstərir. Eyni zamanda göründüyü kimi cavabdeh tərəfindən həmin etibarnamə mübahisələndirilməmişdir. Qeyd olunan etibarnamənin sonradan ləğv edilməsi, həmin vaxtadək baş vermiş hüquqi nəticələri aradan qaldırimır. Bu göstərilənlərin məhkəmə tərəfindən nəzərə alınmasını, ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd olunmasını xahiş edir. İlkin iddia üzrə iddiaçının nümayəndəsi həmçinin bildirdi ki, iddiaçı hazırda da beh müqaviləsinin şərtlərinə əməl etməyə hazırdır. Lakin cavabdeh tərəf müqavilə şərtlərini yerinə yetirməkdən imtina edirlər. İlkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil2 digər nümayəndə tərəfindən göstərilən fikirləri müdafiə etdiyini, ilkin iddianın təmin, qarşılıqlı iddia tələbinin isə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi qarşılıqlı iddia tələbini müdafiə edərək oxşar məzmunda izahat verdi və qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. Həçminin ilkin iddiaya etiraz verərək bildirdi ki, ilkin iddia tələbi əsassızdır və bunu şərtləndirən ilk hal ondan ibarətdir ki, tərəflər arasında etibarlı beh müqaviləsi bağlanmamışdır. İşin hallarını nəzərə aldıqda ümumiyyətlə tərəflər arasında müqavilə öhdəliyinin yaranmaması aşkar olunur. Belə ki, iş üzrə cavabdehin ünvan 2 ünvanında yerləşən torpaq sahəsinin və Şabran şəhəri, ünvan 3ən torpaq sahəsi və həmin sahədə olan fərdi yaşayış evinin alqı-satqı yolu ilə özgəninkiləşdirilməsi və bu məqsədlə beh müqavilələrinin bağlanması barədə niyyəti və həmin niyyətin həyata keçirilməsi ilə bağlı iradəsi olmamışdır. Beh müqaviləsinin tərəfi olaraq təmsil etmiş X8 cavabdehi aldadaraq, etibarnamələrin həqiqi məzmunu barədə ona yalnış məlumat verərək mülkiyyət hüququ ilə cavabdehə məxsus olan əmlakların alqısatqısını həyata keçirmək üçün beh müqavilələrinin bağlanmasına dair səlahiyyətləri özündə əks etdirən etibarnamələrin alınmasına nail olmuş, cavabdehin razılığı və məlumatı olmadan beh müqavilələri bağlamışdır. Qeyd olunan xüsusat işin digər halları ilə təsdiqini tapdığı kimi, Elçin Nəsirov tərəfindən də etiraf edilmişdir. Bununla yanaşı əmlak alqı-satqısı və bununla bağlı beh müqaviləsinin bağlanması beh müqaviləsinin tərəfi olan İddiaçı da həqiqi iradə ifadəsini əks etdirməmişdir. Belə ki, İddiaçı satın almaq istədiyi əmlakları görməmiş, həmin əmlakların harada yerləşməsindən məlumatı belə olmamışdır. Digər tərəfdən İddiaçı özü də, beh müqaviləsi üzrə əsil tərəfin özünün olmadığını, həmin müqaviləni başqa şəxslərin xahişi ilə bağladığını etiraf etmişdir. Beh müqaviləsində göstərilən əmlakların özgəninkiləşdirilməsi və bununla bağlı beh müqavilələrinin bağlanmasına yönəlmiş iradə ifadələri olmadığına və müqavilənin bağlanması üçün ən azı iki tərəfin razılaşdırılmış iradə ifadəsinin zəruri olduğuna görə əqdin bağlanmış hesab edilməsindən söhbət gedə bilməz. Digər bir hal belədir ki, beh müqaviləsi əsas öhdəliyin təminatı funksiyasını daşımasına, əsas öhdəliyə münasibətdə aksessor xarakterli olmasına, əsas müqavilədən asılı olmasına baxmayaraq, işin hallarından görünür ki, mübahisələndirilən beh müqavilələri ilə təminat altına alınan əsas öhdəlik (müqavilə və ya başqa növ razılaşma) mövcud olmamışdır. Belə ki, tərəflər arasında müqavilənin bağlanması üçün zəruri şərtlərdən olan oferta və aksept olmamışdır. Cavabdeh tərəfindən mülkiyyətində olan əmlakların özgəninkiləşdirilməsinə yönələn hər hansı bir hərəkət edilməmiş, əmlakların satılması barədə elan verməmiş, alıcı axtarılmamış və buna yönəlik digər hərəkətlər edilməmişdir. Həmçinin cavabdeh həmin əmlakların özgəninkiləşdirilməsinə dair hər hansı bir şəxsə səlahiyyət verməmişdir. Beləliklə müəyyən olunur ki, cavabdeh tərəfindən əmlakların satılması ilə bağlı hər hansı bir şəkildə oferta verilməmişdir. Eyni zamanda iddiaçı tərəfindən də əmlaklara baxış keçirilməmiş, həmin əmlakları əldə edilməsi ilə bağlı cavabdehə hər hansı bir təklif etməmişdir. İddiaçının ərizəsində guya 2022-ci ilin aprel ayında sözügedən əmlaklarların alnması ilə maraqlanması, bununla əlaqədar özünü cavabdehin nümayəndəsi kimi təqdim etmiş X8 ilə müzakirələr aparması barədə bildirdikləri tamamilə yalandır və iddaçının özü tərəfindən də təkzib olunmuşdur. Beləliklə, tərəflər arasında əmlak alqı-satqısı ilə bağlı heç bir razılaşma olmadığına, əmlakların alqı-satqısı ilə bağlı oferta və aksept olmadığına görə həmin razılaşmanın təminatı kimi bağlanmış beh müqavilələri də bağlanmış hesab edilə bilməz. İddia tələbinin əsassız olması iddia ərizəsində göstərilənlərin yalan olması ilə də öz təsdiqini tapır. İddiaçı ərizəsində guya cavabdehin 30 iyun 2022-ci il tarixədək alqı-satqı müqaviləsinin bağlanmasından müxtəlif bəhanələrlə yayındığını, buna görə də iddiaçını sinir xəstəsi etdiyini, cavabdehin alqı-satqı müqaviləsi bağlamaması ilə yanaşı iddiaçıya behi belə qaytarmamasını göstərsə də, işin halları bu göstərilənlərin tamamilə yalan olduğunu ortaya çıxarmışdır. Belə ki, ilk olaraq qeyd olunmalıdır ki, cavabdehin beh müqaviləsinin bağlanmasından məlumatı yalnız 2022-ci ilin noyabr ayında olmuşdur və bu barədə məlumatı cavabdehə Firdovsi adlı şəxs onun evinə gələrək bildirmişdir. Yəni beh müqavilələri bağlandıqdan 7 ay, alqı-satqı müqavilələrinin bağlanacağı ən gec tarix kimi qeyd olunmuş tarixdən (30 iyun 2022-ci il) 4 ay sonra cavabdehə beh müqavilələrinin bağlanması barədə məlumat verilmişdir və qeyd olunduğu kimi bu məlumatı beh müqaviləsinin tərəfi olan və guya cavabdehin alqı-satqı müqaviləsi bağlamaqdan yayındığına görə sinir xəstəliyinə tutulan İddiaçı deyil, Firdovsi adlı şəxs cavabdehə vermişdir. Qeyd olunduğu kimi İddiaçı ümumiyyətlə beh müqaviləsinin bağlanmasında iştirakı formal xarakter daşımış, müqavilə bağlandıqdan sonra o, bir dəfə də olsun cavabdehə müraciət etməmiş, ona qarşı nə rəsmi, nə də digər üsulla tələb irəli sürməmişdir. Buna görə də iddia ərizəsində göstərilmiş yalan və saxta məlumatları öz imzası ilə təsdiq edən iddiaçının səmimiyyəti və həqiqətən də beh müqavilələrinin icra edilməməsi nəticəsində fiziki və maddi ziyan çəkməsi ilə bağlı bildirdikləri ciddi şübhə doğurur. Yuxarıda sadalananla yanaşı bildirilir ki, iddiaçının tələbi hətta etibarlı beh müqavilələri bağlansaydı belə yenə də əsassız hesab edilməlidir. Belə ki, ilk olaraq işin hallarından aydın olur ki, beh müqavilələrinin bağlanmasında cavabdehi təmsil etmiş X8 etimadından sui-istifadə edib cavabdehi aldadaraq, cavabdehə məxsus olan torpaq sahələrinin yaxınlığında yerləşən torpaq sahələrinin əldə edilməsi barədə onun həqiqi iradəsinə tamamilə zidd məzmunda, yəni cavabdehin mülkiyyətində olan torpaq sahələrinin alqı-satqısını həyata keçirmək üçün beh müqaviləsinin bağlanması və bununla əlaqədar digər əməliyyatların aparılması səlahiyyətlərini özündə əks etdirən etibarnamələrə imza atdırmış, buna görə də beh müqaviləsinə əsasən Elçin Nəsirov aldığı beh məbləğini cavabdehdən gizlətmiş, həmin məbləği ona verməmişdir. Özünün də etiraf etdiyi kimi o, aldığı məbləğin bir hissəsini özünün borclarının ödənilməsinə sərf etmiş, digər hissəsini isə mərc oyunlarında uduzmuşdur. Cavabdehin 1 may 2022-ci il tarixdə beh müqavilələrinin bağlanmasından və beh kimi 120000 manat vəsait ödənilməsindən 2022ci ilin noyabr ayında məlumatı olmuşdur. Bu qeyd olunanlardan aydın olur ki, behin qaytarılması üçün cavabdehin hər hansı bir məsuliyyət daşıması istisna olunur. Belə ki, beh müqavilələrinin bağlanmasından xəbəri olmayan, beh kimi ödənilən puldan məlumatı olmayan, beh müqavilələrinin bağlanmasından yalnız 2022-ci ilin noyabr ayında xəbər tutan bir şəxsdən məlumatsız olduğu və almadığı behin ikiqat qaytarılmasını tələb etmək ən azından absurddur. Yenə də etibarlı beh müqaviləsinin bağlanması halında belə cavadehin heç bir məsuliyyət daşımaması ilə bağlı digər bir arqument ondan ibarətdir ki, beh müqavilələrində göstərildiyi alqı-satqı müqavilələrinin 30 iyun 2022-ci il tarixdən gec olmayaraq bağlanmalı olması öhdəliyinə iddiaçı tərəfindən də əməl edilməmişdir. Belə ki, alqı-satqı müqavilələrinin ən gec bağlanacağı tarix kimi qeyd olunmuş 30 iyun 2022-ci il tarixindən 4 ay keçməsinə baxmayaraq, iddiaçı cavabdehə qarşı heç bir tələb irəi sürməmiş, alqı-satqı müqavilələrinin bağlanması üçün heç bir tədbir görməmişdir. Bununla da müəyyən olunur ki, müqavilələrin icra edilməməsi üçün iddiaçı tərəf məsuliyyət daşıyır. Ən azından ona görə ki, beh müqavilələrinin bağlanmasında iddiaçı tərəf özü iştirak etdiyinə görə həmin tarixdən məlumatlı olmuş, cavabdeh isə yalnız ona bu barədə müqaviləyə aidiyyəti olmayan şəxs tərəfindən məlumat verildiyi 2022-ci ilin noyabr ayında xəbər tutmuşdur. Digər bir xüsusat ondan ibarətdir ki, beh müqavilələrinə əsasən cavabdehin təmsilçisi kimi çıxış etmiş Elçin Nəsirov aldığı behi cavabdehdən gizlətmiş, həmin behi ona verməmişdir. Özünün də etiraf etdiyi kimi o, aldığı məbləğin bir hissəsini özünün borclarının ödənilməsinə sərf etmiş, digər hissəsini isə mərc oyunlarında uduzmuşdur. Cavabdehin 1 may 2022-ci il tarixdə beh müqavilələrinin bağlanmasından və beh kimi 120000 manat vəsait ödənilməsindən 2022-ci ilin noyabr ayında məlumatı olmuşdur. Belə olan halda, iddiaçının beh müqaviləsinin bağlanmasından xəbəri olmayan və verilmiş behi almayan şəxsdən ikiqat beh məbləğini tələb etməsi formal şəkildə bağlanmış əsassız beh müqaviləsindən sui-istifadə edərək əsassız varlanmaya nail olmaqdan başqa bir şey deyildir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin təmin, qarşılıqlı iddia rədd edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda şərh olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan: 01 may 2022-ci il tarixli “beh” müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh mülkiyyətçisi olduğu Şabran şəhəri, ünvan 3ən fərdi yaşayış evini və onun yerləşdiyi 0.05 ha torpaq sahəsini İddiaçı 200000 (iki yüz min) manata satmaq üçün razılığa gələrək ondan 40000 (qırx min) manat beh almışdır. Həmin müqavilənin 5-ci bəndinə əsasən, əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyarsa, o digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Şabran şəhəri, ünvan 3ən ümumi sahəsi 77.50 kv/m olan torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh adına xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. 01 may 2022-ci il tarixli “Beh” müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh mülkiyyətçisi olduğu Şabran şəhəri, X10 küçəsi, ev 31 ünvanında yerləşən ümumi sahəsi 0,1407 ha torpaq sahəsini İddiaçı 620000 (altı yüz iyirmi min) manata satmaq üçün razılığa gələrək ondan 80000 (səksən min) manat beh almışdır. Həmin müqavilənin 5-ci bəndinə əsasən, əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyarsa, o digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. Müqavilələrdən görünür ki, mülkiyyətçi Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X8 təmsil etmişdir. DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Şabran şəhəri, X7 küçəsi, 31 ünvanında yerləşən ölçüsü 0,1407 ha olan torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh adına xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. ƏN-İ seriyalı 922209 saylı 30 aprel 2022-ci il tarixli etibarnamənin məzmunundan görünür ki, Cavabdeh tərəfindən etibar edilən X5 həmin etibarnamə ilə AR əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakının Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********78-10301 ilə qeydiyyata alınmış Çıxarışa əsasən Şabran şəhəri, ünvan 3ən, ümumi sahəsi 0,05 ha olan torpaq sahəsinə və onun üzərində yerləşən, ümumi sahəsi 77,5 kv.m olan yaşayış evinə dair adından beh müqaviləsi rəsmiləşdirməyi və s. bağlı digər hərəkətləri etməyi etibar etmişdir. ƏN-İ seriyalı 922210 saylı 30 aprel 2022-ci il tarixli etibarnamənin məzmunundan görünür ki, Cavabdeh tərəfindən etibar edilən X5 həmin etibarnamə ilə AR Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakının Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********6 ilə qeydiyyata alınmış Çıxarışa əsasən Şabran şəhəri, X7 küçəsi, ev 31 ünvanında yerləşən, ümumi sahəsi 0,1407 ha olan torpaq sahəsinə dair adından beh müqaviləsi rəsmiləşdirməyi və s. digər hərəkətləri etməyi etibar etmişdir. Etibarnamələrin 3 ay müddətinə verildiyi və xx.xx.2022-ci il tarixədək qüvvədə olduğu göstərilmişdir. Beləliklə, göründüyü kimi mülki iş iki iddia tələbindən – ilkin və qarşılıqlı iddia tələblərindən ibarətdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ilkin iddia üzrə İddiaçı qeyriyaşayış sahəsi almaq məqsədi ilə Cavabdeh etibarnamə əsasında nümayəndəsi X5 müraciət etmiş, sonuncu Şabran şəhəri, Babək Abidov küçəsi, ev 1 və Şabran şəhəri, X7 küçəsi 31 ünvanında yerləşən torpaq sahələrini və üzərindəki tikilini təklif etmiş, tərəflər arasında əmlakın alqı-satqısı ilə bağlı razlışma olmuş və mübahisələndirilən beh müqavilələri bağlanmış, İddiaçı tərəfindən hər iki müqavilə üzrə cəmi 120.000 manat beh ödənilmiş və tərəflər xx.xx.2022-ci tarixədək alqı-satqı müqaviləsi bağlamağı öhdələrinə götürmüşlər. Beh müqaviləsi daşınmaz əmdakın mülkiyyətçisi tərəfindən verilmiş etibarnamə əsasən səlahiyyətli nümayəndəsi Elçin Nəsirov tərəfindən bağlanılmışdır. Şərh olunan bu hallar işin mübahisəsiz və faktiki hallarıdır. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Tərəflərin bildirdiyi bütün faktları hərtərəfli, tam və qərəzsiz məcmu halda Mülki Məcəllənin 491-492-ci maddəsinin göstərişlərinə əsasən qiymətləndiriərək ilkin iddianı məhkəmə əsaslı hesab edir. Mülki Məcəllənin: 491.1. Beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. 491.2. Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. 491.3. Müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. 492.2. Əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. Qanuvericiliyin şərh olunan maddələrinin məzmununa istinadən məhkəmə qeyd edir ki, işin faktiki və mübahisəsiz halları olaraq müəyyən edildi ki, beh müqaviləsi yazılı formada bağlanmışdır və müqavilə tərəfləri bu müqaviləni bağlamaqla müəyyən edilmiş müddətdə alqı-satqı müqaviləsi bağlamağa razılaşmışlar. Bununla da beh müqavilənin forma və məzmununa əməl edildiyni göstərmək olar. Araşdırılan mübahisə üzrə mübahisələndirdiyi hal alqı-satqı müqaviləsinin tərəflərdən hansının təqsirindən bağlanmamasıdır. İşin müəyyən edilmiş hallarından göründüyü kimi ilkin iddia üzrə iddiaçı tərəf müqavilə şərtlərinə əməl etmək niyyətini açıq aşkar göstərərək cavabdehin təqirindən müqavilə bağlanmadığını iddia edir və cavabdeh tərəf müqavilə öhdəliyini pozaraq müqavilənin icra edilməsindən yayındığından behin iki mislinin ödənilməsini tələb edir. Məhkəmə araşdırması zamanı cavabdehin nümayəndəsi izahatında verdiyi məlumatlardan cavabdehin beh müqaviləsi üzrə öhdəliyi yetinə yetirmək niyyətinin olmadığı müəyyən edildi. Cavabdeh tərəf bunu həmin müqavilələrin etibarsız olması ilə əsaslandırmış, bu baxımdan da qarşılıqlı iddia ilə məhkəməyə müraciət etdiyini göstərmişdir. İşin göstərilən bu hallarına məhkəmə şərh olunan hüquq normalarına əsasən qiymət verərək bu nəticəyə gəlir ki, müqavilənin icra edilməməsinin cavabdehin təqsirindən olması açıq aşkardır. Odur ki, ilkin iddia təmin edilərək ödənilmiş behin iki misli, yəni 240.000 manat cavabdehdən alınaraq ilkin iddia üzrə iddiaçıya ödənilməlidir. Məhkəmə qarşılıqlı iddianı əsassız hesab edir və qarşılıqlı iddianın təmin edilməməsi ilə bağlı nəticəyə gələrkən aşağıda şərh olunanlara əsaslanmışdır. Belə ki, Mülki Məcəllənin: 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Məhkəmə eyni zamanda qeyd edir ki, mülki qanunvericiliyə görə mülki hüquqi forma olmaqla əqd ümumilik təşkil edən dörd ünsürdən – subyekt tərkibindən (əqddə iştirak edən şəxslərdən), əqd iştirakçısının iradə və yaxud iradə ifadəsinin vəhdətindən (subyektiv tərəf), əqdin formasından və məzmunundan ibarətdir. Əqd onu təşkil edən bu ünsürlərdən hər hansı birinin qüsurlu olmasına görə etibarsız hesab edilə bilər. Məhkəmə qarşılıqlı iddia üzrə tələbə şərh olunan hüquq normalarına istinadən hüquqi qiymət verərək hesab edir ki, tərəflər arasında olan əqdin etibarsız hesab edilməsi üçün hüquqi əsasların mövcudluğu məhkəmə araşdırması zamanı müəyyən edilmədi. Mülki prosessual qanunvericiliyin tələblərinə görə hər bir tərəf istinad etdiyi halları məhkəmədə sübuta yetirmək vəzifəsi daşıyır. Bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür və təqdim edilən sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan irəli gəlməlidir. Məhkəmə sübutetmə yükü iddia edənin üzərinə düşür prinsipinə əsaslanraq hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı iddia tələbini məhkəmədə sübuta yetirə bilmədi. Məhkəmə qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən əqdin etibarsızlığı ilə bağlı dəlillərin yalnız özünün şifahi göstərdiklərindən ibarət olmaqla formal olaraq irəli sürüldüyünü, heç bir mötəbər sübuta əsaslanmadığını, həmin dəlillərin məhkəmə araşdırması zamanı sübuta yetmədiyini hesab edir. Məhkəmə iddianın rədd edilməsi ilə bağlı qənaətə gələrkən işin faktiki hallarınamübahisələndirilən beh müqavilələrinin bağlanmasına əsas olan etibarnamələrin mübahisələndirilməməsi, yalnız cavabdeh tərəfindən həmin müqavilələr üzrə məhkəməyə müraciət edildikdən sonra iddiaçının aldadıldığını iddia etdiyi E.Nəsirovun hərəkətləri ilə bağlı hüquq mühafizə orqanına şikayət ərizəsi ilə müraciət etməsi (19 noyabr 2022-ci il tarixdə) ilə bağlı halları nəzərə almış və bu kimi hallara istinadən məhkəmə iddiaçının mübahisələndirilən qeyd olunan etibarnamələri verərkən əsl iradə ifadəsinin olmaması barədə göstərdiklərini həqiqətə uyğun hesab etməmişdir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. 362.2. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. 366.2. Etibarnamə verilmiş şəxsin etibarnaməyə xitam verildiyini bildiyi və ya bilməli olduğu vaxtadək yerinə yetirdiyi hərəkətlər nəticəsində əmələ gələn hüquq və vəzifələr etibarnaməni vermiş şəxs və onun hüquq varisləri üçün üçüncü şəxslər barəsində qüvvəsini saxlayır. Məhkəmə ifadə hüquq normalarına istinadən hesab edir ki, bir şəxs üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə etibarnamə verməklə həmin hərəkətərdən irəli gələn hüquqi məsuliyyəti üzərinə götürmüş olur. Tədqiq edilən sənədlərdən göründüyü kimi, Cavabdeh tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq E.Nəsirova notariat qaydada təsdiq edilməklə və ediləcək hərəkətlər konkret göstərməklə etibarnamə verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəyə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, bu nəticəyə gəlir ki, ilkin iddia təmin edilməli, Cavabdeh 240000 (iki yüz qırx min) manat alınaraq İddiaçı ödənilməlidir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “beh müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası isə əsassız olduğundan təmin edilməməlidir. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İlkin iddia təmin edildiyindən ilkin iddia üzrə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 530 manat ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə İddiaçı xeyrinə tutulmalıdır. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı üçüncü şəxs qismində Sumqayıt şəhər 3 saylı notariat ofisini cəlb etməklə «beh tələbinə dair» ilkin iddiası təmin edilsin. Cavabdeh 240000 (iki yüz qırx min) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 530 (beş yüz otuz) manat alınaraq İddiaçı ödənilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı üçüncü şəxs qismində Sumqayıt şəhər 3 saylı notariat ofisi və X3 cəlb etməklə “beh müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-7435/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7435/2022
23.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver