Məhkəmə qərarları › İş №2(060)-7450/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7450/2025

16.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7450/2025 16.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X12 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs 4 saylı Bakı «ASAN xidmət» mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinə qarşı doğum faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi maraqlı şəxs 4 saylı Bakı «ASAN xidmət» mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinə qarşı doğum faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək ərizəsini onunla əsaslandırmışdır ki, o, Ərizəçi xx xxxxxxxx 1964-cü il tarixdə Laçın rayonu Minkənd kəndində anadan olmuşdur. Hazırda ünvan 1 ünvanında pasport qeydiyyatındadır. Ona məxsus olan AA******* seriyalı şəxsiyyət vəsiqəsində doğulduğu yer və tarix olaraq olaraq Laçın rayonu Minkənd kəndi xx.xx.1964-cü il olaraq qeyd edilmişdir. Həmçinin ona məxsus olan digər sənədlərdə də eyni məlumatlar qeyd edilmişdir. Doğum haqqında şəhadətnaməsini Ermənistan SSR-dən qaçqın düşən zaman itirmişdir. Bunun üçün doğum haqqında şəhadətnamənin təkrarının əldə edilməsi üçün iş üzrə maraqlı şəxs 4 saylı Bakı"Asan Xidmət" mərkəzində qeydiyyat şöbəsinə ərizə ilə müraciət etmiş, lakin ona ünvanlanmış məktub ilə ərizənin icrasından imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki: "Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalara əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri tərəfindən icra edilir. Doğum haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydlərin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. İtmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir." Yuxarıda qeyd olunan səbəblərə görə cavabdeh orqan tərəfindən ona məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Bu səbəbdən də hazırki ərizə ilə məhkəməyə müraciət edir. Doğum faktının müəyyən edilməsi Türkiyə Respublikası vətəndaşı ilə nikaha daxil olmağı səbəbindən zəruridir. Belə ki, Türkiyə Respublikasının müvafiq dövlət orqanı tərəfindən həmin sənəd ondan tələb edilir. Qeyd edilənlərə əsasən, məhkəmədən onun - Ərizəçi xx xxxxxxxx 1964-cü il tarixdə Laçın rayonu, Minkənd kəndində doğumunun qeydə edilmə faktının müəyyən edilməsi və akt qeydinin bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinə uyğun eyni məzmunlu izahat verərək bildirdi ki, hər yerə müraciət edib lakin tapılmamışdır. Ev alqı-satqısı zamını lazım olur. 6 uşaq olmuşlar. 1-i vəfat etmişdir. Hazırda 5 uşaqdırlar. X8 atası, X1 anasıdır. Maraqlı şəxs 4 saylı Bakı «ASAN xidmət» mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsədə məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə qanunvericiliyin tələbi baxımından mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, ərizəçinin izahatını, şahidin ifadəsini dinləyib, iş materiallarını araşdırıb və işin məhkəmə iclasında araşdırılan hallarına hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı hesab edilərək təmin edilməlidir. Məhkəmə iclasında iştirak edən şahidlər: X3 ifadəsində bildirdi ki, Şakir onun uzaq qohumudur. Laçında anadan olmuşdur. Məmmədov Bəhmən atası, Dünyamalıyeva Məleykə anasıdır. X9 ifadəsində bildirdi ki, Şakir qardaşıdır. 6 uşaq olmuşdurlar. Böyük qardaşı xx.xx.1964-cü ildə doğulmuşdur. X8 atası, X1 anasıdır. İş materiallarında olan: İV-ЖГ seriyalı, 300018 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.1976-cı ildə Laçın rayonunda anadan olmuşdur. X1 anasıdır. V-ЖГ seriyalı, 455620 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi Bəhman oğlu ilə X6 xx.xx.1972-ci ildə rəsmi nikaha daxil olmuşlar. Bu barədə 1085 nömrəli akt qeydi edilmişdir. УВ-İ seriyalı, 123442 nömrəli diplomdan görünür ki, Ərizəçi 1985-ci ildən 1991-ci ilə qədər Azərbaycan idman müəllimləri institutunda oxumuşdur. 256311 nömrəli vəsiqədən görünür ki, Ərizəçi 3-cü qrup əlildir. 4 saylı Bakı «ASAN xidmət» mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 27 dekabr 2024-cü il tarixli, 3-16-5/8-15-1405/2024 nömrəli müraciətə cavabdan görünür ki, akt qeydinin həqiqətən olduğunu təsdiq edən kifayət qədər əsas olmadığından ərizənin icrası tərəflərindən mümkün olmamışdır. Həmçinin bildirirlər ki, həmin Məcəllənin 162.2-ci maddəsinə və həmin Qərarın 14-cü bəndinə əsasən itmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Bununla bağlı olaraq doğum haqqında akt qeydinin bərpası ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. 4 saylı Bakı «ASAN xidmət» mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 18 dekabr 2024-cü il tarixli, 3-16-5/8-3456/2024 nömrəli arayışdan görünür ki, xx.xx.1964-cü ildə Laçın rayonunun Minkənd kəndində anadan olmuş Ərizəçi doğumu haqqında məlumatın müəyyən edilməsi məqsədilə "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, ərizəçi doğum haqqında şəhadətnaməsinin müəyyən edilməsi məqsədi ilə 4 saylı Bakı «ASAN xidmət» mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinə müraciət etmiş, orada isə doğum haqqında akt qeydinin bərpa edilməsi üçün zəruri sənədlər olmadığından məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Məhkəmə ərizə ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. AR MPM-nin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Bu Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Bu Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeyd alınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 4.2-ci bəndində göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, doğumun qeydə alınması faktını ərizəçinin yaşının müəyyən edilməsi ilə eyniləşdirmək olmaz. Şəxsin yaşı pasporta, şəxsiyyət vəsiqəsinə, hərbi biletə, eləcə də təhsil müəssisəsini bitirmək haqqında sənədə əsaslanmaqla bərpa qeydində göstərilə bilər. Lakin ərizəçinin təqdim etdiyi sənədlərdə barəsində doğum haqqında akt qeydi bərpa edilən şəxsin yaşına dair məlumat yoxdursa və ya məlumat ziddiyyətlidirsə, ərizəçinin yaşı qüvvədə olan normativ hüquqi aktlarda göstərilən qaydada müəyyən edilir. Başqa sözlə, bu halda ərizəçi tibbi müayinədən keçirilməlidir. “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 2.26-cı bəndinə əsasən doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə doğum ayı və günü qeyd olunmadan doğum ili göstərilmişdirsə, Qeydiyyat şöbəsi və konsulluq idarəsi tərəfindən doğum haqqında akt qeydində dəyişiklik edilərkən, ərizəçinin arzusu ilə doğum günü həmin ilin iyul ayının 1-i göstərilir. Əgər ilin birinci yarısı doğum vaxtı kimi göstərilmişdirsə, doğum günü həmin ilin aprel ayının 1-i, ilin ikinci yarısı göstərilmişdirsə, doğum günü həmin ilin oktyabr ayının 1-i göstərilir. Doğum günü qeyd olunmadan, doğum ili və ayı göstərilən hallarda, doğum günü həmin ayın 15-i göstərilir. Məhkəmə Ərizəçi ərizəsinin təmin olunması barədə məhkəmə qətnaməsinin çıxarılmasının qanuni və əsaslı hesab edərək belə nəticəyə gəlir ki, Ərizəçi doğum akt qeydi faktı müəyyən edilməli, yeni doğum haqqında şəhadətnamədə doğum tarixi 1964-cü il, doğulduğu yer Laçın rayonu qeyd olunmalı, qeydiyyat şöbəsi tərəfindən doğum akt qeydi bərpa edilərək, yeni doğum haqqında şəhadətnamədə Ərizəçi soyadı, adı və atasının adı “Ərizəçi”, doğum tarixi “xx.xx.1964-cü il”, doğulduğu yer “Laçın rayonu, Minkənd kəndi”, atasının adı qrafasında “X8”, ana qrafasında “X1” kimi qeyd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd edilənlərə əsasən və AR MPM-nin 216-220, 307, 311 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi xx xxxxxxxx 1964-cü il tarixdə Laçın rayonu, Minkənd kəndində doğumunun qeyd edilməsi faktı müəyyən edilsin. Qeydiyyat şöbəsi tərəfindən doğum akt qeydi bərpa edilərək, yeni doğum haqqında şəhadətnamədə Ərizəçi soyadı, adı və atasının adı “Ərizəçi”, milliyəti “Azərbaycanlı”, doğum tarixi “xx.xx.1964-cü il”, doğulduğu yer “Laçın rayonu, Minkənd kəndi”, atasının adı qrafasında “X8”, ana qrafasında “X2” kimi qeyd olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar