Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-746/2023 27.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı , Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə 27 fevral 2023-cü il tarixdə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, 5-ci məhəllə ünvanında yerləşən, 1/28 saylı evin, 22-ci mənzilinə görə 19 may 2016-cı il tarixli, RX Seriyalı ******* N-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 3 mərhum atası Məmmədov Sabir Camo oğluna məxsus olmuşdur. Mərhum atası Məmmədov Sabir Camo oğlunun vəfatından sonra həmin mənzildə onun ailə üzvləri yaşamışlar. Mənzil mərhuma işlədiyi idarə tərəfindən verilmişdir. Cavabdeh onun həyat yoldaşı olmuşdur. Cavabdeh 2005-ci ildə gəlin gəlmişdir. O, evə gəlin gələrkən o, üzərinə yaşadığı mənzildən Cavabdeh pay vermək öhdəliyi götürməmiş və ona söz verməmişdir. 2008-ci ildə məhkəmənin qərarı ilə onun mənzildən istifadə hüququ tanınmışdır. 2015-ci ildə o və anası Xəlilova Ruqiyə Məmməd qızı mənzili özəlləşdirmək qərarına gəmişlər (həmin vaxtadək evə dair Order mövcud olmuşdur). Mənzilin özəlləşməsinə həmin mənzildə pasport qeydiyyatında olan Cavabdeh razılıq verməmişdir. O və anası mənzilin özəlləşməsi barədə qətnamə qəbul edilməsi üçün Sumqayıt şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdirlər. Həmin mülki iş Sumqayıt şəhər Məhkəməsinin hakimi xanım R.Əsgərovanın icraatında olmuşdur. Cavabdeh vəkili onu və anasını aldadaraq Sumqayıt şəhərində fəaliyyət göstərən “Asan xidmət” Mərkəzinə onları aparmış və orada mənzilin özəlləşməsinə razılıq verməkləri barədə ərizə yazılmasına nail olmuşlar. Bir müddət bundan əvvəl onlara məlum olmuşdur ki, Sumqayıt şəhəri, 5-ci məhəllə ünvanında yerləşən, 1/28 saylı evin, 22-ci mənzili 1/3 hissədə ona, 1/3 hissədə anası Xəlilova Ruqiyə Məmməd qızına və 1/3 hissədə Cavabdeh məxsusdur. Bir daha bildirilir, o və həmçinin anası mənzilin paylara bölünməsinə və cavabdehə 1/3 hissədə pay verilməsinə razılıq verməmişdirlər. Cavabdeh özü və onun İlkin adlı vəkili onları aldatmışlar. O və anası evin özəlləşməsinə razılıq verməmişdirlər. Notarius razılıq ərizəsinin nə üçün alındığını ona izah etməmişdir. Bir daha bildirir ki, o, mənzilin paylara bölünməsinə razılıq verməmişdir və cavabdehi evinə gətirərkən ona pul vermək niyyəti olmayıb. Hesab etmişdir ki, verdiyi razılıq əsasında mənzil özəlləşmişdir. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəməyə iddia tələbinə etiraz təqdim edərək bildirmişdir ki, əri İddiaçı iddia ərizəsi ilə Sumqayıt şəhər məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri, 5-ci məhəllə ünvanında yerləşən 1/28 saylı evin 22-ci mənzilinə görə 19 may 2016-cı il tarixli, RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmisdir. Hesab edir ki, iddia ərizəsi əsassızdır və buna görə də təmin edilməməlidir. İlk öncə məhkəmənin diqqətinə çatdırır ki, iddia ərizəsində qeyd edilən ******* nömrəli “ÇİXARİŞ”-ın ləğv olunması ilə bağlı iddia tələbi tamamilə əsassızdır. Belə ki, 2019-cu il tarixdə hazırki iddiaçının anası Xəlilova Ruqiyə Məmməd qızı Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. İddiasında özəlləşdirmənin və bu çıxarışı etibarsız hesab edilməsi tələbini irəli sürmüş, lakin Sumqayıt Şəhər Məhkəməsinin hakimi xanım Günel Tanrıverdiyevanın 2(060)-7103/2019 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Bundan sonra qətnamədən apellyasiya şikayəti verilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-816/2020 saylı qətnaməsi ilə şikayət təmin edilməmişdir. Sözügedən qətnamədən kassasiya şikayəti verilməyərək müvafiq müddətdən sonra qətnamə qanuni qüvvəyə minmişdir. Bildirir ki, çıxarışın etibarsız olunmasında göstərilən əsaslar hazırkı iddiada təkrarlanmışdır. Həmçinin iddia ərizəsinə diqqətlə baxdıqda görünür ki, iddiaçı bir yerdə evin özəlləşməsinə razılıq vermədiyini bildirir, digər yerdə isə notarius razılıq ərizəsinin ondan nə üçün alındığının ona izah etmədiyini qeyd edir. Bu anda qeyd edir ki, əqli, şüuru yerində olan birisi nəyə razılıq verdiyini bilmirdimi?! Necə olur üstündən neçə illər keçdikdən sonra yenidən bu fikirə düşür? İlk öncə qeyd edir ki, o, yoldaşı İddiaçıla 2005-ci il tarixdə ailə həyatı quraraq Sumqayıt şəhəri, 5-ci məhəllə ev 1/28, mənzil 22-də yaşamışdır. İlk vaxtlar ailədə hər şey qaydasında idi və o, həm əri ilə, həm də qaynanası Rüqəyya Məmmədova ilə çox yaxşı münasibətdə idilər. Lakin 2008-ci ildən ata evinin satılması ilə alınan həmin evdən qeydiyyatdan çıxma tələbi onu vadar etdi ki, qaynanasına desin ki, onları evinə qeydiyyata salsın. Lakin həmin vaxtda deyil, 2009-cu ildə qeydiyyata saldılar. Bu vaxtdan artıq münasibətlər pisləşməyə başladı və münaqişələr yarandı. 2014-cü il tarixdən aralarında olan mübahisələr daha da şiddətləndi və həmin tarixdən bu mübahisələrin sonluğu kimi artıq onların ailəsi Daxili İşlər Nazirliyinin Sumqayıt Polis İdarəsinin 4-cü polis bölməsində qeydiyyata alınaraq, münaqişəli ailələr siyahısına düşdü. Bildirir ki, xx.xx.2021-ci il tarixdə 26 ildir ki, Türkiyədə yaşayan baldızı Yeganə Məmmədova anası Rüqəyya Məmmədovanın yanına gələrək onunla birgə yaşamağa başladı. O, gündən bəri baldızı Yeganə onunla hər gün mübahisə edib onu həmin evdən çıxartmaq istəyirdi. Qeyd edir ki, sözügedən mənzilə mülkiyyət hüququ əldə edəndən sonra baldızı ona təklif etdi ki, qızıllarını qaytaracaq və evdən də ona düşən payı verəcəklər və o, da bu evdən birdəfəlik çıxacaqdır. O, bu halla razılaşdı və onun vədinə əməl etməsini gözlədi. Artıq vədinə əməl etmədiyini gördükdə haqqı olanı tələb etdikdə mübahisələr yaranmağa başladı. Qeyd edir ki, bütün bu mübahisələrin bir nəticə vermədiyini görən Yeganə ona qarşı daha da aqressiv mövqe nümayiş etdirərək xx.xx.2021-ci il tarixdə saat 18 radələrində ünvan 2ünvanında onun saçından tutaraq dartmış və ağzının üstündən çox saylı zərbələr endirərək xəsarətlər yetirmişdir. Bu xəsarətlərin olmasını təsdiq edən sübut xx.xx.2021-ci il tarixli 466 saylı ekspert rəyidir. Bu hadisə ilə bağlı qeyd edir ki, HK-1 1009 nömrəli araşdırma materialı əsasında “cinayət işi başlanmasının rədd edilməsi haqqında” 18 iyul 2021-ci il tarixli qərar qəbııl edilmişdir. O, daha sonra bu qərardan məhkəmə nəzarəti qaydasında şikayət verdi və sözügedən qərar ləğv olundu və yenidən araşdırılması üçün SPİ-nin istintaq şöbəsinə göndərildi. Hal-hazırda da bu işlə bağlı yenidən araşdırma aparılır. Vəziyyətin belə olduğunu görən əri hesab edir ki, ondan acıq çıxmaqdan ötəri hazırki iddia tələbi ilə məhkəmə müraciət etmək qərarına gəlmişdir. Bundan başqa bildirir ki, iddiaçının qeyd etdiyi atasına məxsus əmlak hal-hazırda paylı mülkiyyətdədir və mülkiyyətin 1/3 hissəsi rəsmi çıxarışla ( qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022) ona məxsusdur. Məlumat üçün bildirir ki, iddiaçının anası 2016-cı il tarixdə sözügedən mənzilə dair payların müəyyən olunması və naturada bölünməsi tələbi ilə ayrı-ayrılıqda Sumqayıt şəhər Məhkəməsinə müraciət etmişdir. Nəticədə paylar müəyyən edilmiş, naturada bölgü isə təmin edilməmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, cavabdehlə 2005-ci ildə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından 2006-cı ildə övladları olmuşdur. 2008-ci ildə cavabdeh onunla birgə nikah münasibətində olduğu halda onlara qarşı mənzil iddiası barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə mübahisəsi zamanı o, və anası aldadılaraq onlardan mənzilin özəlləşdirilməsinə dair razılıq ərizəsi alınmışdır. Bildirir ki, mübahisəli mənzil onun anasınındır. Həmin evdə onların yaşamaq və istifadə hüquqları var. Bundan başqa onun böyük bacılarının həmin evdə payları var. Məhkəmənin nərəinə çatdırır ki, o, övladını çölə atmır. Bildirir ki, cavabdeh 15 ildən artıq müddətdə mübahisəli mənzildə yaşayıb. Həmin vaxt onun və uşağının bütün xərclərini o, özü çəkmişdir. Təxminən bir ildən artıq müddətdir ki, cavabdeh anasıgildə yaşayır. Həmin vaxta kimi onlar birlikdə yaşayırdılar. Hazırda cavabdeh kommunal ödənişlərə heç bir köməklik etmir. İddiaçı qeyd edilənlərə əsasən məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh etiraza uyğun izahat verdi və əlavə olaraq qeyd etdi ki, iddiaçının qeyd etdikləri cəfəngiyyatdır. O, artıq iddiaçıya qarşı nikahın pozulması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Hazırda o, övladının haqqını tələb edir. O, 2008-ci ildən iddiaçı ilə övladına atalıq etməsi üçün mübarizə aparır, lakin heç bir nəticəsi olmamışdır. Qeyd edilənlərə əsasən cavabdeh iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 5-ci məhəllə, 1/28 saylı evin 22 saylı mənzili 1/3 hissədə Xəlilova Ruqiyə Məmməd qızının, 1/3 hissədə Cavabdeh və 1/3 hissədə İddiaçı adına 257 nömrəli reyestr kitabının 34 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2016-cı il tarixdə qeydə alınmışdır. İşdə olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalı Birliyinin 1 saylı Mənzil Kommunal Sahəsinin 4473 nömrəli, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı Sumqayıt şəhəri, 5-ci məhəllə, 1/28 saylı ev, 22 saylı mənzildə yaşayır. İşdə olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalı Birliyinin 1 saylı Mənzil Kommunal Sahəsinin 4524 nömrəli, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Xəlilova Ruqiyə Məmməd qızı Sumqayıt şəhəri, 5-ci məhəllə, 1/28 saylı ev, 22 saylı mənzildə yaşayır. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 2(060)-7103/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddiaçı Xəlilova Ruqiyə Məmməd qızının cavabdehlər Cavabdeh, İddiaçı, Sumqayıt Şəhər İcra Hakimiyyətinə və maraqlı tərəf Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı özəlləşdirmənin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İşdə olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 fevral 2020-ci il tarixli, 2(105)-816/2020 saylı qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə iddiaçı Xəlilova Ruqiyə Məmməd qızının verdiyi apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-7103/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Sumqayıt Şəhər Məhkəməsinin 6(06)-26/2022 saylı, xx.xx.2022-i il tarixli qərarından görünür ki, “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 18 iyul 2021-ci il tarixli qərardan Cavabdeh verdiyi şikayət təmin edilmiş, Sumqayıt şəhəri Polis İdarəsi İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı HQK-1/1009 saylı araşdırma materialı üzrə “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 18 iyul 2021-ci il tarixli qərarı ləğv edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 07 noyabr 2016-cı il tarixli, 2(060)-10142/2016 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddiaçı Xəlilova Ruqiyə Məmməd qızının cavabdehlər Cavabdeh, İddiaçı qarşı ünvan 3 ünvanına dair payların naturada bölünməsi tələbinə dair iddiası təmin edilməmişdir. İşdə olan Sumqayıt şəhər Məhkəməsinin 11 mart 2016-cı il tarixli, 2(060)-1848/2016 saylı qətnaməsindən görünür ki, iddiaçı X1 cavabdehlər Cavabdeh və İddiaçı qarşı mənzildə paylarının müəyyən ediiməsi barədə iddia tələbi təmin edilməmiş, Cavabdeh, Xəlilova Ruqiyə Məmməd qızı və İddiaçı tərəfindən özəlləşdirilmiş və onların birgə ümumi mulkiyyətində olan ünvan 4 ünvanında yerləşən 2 otaqlı mənzilə birgə mükiyyət iştirakçıları razılaşma əldə edə bilməmələri səbəbindən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilmiş, paylı mülkiyyət mülkiyyətçilərinin paylarının bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilə bilmədiyindən, onların payları bərabər sayılmış, yəni hər birinin payının 1/3 həcmində müəyyən edilməsi qət edilmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, RX seriyalı ******* saylı çıxarışa əsasən Sumqayıt şəhəri, 5-ci məhəllə, 1/28 saylı evin 22 saylı mənzili 1/3 hissədə Xəlilova Ruqiyə Məmməd qızının, 1/3 hissədə Cavabdeh və 1/3 hissədə İddiaçı adına 257 nömrəli reyestr kitabının 34 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2016-cı il tarixdə qeydə alınmışdır. Hazırda iddiaçı həmin çıxarışın ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hazırki iş üzrə İddiaçı iddia tələbinin əsası kimi yalnız həyat yoldaşı – Cavabdeh yaşadıqları Sumqayıt şəhəri, 5-ci məhəllə, 1/28 saylı evin 22 saylı mənzilə qeydiyyata salmaq üçün notariusa getdiyini, lakin orada aldadılaraq sonradan mübahisəli mənzilin özəlləşdirildiyini, özəlləşmə nəticəsində yoldaşı Cavabdeh 1/3 hissədə pay verildiyini öyrəndiyinə istinad etmişdir. Halbuki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-7103/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin məzmunundan görünür ki, həmin iş üzrə məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış sənədlərdən görünür ki, Xəlilova Ruqiyə Məmməd qızı 25 noyabr 2014-cü il tarixdə Sumqayıt şəhəri, 5-ci məhəllə, 1/28 saylı evin 22 saylı mənzilinin onun, Cavabdeh və İddiaçı adına ümumi birgə mülkiyyətdə özəlləşməsinə etiraz etməməsi barədə ərizə vermişdir. Eyni zamanda İddiaçı da eyni məzmunlu ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir. Nəticədə Sumqayıt şəhəri, 5-ci məhəllə, 1/28 saylı evin 22 saylı mənzili özəllləşdirilmiş, həmin mənzil Xəlilova Ruqiyə Məmməd qızının, Cavabdeh və İddiaçı adına ümumi birgə mülkiyyətdə olan əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Sonradan Sumqayıt şəhər Məhkəməsinin 11 mart 2016-cı il tarixli, 2(060)-1848/2016 saylı qətnaməsi ilə ünvan 4 ünvanında yerləşən 2 otaqlı mənzildə tərəflərin payları bərabər sayılmış, hər birinin payı 1/3 həcmində müəyyən edilmişdir (RX seriyalı ******* saylı çıxarış). Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı mənzilin özəlləşdirilməsinə razılıq verilməsi zamanı aldadılması barədə iddia tələbinin əsası kimi istinad etdiyi hallar öz təsdiqini tapmır. Halbuki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Məhkəmə onu da qeyd edir ki, iddiaçının anası Xəlilova Ruqiyə Məmməd qızı məhkəməyə sözügedən çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi verməklə mübahisələndirmiş, həmin işdə İddiaçı (hazırki iddiaçı) cavabdeh qismində iştirak edərək, iddianı qəbul etdiyini bildirmişdir. Xəlilova Ruqiyə Məmməd qızının iddiası Sumqayıt şəhər Məhkəməsinin 2(060)-7103/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə təmin edilməmiş, həmin qətnamə sonda Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 fevral 2020-ci il tarixli, 2(105)-816/2020 saylı qətnaməsinə əsasən qanuni qüvvəsini almışdır. AR MPM-nin 82.3-cü maddəsinə əsasən isə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair» 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunmuşdur ki, Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia təmin edilmədiyindən iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 100 manat onun özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-746/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-746/2023
27.02.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver